MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə17/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

2. Maldiv adaları ilə böyük okeandakı adalar və ada dövlətlər su-
lara gömülüb yox olacaq.
3. Böyük tarım sahələri (ABŞ-ın orta qərb bölgəsi, Avropa və
Qazaxıstan) səhralaşacaq. Türkiyə böyük səhraya bənzəyəcək.
4. Yüksək bölgələrdəki donmuş torpaqlarda (Sibir və Kanada)
cüzi çözülmə müşahidə ediləcək. Boru xətləri, dəmir yolları və bi-
nalar yıxılıb dağılacaq.
5. Dünyada meşə ərazilərinin üçdə biri yox olacaq. Dünyanın ağ
ciyəri olan yaşıl sahələrin azalması atmosferdəki karbonun miqdarı-
nın daha da artmasına səbəb olacaq. Bu da turşu təsirinin artmasına
və müxtəlif kütləvi tibbi problemlərə səbəb olacaq.
6. Tropik zonalarda görünən tayfun və siklon kimi təbiət ha-
disələri çoxalacaq. Xüsusilə böyük okean və Atlantik okeandakı dib
axıntıları (El Nino və Gulf Stream) istiqamətini dəyişərək quru və
dəniz iqlimlərini alt-üst edəcək.
7. ABŞ-ın Texas ştatı ilə Avropanın Ağ dəniz sahillərində mal-
yariya və buna bənzər xəstəlik epidemiyası müşahidə ediləcək.
8. Alplarda və silsilə dağlarda olan buzlar və Himalay buzlarının
25 faizi əriyəcək (əriyən suyun vuracağı zərər təxmin ediləndən də
çoxdur). Əriyən buzlar bir çox sahil şəhərlərinin su altında qalmasına
səbəb olarkən ada dövlətlər su altında qaldıqları üçün yer üzündən
silinəcəklər. Bu hadisə buralarda yaşayan 100 milyondan artıq insa-
nın ölməsinə, ya da ekoloji fəlakətə səbəb olacaq.
5
Bunlar  təkcə  gözlənilən  və  elmi  araşdırmalar  nəticəsində
müəyyən olunan təhlükələrdir. Dünya belə bir fazaya daxil olduqdan
sonra artıq bunun qarşısının alınmasının Allah’ın diləməsindən başqa
heç bir yolu yoxdur. Sadəcə olaraq 1997-ci ildə atmosferdəki karbon
qazının 25 faizlik artımı qlobal istiləşməyə yol açmış, buzlar əriməyə
başlamış, əriyən buz dağları okeanların səviyyəsini yüksəltmiş, qış
hər zaman olduğundan daha ağır keçmiş, hədsiz yağışlar, şiddətli fır-
Harun Yəhya (Adnan Oktar) 
59


tınalar, sel basma və daşqın halları bir çox insanları fəlakətlə üz-üzə
qoymuşdur.  Qalınlığı  sadəcə  millimetrlərlə  ifadə  edilən  ozon
təbəqəsinin deşilməsi ilə dünya zərərli şüalara məruz qalmış, xərçəng
xəstəlikləri çoxalmış, bitkilərdə mənfi yönlü inkişafa rast gəlinmiş-
dir. Yaşıl Sülh Təşkilatı (Greenrease) və ABŞ alimləri Alyaskada
apardığı bir araşdırmada Berinq körfəzinin sahilinin 12 km kiçildi-
yini müəyyən ediblər. Dənizin istiliyi 0,8 dərəcə artmış, mühüm bir
tarazlıq ünsürü olan mərcanlar ölməyə başlamış və planktonların 80
faizi yox olmuşdur.
6
Son bir neçə yüz il içində dünyanın sonunu gətirə biləcək olduqca
çox ehtimal ortaya çıxmışdır və günlər keçdikcə bu ehtimalların sayı
daha da artır. Bu anda dünya üzərində meydana gələn hadisələr siq-
nal dəqiqliyi daşıyır, bir gün dünyanın sonunun mütləq gələcəyini
və bu sonun get-gedə yaxınlaşdığını göstərir. Xüsusilə fiziklər və çe-
şidli alimlər bu narahatlığı davamlı şəkildə dilə gətirirlər:
“Əgər kainat məhdud bir nizama sahibdirsə və nizamsızlığa
doğru qaçılmaz bir formada - sonda termodinamiki tarazlığa -
dəyişirsə, iki çox dərin nəticəni dərhal izləməyə başlayar. Birin-
cisi, kainat sonunda ağır-ağır yuvarlanaraq öz entropiyası içində
öləcək. Bu, fiziklər arasında kainatın “isti ölümü” kimi qəbul
edilir. İkincisi, kainat əbədi şəkildə yaradıla bilməz, bu üzdən
məhdud bir zaman öncə tarazlığı son həddə çatacaq. Xülasə ola-
raq, kainat daimi var olmadı”.
7
Çaşdırıcı olan məsələ ölümün bu dərəcə yaxın olması həqiqətinin
qarşısında hələ öz sonunu düşünməyən, Allah’dan qorxmayan və
həvəslə dünyaya bağlı olan bir çox insanın mövcudluğudur. Yenə
çaşdırıcı olan məsələ ölüm həqiqəti xatırladıldığında və bu çox ağır
günün təfərrüatı veriləndə insanların böyük çoxluğunun hər şeyə
baxmayaraq, bütün bunları özlərindən çox uzaqda görməsidir. Quran
ayələrini lap əvvəldən rədd etdiklərindən qiyamətə dair təsvirlər də
QİYAMƏT GÜNÜ
60


onlar üçün bir məna ifadə etmir. Bu insanlar sanki heç ölməyəcəklər
və dünyada sonsuza qədər qalacaqlarmış kimi hazırlıq edir, bir anda
yox olacaq ömür üçün sonsuz həyatlarını təhlükəyə atırlar. Halbuki,
insanın qarşısında künc-bucağa qaçacağı ölüm onu mütləq tapacaq.
Nə insanın, nə də kainatın ölümü qarşısında belə bir qaçış yolu və
ya həyata keçiriləcək bir tədbir vardır:
“De: “Qorxub qaçdığınız ölüm sizi mütləq yaxalayacaq-
dır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qay-
tarılacaqsınız.  O  da  sizə  nələr  etdiyinizi  xəbər
verəcəkdir!” (“Cumuə” surəsi, 8)
Göründüyü kimi, dünyanın bir gün mütləq yox olacağı inanc ol-
maqla yanaşı, həm də fiziki həqiqətdir. Bu sonu hazırlayan səbəblər
özünü bir-bir göstərir, elmi tərəqqi çərçivəsində ortaya çıxırlar. İn-
sanların bir hissəsi Allah’ın varlığına inanmasa da, yaxud hər hansı
bir dini inama sahib olmasa da, kainatın qaçılmaz sona doğru yaxın-
laşdığını  istər-istəməz  qəbul  etmək  məcburiyyətindədirlər.  Bu
vəziyyətdə qiyamət və axirət anlayışının xaricinə yeni anlayış çıxır.
Bu anlayış olduqca qorxuncdur, çünki mənası sonsuz yoxolmadır.
Kainatın  sonunun  yaxınlaşdığını  xatırladan  əlamətlər  insanların
önündə bir neçə alternativ açır: inkarçıların bəzisinə görə sonsuz yo-
xolma, Allah’a inananlar üçün isə ya sonsuz əzab, ya da sonsuz
nemət...
Qapalı kainat - açıq kainat modeli
Alimlər “Big Bang”in rədd edilməsi mümkün olmayan, ehtimali
faktlardan əldə edilən elmi bir nəzəriyyə olması mövzusunda həmfi-
kirdir. Buna görə, kainat sonsuz sıxlıqdakı bir nöqtənin birdən-birə
böyük bir partlama ilə genişlənib yayılmasının nəticəsi olmuşdur.
Bu partlama nəticəsində sürətlə dağılan, getdikcə genişlənən və so-
yuyan kainat zaman keçdikcə bügünkü halını almışdır.
Harun Yəhya (Adnan Oktar) 
61


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə