MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə16/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

də xatirə qalacaq...”
Bu acı həqiqətə diqqət çəkildikdən sonra əsl təhlükəyə işarə edi-
lir:
“Bu günə qədər aparılmış heç bir tədqiqat hələ bir protonun belə
yox olduğunu dəqiqləşdirmiş deyil. Ancaq bu, alimlərin bu möv-
zuda  tədqiqat  aparmaqdan  imtina  etməsinə  səbəb  olmayıb.
Alimlərin proton çürüməsinə şahid olması bütün kainatın yo-
xolma təhdidi ilə qarşı-qarşıya olması mənasına gələcək. Hətta
tək bir protonun yox olması belə kainatdakı hər şeyin çürüməsi
deməkdir, çünki bir protonun çürüməsi bütün protonların çürüyə
biləcəyini və bu səbəblə atomların, molekulların və DNT-lərin
yarana bilməyəcəyini göstərir”.
2
Burada sadalanan bir neçə xüsusiyyət belə kainatın üstün bir güc
tərəfindən çox böyük bir nizam və tarazlıqla yoxdan yaradıldığını
dəlillər əsasında göstərir. Eyni üstün qüdrət bu qüsursuz nizamı hər
an qoruyur:
“Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə
tutub  saxlayır.  Əgər  öz  mehvərindən  çıxsalar,  Ondan
başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da
Allah həlimdir, bağışlayandır!” (“Fatir” surəsi, 41)
Allah Quranda kainatda var olan hər şeyin bir sonunun olacağını
bildirmişdir. Əlbəttə, kainatı yaradan və onu hər an qoruyan Allah
dilədiyi anda onun varlığına son verməyə də qadirdir. Var olan bütün
tarazlıq və nizamlar bu böyük qapanış günündə pozulacaq, insanın
qavraya bilmək üçün heç dayanmadan cəhd göstərdiyi və böyüklü-
yünə heyran olduğu hər şey alt-üst olacaqdır:
“Bir şeyi yaratmaq istədiyi zaman buyruğu ona ancaq:
“Ol!” - deməkdir. O da dərhal olar. Hər şeyin hökmü
əlində olan Allah pak və müqəddəsdir. Siz də Onun hüzu-
runa qaytarılacaqsınız!” (“Yasin” surəsi, 82-83)
QİYAMƏT GÜNÜ
56


Kainatın yox olması an məsələsidir
Dünyamız dörd bir yandan ölümcül təhdidlər altındadır. Çaşdırıcı
məsələ isə bir çox insanın bu təhlükələrdən xəbərdar olmalarına bax-
mayaraq, sanki kainatın varlığını sona çatdıracaq heç bir təhlükə
yoxmuş və həyatları çox böyük bir zəmanət altında imiş kimi hər
şeyi qulaqardı edərək hərəkət etməsidir. Bu vəziyyətdə insanın ağlına
nə ölüm, nə yox olma, nə də ölüm sonrası olacaqlar gələr.
Dünya ucsuz-bucaqsız boşluq içində uzun səyahət halındadır.
Halbuki, dünyanın bu səyahətini davam etdirməsi üçün lazım olan
şərtlər güman ediləndən də artıqdır. Dünya kosmosdakı bu səyahəti
sırasında nəhəng kometalardan quyruqlu ulduzlara, qara dəliklərdən
supernova partlayışlarına qədər bir çox təhlükə ilə qarşılaşır. Dün-
yanın öz orbitində qalması, sürətini sabit saxlaması, müvazinətini
pozmaması,  öz  oxu  ətrafında  dövr  edərkən,  eyni  zamanda  da
Günəşin  ətrafında  dövr  etməsi,  fırlanan  zaman  bir  spiral  orbit
izləməsi, bu səyahəti zamanı hər an lazım olan bütün nisbət və ta-
razlıqları sabitləşdirməsi lazım gəlir ki, onun üzərində həyat ola bil-
sin. Elə isə bu tarazlığın pozulmaması və ya xaricdən gələcək bir
təhlükənin öldürücü zərər verməməsi üçün heç bir səbəb yoxdur.
Alimlər bu təhlükənin varlığına hər fürsətdə diqqət çəkirlər. Onlar
dünyanın  bir  təhlükə  ilə  hər  an  qarşılaşa  biləcəyi  məsələsində
əllərindəki elmi faktlara istinad edərək həmfikirdirlər. Professor
Çarlz Saqan bu vəziyyətə belə işarə edir:
“Yer üzü gözəl və olduqca sakit bir yerdir. Dəyişən şeylər olur,
fəqət bunlar da çox yavaş inkişaf edir. Ola bilər ki, həyatınızı bir fır-
tınadan daha şiddətli bir təbii fəlakət görmədən tamamlayasınız.
Beləcə, gərginliksiz və həyəcansız ola bilərik. Necə ki, təbiətin tari-
xində qalıqlar açıq-saçıqdır. Dünyaların hər zaman üçün yox olması
qaçılmazdır. Biz insanlar belə öz fəlakətlərimizi yaratmağa varan
bir texnikaya nail olmuşuq. Bu, qəsdən ola biləcəyi kimi bilmədən,
Harun Yəhya (Adnan Oktar) 
57


ehtiyatsızlıq nəticəsində də gerçəkləşə bilər. Uzun keçmişin fəlakət
izlərinin qorunduğu digər planetlərdə böyük fəlakətlərlə bağlı bir
xeyli qalıq durur. Bütün iş zaman problemindədir. Yüz il içində ol-
ması düşünülməyəcək bir fəlakət yüz milyon ildə gerçəkləşə bilər. Yer
kürəmizdə içində olduğumuz əsrdə belə pis təbii hadisələrlə qarşı-
laşmışıq”.
3
Kainatın yuxarıda da sayılan səbəblərdən birinin nəticəsində yox
olması ehtimalı heç də çaşdırıcı deyildir. Allah’ın qiyamət günündə
olacağını söylədiyi hadisələr bəlkə də dünyadakı bütün bu tarazlığın
pozulması ilə meydana gələcəkdir. Son dərəcə qüsursuz bir şəkildə
işləyən bu nizamın pozulması dalbadal gələn fəlakətlərlə nəticələnə
bilər. Bax, insanların özlərindən bu qədər uzaq gördüyü, hətta varlı-
ğını da ehtimal etmədikləri qiyamət günü onların özlərinə bəlkə də
çox yaxındır.
Dünyamızın ölümünə səbəb ola
biləcək ehtimallar
Dünyanın  öz  mövcudluğunu  davam  etdirməsi  üçün  kainatda
mövcud olan saysız şərtin eyni anda və eyni şəkildə var olması la-
zımdır. Bu gün bir çox alim bu detalların tarazlığın pozulması üçün
nələr edilməsi lazım gəldiyini araşdırır. Kiçik bir misal göstərmək
lazım gələrsə, qeyd edək ki, alimlər və ekologiya ilə bağlı qurumlar
sadəcə neft, kömür kimi yanacaqlardan istifadə edilməsi səbəbi ilə
ortaya çıxan iqtisadi və ekoloji məsələlərin də azaldılmayacağını bil-
dirirlər. Mütəxəssislərin sözügedən yanacaqdan istifadə edilməsinin
nəticəsi olacağını dəqiq saydığı, hətta olduqca yaxın tarixlərdə ver-
diyi fəlakət ssenarilərindən bəziləri: 
4
1. Qanq və Nil kimi dünyanın ən uzun çaylarının deltaları sular
altında qalacaq. Banqladeş torpaqlarının dörddə biri Çindəki çayların
deltaları ilə sulara qərq olacaq.
QİYAMƏT GÜNÜ
58


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə