MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə31/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

İnkarçıların bütün günah və pis əməlləri ortaya çıxacaq. Həyatı
boyu ailəsinə, ən yaxın dostuna da yalan söyləyən, saxtakarlıq edən,
öz maraqları üçün hər şeyi tapdalayan, Allah’ın elçilərini yalan hesab
edən, onların anlatdığı hər şeyi rədd edən və ən sonda bunların heç
bir zaman ortaya çıxmayacağını və unudulacağını zənn edən insanlar
o gün tək-tənha sorğu-sual ediləcəklər. Bütün sirləri ortaya çıxan bu
insanların vəziyyəti “Tariq” surəsində bu şəkildə keçir:
“Bütün sirlərin aşkar olacağı o qiyamət günü insanın nə
(əzabı  dəf  edəcək)  birisi,  nə  də  bir  köməkçisi  olar!”
(“Tariq” surəsi, 9-10)
O gün dostluq, qohumluq
və yaxınlıq olmayacaq
O gün insanın özündən başqa heç kimlə maraqlanmağa imkanı
olmaz. İnsan dünyada ikən dəyərli gördüyü və güvəndiyi ailəsini
belə düşünməz. Hadisələrin dəhşətindən təkcə öz dərdində olacaq.
Dünyada çox sevdiyi ataları, uşaqları, qohum-əqrəbaları və yaxınları
ilə əlaqələri tamamilə kəsiləcək:
“Sur  çalınacağı  gün  artıq  aralarında  nə  qohumluq
(əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval
tutarlar”. (“Muminun” surəsi, 101)
Dünyada böyük güc sayıb sığındığı yaxınlarının mal və mövqe-
yindən artıq əsər-əlamət qalmayacaq. Güc və qüdrəti ata soyunda və
dünya malında axtaran, həmçinin dindən uzaq həyat tərzi keçirib qa-
zanc əldə etdiyini düşünən insanlar yanlış etdiklərini anlayacaqlar.
O gün təkcə imanın dəyəri olacaqdır.
Dünyada, ümumiyyətlə, dostluğun qurulub davam etməsi qarşı
tərəfdən gələcək mənfəətə bağlı olur. Mənfəət isə gələcəyi zəmanətə
almaq, sərmayə qoymaq, pul, etibar və s. məqsədini daşıyır. Halbuki,
QİYAMƏT GÜNÜ
106


hesab günündə heç kim həvəs və istəklərinin ardınca gedə bilmədiyi
üçün keçmiş dostluqları bir anda unudarlar. Quranda bu həqiqət belə
bildirilir:
“Və  dost  dostu  arayıb  axtarmayacaqdır”.  (“Məaric”
surəsi, 10)
Din günündə qorxu elə şiddətli olacaqdır ki, hər kəs kimliyindən
asılı olmayaraq, bu qorxunc əzabdan qurtarmaq üçün sahib olduğu
hər şeydən vaz keçər. Hər şeyi tapdalayıb əldə etdiyi sərvətlərə heç
əhəmiyyət də verməz. Hətta təkcə sahib olduqları deyil, dünyanın
bütün var-dövləti onun olsa belə, hamısını fidyə vermək istər. Bərk
yapışdığı malı-dövləti artıq onun üçün heç bir məna ifadə etməz.
Allah üçün verməli olduğu, lakin xəsislik edib vermədiyi malı gö-
zünü belə qırpmadan fəda edər. Lakin artıq çox gec olacaq. Göz qır-
pımı  qədər  qısa  sürən  dünya  həyatında  ondan  Allah’ın  verdiyi
nemətləri Allah yolunda istifadə etməyi istənilərkən, o, bu ağır günü
qulaqardına vurmuş, hətta öldükdən sonra belə dünyada qoyub get-
diyi izlə adının anılacağına, etibarının davam edəcəyinə ümid etmiş-
dir. İnkarçıların düşdüyü bu çıxılmaz vəziyyət Quranda bu şəkildə
ifadə edilmişdir:
“Yer üzündə nə varsa hamısı, üstəlik, bir o qədər də ka-
firlərin olmuş olsaydı, mütləq onu qiyamət gününün pis
əzabından qurtarmaq üçün fidyə verərdilər. Və Allah’dan
onlara  güman  etmədikləri  görünəcəkdir”.  (“Zumər”
surəsi, 47)
“(İbrahim) dedi: “Sizin Allah’ı qoyub bütləri tanrı qəbul
etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir.
Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-bi-
rinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu ola-
caq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!”“
(“Ənkəbut” surəsi, 25)
Harun Yəhya (Adnan Oktar) 
107


Dünyada saxta olduğu halda, inkarçıların heç biri dostluqlarının
saxta olduğunu qəbul etmək istəməz. Bir çox insan üçün dostluq və
sevgi digərlərindən fərqli olur. Halbuki, hamısı eyni xətaya düşmüş,
vəfanı  dünyada  heç  vaxt  yaşamamışlar.  Üstəlik,  o  gün  əzab
görməsinlər deyə, təklif etdiyi şeylər dostluq anlayışlarını tam ortaya
çıxaracaq. O gün dünyada ikən möhkəm bağ qurduğu ailəsi və dost-
larını fidyə verib qurtulmaq istəyəcəklər. Quranda bu həqiqət açıq
şəkildə verilmişdir:
“Və dost dostu arayıb axtarmayacaqdır. Onlar bir-birinə
göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün gü-
nahkar istərdi ki, fəda etsin öz oğullarını; övrətini və qar-
daşını;  ona  sığınacaq  verən  əşirətini!  Və  yer  üzündə
olanların hamısını - təki özünü qurtarsın! Xeyr, bu müm-
kün  deyildir.  Həqiqətən,  o,  alovlu  atəşdir”.  (“Məaric”
surəsi, 10-15)
Məhşər günü inkarçıların bu fidyə təklifi onların həqiqi xarakte-
rinin bilinməsi üçün olduqca önəmlidir. Artıq dünyadakı ən yaxın
əlaqələrin belə, mənfəətin bitdiyi və adamların maraqlarına zidd ol-
duğu bir vaxtda dəyərdən düşdüyü məlum olmuşdur. Halbuki, bu
cəhd boş yerədir. Allah insanları bu var-dövlətə onları yoxlamaq
üçün varis etmiş və onlara müəyyən zaman ayırmışdır. Bu müddətin
bitməsindən sonra bunları fidyə olaraq vermək istəmələri inkarçıların
bir daha anlayışsız olduqlarını göstərir.
Əməl dəftərlərinin verilməsi
İnsanın dünya həyatı boyu etdiyi hər şey sağ və sol tərəfindəki
mələklər tərəfindən yazılır. Hesab anı üçün hazırlanan dəftərlər din
günündə insanlara veriləcək. İnsan etdiklərinin heç birini rədd edə
bilməyəcək, çünki yaşadığı hər an əməl dəftərinə yazılacaq. Hər kəs
öz  dəftərindən  axirəti  üçün  nələr  hazırladığını  öyrənəcək.  Mö-
QİYAMƏT GÜNÜ
108


minlərin sağ əllərinə, kafirlərin isə sol əllərinə dəftərləri veriləcək.
Heç kimə zərrə qədər haqsızlıq edilmədiyi və bir xardal dənəsi qədər
əməlin də hesaba qatıldığı bu anda möminlərlə kafirlərin keçirdiyi
hisslər və rəftarları çox fərqli olacaq. Möminlər böyük sevinc içində
dəftərlərini  oxumaları  üçün  yanında  olanlara  uzadacaqlar. Allah
ayələrdə belə buyurur:
“O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz
gizlədilməyəcəkdir. Kitabı sağ əlinə verilən deyəcəkdir:
“Budur, oxuyun kitabımı! Mən bilirdim ki, etdiklərimin
hesabına qovuşacağam”. O, xoşbəxt həyat sürəcəkdir uca
bir cənnətdə, elə bir cənnətdə ki, onun meyvələri lap ya-
xınlıqda olacaqdır. Onlara: “Keçmiş günlərdə etdiyiniz
əməllərə  görə  nuşcanlıqla  yeyin-için”,  -deyiləcəkdir”.
(“Haqqə” surəsi, 18-24)
Möminlərin bu sevinc və fərəhlərindən fərqli olaraq, kafirlər
qorxu içində olacaqlar. Kafirlərin dəftərləri sol əllərinə veriləcək. Ən
kiçiyindən ən böyüyünə qədər heç bir işi əskik buraxılmadan yazıl-
mış bu dəftər Allah’ın bəyənmədiyi işlərlə dolu olacaq. Bu həqiqət
qarşısında inkar edənlərin qorxu və narahatçılığı ayədə bildirilmiş-
dir:
“Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkar-
ların  orada  yazılmış  olanlardan  qorxduqlarını
görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir
kitab imiş! O, nə bir kiçik, nə də bir böyük günahı bura-
xıb hamısını yazmışdır!” Onlar etdikləri əməlləri öz qar-
şılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!”
(“Kəhf” surəsi, 49)
Allah’dan qorxmamaq, Ona şərik qoşmaq, Ona ibadət edən kimi
görünüb Ondan başqalarını da razı salmağa çalışmaq kimi yalan,
Harun Yəhya (Adnan Oktar) 
109


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə