MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə39/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   44

uğrunda xərcləmişdir. Hətta Allah’a qarşı təkəbbürlülük onu başqa
günahlara aparmışdır. Bu, şübhəsiz, böyük bir xətadır və nəticəsi
axirətdə qorxunc bir əzab və böyük bir alçalmadır.
İnkarçılar, əlbəttə, haqsızdırlar. Nemət və ruzilərə necə sahib ol-
duqlarını sorğu-sual etmədən özlərində bəzi zövqləri dadma haqqı
görürlər. Ancaq axirətdə haqsız yerə təkəbbür göstərməyin qarşılığı
olduqca böyük olacaq. Ayədə bu həqiqət belə ifadə edilir:
“Kafirlər odun qarşısına gətiriləcəkləri gün onlara de-
yiləcəkdir: “Siz dünya həyatınızda pak nemətlərinizi sərf
edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz
yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi
olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!””
(“Əhqaf” surəsi, 20)
Dünya ilə bağlı cəhdlərlə ömrünü keçirən və axirəti əsla dü-
şünməyən bu insanlar qiyamət günündə və sonrasında alçaldılacaq-
lar. Allah bu həqiqəti ayələrdə belə bildirmişdir:
“Aləmi çulğalayanın xəbəri gəlib çatdımı? O gün neçə-
neçə  üzlər  zəlil  olub  yerə  dikiləcək,  üzülüb  əldən
düşəcək”. (“Ğaşiyə” surəsi, 1-3)
“Sonra  qiyamət  günü  Allah  onları  rüsvay  edəcək  və
deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim hara-
dadır?” Elm verilmiş kimsələr deyəcəklər: “Şübhəsiz ki,
bu  gün  kafirlərə  rüsvayçılıq  və  əzab  üz  verəcək!””
(“Nəhl” surəsi, 27)
“Qiyamət  günü  onun  əzabı  qat-qat  artırılar  və  onun
içində zəlil olub əbədi qalar”. (“Furqan” surəsi, 69)
Allah’a qarşı mübarizələrini çirkin cəsarətlə davam etdirən in-
sanlar hesab gününə əhəmiyyət vermirlər. Allah’ın özləri üçün ha-
zırladığı tələdən xəbərsiz yaşayırlar. Halbuki, bu tələ tayı-bərabəri
Harun Yəhya (Adnan Oktar) 
135


görünməmiş bir tələdir. Bütün inkarçı cəmiyyətlərə elçilər vasitəsi
ilə edilən öyüdlər çox az bir qrupdan başqa heç kimə təsir etmir.
Hətta bir qisminin inkarını daha da artıran bu xəbərdarlıqlar, əslində,
onların məsuliyyətini də artırır. Allah dünyada özlərinə xatırladılan
axirət həqiqətini qiyamət günü ən göstərişli şəkli ilə insanların ha-
mısına göstərəcək.
Allah’ın vədinin nəticələrinin nə olduğunu inkarçılar o gün açıq
bir şəkildə başa düşəcəklər. Həyatları əbədi olmamış və dünya həyatı
bitmişdir. Artıq zövq və istəklərin bir hökmü yoxdur, yeganə həqiqət
Allah’ın hökmüdür. Allah’a qarşı zülm içində olan bu insanlara et-
diklərinin qarşılığı verilmişdir. Allah’ın hökmünə görə əzab və sıxıntı
içində sonsuza qədər yaşayacaqlar. Belə olmaqla bərabər, Allah’dan
bir rəhmət olaraq Peyğəmbərimizin (s.ə.v) belə bir hədisi də vardır:
Peyğəmbərimiz  (s.ə.v)  belə  buyurmuşdur:  “Qəlbində  zərrə
qədər iman olan şəxs atəşdən çıxacaq”. Əbu Səid deyir ki: “Kim
(bu həqiqətdən şübhəyə düşsə, bu ayəni oxusun: “Allah, şübhəsiz,
zərrə qədər haqsızlıq etməz...” (“Nisa surəsi”, 40) (Tirmizi, Sifatu-
cəhənnəm 10, (2601)) 
İnananların layiq olduqları cənnətdəki sonsuz həyat bütün ehti-
şam və gözəlliyi ilə din günündə bütün insanlara göstəriləcək. Bir
ayədə Rəbbimiz cənnətlə bağlı olaraq belə xəbər verir:
“Öz Rəbbindən qorxanları ağacları altından çaylar axan
cənnət bağları gözləyir ki, onlar orada əbədi olacaqlar.
Bu, Allah’dan bir ziyafətdir. Allah’ın dərgahında olan
nemətlər  möminlər  üçün  daha  xeyirlidir”.  (Ali-İmran
surəsi, 198)
QİYAMƏT GÜNÜ
136


NƏTİCƏ
Qiyamət saatı və ondan sonrakı sonsuz həyat insanları gözləyən
ən mühüm həqiqətlərdir. Bu səbəbdən də kitab boyu dünya həyatının
keçici olmasına dair izah olunanlar çox böyük əhəmiyyət daşıyır.
Dünyadakı heç bir şey - karyeranız, evliliyiniz, malınız-mülkünüz
uğrunda sonsuz həyatınızı sərf edəcəyiniz qədər mühüm deyil. Uğ-
runda yaşanması və cəhd edilməsi lazım olan tək şey Allah’ın riza-
sıdır. Allah  sonsuz  həyatın  başlanğıcını  çox  böyük  və  ehtişamlı
hadisələrlə gerçəkləşdirəcək. Bu günlə qarşılaşan hər kəs dünya
həyatının artıq tamamilə sona çatdığını anlayacaq və axirətin varlı-
ğını qəti şəkildə qavrayacaq.
Bütün insanlar belə bir günlə qarşılaşmadan bəlkə də heç dü-
şünmədiyi qiyamət saatını xatırlamalıdırlar.
Bu kitabda yazılanlar gündəlik işlərdən və müvəqqəti istəklərdən
bir  an  üçün  uzaqlaşmanıza  və  həyatın  mövcud  olmasındakı  əsl
məqsədi görmənizə kömək edir. Bu böyük və çətin gün gəlib çatma-
dan əvvəl sizləri qəti bir həqiqət olaraq qarşılaşacağınız qiyamət gü-
nünə qarşı xəbərdar etmək məqsədini daşıyır. Bu xəbərdarlıq mühüm
bir xəbərdarlıqdır. Çünki belə bir günün və sonrasının varlığından
qəflət içində yaşayan hər insanın qiyamət günü şahid olacağı ha-
disələr dözülməz olacaq və bu insanlar axirətdə sonsuza qədər çətin-
liklərlə qarşılaşacaq.
Quranda ətraflı şəkildə təsvir edilən qiyamət günü ilə mütləq qar-
şılaşacaqsınız. O günü bütün sahib olduqlarınızın, hətta öz bədəni-
Harun Yəhya (Adnan Oktar) 
137


nizin  belə  sizdən  uzaqlaşdığını  görəcək  və  yeni  bir  dirilişlə  di-
riləcəksiniz. Sizi gözləyən sonsuz həyatda bu dünyadakı ilə müqa-
yisə  edilməyəcək  bir  nemət,  rahatlıq  və  hüzur  əldə  etmək  üçün
Allah’ın sizlərə hələ dünyada ikən verdiyi fürsəti qiymətləndirməli-
siniz. Bunun üçün edilməli vacib şey Allah’a iman gətirmək, onun
qarşılıqsız olaraq verdiyi nemətlərə şükür etmək və axirət gününün
qəti bir həqiqət olduğuna inanmaqdır. Bunun tam əksi axirətdə böyük
bir peşmançılığa səbəb olacaq. Allah bir ayədə bunu belə xəbər ver-
mişdir:
“Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğra-
mışlar. O saat onları qəflətən haqladıqda onlar öz günah
yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada bu-
raxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıq-
ları şey necə də pisdir!” (“Ənam” surəsi, 31)
Elə bu səbəbdən, axirətin qəti bir həqiqət olduğunu düşünməli,
bu böyük gün üçün hazırlıq etməlisiniz. Ancaq o zaman bu dünyada
etdiklərinizin bir dəyəri olacaq, dünyada və axirətdə bənzərsiz bir
qarşılıq ala biləcəksiniz. Bu qarşılıq, şübhəsiz, axirətdə nəfsinizin
istədiyi hər şeyə sahib ola biləcəyiniz bir məkanda, yəni cənnətdə
yaşamaq olacaq. Bu da unudulmamalıdır ki, hesab günü hər insan
Allah’ın hüzurunda tək-tənha sorğuya çəkiləcək. O halda, ölüm və
sonrası üçün ciddi cəhd göstərmək və hazırlıq görmək lazımdır.
Çünki hər insan axirətdə dünyada etdiklərinin qarşılığını haqsızlığa
məruz qalmadan tam olaraq alacaq. Hər şeydən əvvəl, insanın ən
böyük qazancı, şübhəsiz, Allah’ın razılığıdır. “Həşr” surəsində Allah
bu həqiqəti belə xəbər verir:
“Ey iman gətirənlər! Allah’dan qorxun! Hər kəs sabahı
üçün nə etdiyinə baxsın. Allah’dan qorxun! Həqiqətən,
Allah  nə  etdiklərinizdən  xəbərdardır. Allah’ı  unudan,
buna görə də Allah’ın onları özlərinə unutdurduğu kəslər
kimi olmayın! Onlar fasiqdirlər”. (“Həşr” surəsi, 18-19) 
QİYAMƏT GÜNÜ
138


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə