MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə42/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   44

Beləliklə, təbii seçmə “təkbaşına” və tamamilə təsirsiz mexanizm
olaraq qaldı.
Neodarvinizm və mutasiyalar
Darvinistlər isə bu vəziyyətə bir çıxış yolu tapmaq üçün 1930-
cu illərin sonlarında müasir sintetik nəzəriyyəni və ya daha geniş ya-
yılmış  adı  ilə  neodarvinizmi  ortaya  atdılar.  Neodarvinizm  təbii
seçmənin yanına faydalı dəyişiklik səbəbi kimi mutasiyaları, yəni
canlıların genlərində radiasiya kimi xarici amillər və ya transkripsiya
xətaları nəticəsində əmələ gələn pozulmaları əlavə etdi. Bu gün də
elmi cəhətdən əsassız olduğunu bilmələrinə baxmayaraq, darvinistlər
neodarvinist modeli müdafiə edirlər. Nəzəriyyə yer üzündəki mil-
yonlarla canlı növünün, onların qulaq, göz, ağciyər, qanad kimi say-
sız-hesabsız  mürəkkəb  orqanlarının  mutasiyalara,  yəni  genetik
pozulmalara əsaslanan bir proses nəticəsində əmələ gəldiyini iddia
edir. Amma nəzəriyyəni çarəsiz qoyan bir açıq elmi həqiqət var: mu-
tasiyalar canlıları təkmilləşdirmirlər, əksinə, hər zaman canlılara
zərər verirlər.
Bunun səbəbi çox sadədir: DNT çox mürəkkəb quruluşa malik-
dir. Bu molekula olan hər hansı təsadüfi təsir ancaq zərər verir. Ame-
rikalı genetik B.G. Ranqanatan bunu belə açıqlayır:
“Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir mey-
dana gəlirlər və ən yaxşı halda təsirsizdirlər. Bu üç xüsusiyyət
mutasiyaların  təkamül  xarakterli  təsir  meydana
gətirməyəcəyini sübut edir. Yüksək dərəcədə xüsusiləşmiş or-
qanizmdə meydana gələn təsadüfi dəyişiklik ya təsirsiz, ya
da zərərli olur. Bir qol saatında meydana gələn təsadüfi dəyi-
şiklik qol saatını təkmilləşdirməz. Ona böyük ehtimalla zərər
verər və ya ən yaxşı halda təsir etməz. Bir zəlzələ bir şəhəri
daha yaxşı hala salmaz, onu məhv edər”. (Charles Darwin,
The Origin of Species: A Facsimile of the First Edition, Har-
vard University Press, 1964, səh. 179)
Harun Yəhya (Adnan Oktar) 
147


Bu  günə  qədər  heç  bir  faydalı,  yəni  genetik  məlumatı
təkmilləşdirən mutasiya müşahidə edilməyib. Bütün mutasiyaların
zərərli olması aşkar edilib. Aydın olmuşdur ki, təkamül nəzəriyyəsi-
nin təkamül mexanizmi kimi göstərdiyi mutasiyalar, əslində, canlıları
sadəcə məhv edən, şikəst edən genetik hadisələrdir (insanlarda mu-
tasiyanın ən çox rast gəlinən təsiri xərçəngdir). Əlbəttə, məhvedici
mexanizm təkamül mexanizmi ola bilməz. Təbii seçmə isə Darvinin
də qəbul etdiyi kimi, tək başına heç bir şey edə bilməz. Bu həqiqət
bizə təbiətdə heç bir təkamül mexanizminin olmadığını göstərir.
Təkamül mexanizmi olmadığına görə, təkamül deyilən xəyali proses
də baş verməyib.
Fosillər: ara-keçid formalardan əsər-əlamət yoxdur
Təkamül nəzəriyyəsinin iddia etdiyi prosesin baş vermədiyinin
ən açıq göstəricisi isə fosillərdir.
Təkamül  nəzəriyyəsinə  görə,  bütün  canlılar  bir-birlərindən
törəyiblər. Əvvəlcədən mövcud olan bir canlı növü zaman ərzində
digərinə  çevrilmiş  və  bütün  növlər  bu  şəkildə  əmələ  gəlmişlər.
Nəzəriyyəyə əsasən, bu çevrilmə yüz milyon illər davam edən uzun
dövrü əhatə etmiş və mərhələ-mərhələ irəliləmişdir. Bu təqdirdə
iddia edilən uzun çevrilmə prosesi zamanı saysız-hesabsız ara növlər
əmələ gəlməli və yaşamalıdırlar.
Məsələn, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxma-
yaraq, bir tərəfdən də bəzi sürünən canlı xüsusiyyətlərini qazanmış
yarı-balıq, yarı-sürünən canlılar yaşamalıdır və ya sürünən xüsu-
siyyətlərini daşıyan, bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanmış
sürünən quşlar ortaya çıxmalıdır. Bunlar bir keçid prosesində olduq-
ları üçün şikəst, yarımçıq, qüsurlu canlılar olmalıdır. Təkamülçülər
keçmişdə yaşadığına inandıqları bu nəzəri məxluqları “ara-keçid for-
ması” adlandırırlar.
QİYAMƏT GÜNÜ
148


Əgər, həqiqətən, bu cür canlılar keçmişdə yaşayıbsa, onların sayı
və növü milyonlarla, hətta milyardlarla olmalıdır və bu əcaib canlı-
ların  qalıqlarına  mütləq  fosil  izlərində  rast  gəlinməlidir.  Darvin
“Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:
“Əgər  nəzəriyyəm  doğrudursa,  növləri  bir-birilə
əlaqələndirən saysız-hesabsız ara-keçid  növləri keçmişdə
mütləq yaşamalıdır... Onların yaşadığının dəlilləri də sadəcə
fosil qalıqları arasında tapıla bilər”. (Charles Darwin, The
Origin of Species, səh. 172, 280)
Ancaq bu sətirləri yazan Darvin ara-keçid formaların heç cür ta-
pılmadığını bilir və bunun nəzəriyyəsi üçün böyük problem olduğunu
görürdü.  Ona  görə,  “Növlərin  mənşəyi”  kitabının  “Nəzəriyyənin
qarşısında duran çətinliklər” (Difficulties on Theory) adlı bölməsində
belə yazmışdı:
“Əgər,  həqiqətən,  növlər  digər  növlərdən  yavaş  dəyişik-
liklərlə törəyibsə, nə üçün saysız-hesabsız ara-keçid forma-
sına  rast  gəlmirik?  Nə  üçün  bütün  təbiət  qarmaqarışıq
vəziyyətdə deyil, məhz yerli-yerindədir? Saysız-hesabsız ara-
keçid forması olmalıdır, bəs nə üçün yer üzünün çoxsaylı
təbəqələrində onları tapmırıq?... Nə üçün hər geoloji forma
və hər təbəqə belə qalıqlarla dolu deyil?” (Charles Darwin,
The Origin of Species, səh. 172, 280) 
Darvinin puç olan ümidləri
Ancaq XIX əsrin ortasından indiyə qədər dünyanın hər tərəfində
qızğın fosil araşdırmaları aparılmasına baxmayaraq, ara-keçid for-
malarına rast gəlinməmişdir. Aparılan qazıntı işlərində və tədqiqat-
larda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin
əksinə, canlıların yer üzündə birdən-birə, tam və qüsursuz formada
ortaya çıxdıqlarını göstərmişdir.
Harun Yəhya (Adnan Oktar) 
149


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə