MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə2/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   44

OXUCUYA
n
Bu kitabda və digər fəaliyyətlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi yer ayrılma-
sının səbəbi bu nəzəriyyənin hər cür din əleyhinə fəlsəfənin əsasını təşkil etməsidir. Yaradılışı
və dolayısilə Allah’ın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını
itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Ona görə bu nəzəriyyənin yalan oldu-
ğunu insanlara göstərmək çox mühüm imani vəzifədir. Bu mühüm xidmətin bütün insanlara
çatdırılması isə vacibdir. Bəzi oxucularımızın bəlkə bircə kitabımızı da oxuma imkanı yoxdur.
Bu səbəbdən hər kitabımızda bu mövzuya xülasə şəklində də olsa bir bölmə ayrılmışdır.
n
Kitabların məzmunu ilə bağlı digər cəhəti də nəzərə çatdırmaq lazımdır. Müəllifin bütün ki-
tablarında imani mövzular, Quran ayələri işığında izah edilir, insanlar Allah’ın ayələrini
öyrənməyə və yaşamağa dəvət olunurlar. Allah’ın ayələri ilə bağlı bütün mövzular oxuyanın
ağlında heç bir şübhə və ya sual doğurmayacaq şəkildə açıqlanır.
n
Buradakı izahlarda istifadə edilən səmimi, sadə və axıcı üslub isə kitabların hər kəs tərəfindən
asanlıqla başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar “bir nəfəsdə
oxunan kitablar” ifadəsinə tamamilə uyğun gəlir. Dini qətiyyətlə rədd edən insanlar belə bu
kitablarda izah edilən həqiqətlərdən təsirlənir və izah edilənlərin doğruluğunu inkar etmirlər.
n
Bu kitab və müəllifin digər əsərləri oxucular tərəfindən fərdi şəkildə olduğu kimi, qarşılıqlı
söhbət mühitində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun
kitabları birlikdə oxumaları, mövzu ilə bağlı öz fikir və təcrübələrini bir-birləri ilə paylaş-
maları baxımından faydalı olar.
n
Bununla yanaşı sadəcə Allah rizası üçün yazılmış bu kitabların tanınmasına və oxunmasına
kömək etmək də böyük xidmət olar. Çünki müəllifin bütün kitablarında sübut və inandırma
çox güclüdür. Bu səbəbdən dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər
insanlar tərəfindən də oxunmasına sövq etməkdir.
n
Kitabların arxasına müəllifin digər əsərlərinin təqdimatının əlavə edilməsinin isə mühüm
səbəbləri var. Bu sayədə kitabı əlinə alan şəxs yuxarıda bəhs etdiyimiz xüsusiyyətləri daşıyan
və oxumaqdan zövq aldığını ümid etdiyimiz bu kitabla eyni vəsflərə malik olan daha bir çox
əsər olduğunu görəcəkdir. İmani və siyasi mövzularda faydalanacağı zəngin mənbə toplusu-
nun mövcud olduğuna şahid olacaqdır.
n
Bu əsərlərdə digər bəzi əsərlərdə görünən, müəllifin şəxsi qənaətlərinə, şübhəli mənbələrə
əsaslanan izahlara, müqəddəs şeylərə qarşı ədəbə və hörmətə diqqət verilməyən üslublara,
narahatlıq verən şübhəli və ümidsizliyə sürükləyən izahlara rast gələ bilməzsiniz.
Bu kitabda istifadə edilən ayələr Ə. Musayevin tərcümə etdiyi
Qurani-kərim kitabından götürülmüşdür.
www.harunyahya.org - www.harunyahya.net - www.harunyahya.az


İÇİNDƏKİLƏR
Giriş  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,8
Qiyamət günü yaxınlaşaraq gəlir  , , , , , , , , , , , , , , , , , , ,11
Qiyamət günü gerçəkləşəcək hadisələr  , , , , , , , , , , , , , ,18
Kainatı Allah yaratdı  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,53
Kainatın ölümünün ardınca  , , , , , , , , , , , , , , , , , , , , , , ,84
Ölümlə başlayan əsl həyat  , , , , , , , , , , , , , , , , , , , , , , ,115
Nəticə  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,137
Təkamül yalanı , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,139


GİRİŞ
“Ay  tutulacağı;  Günəşlə  Ayın  birləşəcəyi  zaman
məhz o gün insan: “Qaçıb can qurtarmağa yer ha-
radadır?” - deyəcəkdir. Xeyr, heç bir sığınacaq olma-
yacaqdır!  O  gün  pənah  aparılacaq  yer  ancaq
Allah’ın hüzurudur”. (“Qiyamə” surəsi, 75/8-12)
Həyatınızı istiqamətləndirən adamlara, hadisələrə bir nəzər salın.
Həyatda bir mərtəbəyə çatmaq üçün işləyir, həyat mübarizəsi içində
yer tutmağa çalışırsınız. Həyatda bir çox şeyə olduqca böyük diqqət
verir, bu mövzuların üzərində dərindən düşünürsünüz. Amma həya-
tınız boyunca tərəddüd etmədən düşünməkdən çəkindiyiniz mövzu-
lar  da  var.  Üstəlik,  ətrafınızdakı  bir  çox  adam  da  sizinlə  eyni
fikirdədir.  Haqqında  danışılmaması  və  üzərində  düşünülməməsi
lazım olan mövzuları çox yaxşı bilirlər. Ölüm bunlardan biri, bəlkə
də  ən  əhəmiyyətlisidir.  Onların  fikrincə,  ölüm  aydınlaşdırıb  aça
bilmədikləri bir sondur.
Eynilə ölüm kimi kainatın ölümünü gətirəcək qiyamət də insanlar
tərəfindən çox uzaq, əlçatmaz bir anlayış kimi dəyərləndirilir. Qi-
yamət günündə həqiqətə çevriləcək hadisələr insanlar tərəfindən az-
çox qavranılır, amma bunları düşünmək onları həm də qorxudur.
Qorxu  duymaqdansa,  belə  bir  mövzunu  unutmaq  daha  məntiqə
uyğun görünür və insanlar bu şəkildə yaşamaqda yanlışlıq görmürlər.
İnsanlar ən çox qiyamət gününün canlı-cansız hər bir varlıq üçün
QİYAMƏT GÜNÜ
8


son gün olmasından təsirlənirlər. Qiyamət günü dünya həyatının,
hətta bütün kainatın son günüdür, amma eyni zamanda da axirətdəki
sonsuz həyatın başlanğıcıdır. O gün insanların hamısı yeni bir yara-
dılışla diriləcək və dünyadakı həyatlarında Allah’a və qarşılaşacaq-
ları  bu  günə  inanmış  olanlar  cənnətdə  dincələrkən,  inkarçılar
cəhənnəmə sövq ediləcəklər. Beləliklə, belə bir günü gözləyən dü-
şüncəli (ağıllı) bir insan üçün o, hələ bu dünyada ikən ölüm, qiyamət
və axirət həqiqətlərindən qaçmağın bir mənası yoxdur. Əksinə, qi-
yamətdə meydana gələcək hadisələr və ölüm həqiqəti özünü daha
artıq dərəcədə göstərəcək. Allah yolunda gözəl əməllərdə olmağa
sövq edəcək, axirət inamına yönəldəcək və insanın Allah’a yaxın-
laşmasına yol açacaq. Bənzərsiz hadisələrin həqiqətə çevriləcəyi qi-
yamət günü o böyük qorxunu yaşamayacaq insanlar sadəcə iman
edərlər:
“Xeyr, yaxşı işlər görüb özlərini Allah’a təslim edənlərin
Rəbbi yanında mükafatı vardır. Onların heç bir qorxusu
yoxdur və onlar qəm-qüssə görməzlər”. (“Bəqərə” surəsi,
2/112)
Dünyada ikən bu həqiqətə inanmış bir insan bu deyilənləri yerinə
yetiribsə, o, çətin gündə artıq arxayınlıqda olacağını bilir. Çünki Qu-
rana iman gətirmiş, hər hansı bir tərəddüd duymamış, əsl həyatın
axirət  həyatı  olduğuna  inanmışdır.  Ölümün  varlığını  qulaqardı
etməmiş, Allah’a ibadət etmək məsələsində lovğalanmamış, böyük-
lüyə qapılmamışdır. Belə bir insan axirət həyatında sonsuz gözəlliklə
qarşılaşacaq. Qiyamət günündə isə Allah’ın nuru onunla olacaqdır.
İman gətirənlər Quranda belə müjdələnir:
“...O gün Allah Öz peyğəmbərini və onunla birlikdə iman
gətirənləri xəcil etməz. Onların nuru önlərindən və sağ
tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər:
“Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi
Harun Yəhya (Adnan Oktar) 
9


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə