MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə22/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

zamsızlıq Günəş sistemi içərisində müntəzəm toqquşma meydana
gəlməsinə səbəb olur. Bu da əlbəttə, həm dünyanın, həm də digər
planetlərin davamlı təhdid altında olması deməkdir. Mütəxəssislərə
görə, tez və ya gec “Swift-Tuttle” və ya onun kimi bir nəsnə dünya
ilə toqquşacaq. Bu obyektlərin bəziləri bütün dünyadakı nüvə silah-
larının cəmindən daha artıq zərər verə biləcək qədərdir. Sadəcə bu
hadisənin nə zaman olacağı bəlli deyil.
Pol Devis: “Quyruqlu ulduz toqquşduqdan sonra insanlıq tari-
xində ani və bənzərsiz bir aqibət meydana gələcəkdir”, - deyərək
mövzunun əhəmiyyətini vurğulayır və meydana gələcək bir toqquş-
manın insanların nəslini kəsəcəyini söyləyir.
22
“The Last Theree Minutes” (“Son üç dəqiqə”) adlı kitabında
mövzuya olduqca geniş yer verən Pol Devis 2126-cı il, avqustun 21-
də “Swift-Tuttle” adlı göy cisminin dünya ilə toqquşacağını və bu
günün dünyanın son günü olacağını vurğulayır. Müəllifin anlatdıqları
ilə Allah’ın Quranda qiyamət gününün olacağını bildirdiyi hadisələr
bir-birinə son dərəcə yaxındır. Pol Devisin o günə aid təsviri bu
şəkildədir:
“21 avqust, 2126.
Son gün.
Yer: dünya...
Quyruqlu ulduz kiçik başı ilə şiddətli məhvedici gücünü sanki
saxlayır. Dünyanın üzərinə saatda 40.000 mil sürətlə saniyədə
10 trilyon tonluq buz və qaya kütlələri gəlir. Səsin sürətinin 70
min mislində bir toqquşma meydana gələcək.
...Dəniz səviyyəsindən etibarən (sıfır metrdən etibarən) göy üzü
yarılaraq açılar. Minlərcə kilometr kubluq hava təzyiq edər. Bir
şəhər genişliyində sapsarı alov 15 saniyə içərisində dünyanı
deşməyə başlayar. Planet, yəni dünya 10 min zəlzələyə uğramış
kimi  sarsıntıya  tutular.  Yeri  dəyişdirən  hava  dalğası  dünya
QİYAMƏT GÜNÜ
74


üzərində nə varsa silib-süpürər, bütün tikililəri yerlə-yeksan edər.
Yoluna çıxan hər şeyi əzib keçər. Toqquşmanın təsiri ilə meydana
gələn kraterə dünyanın içindəkilər tökülməyə başlayar. Ərimiş
qayalardan yaranmış bir divar dalğalanaraq ağır hərəkətlərlə
çalxalanmağa başlayar.
Kraterin içində trilyonlarla ton qaya buxarlanır. Bir qismi ha-
vaya  sıçrayar  və  çoxu  kosmosa  doğru  uçar.  Hələ  bir  qismi
yüzlərlə, hətta minlərlə mil uzaqdan qitənin yarısına enmək üzrə
yuxarı qalxar. Aşağıdakı hər şey böyük ölüm gətirəcək. Ərimiş
tullantıların bir qismi okeana axaraq nəhəng sunamilərin mey-
dana gəlməsinə səbəb olar. Tozlu tullantılar atmosferə yayılar və
dünyanın orbitini əhatə edərək Günəş işığının gəlməsini əngəllər.
Yerə Günəş işığı əvəzinə milyardlarla meteorun parlaqlığı işıq
saçar. Bu işıq yandırıcı istisi ilə yeri qovurar”.
23
Bu gün, şübhəsiz ki, heç də uzaq deyil. Buna səbəb olan sadəcə
bir quyruqlu ulduzdur və belə bir quyruqlu ulduzun dünya ilə haçan
toqquşacağı bəlli deyildir. Qiyamət insanlar hər nə qədər qəbul etmək
istəməsələr də, qarşılarına heç də uzaq olmayan ehtimallarla çıxa
bilər. Quranda mühüm bir həqiqət xəbər verilir. Şübhəsiz ki, qiyamət
saatı insanlara get-gedə yaxınlaşmaqdadır:
“Göylərin və yerin qeybini bilmək ancaq Allah’a məxsus-
dur. Qiyamətin qopması bir göz qırpımında, yaxud daha
tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir!” (“Nəhl”
surəsi, 77)
Qara dəliklər
Bu gün olduqca çox qalaktikanın mərkəzində nəhəng kütləvi qara
dəliklər olduğu fərz edilir. Sahib olduqları qorxunc cazibə sahələri
ilə ətrafında mövcud olan hər şeyi udan bu kosmik anoforlar istehsal
etdikləri şüaları da içlərinə çəkirlər. Ətraflarındakı hər şeyi udduqca
Harun Yəhya (Adnan Oktar) 
75


cazibə gücləri artır. Özlərindən qat-qat böyük ulduzları, planetləri,
daha kiçik qara dəlikləri, hətta qalaktikaları da özlərinə çəkə bilirlər.
Bu səbəblə, bir qara dəlik getdikcə şişir, artıq daha geniş bir sahəyə
təsir edərək ətrafındakı hər şeyi udur.
Dünya kainatda ucsuz-bucaqsız boşluq içində sürətlə hərəkət
edir. Bu səbəblə, dünyanın bu sonsuz boşluq içində belə bir qara dəli-
yin təsir sahəsinə girməsi ehtimal daxilindədir.
Qara dəlik ehtimalı
Qara dəlik hər şeyi içinə çəkən, kosmosun olduqca sıx olan bir
parçasıdır. Cazibə gücü həddən çoxdur, bu səbəbdən, qara dəliklərin
cazibə sahələrinə girən hər hansı bir kütlənin bu cazibədən qaçmaq
şansı yoxdur. 
Qara dəlik eynilə tozsoran aparatının xortumu kimi ətrafındakı
hər şeyi içinə çəkir. Tonlarla ağırlıqdakı kütlələrə sahib olan pla-
netlər, peyklər, asteroidlər, hətta ulduzlar belə qara dəliyin cazibə gü-
cünə qarşı dayana bilməzlər. Bir dəfə qara dəliyin cazibə sahəsinə
girdikdən sonra artıq əsla geriyə dönüş yoxdur.
Yaxşı, bəs qara dəlik içinə girən hər şeyi niyə çəkir?
Bəlli olduğu kimi, hər cismin müəyyən bir cazibə qüvvəsi var.
Buna dünyanın cazibə gücünü misal göstərə bilərik. Bir daşı havaya
atdığınızda daş atış sürətinə bağlı olaraq bir müddət yol aldıqdan
sonra yerin cazibə qüvvəsi səbəbi ilə təkrar yerə düşər. Bir cismin
dünyanın  cazibə  gücündən  qurtula  bilməsi  üçün  bəlli  bir  sürəti
üstələməsi lazım gəlir ki, bu sürətə “qaçış sürəti” deyilir. Məsələn,
bir raketin bir müddət yüksəldikdən sonra təkrar düşməməsi üçün
qaçış sürəti ilə hərəkət etməsi lazım gəlir. Dünyanın qaçış sürəti sa-
niyədə 11,2 km-dir. Bu səbəblə, raketin kosmosa gedə bilməsi üçün
saniyədə 11,2 km-lik sürətlə hərəkət etməsi lazım gəlir.
QİYAMƏT GÜNÜ
76


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə