MüƏLLİf haqqinda


bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (“Təhrim”



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə3/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   44

bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (“Təhrim”
surəsi, 66/8)
Bu kitab sizə qiyamət gününü və o gün meydana gələcək ha-
disələri açıqlamaqda, o çətin günlə bağlı xəbərdar etməkdədir. Ancaq
əsas  məsələ  qiyamət  gününün  insanların  hamısını  gözləyən  bir
həqiqət olmasıdır. Mütləq yaşanacaq olan, mütləq qarşılaşacağımız
bu böyük həqiqəti qulaqardı etmək və bunu düşünməmək yolve-
rilməzdir və məqbul sayılmır. Bu kitabda Quran ayələri həqiqətləri
işığında ediləcək açıqlama və izahlar qiyamət gününün varlığı və
həqiqiliyi üzərində düşünməyinizi təmin edəcək.
Buradakı məqsəd sizləri hər nə olursa olsun, qarşılaşacağınız bu
günə qarşı xəbərdar etmək, belə bir gündə təhlükəsizlik içində ola
bilməyiniz və sonsuz cənnət həyatını qazana bilməyiniz üçün sizlərə
yol göstərməkdir. Qiyamət gününün ağıllara durğunluq verən ha-
disələrə  səhnə  olacağı  həqiqəti  insanları  üzərində  düşünməyə
yönəltməsi baxımından çox mühümdür. Bax, bu səbəblə, kitab bo-
yunca sizlərə qiyamət vaxtının xüsusiyyətlərini incəlikləri ilə tərif
edəcək və bunların həqiqiliyi üzərində duracağıq. Sonsuz həyatı
təyin edəcək belə bir həqiqət üzərində düşünmək insanın özünü
sadəcə çaşdırmaqdadır. Sizlər bu sətirləri oxuduqca insana heç bir
fayda gətirməyəcək bu anlayışdan tam mənada çəkinmək lazım ol-
duğunu və dərin-dərin düşünülməsi lazım olan əsl mövzunun ma-
hiyyətini, şübhəsiz ki, daha doğru şəkildə anlayacaqsınız.
QİYAMƏT GÜNÜ
10


QİYAMƏT GÜNÜ
YAXINLAŞARAQ GƏLİR
“O saat mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə
yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir!”
(“Həcc” surəsi, 22/7)
Ölüm get-gedə yaxınlaşır. İstər gənc olun, istərsə də yaşlı, keçən
hər gün, hətta hər dəqiqə ölümə bir az da yaxınlaşırsınız. Zamana
mane ola bilmir və ölümün yaxınlaşmasına heç cür əngəl ola bilmir-
siniz. Göstərdiyiniz səylərin heç biri sizi və ətrafınızdakıları hər şeyə
baxmayaraq müvəqqəti olmaqdan ayırmır. Dünyadakı hər şey kimi
siz də həyatınızı sona çatdıracaq günə doğru irəliləyirsiniz.
Ancaq dünyada ölümlü olanlar yalnız insanlar deyil. Digər bütün
canlılar, yer üzü, hətta bütün kainat da ölümlüdür, onların hamısının
yox olacaqları bir gün müəyyən edilmişdir. Bax, o gün son gündür.
O gündən sonra dünya həyatı sona çatacaq. Qiyamət günü yalnız
dəhşətin yaşandığı, ölçüləri heç bir insanın təsəvvür edə bilməyəcəyi
qədər qorxunc, eyni zamanda, görkəmli bir son gün olacaq. Yer
üzündəki hər şey yerlə bir olacaq, ulduzlar silinib töküləcək, günəş
sönəcək. O vaxta qədər dünya üzərində yaşamış bütün insanlar bir
araya toplanacaq və bu günə şahid olacaqlar. Bu son gün inkarçılar
üçün çətin gündür və bu günün sahibi, şübhəsiz ki, aləmlərin Rəbbi
olan Allah’dır.
Harun Yəhya (Adnan Oktar) 
11


Qiyamət yaxınlaşaraq gəlməkdədir. İnsanların çoxunun inamının
əksinə olaraq qiyamət heç də uzaq deyildir. O gün dünya ilə birlikdə
dünyaya aid olan hər şey də yox olacaq. Tamahkarlıqlar, acgözlüklər,
istəklər, qızğınlıqlar, şəhvət, düşmənçilik və zövqlər sona çatacaq.
Gələcəyə yönəlmiş planların heç bir mənası qalmayacaq. Allah’a
qaytarılacağını unudan hər kəs üçün çox sevdiyi, sonsuz həyatdan
üstün tutduğu dünyanın bütün o aldadıcı zənginlikləri, gözəllikləri
və məşğuliyyətləri ilə birgə sona çatdığı gün gəlmişdir. Bax, o gün
insanlar Allah’ın varlığına qəti bir biçimdə şahid olacaq, unutma-
mağa çalışdığı ölüm günü ilə qarşı-qarşıya qalacaqlar. Allah’ı və
axirət həyatını unudaraq keçirdiyi bu qısa ömür artıq sona çatmışdır
və yeni bir başlanğıcı gözləməkdədir. Bu başlanğıc əsla son olma-
yacaq və inkarçılara əsla xoşbəxtlik gətirməyəcək. Bu sonsuz həyatın
ilk anından etibarən əzab elə şiddətlidir ki, bunu yaşayanlar əzabın
yerinə ölümü və yox olmağı istəyəcəklər. Bu həyatın başlanğıcı qi-
yamət  saatıdır.  Və  şübhəsiz  ki,  qiyamət  saatı  yaxınlaşaraq
gəlməkdədir.
Dünya həyatı müvəqqəti, ölüm
isə mütləq həqiqətdir
Uşaqlığınızın ilk günlərindən etibarən gələcəyinizlə bağlı aşkar
bir hədəfə yönəlir və ya başqaları tərəfindən yönləndirilirsiniz. Eh-
timal ki, bunlarla qarşılaşırsınız: yaşınız artdıqca artıq ailəniz və işi-
niz olmuşdur; daha çox pul qazanmaq və daha rahat yaşamaq üçün
cəhd göstərirsiniz; uşaqlarınızı yetişdirir, onların sizdən də gözəl
həyat sürməsini istəyirsiniz; həftədə bir dəfə ailə toplantılarına qatılır,
tətil edir, işə gedir, qalan vaxtınızı da evdə keçirirsiniz; bir neçə kəm-
kəsiri nəzərə almasaq, həyatınızda hər şey müntəzəm davam edir,
əsasən, fövqəladə vəziyyətlərlə qarşılaşmırsınız.
Həyatınızdakı hər şey sanki daha əvvəlcədən müəyyənləşdirilmiş
QİYAMƏT GÜNÜ
12


kimidir,  ətrafınızdakı  insanların  həyatı  da  bir-biri  ilə  böyük
bənzərliklərə malikdir. Bu oxşar ssenarilərə görə yaşamaq üçün ça-
lışmalı, nəslinizi davam etdirmək üçün də ailə qurmalısınız. Əslində,
yaxşı bir ailə və yaxşı bir işdən əlavə həyatın başqa nə məqsədi ola
bilər ki! Bunlar təmin edildikdən sonra xoşbəxt bir həyat barədə dü-
şünürsünüz.  Beləcə,  hər  şey  rahat  olacaq  və  həyatınızın  qalan
hissəsini rahatlıqla keçirəcəksiniz.
Halbuki, bunları düşünərkən bədəninizdə və ətrafınızda bəzi
mühüm dəyişikliklər olur. Vücudunuzdakı fərqli funksiyalara sahib
olan bir çox hüceyrə işini tamamlayıb ölür və yaşınız artdıqca bun-
ların təzələnməsi daha da yavaş getməyə başlayır. Bədəniniz yaşlanır
və bu yöndə davamlı əlamətlər, xəstəliklər, çatışmazlıqlar ortaya
çıxır. Zaman sürətlə irəliləyir və geri dönmənin mümkünsüzlüyü
özünü zaman keçdikcə daha açıq bir şəkildə göstərir. Siz sakit və
rahat keçirməyi planlaşdırdığınız qalan ömrünüzdə get-gedə ölümə
doğru yaxınlaşdığınızın fərqindəsiniz. Bax, bu səbəblə, dünya həyatı
sizə gözlədiyiniz rahatlığı və sakitliyi həqiqi mənada əsla verməz. O
ana qədər sizi bir çox cəhətlərdən qane etdiyini düşündüyünüz bu
həyatın bir sonu vardır. Bax, bu sonun ardından əsl həqiqətlərlə üz-
üzə gəlinəcək. O halda, dünya həyatında hədəf seçdiyiniz heç bir şey
sizin həqiqi məqsədiniz olmamalıdır. Çünki dünya həyatı yalnız
müvəqqəti bir imtahan yeridir. Kimin daha gözəl davranış göstərdi-
yinin sınandığı yerdir. Allah bizə bu mühüm həqiqəti belə bildirir:
“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün
ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahi-
bidir, bağışlayandır”. (“Mülk” surəsi, 67/2)
Həyatın həqiqi məqsədi yaxşı bir ailə və yaxşı bir iş deyil. Hər
kəsin tək bir yaradılış məqsədi vardır - Allah’a qul olmaq. Dünyada
əldə edilmiş mal-dövlət, həyat yoldaşı, uşaq, mövqe, etibar kimi qa-
zancların  hamısı  həyat  boyunca  böyük  bir  tutqu  ilə  bağlanılan
Harun Yəhya (Adnan Oktar) 
13


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə