MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə14/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

İnsanlar sərxoş kimidir
İnsanlar o gün gördüklərinin qarşısında bütün soyuqqanlılıqlarını,
özlərinə olan arxayınlıqlarını və mətanətlərini itirirlər. Ölümlə qar-
şılaşdığı an hər şey dəyərini itirir, üzlərdəki ifadə, halətlər, söhbətlər,
danışıq tərzi fərqlənir.
İnsanların ölüm qarşısında yaşadığı qorxu və dəhşətə filmlərdə
şahid oluruq. O anda verilən reaksiyalar insanların halını çox yaxşı
izah edir. Amma həmin görüntülərdə insanların az da olsa qurtulma
ümidlərinin olduğu görünür. Öləcəklərini qəti bilsələr də, ölümdən
sonrasını tam bilməzlər, ya da böyük qismi ölümlə birlikdə yox ola-
cağını düşünər. Halbuki, qiyamət günündə ölüm hələ gəlib çatmasa
belə, yaşanan hadisələr insan üçün heç bir qurtuluş ehtimalının ol-
madığını göstərər. İnkarçılar o zaman inanmadıqları bir günü qarşı-
larında  görərlər.  O  gün  kainatdakı  nizamın  bir  yaradıcısının  və
qoruyucusunun olmasının və Allah’ın dilədiyi anda da hər şeyin yox
olacağı bir gündür.
İnsanlar ölümün o günə qədər düşündükləri kimi yox olma ol-
madığını  anlayarlar.  O  ana  qədər Allah’ın  varlığına,  dolayısilə,
axirətə inanmadıqlarına görə ölümdən sonrakı hadisələr barədə heç
düşünməmişlər. Amma Allah’ın varlığını və gücünü bir-birinin ar-
dınca gələn bu hadisələr nəticəsində açıq-aydın görüncə aqibətlərinin
də fərqinə varmışlar. Qurtuluş ümidi olmadığı kimi onları gözləyən
yeni və sonsuz həyatın olduğunu da anlamışlar. Bu, inkarçılar üçün
çox ağır bir həyatdır. Əbədi çəkiləcək əzab və sıxıntı o gün yaşadıq-
ları ilə müqayisə edilməyəcək qədər şiddətli olacaqdır. Ayələrin bil-
dirdiyinə görə, inkarçılar belə həyatın əvəzinə yox olmağı üstün
tutacaqlar:
“Həqiqətən, Biz sizi yaxın bir əzabla qorxutduq. O gün
insan öz əlləri ilə etdiyi əməlləri görəcək, kafir isə: “Kaş
Harun Yəhya (Adnan Oktar) 
49


torpaq olaydım!” - deyəcəkdir”. (“Nəbə” surəsi, 40)
İnsanlar qarşılaşdıqları hadisələrə görə şiddətli qorxu və təşviş
içində sərxoş kimi olarlar. Bu vəziyyət Quranda belə bildirilir:
“...İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş de-
yillər.  Ancaq  Allah’ın  əzabı  çox  şiddətlidir!”  (“Həcc”
surəsi, 2)
İnsanın qorxduğu andakı hərəkətləri sərxoşların davranışına çox
bənzəyir. İnsanlar qorxarkən ağlaya bilər və başları hərlənə bilər.
Bura qədər deyilən hadisələrdən göründüyü kimi, o çətin gündə
insanlar təşviş içində olacaqlar. Allah insanların yaşadığı bu şiddətli
qorxunu və qorxu nəticəsində yaranan fiziki təsirləri sərxoşluğa
bənzədir. O gün sərxoş kimi olan insanlar özlərini itirib ora-bura qaç-
mağa  başlayarlar.  Quranda  verilən  bənzətmə  insanların  bu
vəziyyətini belə açıqlayır:
“O  gün  insanlar  kəpənək  kimi  ətrafa  səpələnəcək...”
(“Qariə” surəsi, 4)
Gözlərdəki dəhşət ifadəsi
“Doğru vəd yaxınlaşdıqda kafir olanların gözləri dərhal
bərəlib: “Vay halımıza! Biz bundan qafil idik. Xeyr, biz
zalım olmuşuq!” - deyərlər”. (“Ənbiya” surəsi, 97)
Göz qorxunu insana ilk hiss etdirən orqanlardan biridir. O günün
qorxusunu yaşayacaq insanların qarşılaşdığı dəhşət səbəbi ilə gözləri
hədəqəsindən  çıxacaq.  Burada  gözlərin  hədəqəsindən  çıxması
bənzətməsi insanın yaşadığı qorxunun şiddətini bildirir. İnsan qorx-
duqda gözü qaralır, göz bəbəyi böyüyür və ağı üzə çıxır. Qiyamət
günü istisnasız olaraq insanların hamısı bu qorxunu yaşayacaqlar.
Bu tükürpərdici hadisələr qarşısında heç kim heç nə edə bilməz və
QİYAMƏT GÜNÜ
50


baş verən hadisələri önləyə bilməz. Onlar sadəcə qorxu duyarlar.
Ayədəki bənzətmə bu qorxunu açıq şəkildə izah edir.
Uşaqların saçının ağarması
“Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara
döndərəcək  gündən  özünüzü  necə  qoruyacaqsınız?!”
(“Müzzəmmil” surəsi, 17)
Qiyamət  gününün  qorxusu  kiçik  uşaqları  da  bürüyəcək.  Bu
günün həqiqi mahiyyətini bilməyən, bunun sonsuz əzabın ilk günü
olmasını anlayacaq gücdə olmayan uşaqlarda da yetkin adamlardan
fərqli qorxu vardır. İnsanlar müvəqqəti dünya həyatı boyu etdikləri
əxlaqsızlıqların peşmanlığı içindədir. Uşaqlar isə hələ nə olduğunu
qavrayacaq ağılda deyil. Buna baxmayaraq, gördükləri hadisələrin
şiddətindən saçları ağappaq olur. Belə fiziki dəyişiklik o ağır günün
böyüklüyünü anlamaq baxımından olduqca mühümdür. Çünki o
günə qədər dünyada fərqli növlərdə fəlakətlər yaşanmışdır. Hər biri
insanlara şiddətli qorxu vermiş və onları dərindən təsirləndirmişdir.
Amma bu fəlakətlərin heç biri qiyamət günü meydana gələcək ha-
disələrlə müqayisə edildiyində uşaqların saçlarını ağardacaq qədər
şiddətli deyildir. O gün insanların dünya həyatı boyu yaşadıqları ən
ağır, ən çətin gündür. Belə ki, qarşıya çıxan hadisələrin şiddəti qısa
ömürləri boyu qorxunun mahiyyətini və təhlükələrin nəticələrini tam
dərk edə bilməmiş uşaqların da saçının qorxudan ağappaq olmasına
səbəb olmuşdur.
Heyvanların vəziyyəti
Gözləriniz  önündə  vəhşi  heyvanları  canlandırmağa  çalışın:
pələng, şir, canavar, çaqqal, ayı... Ancaq qəfəsdə ikən bir araya gələn
bu heyvanlar qiyamət günündə hadisələrin təsiri ilə artıq mübarizəni
Harun Yəhya (Adnan Oktar) 
51


bir tərəfə buraxacaq və bir araya toplanacaqlar. Minlərlə vəhşi hey-
vanın meydana gətirdiyi bu görüntünün dəhşəti və qorxulu cəhətləri
isə açıq-aşkardır. Allah qiyamət günü təbiət və insan üzərində böyük
dəyişikliklər olacağını olduqca çox ayədə bildirib. Eyni şəkildə,
vəhşi heyvanlar o ağır gündən daha çox təsirlənəcəklər:
“Boğaz dəvələr başlı-başına buraxılacağı zaman... Vəhşi
heyvanlar  bir  yerə  toplanacağı  zaman...”  (“Təkvir”
surəsi, 4-5)
QİYAMƏT GÜNÜ
52


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə