MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə10/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

O gün Allah’ın istəyi ilə qurudan gələcək fəlakətlərə dənizlərdən
gələnlər də əlavə olunacaqdır. Belə bir fəlakətin və bunun kimi
digərlərinin gerçəkləşməsi üçün, şübhəsiz ki, təkcə Allah’ın diləməsi
kifayətdir. Allah sadəcə “ol” əmri ilə yoxdan var etdiyi yer üzünü
çeşidli şəkillərdə yerlə bir etməyə qadirdir. Bunları gerçəkləşdirə
biləcək səbəblər isə bizlər üçün yalnız bir xatırlatma, Allah’a yaxın-
laşmaq və Onun əzabından qorxmaq üçün bir yoldur. Bu hadisələrin
necə gerçəkləşəcəyinin, səbəblərinin nə olacağının məlumatı yalnız
Allah’ın dərgahındadır. Bəlkə heç bir səbəb olmayacaq, qiyamətin
bütün  əlamətləri  birdən-birə  gerçəkləşməyə  başlayacaqdır.  Bu
səbəblə, bu bölümdə verilən misallar sadəcə təxminlərdir.
Gerçəkləşməsi ehtimal edilən bəzi misallar dənizlərin daşması
ilə bağlıdır. Bəlli olduğu kimi, əsasən, dəniz altında yeraltı təkan
meydana gəldiyi zaman suyun üzündə nəhəng dalğalar yaranır. Yer-
altı təkanın mərkəzindən başlamaqla yayılan təsir nəticəsində dalğa-
lar okeanı saatda 750 km kimi yüksək bir sürətlə keçərək sürətlə
sahilə çatır. Okeanın ortasında bir metrə çatmayan dalğa sahilə ça-
tanda 60 metri aşa bilir. Məsələn, 1896-cı ildə Yaponiyanın Hoşu
şəhərində meydana gələn böyük dənizaltı təkandan sonra qabaran
bir dalğa 25-35 metrə çataraq bütün məskunlaşma mərkəzini bürü-
müş və 25000 adamın ölümünə səbəb olmuşdu.
Nəhəng dalğaların bəlli olan başqa bir qaynağı da vulkan püs-
kürməsidir. Buna canlı misal 1883-cü ildə Krakatoanın zirvəsindəki
çökmədən sonra yüksələn dalğadır. Cava ilə Sumatra arasında olan
bu ada şiddətli püskürmələrin ardınca qəfildən itmiş, ani və böyük
bir dalğaya səbəb olmuşdu. Bunun nəticəsində, meydana gələn su-
nami Cava adasında əhalinin ən sıx olduğu sahildə qırılaraq 165
kəndin yox olmasına və 3600 adamın ölümünə səbəb olmuşdu. Bu
dalğanın yüksəkliyi sahilə çatanda 35 metri aşırdı. Göründüyü kimi,
dəniz  altında  meydana  gələn  bəzi  zəlzələlər  və  ya  vulkan  püs-
kürmələri təkcə müəyyən bir bölgəni əhatə etsə də, dənizlərin daş-
QİYAMƏT GÜNÜ
36


masına, minlərlə adamın ölməsinə səbəb olur. Halbuki, qiyamət gü-
nündə yerin üstündə olduğu kimi, dənizlərin altında da sarsılmayan
heç bir yer qalmayacaq. Bu vəziyyətdə dənizlərin altında meydana
gələn şiddətli sarsıntılarla birlikdə dənizlər də daşacaq və o anadək
bəlli olan sunamilərlə müqayisə olunmayacaq bir şəkildə bütün yer
üzünə təsir edəcəkdir.
O gün dənizlərin daşaraq insanlara fəlakət gətirməsi üçün daha
bir neçə səbəb var. Bu böyük su kütləsinin sabit və durğun bir şəkildə
dayanması bəzi qanunlara bağlıdır. Ancaq o gün heç bir təbiət qa-
nunu keçərli olmayacaq, göyləri, yerləri, quruları, dənizləri və in-
sanları tarazlıqda saxlayan həssas hesablar və müvazinət yox olacaq.
Allah’ın diləməsi ilə var olan bu qüsursuz nizamın səbəbləri yenə
Allah’ın diləməsi ilə ani şəkildə ortadan qalxacaqdır. Daha əvvəlki
bölümdə də izah edildiyi kimi, bəlkə də o gün yerin altındakı istilik
havanı isidəcək, üzə çıxan bu hərarət buzların əriməsinə səbəb ola-
caq. Bu da mövcud suyun miqdarının artmasına, onun səviyyəsinin
yüksəlməsinə səbəb olacaq. Bunların hamısı ehtimal daxilindədir,
fəqət o gün bunun necə gerçəkləşəcəyini yalnız Allah bilir.
Yenə bəlli olduğu kimi, günümüzdə bir dağdan qopan torpaq və
qayaların yuvarlanaraq bir körfəzi, gölü və ya su hövzəsini doldur-
ması lokal bir dalğaya səbəb olur. Qiyamət günündə isə yıxılmayan,
çökməyən bir dağ qalmayacaq və daha əvvəl də bəhs edildiyi kimi,
bu dağlar bütün çuxurları doldurub yerin dümdüz olmasına səbəb
olacaq. Dağlardan düşən parçalar dənizləri doldurub onların daşma-
sına səbəb olacaq.
Allah’ın  müəyyən  etdiyi  bu  müddət  tamamlandığı  zaman
qəlblərə  amansız  qorxu  salan  hadisələr  bir-birinin  ardınca
gerçəkləşəcək. İnsanları əhatə edən qorxunc bir gurultu, dağların par-
çalanması, insanların ayaqlarının altından axan lavalar, hər yeri bü-
rüyən toz, duman və qaz buludları, qaynayaraq insanların üstünə
daşan sular... Dünya həyatı boyunca Allah’ın varlığını düşünmək
Harun Yəhya (Adnan Oktar) 
37


istəməyən, Onun böyüklüyünü təqdir edə bilməyən qullara bir anda
gələn dəhşətli bir əzab... Qeyd-şərtsiz hər kəsi boyun əydirən, insan-
ları öz acizliklərinin və ömrü boyunca dəyər verdikləri şeylərin nə
qədər dəyərsiz olduğunu göstərən öldürücü bir əzab... O gün insan-
ların  ürəklərində  duyduqları  qorxunun  və  dəhşətin  tərif  edilə
bilməyəcəyi bir gündür. İnsanlar buradan oraya, oradan buraya qaç-
mağa, sığınılacaq bir yer axtarmağa çalışacaqlar. Amma hər kəs
bilməlidir ki, bu gündən qurtuluş yoxdur.
Göy üzünün vəziyyəti
Qiyamətlə  birlikdə  gələn  süqut  və  dəhşət  təkcə  yerdə
gerçəkləşəcək hadisələrlə məhdudlaşmır. O gün insanın bildiyi, alış-
dığı və sonsuzadək varlığını sürdürəcəyini sandığı bütün varlıqlar və
nizamlar pozulmaya uğrayacaqlar. O gün dünya tarixi boyunca miq-
yası anlaşılmamış, sirləri son əsrdə açılmış, ağılları donduran böyük-
lükdəki göy cisimləri və kosmos üçün də ölüm vaxtı gəlmişdir. Göy
üzü, Ay, Günəş, ulduzlar və planetlər də o gün parçalanıb yox ola-
caqlar. Allah bir ayədə belə buyurur:
“Sizə  vəd  edilən  mütləq  vaqe  olacaqdır!  Ulduzlar
sönəcəyi; Göy yarılacağı zaman...” (“Mürsəlat” surəsi, 7-
9)
Kainatın yaradıldığı ilk andan etibarən meydana gələn hər hadisə
və izlənən hər görüntü bunlarda bir qeyri-adilik olduğunu sezən və
bir Yaradıcının varlığını mütləq bir şəkildə görmək istəyən hər insan
üçün böyük bir iman dəlilidir. Ucsuz-bucaqsız kainatın hər nöqtəsini
bürüyən planetlər, ulduzlar, saysız göy cisimləri Allah’ın tək bir əmri
ilə yaradılmış, Onun qüdrəti ilə müəzzəm bir tarazlıqla qorunmuşdur.
Bu başlanğıc və tarazlıq isə sirrini hələ də qoruyur, insanların zehnini
məşğul edir. Əslində, bu axtarışların nəticəsində insanın qarşısına
çıxan yeganə bir həqiqət vardır: Allah’ın varlığı. Qiyamət günü ya-
QİYAMƏT GÜNÜ
38


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə