MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə15/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

KAİNATI ALLAH YARATDI
Kainatın necə yaradıldığı mövzusunda indiyə qədər olduqca çox-
saylı və fərqli yanaşmalar olmuşdur. Kimisi kainatın bir başlanğıcı-
nın olduğunu irəli sürmüş, kimisi də maddənin əzəldən bəri var
olduğu iddiasını müdafiə etmişdir. Maddənin əzəldən bəri mövcud
olduğunu  müdafiə  edən  bu  nəzəriyyələrdən  biri  Sabit  kainat
nəzəriyyəsi  idi. Aparılmış  uzunmüddətli  və  əhatəli  araşdırmalar
nəticəsində ortaya çıxan güclü dəlillər kainatın bir başlanğıcının ol-
duğu tezisini təsdiqlədi. Sabit kainat nəzəriyyəsi isə elmin tarixi in-
kişafı dövründən ancaq bir xatirə olaraq qaldı. 
Araşdırmalar nəticəsində əldə edilən faktlar kainatın yoxdan ya-
radıldığını göstərdi. Buna görə də kainatın bir başlanğıcı vardır və
bu başlanğıc “Big Bang” (Böyük partlayış) adı verilən böyük bir
partlayışla gerçəkləşmişdir. “Big Bang”dən əvvəl maddə, enerji, kos-
mos, zaman, məkan, bir sözlə, heç bir şey yox idi. Sonsuz sıxlıqda
və sıfır həcmindəki bir nöqtənin partlaması nəticəsində qorxunc
sürətlə hər tərəfə dağılan maddələrdən ulduzlar, günəşlər, planetlər
meydana gəlmiş, kainat sürətlə genişlənmiş, sürətlə şişərək böyümüş
və zaman keçdikcə soyuyaraq indiki halını almışdır.
Bu gün kainatın “Big Bang”lə bərabər başladığı, meydana gəlmə
şəkli səbəbi ilə müəyyən bir yaşının olduğu bütün kosmologiya ki-
tablarında, elmi jurnal və məqalələrdə isbatları ilə yer alır. Bunları
bir neçə sətrə sığışdırmaq qeyri-mümkün olduğundan mövzunun
Harun Yəhya (Adnan Oktar) 
53


əhəmiyyətini  sadəcə  olaraq  bir-iki  misalla  vurğulamaq  yerinə
düşərdi.
Məsələn,  Kaliforniya  Universitetindən  (ABŞ)  olan  professor
Corc O.Abel “Kainatın kəşfi” (Exrloration of Universe) adlı kita-
bında  yazır:  “Bu  günkü  mövcud  dəlillər  kainatın  milyonlarla  il
qabaq “Big Bang”lə başladığını göstərir. “Big Bang” nəzəriyyəsini
qəbul etməkdən başqa çarəmiz qalmır. Bu vəziyyətdə Sabit kainat
nəzəriyyəsi artıq reallığını və gücünü itirmişdir”.
1
Kolorado Universitetindən (ABŞ) Qerrit L.Verhur “Star Cares”
adlı kitabında: ““Big Bang” nəzəriyyəsi dini inancların göstərdiyi,
dünyanın və göylərin yaradılmış olduğu həqiqəti ilə uyğunluq təşkil
edir.  Bu,  astronomiyanın  dinlə  birlikdə  olduğunun  sürpriz  bir
nəticəsidir”, - deyə açıqlamışdır.
Kainatın bir başlanğıcının olması kainatın yoxdan var edildiyinin,
yəni yaradıldığının əsas dəlilini təşkil edər. Əgər yaradılan varlıq
varsa, bunun mütləq bir yaradıcısının da olmasının lazım gəldiyini
hamımız çox yaxşı bilirik. Yaradılan bu kainat heç bir nümunə yox
ikən, hətta zaman və məkan da yox ikən yoxdan yaradılmışdır. Bu
nəzəriyyənin ən mühüm yönü onun kainatın bir başlanğıcının olma-
sını, üstün və güclü bir yaradıcı tərəfindən yaradıldığını isbat etməsi-
dir: kainatı Allah yaratmışdır.
“Big Bang” kainatda hesablaya bildiyimiz ilk hərəkətdir. Böyük
partlayışın ardından bu günə qədər inkişaf edən saysız hərəkətin və
hadisənin  hər  biri Allah’ın  izni  ilə  meydana  gəlmişdir  və  Onun
nəzarəti altındadır. Biliksiz, zəkasız, elmsiz bir partlayış nəticəsində
dağılan parçacıqların belə bir nizamlı qalaktikaları, ulduz sistemlərini
və içində dünyamızın da yer aldığı Günəş sistemini təşkil etdiyini
düşünmək ağıldan və məntiqdən uzaq bir yanaşmadır. İnsanın öz
bədəni də daxil olmaqla, ətrafında gördüyü hər şey Allah’ın elmi və
nəzarəti ilə sonsuz bir nizam içində yaradılmışdır. Quranda Allah’ın
QİYAMƏT GÜNÜ
54


əvvəl göyləri yaratdığı, sonra yeri meydana gətirdiyi, daha sonra da
canlıları yaratdığı bildirilir.
Allah kainatı həssas bir nizam və tarazlıq içində yaratmışdır. At-
mosferdəki qazların nisbətindən tutmuş dünyanın istiliyinə, yağışın
düşmə sürətindən tutmuş dünyanın nüvəsindəki dəmirin miqdarına
qədər insanın bildiyi və bilmədiyi saysız məsələ bir-birinə sıx bağ-
lıdır. Buna daha bir misal olaraq kainatdakı bütün planetləri və dün-
yamızı Günəşin orbitində saxlayan cazibə qüvvəsini göstərə bilərik.
Kainatdakı bütün kütlələr böyüklükləri nisbətində cazibə qüvvəsinə
malikdir. Dünyamız sahib olduğu kütlə nisbətində cazibə qüvvəsinə
malikdir və bu qüvvə dənizləri, canlı-cansız hər şeyi dünya üzərində
sabit saxlayır. Beləliklə, nə insanlar, nə digər canlılar, nə də dağ və
dənizlər kosmos boşluğuna uçurlar. Bu nöqtədə mühüm olan məsələ
dünyanın kütləsinin böyüklüyünün çox həyati bir dəyər daşımasıdır.
Dünyanın kütləsi bir az da artıq olsaydı, üzərindəki hər şeyi özünə
daha güclü şəkildə çəkərdi. Bunun nəticəsində su yerin içinə çəkilər,
insanlar cazibənin təsiri ilə yeriyə bilməz, su ağacların budaqların-
dakı yarpaqlara çatmaz, yerə çəkildiyi üçün bitki örtüyü yox olardı.
Həmçinin canlıların vücudundakı qan dövranı pozulardı və bütün
qan ayaqlarda toplanardı. Belə nümunələri çoxaltmaq mümkündür,
ancaq bu məqamda əhəmiyyətli olan məsələ dünyanın kütləsinin bu
andakı ekoloji tarazlığı quracaq və canlıların öz varlıqlarını sür-
dürəcəkləri şəkildə çox həssas bir ölçüdə olmasıdır.
Dünyanın sonunun necə olacağı mövzusunda tədqiqatlar aparan
alimlər hər şeyin zaman keçdikcə azalıb çürüməkdə olduğunu və bu
çürümə nəticəsində kainatın sonunun gələcəyini təxmin etməkdədir.
Alimlər dünya üzərində tək bir protonun tarazlığının pozulmasının
bu sona səbəb olacağını bildirir və böyük bir təhlükəni xəbər verirlər:
“Cahanşümul çürümə əgər həqiqətdirsə, o, əsrlər sürəcək, amma
gerçəkləşdiyi zaman ondan nə ulduz, nə insan, nə şəhər, nə atom, nə
Harun Yəhya (Adnan Oktar) 
55


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə