MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə9/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

“Dağlar isə didilmiş yun kimi olacaqdır!” (“Qariə” surəsi,
5) 
“Dağlar  da  didilmiş  yun  kimi  olacaqdır”.  (“Məaric”
surəsi, 9)
Qəhhar olan Allah’ın əmri o gün canlı-cansız bütün varlıqları öz
təsiri altına almışdır. Qiyamət günü yaşanan hər səhnəyə böyük bir
qorxu hakimdir. Ən kiçik bir sarsıntıda təşvişə düşən, bir zəlzələ eh-
timalında ölüm qorxusundan saatlarla evinə girə bilməyən insanlar
üçün  gözlərinin  önündə  dağların  yerindən  oynadılması,  yerin
içindəkilərini çölə atması, qəbirlərin deşilməsi, insanların bir araya
toplanması və fəlakətin fəlakət ardınca gəlməsi dözülməsi mümkün
olan bir şey deyil. Artıq dünya üzərində güvənə biləcəkləri tək bir
adam, sığına biləcəkləri tək bir məkan da yoxdur. Qarşılaşdıqları ha-
disələrin dəhşəti güclərinin yetdiyi sərhədləri çoxdan aşmışdır. Edə
biləcəkləri heç bir şey yoxdur. Artıq dünya üzərində yeni bir başlan-
ğıc şansı, gedilə biləcək hər hansı bir yer yoxdur. Yeni başlayacaq
həyat axirətdədir, sonsuzdur və dünyada Allah’ın rizasını gözləyib
yaşamayanlar  üçün  peşmanlıq  və  ağrı-acı  ilə  doludur.  Zövqlər,
ləzzətlər, həvəslər və müvəqqəti dünya həyatı artıq başa çatmış və
yox olmuşdur. Qarşılaşdıqları dəhşət Allah’ın qüdrətini sərgiləyir.
Halbuki, bütün bunlar Allah’ın elçiləri və möminlər tərəfindən
insanlara daha əvvəlcədən xəbər verilmişdi. Amma bu ölümcül güc
onlara uzaq gəlmişdi; özləri kimi müvəqqəti şeylərə güvənmişdilər.
Allah ayədə inkarçıların daha əvvəldən xəbərdar edildiklərini belə
bildirir:
“İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün za-
lımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin
dəvətini  qəbul  edər  və  peyğəmbərlərə  tabe  olarıq!”  -
deyərlər. Bəs, əvvəlcə, sizə heç bir zaval toxunmayacağı
QİYAMƏT GÜNÜ
32


barədə and içməmişdiniz?! Siz özlərinə zülm edənlərin
yurdlarında da sakin oldunuz, onların başına nələr gətir-
diyimiz də sizə bəlli oldu. Üstəlik, sizin üçün məsəllər də
çəkdik”. (“İbrahim” surəsi, 44-45)
Halbuki, təhlükənin ortasında tək-tənhadırlar. Hər kəs canının
hayına düşmüş, hər bir yaxın dost başqa bir yaxın dostu görməz ol-
muşdur. Qaçıb qurtulmaq artıq heç kimsə üçün söz mövzusu deyil.
Artıq Allah’ın vədi gəlmişdir. O gün evlərdən qaçmaq da bir işə ya-
ramaz. Sarsıntıdan təsirlənən sadəcə evlər deyil ki, çölə çıxmaq in-
sanı yaxınlaşan aqibətdən qorusun! O gün var olan hər şey yox olur,
yer üzü və dağlar hamısı birlikdə yerlərindən oynadılıb qaldırılır. Nə
sığınıla biləcək bir yer, nə istinad edilə biləcək bir güc, nə də verilə
biləcək bir tədbir vardır. Quranda yer üzünün və dağların parça-parça
olduğu qiyamət günü bu şəkildə keçir:
“Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı
zaman  -  məhz  o  gün  qiyamət  qopacaqdır!”  (“Haqqə”
surəsi, 14-15)
Dənizlərin vəziyyəti
Bütün bunları yazarkən mühüm bir məqamı xatırlatmaq yerinə
düşərdi. Daha əvvəl də bildirdiyimiz kimi, zehinlərdə canlandırmağa
çalışdığımız bu mənzərə tamamən Quran ayələrindən yola çıxaraq
söylənən təriflərdir. Quranda bildirilənlərə uyğun şəkildə təqdim
edilən bu izahlar Allah’ın istəyi ilə gerçəkləşəcək və Allah’ın olaca-
ğını vəd etdiyi həqiqətlərdir. Yaradılmış hər şeyi yaradan Allah,
şübhəsiz ki, bunların hər birini yox etməyə və yerlə bir etməyə də
qadirdir. Ayələrin bizlərə xəbər verdiyi kimi, qiyamət günü hər şey
ağlasığmaz bir şəkildə yox olub gedəcək. Bu, Allah’ın vədidir. Allah
bir ayədə belə buyurur:
Harun Yəhya (Adnan Oktar) 
33


“Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin in-
sanların çoxu bilməz!” (“Rum” surəsi, 6)
Öz böyüklüyü ilə öyünən insanın artıq heç bir dəyəri qalmamış-
dır. Özünü Allah’ın qarşısında dəyərli və güclü görən, öz aldanışı
içində Allah’ı inkar etməkdən çəkinməyən insan baş verənlərin qar-
şısında yetərincə gücsüz və acizdir. Özündən üstün gördüyü varlıqlar
da Allah’ın təqdir etdiyi bu böyük günə təslim olmuşlar. Dağlar,
dənizlər və bütün kainat heç sarsılmaz kimi görünən sağlam vəsfini
itirmiş, yalnız və yalnız Allah’a itaət etmişlər, Allah’ın: “Ol”, -
deməsi ilə hər şey olub bitmişdir. Hər biri Onun verdiyi hökmə müti
olaraq yerinə yetirmələri lazım gələn vəzifələrini yerinə yetiriblər.
Dağların rəngli yunlar kimi dağılıb parçalandığı, yerin bütün ağır-
lıqlarını kənara atdığı qiyamət günü dənizlərdə meydana gələn ha-
disələr də Allah’ın sonsuz böyüklüyünü bir daha göz önünə sərir.
Quranda bildirildiyinə görə, o gün dənizlər yanacaq və fışqırıb da-
şacaq.
Dənizlərin yanması
Dünyanın dörddə üçünü örtən ən böyük su kütləsi olan dənizlərin
bir anda qaynamağa, pıqqıldamağa başlaması, həqiqətən də, insanın
gözündə çox çətin canlana biləcək bir mənzərədir. İnsanın o anın
dəhşətini anlaya biləcək təcrübəsi yoxdur. Ancaq bunu qismən də
olsa, zehində canlandırmaq olar. Bu günə qədər təkcə vulkan partla-
yışı,  duru  yanacaq  daşıyan  bir  tankerdə  yanğın  baş  verməsi
nəticəsində belə mənzərənin yaranmasına şahid olmuş, onu televi-
ziyada, rəsmlərdə görmüsünüz. Ancaq ayələrdə bizlərə verilən izah-
lar bu misallarla müqayisə edilməyəcək qədər möhtəşəmdir. Yalnız
Allah’ın sonsuz böyüklüyünü, sonsuz qüdrətini bilməyimiz bizi ya-
şanacaq fəlakətin miqyası haqqında fikir sahibi edər. Allah kainatda
yaratdığı və qoruduğu bu nizamı istədiyi şəkildə dəyişdirməyə və
QİYAMƏT GÜNÜ
34


hər şeyi bir plan daxilində alt-üst etməyə qadirdir.
O gün yerin bütün kütləsini çölə atması yerin altındakı təxminən
4.500 S dərəcə istilikdə nüvənin imkan tapdığı hər yerdən çölə da-
şacağı mənasına gəlir. Buna, şübhəsiz ki, dənizlərin altında olanlar
da daxildir. Hər hansı bir kompyuter proqramında lavaların dənizin
içindəki çıxışını izləyənlər bu qaynar maddənin dəniz suyunda ya-
ratdığı və ağlı donduran bir mənzərəyə şahid olublar. Halbuki, qi-
yamət günü gerçəkləşəcək görüntü bu mənzərədən daha fərqli, daha
əhatəli və daha dəhşətli olacaq. Yer üzündəki bütün dənizlər alovlar
içində  qalacaq,  qarşısıalınmaz  bir  atəş  və  alov  kütləsi  insanlara
yönələcək. O gün bütün dənizlər alışdırılmışdır.
Allah bu məsələ ilə bağlı ayəni “Təkvir” surəsində bu şəkildə bu-
yurur:
“Dənizlər  (qaynayıb  bir-birinə)  qarışacağı  zaman...”
(“Təkvir” surəsi, 6)
Yaşanan hadisələr nəticəsində quruda olduğu kimi, dənizdə də
həyat  sona  çatacaq. Adi  vaxtda  sərinlik  və  rahatlıq  hissi  verən
dənizlər bir anda ətrafa müdhiş istilik yayacaqlar. Dənizlərdə nəhəng
dalğaların əvəzinə alov buludları yer alacaq, havadakı duman oksi-
geni böyük nisbətdə tükəndirəcək. Ucsuz-bucaqsız dənizlərin alov-
lanan və şiddətlə pıqqıldayan görüntüsü dünyanın geniş bir sahəsinə
hakim olacaq və özü ilə olduqca çox fəlakətlər gətirəcəkdir.
Dənizlərin daşması
Quranda qiyamət günü gerçəkləşəcəyi bildirilən hadisələrdən biri
də  dənizlərin  daşmasıdır.  Bu  həqiqət  bizlərə  ayələrdə  xəbər  ve-
rilməkdədir:
“Dənizlər  fışqırdılıb  daşırıldığı  zaman...”  (“İnfitar”
surəsi, 3)
Harun Yəhya (Adnan Oktar) 
35


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə