MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə11/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

şananlar  yenə  də  bu  Yaradanın  böyüklüyünə  uyğun  şəkildə
gerçəkləşəcəkdir. Allah var olan hər şey üçün olduğu kimi, göy
üzündəki bu müəzzəm dünya üçün də görünməmiş bir aqibət hazır-
lamışdır.
Göy üzü insanın varlığına və davamlılığına həmişə arxayın ol-
duğu bir tavan kimidir. Allah’ın bir dirək olmadan yüksəltdiyi və tut-
duğu, ucsuz-bucaqsız kosmosla öz arasında pərdə rolunu oynayan
görkəmli bir tavan...
Bu tavan dünyanı və üzərindəki canlıları saysız təhlükələrdən
(ultrabənövşəyi şüalardan, komet və meteorlardan, kosmosun don-
durucu soyuğundan və s.) ən kiçik bir nöqsana yol vermədən yüz
illərlə  qorumuş,  canlı  aləmin  davam  etməsi  üçün  lazım  olan  ən
əhəmiyyətli qoruyucu örtük olmuşdur. Qaranlıq kosmosdan keçib
gələn  işıq  atmosferin  daşıdığı  xüsusiyyətlər  sayəsində  dünyaya
qədərincə  yayılmış,  bütün  planeti  işıqlandırmış  və  insan  atmos-
ferdəki həssas oksigen nisbəti sayəsində nəfəs alıb həyat tapa bil-
mişdir. Halbuki, o gün göy bütün vəzifə və funksiyalarını itirər. Artıq
onun da Allah dərgahında aşkar olan əcəli gəlmişdir. Qiyamət günü
göy Allah’ın diləməsi ilə sarsılıb çalxalanar, çatlayar və yarılar:
“O gün göy hərəkətə gəlib çalxalanacaq”. (“Tur” surəsi,
9)
“O  gün  göy  parçalanacaq,  Allah’ın  vədi  yerinə
yetəcəkdir”. (“Müzəmməl” surəsi, 18)
“Və göy süst düşüb parçalanacaqdır!” (“Haqqə” surəsi,
16)
Dünya tarixi boyunca saysız canlının həyatını davam etdirməsi
üçün ən gərəkli şərtlərdən biri olan hava bütün əhəmiyyətini və funk-
siyasını itirir. O gün var olan qanunlar alışdığımız qanunlardan fərqli-
dir.  Saysız  fizika  qanunu  ilə  göydə  sabit  bir  müvazinətlə  duran
Harun Yəhya (Adnan Oktar) 
39


atmosfer əriyib axmağa başlayar. Quranda o gün göy üzünün uğra-
yacağı aqibət bu şəkildə anladılır:
“O gün göy göyərmiş mis kimi olacaq”. (“Məaric” surəsi,
8)
Atmosfer o gün əriyər və yanmağa başlayar. İnsanlar masmavi
görməyə alışdıqları göy üzünü o gün qızılı rəngdə görərlər. Göy üzü
yarılıb ərimiş, yağ kimi olmuşdur:
“Göy  ayrılıb  dağ  edilmiş  yağ  kimi  qıpqırmızı  olduğu
zaman...” (“Rəhman” surəsi, 37)
Qiyamət günü o günə qədər Allah’ın böyüklüyünü və gücünü
görmək istəməyən, bilə-bilə üz çevirən insanlar üçün peşmanlığın
yaşadığı gündür. Bu, öyüd alıb düşünmək və səhvləri düzəltmək im-
kanı tanınmayan bir peşmanlıqdır. Bütün insanlar Allah’dan başqa
dost, yardımçı və qoruyucunun olmadığını, Allah’ın gücünü və əza-
bını artıq birmənalı şəkildə anlayıblar. Belə bir anda Allah’a və axirət
gününə qarşı inkar içində ola və bu inkarında inad göstərə biləcək
tək bir insan da yoxdur. Bu həqiqət Quran ayələrində bütün insanlara
bildirilmişdir:
“Onlar Allah’ı lazımınca qiymətləndirmədilər. Halbuki,
qiyamət günü yer bütünlüklə Onun ovcunun içində ola-
caq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. Allah aid et-
dikləri sifətlərdən tamamilə uzaq və ucadır!” (“Zumər”
surəsi, 67)
İnsanın tanıyıb bildiyi bütün qayda-qanunlar o gün yox olur. Ya-
radılışları  sırasında Allah’ın:  “İstəyərək  və  ya  istəməyərək  itaət
edin”, - çağırışına boyun əyən və: “İstəyərək gəldik”, - deyə cavab
verən göy və yer o gün də öz yaradılışlarına uyğun olaraq həqiqi sa-
hibləri və yaradıcıları olan Allah’a boyun əyərlər. Quranda Allah’ın
göyə və yerə səslənməsi bu şəkildə anladılır:
QİYAMƏT GÜNÜ
40


“De: “Doğrudanmı, siz yeri iki gündə yaradanı inkar edir
və Ona şəriklər qoşursunuz? O ki aləmlərin Rəbbidir! O,
yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli
etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin
ruzisini dörd gündə müəyyən etdi. Sonra Allah tüstü ha-
lında  olan  göyə  üz  tutdu.  Ona  və  yerə  belə  buyurdu:
“İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək vü-
cuda gəldik!” - deyə cavab verdilər”. (“Fussilət” surəsi,
9-11)
Bilindiyi kimi, inkarçıların iddialarından biri maddənin öz-özünə
yaranması iddiasıdır. Onlar ətraflarında gördükləri bütün gözəlliyi
təbiətin gücünə bağlayırlar. İnkarçılar bundan sonrakı proseslərin
təfərrüatı, yəni bunların necə meydana gəlməsi, bu elmi yaradılışın
necə baş verməsi, özü yox ikən necə yaranması, onların cansız bir
təsəvvür olan təbiətdən ortaya çıxması barədə əsla düşünməzlər. Bu
məntiqsiz iddiaya görə, hər şeyi təbiət öz-özünə yaratmışdır. Yəni
hakim olan fövqəladə uyğunluq və tarazlığın sahibi daş, torpaq, hava
və sudur. Halbuki, qiyamət günü gələndə insan dağın, daşın, torpağın
nə hala düşdüyünü görür və bu gücün sahibinin təbiət olmadığına
şahid olur. Canlı-cansız hər şeyin yaradılışının aid edildiyi təbiət o
gün özünü qoruya bilməyəcək. Allah hər şeyin təkcə Öz gücü və
iradəsi ilə yaradıldığını, təkcə O, diləyib qoruduğu üçün qorundu-
ğunu insanlara göstərəcək. Bir çox insanlar anlamazlıqdan gəldikləri
həqiqətləri o anda vicdanları qəbul etdiyi halda, çox böyük bir peş-
manlıqla xatırlayacaqlar:
“Göy  yarılacağı  və  Rəbbinin  buyruğunu  eşidib  itaət
edəcəyi zaman; yer uzanıb dümdüz olacağı, qoynunda
olanları bayıra atıb boşalacağı və Rəbbinin buyruğunu
eşidib itaət edəcəyi zaman... Ey insan! Sən Rəbbinə doğru
çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!” (“İnşiqaq”
surəsi, 1-6)
Harun Yəhya (Adnan Oktar) 
41


Ulduzların, Günəşin və Ayın vəziyyəti
Kosmosun qaranlıq və soyuq mühitinin əksinə olaraq dünyamızın
işıqlanmasında və canlıların yaşaya biləcəyi orta bir istiliyin mövcud
olmasında ən böyük amillərdən biri atmosferdir. Dünyamızı qoruyan
bir tavan olaraq tanınan atmosferdə istinin və işığın yayılma xüsu-
siyyəti var. Qaranlıq bir yoldan keçərək dünyamıza çatan Günəş şüa-
larının yer üzünü işıqlandırması və isitməsi atmosferin daşıdığı bu
xüsusiyyət sayəsində baş verir. Ancaq qiyamət günü gələndə yara-
dılan hər şey kimi göy də çatlayıb yarılacaq və bütün rolunu və
dəyərini itirib Quranda bildirildiyi kimi, əriyərək axacaqdır. Quranda
“Təkvir” surəsinin ilk ayəsində qiyamət günündən bəhs edilərkən
“Günəş kor edildiyi zaman” ifadəsi işlədilir. Bu ifadədən Günəş işı-
ğının dünyaya artıq heç bir fayda verməyəcəyi anlaşılır.
Qiyamət günü dünyaya işıq verən Günəş və Ay qaralacaqdır. O
gün dünyaya işıq gəlməməsinin tək səbəbi atmosferin yox olması
deyil. Çünki Quranda da bildirildiyi kimi, o gün təkcə göylərin, yerin
və ikisinin arasında olanların yox olduğu bir gün deyildir, bütün kai-
natın yox olduğu gündür. “Təğabun” surəsinin ilk ayələrində də bil-
dirildiyi kimi, Allah hər şeyi mükəmməl və qüsursuz yaradan və hər
dilədiyini istədiyi anda gerçəkləşdirməyə güc yetirəndir. Milyardlarla
qalaktikanı və özündə hər qalaktikadakı milyardlarla ulduzu ehtiva
edən kainatı O yaratmışdır və dilədiyi zaman da yox edəcək sonsuz
qüdrət sahibi də Odur.
Kainatın genişliyini insan ağlının tam və real şəkildə qavraması
mümkün deyil. Amma bir neçə rəqəmlə bu sirli dünyanın böyüklü-
yünü təxmini şəkildə anlamağa çalışa bilərik. Günəş Südyolunu
təşkil edən 200-250 milyard ulduzdan biridir. Günəş Yer kürəsinin
109 qatı olduğuna baxmayaraq, kainatdakı kiçik ulduzlardan sayılır.
Günəş ölçüsü 125 min işıq ili olan Südyolunun mərkəzindən 30 min
işıq ili uzaqlıqdadır. Bu arada 1 işıq ili təxminən 9.460.800.000.000
QİYAMƏT GÜNÜ
42


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə