MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə8/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

Bütün hadisələr sona çatdığında yer üzündə tək bir toxum, tək bir
bitki, tək bir mikroorqanizm, hətta yer üzünün özü də qalmayacaq.
O gün yerin çölə atacağı ağırlıq yalnız maqma qatı deyil. Maqma
həm mantiyanın içindəki, həm də mantiya ilə qabıq arasındakı isti-
liyin və maddələr mübadiləsinin başlıca daşıyıcısıdır. Yəni ehtimal
ilə maqma ilə birlikdə daşınan, yerin altında olan bir çox maddə
yüksək temperaturla birlikdə yerin üzünə çıxacaqdır. Bu da yer üzü-
nün görünməmiş bir şəkildə isinməsinə səbəb olacaqdır. Gerçəkləşən
hadisələr nəticəsində yerin altındakı neft, kömür kimi faydalı qazın-
tılarla birlikdə bütün bitki qalıqları və cəsədlər, bir sözlə, yerin al-
tında olan canlı-cansız hər şey çölə atılacaqdır. Qısası, yerin altı
üstünə çevriləcək. Allah bu vəziyyəti Quranda belə xəbər verir:
“Qəbirlər çevriləcəyi zaman; hər kəs nə etdiyini və nə
qoyub getdiyini biləcəkdir!” (“İnfitar” surəsi, 4-5)
Yeraltı sular sarsıntının şiddəti ilə qırılan yerin təbəqələrindən
çölə fışqıracaq. Təzyiqli suyun təsiri isə olduqca şiddətlidir. Həm fış-
qırmanın başladığı bölgədə önəmli hasarlar meydana gələcək, həm
də həyata mənfi təsir edən bir su təbəqəsi yer üzünə yayılacaq.
Hər hansı bir bölgədə vulkan püskürməsi olduğu zaman saysız
toz qatı və parçalar atmosferin üst təbəqələrinə yayılar. Belə bir püs-
kürmə dövründə çox zaman bütün bölgənin kül örtüyü altında, sö-
zügedən bölgənin isə toz-duman içində qaldığı bilinir. Həmçinin uca
Allah  ayədə  qiyamət  günündə  dağların  toz  kimi  səpələnəcəyini
(“Vaqiə” surəsi, 6) bildirir. Quranda anladılanlara uyğun olaraq qi-
yamət günündə dünyanın hər yerində buna bənzər püskürmə və part-
layışların olması ehtimalı olduqca yüksəkdir.
Göründüyü kimi, insanlar dörd bir yandan şiddətli bir əzaba uğ-
rayacaqlar. Hər tərəfi bürüyən, hər yeri dövrəyə alan toz-duman bu-
ludu, yenə eyni anda yayılan qazlar insanların nəfəs ala bilməsinə
və əzab-əziyyət içində qıvrılmasına səbəb olacaqdır. O gün yaşanan
QİYAMƏT GÜNÜ
28


bütün hadisələr inkarçıların sonsuza qədər cəhənnəm içində dadacağı
əbədi əzabın böyüklüyünü anlaması üçün kifayətdir. İnsanların həya-
tına belə bir dəhşətli aqibətlə son verən Allah cəhənnəmdə onlar üçün
tayı-bərabəri olmayan maddi və mənəvi bir əzab hazırlamışdır. Ya-
şanan hadisələrin əzəməti qarşısında dəhşətli bir ölüm qorxusu hər
yanı bürümüşdür. Geridə qorxu və peşmançılıqdan başqa bir şey qal-
mamışdır.
Dağların vəziyyəti
Dağlar kökündən dağılıb sovrulur
“Dağlar  parça-parça  olub  dağılacağı  zaman...”
(“Mürsəlat” surəsi, 10)
Məlum  olduğu  kimi,  dağların  yer  üzündəki  sarsıntıları
əngəlləmək funksiyası vardır. Bu həqiqət Quran ayələrində belə
xəbər verilmişdir:
“Sizi yırğalatmasın deyə, yer üzündə möhkəm dayanan
dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar ya-
ratdı”. (“Nəhl” surəsi, 15)
“Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!”
(“Nəbə” surəsi, 6-7)
Bu günə qədər dünyada qeydə alınmış ən böyük zəlzələ 9,2 bal
gücündədir. Və bu gücdəki bir zəlzələ gerçəkləşdiyi bölgəyə qısa
vaxt içində böyük bir fəlakət gətirir. Qiyamət günü yaşanacaq sarsıntı
isə Allah’ın istəyi xaricində - dünyada o günə qədər tayı-bərabəri
əsla gerçəkləşməmiş şiddətdə bir sarsıntıdır. Bu sarsıntı bir dirək
kimi yerləşərək yer üzünü şiddətli zəlzələlərdən qoruyan dağların da
qarşısında tablaya bilməyəcəyi qədər böyükdür. Yer üzündəki ən sağ-
Harun Yəhya (Adnan Oktar) 
29


lam təməllərdən olan və sarsılmazlıq simvolu olan dağlar yerlərindən
oynadılıb altındakı torpaqla birlikdə sürüşməyə başlayar. Quranda
dağların o gün necə hərəkətlənməsini anladan ayələr bu şəkildədir:
“Dağlar yerindən qopub oynayacaqdır”. (“Tur” surəsi,
10)
“Dağlar yerindən qopardılıb ilğıma dönəcəkdir”. (“Nəbə”
surəsi, 20)
“O  gün  dağları  hərəkətə  gətirəcəyik.  Yeri  dümdüz
görəcəksən,  bir  yerə  toplayacaq,  onların  heç  birini
kənarda qoymayacağıq”. (“Kəhf” surəsi, 47)
Yer üzünün böyük bir hissəsi dağlarla örtülüdür və bunların eyni
anda yerlərindən sökülərək hərəkət etməsi, belə nəhəng ölçülərdəki
torpaq parçalarının yerin üzərində bir araya toplanması və yerin düm-
düz bir hala gəlməsi, əlbəttə ki, insanın görə biləcəyi ən qorxunc
mənzərələrindən biri olacaq. İnsanın belə bir anı gözü önündə can-
landırması olduqca çətin bir işdir.
Təsəvvür  edin  ki,  insanların  zirvəsinə  dırmaşmaqda  çətinlik
çəkdiyi və yerindən oynamaz deyə düşündüyü Himalay, Alp, Toros
bir anda sarsılmağa və yerlərindən oynamağa başlayacaqlar. Minlərlə
metr  yüksəklikdəki  dağlar  və  bu  dağların  yamaclarında  salınan
şəhərlər bir anda yerlə-yeksan olacaqlar.
Dağlarda keçidlər açmaq üçün böyük texnoloji imkanlar, makina
və alətlər gərəkir, hətta zaman keçdikcə bütün üsullar uğursuzluqla
nəticələnir. İnsanların yol açmaq məqsədilə dinamitlə dəlməyə ça-
lışdığı dağlardan ancaq qismən bir nəticə alınır, dinamit sadəcə ola-
raq müəyyən bir bölgəyə təsir edir, hətta çox zaman heç bir təsiri
olmur. Hətta bu səbəblə bəzi dağlıq bölgələrlə rabitə olduqca çətin
baş tutur. Halbuki, qiyamət günü yer üzündəki bütün dağlar toz ha-
lına gəlirlər. Bu hadisə o gün yaşananların şiddətini anlaya bilməyi-
QİYAMƏT GÜNÜ
30


miz baxımından çox təsirli bir misaldır. Dünyada olan bütün dağların
eyni anda qum yığını halına gəlməsi, o heybətli quruluşların bir anda
çökməsi olduqca dəhşətli bir vəziyyətdir. Ayrıca, Allah’ın sonsuz gü-
cünü anlaya və təqdir edə bilmək baxımından da çox mühümdür.
Dağların qiyamət günündə alacağı şəkil Quranda belə bildirilir:
“O gün yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar yum-
şaq qum təpəsinə dönəcəkdir”. (“Müzzəmmil” surəsi, 14)
Yenə Quranda həmin günə aid verilən bir bilgi də dağların par-
çalanaraq çökməsindən sonra yer üzünün heç bir təpəciyi olmayan
bir düzənliyə dönəcəyi şəklindədir:
“Səndən dağlar haqqında soruşarlar. De: “Rəbbim onları
ovxalayıb havaya sovuracaq. Dümdüz bir yer edəcək! Və
sən orada heç bir eniş-yoxuş görməyəcəksən!”“ (“Taha”
surəsi, 105-107)
Bu an kənara baxdığımızda bizlərə olduqca tanış gələn əyri-üyrü
görüntü o gün tamamən düz bir xətt halına gələcək. Ucsuz-bucaqsız
bir düzlük üzərində insanların hamısı bir araya toplanacaq. Allah
“Kəhf” surəsində bu həqiqəti belə vurğulayır:
“O  gün  dağları  hərəkətə  gətirəcəyik.  Yeri  dümdüz
görəcəksən,  bir  yerə  toplayacaq,  onların  heç  birini
kənarda qoymayacağıq”. (“Kəhf” surəsi, 47)
Dağlar rəngarəng yun yumaqları kimi uçuşurlar
O gün dağlar, onların üzərindəki bitkilər, çiçəklər, bütün yaşıl-
lıqlar  və  dağların  içindəki  ən  müxtəlif  mədənlər  fərqli  növ  və
rənglərdəki torpaqlarla birlikdə ətrafa səpələnəcək. Toz-duman olan
dağlar bütün əzəmətli görünüşləri ilə birlikdə parçalanıb dağılacaq.
Bu rəng haləsi ayələrdə rəngli yunlara bənzədilir:
Harun Yəhya (Adnan Oktar) 
31


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə