MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə34/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

vinci ilə nurludur. Onlar xoşbəxtdirlər. (“Əbəsə” surəsi, 39) 
Quranda möminlərlə kafirlərin üz ifadələri arasındakı fərq belə
izah olunur:
“Yaxşı iş görənlər üçün ən yaxşısı cənnət və bundan da
üstünü  Allah’ı  görmək  vardır.  Onların  üzünü  nə  bir
qubar, nə də bir zillət bürüyər. Onlar cənnət sakinləri-
dirlər və orada əbədi qalacaqlar. Pis işlər görənlərə isə pis-
liyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər.
Onları Allah’dan qoruya bilən bir kimsə də yoxdur. On-
ların üzləri sanki zülmət gecənin parçalarına bürünmüş-
dür. Onlar od sakinidirlər və orada əbədi qalacaqlar”.
(“Yunis” surəsi, 26-27)
İnkarçılar isə iman gətirənlərə yalvararlar. Dünya həyatında nifrət
etdikləri möminlərin nurlarından almaq istəyərlər. Bu nurun mənası
bir aydınlıq, inam və sevincdir. Sadəcə cənnətə layiq olan insanlar
üzərində olan bu nurdan inkarçılar nə qədər istəsələr də, faydalana
bilməyəcəklər. Bu nurun mənbəyi dünyada edilən yaxşı işlər oldu-
ğundan arxalarında heç bir saleh davranışı olmayan inkarçının buna
sahib olması mümkün deyil. Buna görə də möminlər tərəfindən on-
lara “dünyaya dönün və nur axtarıb tapmağa çalışın” cavabı verilir.
Mövzu ilə bağlı olaraq Quranda keçən ayə belədir:
“O  gün  münafiq  kişilər  və  münafiq  qadınlar  iman
gətirənlərə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan
alaq”, - deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb
işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət,
çöl  tərəfində  əzab  olan  qapılı  bir  sədd  çəkiləcəkdir”.
(“Hədid” surəsi, 13)
Möminlər dünyada Allah’ın razılığı üçün göstərdikləri cəhdlərin
qarşılığını alarlar. Bu cəhdlərə görə məmnundurlar. (Ğaşiyə surəsi,
Harun Yəhya (Adnan Oktar) 
117


9) Allah onların cəhdlərinin müqabilində ən gözəl mükafatı verər.
Onsuz da ümidlə gözlədikləri də budur. Buna görə, Allah’a şükür
edərlər. Onlar: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə
varis edən Allah’a həmd olsun! Biz cənnətin istədiyimiz yerində
sakin  oluruq.  Yaxşı  əməl  sahiblərinin  mükafatı  necə  də
gözəldir!” (“Zumər” surəsi, 74) -deyirlər...
Möminlərin mükafatı
“Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman
gətirənləri məsxərəyə qoyurdular. Halbuki, müttəqilər qi-
yamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə
hesabsız ruzi verər”. (“Bəqərə” surəsi, 212)
Ayədə də göründüyü kimi, görmədikləri halda, Rəbbimizdən qor-
xan və qiyaməti qəlbləri ürpərərək gözləyən möminlər o gün Allah’ın
himayəsi altında olacaqlar. Möminlərin din günündə rahatlıq içində
olacaqlarını müjdələyən başqa bir ayə isə belədir:
“O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman
gətirənləri xəcil etməz. Onların iman nuru önlərindən və
sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər:
“Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi
bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”” (“Təhrim”
surəsi, 8)
İnkar edənlər peşmançılıq içində ikən, möminlər din günündə
heç bir qorxu yaşamayacaqlar. Allah’ın onlara vəd etdiyinə qovuş-
manın sevinci içindədirlər. Sağ əllərinə dəftərlərini alıb, hüzur içində
cənnətə gedəcəkləri anı gözləyirlər. Allah onlara dünyada və axirətdə
heç bir neməti qadağan etməmiş, tam əksinə, sonsuz nemətlərlə
cavab vermiş, canlarını gözəlliklə almış və din günündə də onları
QİYAMƏT GÜNÜ
118


qorumuşdur.  “Əraf”  surəsinin  32-ci  ayəsində  Allah’ın  bütün
nemətləri möminlərə bəxş etdiyi belə bildirilir:
“De: Allah’ın Öz qulları üçün üzə çıxardığı zinəti və təmiz
ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həya-
tında hamıya, qiyamət günü isə yalnız möminlərə məxsus-
dur”.  Biz  dərk  edən  adamlar  üçün  ayələri  belə  izah
edirik”. (“Əraf” surəsi, 32)
Hesab anı bitdikdən və qızdırılmış cəhənnəm onlara göstəril-
dikdən sonra möminlər cənnətə aparılarlar:
“Rəbbindən  qorxanlar  da  dəstə-dəstə  cənnətə  gəti-
riləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq
və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun!
Xoş  sizin  halınıza.  Əbədi  qalmaq  üçün  buraya  daxil
olun!”” (“Zumər” surəsi, 73)
Quranda möminlərin sonsuz axirət həyatında alacaqları müka-
fatlar  ətraflı  şəkildə  izah  olunur.  “Tur”  surəsində  əbədi  yurdun
nemətləri belə sayılır:
“Şübhəsiz  ki,  müttəqilər  cənnət  bağlarında  və  nemət
içində  yaşayacaqlar.  Rəbbinin  onlara  bəxş  etdiyinə  se-
vinəcəklər. Rəbbi onları cəhənnəm əzabından xilas etmiş-
dir. Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi ola-
raq  nuşcanlıqla  yeyin,  için!”  Onlar  səflərlə  salınmış
mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hu-
rilərlə evləndirəcəyik. Möminlərin imanda onların arxa-
sınca gedən nəsillərini də cənnətdə özlərinə qovuşdura-
cağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik.
Hər  kəs  qazandığının  girovudur.  Onlara  istədikləri
meyvədən və ətdən bol-bol verəcəyik. Onlar orada bir-
birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə
Harun Yəhya (Adnan Oktar) 
119


boşboğazlığa, nə də günaha təhrik edər. Onların ətrafında
xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi
cavan oğlanlar dolanacaqlar. Onlar bir-birinə üz tutub
soruşacaqlar.  Onlar  deyəcəklər:  “Biz  əvvəllər  ailəmiz
içində  olarkən  Allah’dan  qorxurduq.  Allah  da  bizə
mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.
Biz  əvvəllər  Ona  dua  edirdik.  Həqiqətən,  O,  yaxşılıq
edəndir, Rəhmlidir!”” (“Tur” surəsi, 17-28)
Kafirlər çətin, möminlər asan hesaba çəkilərlər
Dünyadakı həyatlarını Allah’ın göstərdiyi yoldan uzaqlaşaraq öz
istək və həvəslərinə uyan və ya cəmiyyətin azğın dəyər və inancla-
rına görə yaşayan inkarçıların hesabı çox çətin olacaq. O gün onlara
qarşı nə bir mərhəmət, nə də bir şəfqət vardır, nə də əzabı yün-
gülləşdirəcək  bir  güc...  Bunun  ən  böyük  səbəbi  onlara  dünyada
Allah’ın varlığına dair xatırladıcılar gəlməsinə baxmayaraq, Allah’ın
hədlərini qorumamaları və dünyaya təkrar göndərilsələr də, yenə qo-
rumayacaqlarıdır.  Bu  Quran  ayələri  ilə  xəbər  verilmiş  qəti  bir
həqiqətdir:
“Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki,
bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələri
yalan  saymayıb  möminlərdən  olardıq”,  -dediklərini
görəydin! Xeyr! Əvvəllər gizlətdikləri günahlar onlara
aşkar  oldu.  Əgər  onlar  geri  qaytarılsaydılar,  yenə  də
özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz
ki, onlar yalançıdırlar”. (“Ənam” surəsi, 27-28)
Hesablarını verərkən də alovlandırılan cəhənnəm onları gözləyir.
Törətdiklərinin  heç  biri  ötürülmədən  qarşılığını  görmək  üçün
cəhənnəmə yollanarlar. Bir ayədə böyük hesab belə izah olunur:
QİYAMƏT GÜNÜ
120


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə