MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə30/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

məhkəmədə şahidlik edəcək elçi və şahidlər hazır vəziyyətdə ola-
caqlar. Dünyada Allah’a qulluq etməli olduqlarını insanlara çatdıran
peyğəmbərlər və digər şahidlər sorğu-sual edilənlərin yanında ola-
caqlar. Bu şahidlər haqq ilə hökm edəcəklər və hesab günü heç kim
bildiyi  halda, Allah’a  qulluq  etməli  olduğunu  bilmədiyini  deyə
bilməyəcəkdir.
O gün bəndənin Rəbbinin hüzurunda etdiklərini inkar etməyə
fürsət və ya imkanı olmayacaq. İşlədiyi bütün xeyir və şər ortaya çı-
xarılacaq. Həqiqətləri inkar etsə belə, adil şahidlər onu yalanlaya-
caqlar. Rəbbimizin hüzurundakı bu böyük nizam içində hər ümmət
öz imamı (rəhbəri, dövlət başçısı) və kitabı ilə gələcək. Hz. Adəmdən
bu yana yaşamış bütün cəmiyyətlərin bir araya gələcəyi gündə nizam
və ciddilik Allah’ın böyüklüyünün, sonsuz ədalətinin və əzəmətinin
göstəriciləridir. Allah’ın ədaləti Quranda belə xəbər verilir:
“O gün hər ümməti diz çökmüş görəcəksən. Hər ümmət
öz dəftərinə tərəf çağırılacaqdır: “Bu gün sizə etdiyiniz
əməllərin əvəzi veriləcəkdir!” (“Casiyə” surəsi, 28)
Qulaqları, gözləri və dəriləri şahidlik edər
O gün günahkarların pis əməllərinin şahidləri də orada olacaqlar.
Mömin, əməlləri yazan mələk və Allah’ın şahidləri ilə yanaşı, inkar-
çıların əleyhinə onların heç gözləmədiyi şahidlər də olacaqdır. Bun-
lar insanın özünü tək sandığı zamanda da Allah’ın onu hər tərəfdən
əhatə etdiyinə dair açıq dəlillərdir. İnkarçıların əleyhinə şahidlik
edənlərin arasına qulaqları, gözləri və dəriləri də əlavə olunacaq. Hər
biri Allah’ın izni ilə danışacaq və əskiksiz deməsi lazım gələn şeyləri
bildirib şahidlik edəcəklər. Ömrü boyu istifadə edib şəxsi hesab et-
dikləri bədən üzvlərinin onlara xəyanəti psixoloji gərginliyi daha da
artıracaq. Quranda bu mövzunun keçdiyi ayələr aşağıdakı kimidir:
Harun Yəhya (Adnan Oktar) 
103


“Allah’ın  düşmənləri  cəhənnəmə  toplanacaqları  gün
onlar saxlanacaqlar. Nəhayət, onlar cəhənnəmə gəldikdə
qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində
onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə:
“Nə  üçün  əleyhimizə  şəhadət  verirsiniz?”  -deyəcəklər.
Dəriləri də belə cavab verəcəkdir: “Hər şeyi dilə gətirən
Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur.
Siz Onun hüzuruna qaytarılırsınız!” Siz qulaqlarınızın,
gözlərinizin  və  dərilərinizin  əleyhinizə  şəhadət
verəcəklərinizdən qorxub çəkinmir, etdiyiniz əməllərin
çoxunu isə Allah’ın bilməyəcəyini zənn edirdiniz. Sizin öz
Rəbbiniz barəsindəki bu zənniniz sizi məhv etdi və ziyana
uğrayanlardan oldunuz! İndi dözsələr də, (dözməsələr də)
onların məskəni cəhənnəmdir. Onlar riza diləsələr də, on-
ların diləyi qəbul olunmaz”. (“Fussilət” surəsi, 19-24)
İnsan etdiyi hər şeyə məqbul açıqlama yönü tapa bilər. Hətta buna
özünü inandıra da bilər. Bu açıqlamaların hər zaman məqbul olması
də şərt deyil. Həmin vaxt istənilən yeganə şey izahlarla qarşı tərəfi,
ya da özünü əmin etməkdir. Başqa sözlə, inanmaq istədiyi şeyə ina-
nar və onu müdafiə etmək üçün məntiqini işə salar. Etdiyi açıqlama-
lar da bu məntiqə əsaslanar. Bəlkə də buna görə, Allah’ın varlığını
da inkar etmək üçün irəli sürdüyü dəlillər öz qənaətinə görə əsaslı
olmuş və beləliklə, keçmişdə möminlərə qarşı davamlı mübarizə
aparmışdır. Amma hesab günündə bu açıqlamaların heç birinin əsası
olmayacaq. O gün təkəbbür və arxayınlıqla müdafiə etdiyi açıqla-
maların etibarlı olmadığını görəcək, əleyhinə şahidlik edən öz bədən
üzvlərinin qarşısında heç nəyi gizlədə bilmədiyini anlayacaqdır. Heç
kimin görmədiyini zənn etdiyi şeylər, gizli işlər təkrar ortaya qoyu-
lacaq və öz bədəni bunları təsdiq edəcəkdir.
QİYAMƏT GÜNÜ
104


Sorğuya tək-tənha çəkilərlər
Bu günün başqa bir xüsusiyyəti də vardır, belə ki, dünya və
axirətdə yaxınlarından kömək umanlar hesab vaxtı tək-tənha olacaq-
lar. Beləcə, inkarçılar Allah’dan başqasına ümid etməyin nə dərəcədə
mənasız olduğunu görəcək və bu yanlışlığın əvəzini alacaqlar. Hər
insanın sorğuya tənha çəkiləcəyi həqiqəti Quran ayələrində xəbər
verilmişdir:
“Onların  hər  biri  qiyamət  günü  Onun  hüzuruna  tək-
tənha gələcək”. (“Məryəm” surəsi, 95)
Burada  bir  anlıq  bu  həqiqəti  daha  dərin  düşünmək  lazımdır.
Ümumiyyətlə, insanlar tənhalıqdan çox çəkinirlər və xüsusilə çətin
durumlarda bu, onları çox qorxudur. Tək qalmaq dünyada insanlar
üçün ən böyük əzablardan biridir. Halbuki, axirət günü təkcə tənhalıq
olmayacaq. Əsas olan inkarçıların qarşı qarşıya qaldığı və zülm et-
diklərini bildiyi üçün şiddətlə qorxduqları hesab anıdır. Yanında
güvənib yardım görəcəyi heç kim olmayacaq. Ona ən yaxın və ən
mərhəmətli olan, güvəndiyi ailəsi belə onu tanımaz. Bundan başqa,
hər şey əleyhinə çıxmış, öz vücudu və etdikləri ona qarşı açıqlamalar
verməyə başlamışdır. Qısası, bu, asan izah verə bilmədiyimiz tənha-
lıqdır.
Saxta ilah və dostlardan kömək istəməklə yanılan kafirlər, bunun
kimi, elə düşünürlər ki, gizli şəkildə etdikləri günah və pis əməllər
hesab günüdə ortaya çıxmayacaq. Halbuki, Allah onların dünyada
etdikləri bütün gizli hərəkətlərə şahid olmuşdur. Bu həqiqət Quranda
belə xəbər verilir:
“O gün siz gətiriləcəksiniz. Sizin heç bir sirriniz gizli qal-
mayacaqdır!” (“Haqqə” surəsi, 18)
“Hər kəsə öz əməlinin cəzası veriləcəkdir! Allah onların
nə etdiklərini ən yaxşı biləndir!” (“Zumər” surəsi, 70)
Harun Yəhya (Adnan Oktar) 
105


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə