MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə6/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   44

həqiqətlərlə də mütləq qarşılaşacaqlarının fərqindədirlər. Beləliklə,
dünyadakı tək məqsədin Allah üçün yaşamaq olduğunu qavraya bi-
liblər. Bunu dünyada ikən qavramaq insan üçün böyük bir qazancdır.
Beləliklə, aldadıcı bir dünyadan uzaqlaşır, yeganə həqiqətə, yəni
axirətə yönəlirlər.
Nəfsinin, yəni sadəcə həzz və həvəsinin ardınca gedərək hərəkət
edən  bir  insanın  ən  böyük  istəyi  bu  durumunun  həmişə  davam
etməsi, onun əsla sonunun olmamasıdır. Öz halından, əslində, çox
da məmnun deyildir, çünki həyatında davamlı çətinlik və sıxıntılar
vardır. Amma şeytan bütün fikrini dağıdıb başını qarışdırmaq üsulu
ilə onu aldadır, davamlı sıxıntı və üzüntü çəkdiyi bu həyatı sonsuz
əzaba inanmağı rədd edərək üstün tutur. Ancaq bir səhər işə gedərkən
və ya gecənin bir vaxtı niyyət və ümidlərini növbəti sabaha qədər
təxirə salıb yatmağa hazırlaşarkən birdən-birə surun səsini duyan bir
insanın ruhi vəziyyəti, şübhəsiz ki, çarəsiz olacaq. Davam etdirmək
istədiyi nizamın onun elə özü ilə birlikdə son dəqiqələri gəlmiş, bil-
diyi halda inanmağı rədd etdiyi bu mütləq həqiqət onu anidən yaxa-
lamışdır. Həyatı boyu özünü qoruyacağını sandığı güclərə sığınmış
bir insan üçün artıq o an yardım istəyə biləcəyi kimsə, ya da sığına
biləcəyi  heç  bir  yer  yoxdur.  Çünki  hər  kəs  eyni  vəziyyətdədir,
çarəsizlik içində başlarına gələcəklərə təslim olublar, dünya üzərində
o zamana qədər yaşamış olan bütün insanlar Allah’ın hüzurunda top-
lanıblar.
“Sur çalınan kimi qəbirlərindən qalxıb sürətlə Rəbbinin
hüzuruna axışacaqlar”. (“Yasin” surəsi, 51)
Surun səsi bir inkarçı üçün həyatı boyunca qaçdığı həqiqətlərlə
qarşılaşma demək olduğu kimi, artıq etdiklərinin əvəzi imkanının or-
tadan qalxdığı anı da ifadə edir. O an duyulan qorxunu sözlə ifadə
etmək mümkün deyil, daha əvvəl nə görünmüş, nə də eşidilmiş bir
dəhşət və təlaş yaşanmaqdadır. Dünya həyatında edilən bütün xəta-
ların bir əvəzini ala bilər, ya da vaxt keçdikcə bu xətalar unudula
Harun Yəhya (Adnan Oktar) 
21


bilər. Ancaq hər şeyin sonunun gəldiyini bildirən bu səs edilən xəta-
ların əvəzinin verilməsi üçün artıq vaxtın qalmamasının xəbərçisidir.
O gün surun səsi inkarçılara böyük bir qorxu gətirəcək və hər adam
qarşılaşdığı bu həqiqətə boyun əyəcəkdir. Allah bu vəziyyəti Qu-
randa belə xəbər verir:
“Sur  çalınacağı  gün  Allah’ın  istədiklərindən  başqa,
göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya düşər və
onların hamısı Onun hüzuruna müti vəziyyətdə gələr”.
(“Nəml” surəsi, 87)
Halbuki, bu həqiqət insanların hamısına qarşılaşdıqları belə bir
gündən əvvəl xatırladılmışdı. Allah insanları həm ayələri, həm də el-
çiləri ilə geri dönüşü olmayan bir gün gəlmədən öncə Ona doğru
yönəlmək barədə xəbərdar etmiş, əks davranış tərzi göstərənlərə isə
ölüm  gəldikdən  sonra  yardım  edilməyəcəyini  bildirmişdir.
Gözləmədiyi bir anda əzabla qarşılaşan adamın duyacağı peşmançı-
lıq və ona heç bir şəkildə yardım edilməyəcəyi həqiqət Quranda bu
şəkildə açıqlanmışdır:
“Rəbbinizə  dönün.  Əzab  sizə  gəlməmişdən  əvvəl  Ona
təslim olun. Sonra sizə heç bir kömək olunmaz! Qəfil əzab
özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl
Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə tabe olun! Bir
kəs: “Allah’a itaət barəsində etdiyim təqsirlərə görə vay
halıma!  Həqiqətən,  mən  istehza  edirdim!”  -  deməsin.
Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən
mütləq müttəqilərdən olardım!” - söyləməsin. Və ya əzabı
gördüyü zaman: “Kaş bir dəfə də qayıda biləydim; yaxşı
işlər  görənlərdən  olardım!”  -  deməsin!  “Xeyr,  Mənim
ayələrim sənə gəlmişdi, amma sən onları yalan saydın,
təkəbbür göstərdin və kafirlərdən oldun!” Qiyamət günü
Allah’a qarşı yalan uydurub söyləyənlərin üzlərini qap-
QİYAMƏT GÜNÜ
22


qara  görərsən.  Məgər  təkəbbür  göstərənlər  üçün
cəhənnəmdə yer yoxdur?!” (“Zumər” surəsi, 54-60)
Müvəqqəti bir mənafe naminə üstün tutulan dünya həyatı surun
səsi ilə artıq sona çatır. Bütün insanlar onlara vəd edilənlərlə qarşı-
qarşıyadır. Meydana gələn hadisələrin gerçəkliyinin insanlarda do-
ğurduğu qorxu və dəhşət hissi çox böyükdür. Bütün insanlar eyni
çağırışa tabe olur, geriyə dönüşü olmayan həqiqətlə qarşılaşdıqlarının
fərqinə varırlar. Bu, şübhəsiz ki, böyük bir gündür və bu böyük
gündə meydana gələcək hadisələr üçün surun səsi sadəcə olaraq bir
xəbərçidir.
Qiyamət anında yer üzünün vəziyyəti
Şiddətli sarsıntılar başlayacaq
“Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi
zaman; Yer öz yükünü çıxardıb atacağı zaman; Insan:
“Buna nə olub?” - deyəcəyi zaman - məhz o gün öz Yer
hekayətini söyləyəcəkdir. Çünki ona sənin Rəbbin vəhy
etmişdir!” (“Zilzal” surəsi, 1-5)
Qiyamət günü hər canlının duya biləcəyi surun səsini qulaqları
partladan bir gurultu əvəzləyər və yer üzü əvvəllər tayı-bərabəri gö-
rünməmiş bir sarsıntıya tutular. Nəhəng ölçülərdəki dağlar, ağaclar,
göydələnlər, binalar, qısası, yer üzünün hər nöqtəsi eyni anda sarsıl-
mağa başlayar. Bundan əvvəl heç rastlanmamış bu sarsıntı qarşısında
insanlar böyük təşviş və qorxuya qapılarlar. Ən qorxuncu isə bu sar-
sıntıdan qaçacaq, ya da sığınıb qurtula biləcək heç bir yerin olma-
masıdır. Çünki bu sarsıntı daha əvvəl insanların gördüyü və yalnız
Harun Yəhya (Adnan Oktar) 
23


müəyyən bir bölgədə, yaxud şəhərdə meydana gələn və bir neçə sa-
niyə davam edən zəlzələlərin bənzəri deyil. Bu dəfə yaşanan sarsıntı
heç bir qaçışın olmadığı, eyni anda dünyanın dörd bir yanında baş-
layan və dünyanı yerlə-yeksan edəcək bir sarsıntıdır. Dünyanı yerlə-
yeksan edənə qədər də sonu olmayacaq (ən doğrusunu Allah bilir).
İnsanların qiyamət günü qarşılaşacağı sarsıntını Allah Quranda belə
bildirmişdir:
“O gün sarsılanı sarsılacaq. Onun ardınca bir sarsıntı da
olacaqdır!  O  gün  ürəklər  qorxub  titrəyəcək,  gözləri
zəlilcəsinə yerə dikiləcəkdir”. (“Naziat” surəsi, 6-9)
Dünya üzərində yaşanmış və nəticələri insanlara dərindən təsir
etmiş sarsıntıları, zəlzələləri bir anlığa göz önünə gətirin. Bu sarsın-
tıların hamısı sadəcə olaraq bir neçə saniyə sürmüş, ancaq buna bax-
mayaraq, özündən sonra böyük xarabalıq, dağıntı və söküntülər
qoymuşdur. Yüz minlərlə ölçülən bir insan cəmiyyəti bu uçqunun
altında qalmış və sağ qalanlar heç gözləmədikləri bir səfalət və yox-
sulluqla qarşılaşmışlar. Evlər, mal-dövlət, əldə edilən qazanclar,
təsərrüfatlar  bir  neçə  saniyə  içində  yerlə-yeksan  olmuşdur.  Bu
fəlakətlər hər kəsin gözü qarşısında gerçəkləşmiş və bu saniyələr
içində heç bir güc bu sarsıntıya qarşı çıxa bilməmişdir. Qiyamət günü
yaşanacaq sarsıntı şiddət, nəticə baxımından və bütünlükdə daha
əvvəl  dünyada  yaşanan  yeraltı  təkanlara  bənzəməyəcək  və  hər
şeydən mühümü, geridə nəinki dağıntı, hətta həyat əlaməti də bu-
raxmayacaq.
Dünyadakı bir zəlzələ nə qədər şiddətli olursa-olsun, bu zaman
insanlar üçün əksərən qurtuluş ehtimalı var. İnsanlar bunu bildikləri
üçün sarsıntı başlayar-başlamaz özlərini qurtara bilmək məqsədilə
bəzi  tədbirlər  görməyə,  zəlzələyə  qarşı  təhlükəsizlik  içində  ola
biləcəkləri bir yerdə sürətlə gizlənməyə çalışırlar. Elə isə insanların
hamısı surun üfürülməsi ilə anlayacaqlar ki, bu sarsıntılar daha əvvəl
QİYAMƏT GÜNÜ
24


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə