MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə12/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

kilometrdir. Dünya isə öz oxu ətrafında saatda 1670 km sürətlə fır-
lanan 6 katrilyard ton ağırlığında bir kütlədir. Günəş saatda 792.000
km sürətlə hərəkət edir. Südyolu öz oxu ətrafında saatda 900.000 km
sürətlə fırlanır. Ancaq ağlı çaşdıran bu kainat qiyamət günü Allah’ın
diləməsi ilə yerlə-yeksan olacaq, böyüklüyü tərif də edilə bilməyən
ulduzlar Quranda ifadə edildiyi kimi, örtülüb silinəcək, yox olacaq-
lar.
Kainatın hər nöqtəsi Allah’ın varlığının, böyüklüyünün və gücü-
nün  ayrı  bir  dəlilidir.  Bu  nöqtələr  ancaq  Onun  diləyi  ilə,  Onun
dilədiyi müddətdə, Onun izni ilə yaradılıblar. Bu tarazlığı yaradan
və  qoruyan Allah  bütün  bunları,  əlbəttə  ki,  dilədiyi  şəkildə  yox
etməyə də qadirdir. Kainatın ölümü də yaradılışında olduğu kimi baş
verəcək, yəni Onun izni ilə, Onun təqdir etdiyi şəkildə gerçəkləşəcək.
O gün insanların dünya həyatı boyunca əzəmətinə heyran qaldıqları
hər şey parça-parça ediləcək. Bütün planetlər, ulduzlar, Günəş və Ay
öz orbitlərindən çıxacaq, ulduzlar töküləcək, göy cisimləri bir-bir
öləcəkdir. Bütün bunlar Quranda belə bildirilir:
“Saat yaxınlaşdı, Ay parçalandı”. (“Qəmər” surəsi, 1)
Ayədə də bildirildiyi kimi, o gün artıq qaçacaq bir yer yoxdur.
Dünya həyatı boyunca özünə Allah’dan başqa dost və yardımçı ax-
taran insanlar da artıq yönəlib dönüləcək həqiqi dost və yardımçının
təkcə Allah olduğunu anlayıblar. O gün insanların əlçatmaz saydığı,
görkəmli və möhtəşəm gördüyü ulduzların da ölüm günüdür. Ulduz-
lar orbitlərindən çıxaraq dağılıb yayılacaqlar:
“Ulduzlar dağılıb səpələnəcəyi zaman...” (“İnfitar” surəsi,
2)
Bəlli olduğu kimi, Günəş hər saniyə enerji istehsal edən bir ul-
duzdur. Kosmosdakı digər ulduzların bir çoxu isə Günəşdən qat-qat
böyükdür və onun malik olduğu enerjidən daha yüksək enerjiyə sa-
Harun Yəhya (Adnan Oktar) 
43


hibdir. Halbuki, qiyamət günü gələndə artıq hamısı güclərini itirirlər,
bulanıqlaşıb  tökülürlər.  Quranda  qiyamət  günündə  ulduzların
vəziyyəti bu şəkildə bildirilir:
“Ulduzlar səpələnəcəyi zaman...” (“Təkvir” surəsi, 2)
“Ulduzlar sönəcəyi zaman...” (“Mürsəlat” surəsi, 8)
Minlərlə ildir işıq saçan, dünyanın həyat və enerji qaynağı olan
Günəş və göy üzünü bəzəyən ulduzlar o gün qaralar. O zamana qədər
onları orbitlərində tutan və işıq verməsini təmin edən sonsuz qüdrət
sahibinin ulduzların da həqiqi sahibi olan Allah olduğunu və o ana
qədər sadəcə Onun izni ilə yaradıldıqlarını hər kəs bir daha anlayar.
İnkarçılar o gün Allah’dan heç bir yardım görməzlər. Yardım görə
biləcəkləri başqa hər hansı bir güc də yoxdur. Texnologiyanın çox
inkişaf etməsi sayəsində kainatın uzaq bir guşəsinə getmək mümkün
olsa belə, insanlar üçün artıq heç bir şey dəyişməyəcək. Əzab insan-
ları orada da tapacaq. Çünki qiyamət bütün kainatı bürümüşdür.
Təkcə üzərində bir zamanlar arxayınlıq içində yeridiyi yer üzü deyil,
əlçatmaz saydığı uzaq ulduzlar da Allah’ın əmrinə boyun əyib və
yox olublar. İnsanların ogünkü çarəsizliyi Quranda belə bildirilir:
“Ay tutulacağı; Günəşlə ay birləşəcəyi zaman - məhz o
gün  insan:  “Qaçıb  can  qurtarmağa  yer  hardadır?”  -
deyəcəkdir. Xeyr, heç bir sığınacaq olmayacaqdır! O gün
duracaq yer ancaq Rəbbinin hüzurudur! O gün insana
öncə  etdiyi  və  sonraya  qoyduğu  nə  varsa  xəbər  ve-
riləcəkdir!” (“Qiyamə” surəsi, 8-13)
İnsanlar qiyamət vaxtında
Bura qədər izah edilən bütün hadisələr insanların heç xəbərinin
olmadığı bir anda, daha əvvəl heç eşidilməmiş və tanınmaz bir səsin
duyulması ilə başlamışdır. Və dünyadakı bütün insanlar bu anda da
QİYAMƏT GÜNÜ
44


olduğu kimi, hər şeyin heç dəyişmədən və pozulmadan eynən davam
edəcəyini düşünərkən ani bir şəkildə yaxalanmışlar.
Sura  üfürülməsindən  dərhal  qabaq  gerçəkləşən  hadisələrin
əvvəlki gündən heç bir fərqi yoxdur. Yer kürəsi yenə eyni sürətlə fır-
lanır, Günəş yenə dünyanı işıqlandırır, həyat davam edir və insanların
bir  çoxu  nədən,  kim  tərəfindən  yaradıldığını  və  aqibətini  dü-
şünmədən vərdiş etdiyi şəkildə yaşamağa davam edirlər. Kimi axşam
gələcək  qonağına  hazırlayacağı  yeməyi,  kimi  işgüzar  görüşləri
barədə düşünərkən, kimi alış-veriş edərkən, kimi yatarkən və böyük
bir bölümü də Allah’ın varlığını inkar halında ikən bu səsi duyacaq
və hər şey bir anda başlayacaq, bəlkə də hər şey bir anda sona çata-
caqdır.
İnsanın güclü zənn etdiyi, öyünərək böyükləndiyi bədəni heç
gözləmədiyi bir anda dörd bir yandan ölümlə əhatələnəcək. Artıq can
dərdindən başqa heç bir problem və dərd qalmayacaqdır. İnsanlar
dəyər verdikləri, möhkəm bağlandıqları, uğrunda hər növ fədakarlığa
hazır olduqları şeyləri yaşadıqları qorxunun şiddətindən bir anda
görməz olacaqlar.
Qiyamətin meydana gətirdiyi bütün bu qorxu, dəhşət və çaşqınlıq
dünyada inkar içində həyat sürən insanın qəflət yuxusuna əvəzdir. O
gün başlayan bu danılmaz çətinliklər inkarçıları əbədiyyətə qədər
rahat buraxmayacaq. Bir-birinin ardınca meydana gələn bütün bu ha-
disələr onlardakı təşviş və dəhşəti daha artıracaq. Keçən hər saniyə
onlara yeni əzab növləri və bəlaları gətirəcək. Qarşılaşdığı şüurları
donduran bu hadisələr o günə qədər inkar etdiyi Allah’ın böyüklü-
yünü sərgiləyəcək. İnsan bu güc qarşısında mümkün qədər gücsüz
və çarəsizdir. Peşmanlıq, üzüntü və qorxudan başqa edə biləcəyi bir
şey yoxdur. Saniyələr keçdikcə Allah’ın ona əbədi həyatında təqdim
edəcəyi qorxunc əzabı daha yaxşı anlayar. O gün qarşılaşdığı dəhşət
dolu dəqiqələr sonsuz həyatı boyunca yaşayacağı əzabın sadəcə ola-
Harun Yəhya (Adnan Oktar) 
45


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə