MüƏLLİf haqqinda


ayaqlarından yaxalanacaqlar”. (“Rəhman” surəsi, 41)



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

ayaqlarından yaxalanacaqlar”. (“Rəhman” surəsi, 41)
Danışmalarına izn verilməyəcək
İnkar edənlər o gün həyatlarına aid unutduqları hər hərəkətin qar-
şılarına çıxmasını təsvir oluna bilməyən heyrət və peşmançılıqla qar-
şılayacaqlar. Quranda bəhs edilən “kaş ki” və ya “heyf” şəklindəki
fəryadları peşmançılıqlarının heç bir faydasının olmadığını başa düş-
düklərini göstərir.
“Kaş, biz Allah’a ibadət edəydik. Onun Elçisinə müti olay-
dıq” (Əhzab surəsi, 66) -deyərək heyfsilənən bu insanların üzrxah-
lıqlarının və heyfsilənmələrinin artıq heç bir təsiri yoxdur. Yalvarış
və fəryadlarına, kömək çağırışlarına Allah’dan gələn qarşılıq Qu-
randa belə izah olunmuşdur:
“Və onlara deyiləcəkdir: “Siz bu gününüzlə qarşılaşaca-
ğınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq.
Sizin sığınacaq yeriniz cəhənnəmdir. Sizin köməkçiləriniz
də olmayacaqdır”. (“Casiyə” surəsi, 34)
Bunlara baxmayaraq, həmin insanlar Allah’dan kömək istəməyə
davam edəcəklər. Bir qismi Allah’dan yox olmağı istəyəcək. Bir
qismi qarşılaşdığı əzabdan xilas olmaq üçün sahib olduqlarını fidyə
olaraq  vermək,  bir  qismi  də  dünyaya  geri  qayıdıb  etdiklərini
düzəltmək istəyəcək. Quranda bu insanların saleh əməllər etmək
üçün dünyaya geri qayıtmaq istədikləri belə izah olunur:
“Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı
dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri
qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inan-
dıq!” (-deyəndə) görəydin!” (“Səcdə” surəsi, 12)
Bu yalvarmaları onları əhatəyə alan qorxunc əzabdan xilas ola
bilmək üçündür. Halbuki, dünyaya geri qayıtsalar belə, inkarçıların
Harun Yəhya (Adnan Oktar) 
125


əvvəlki mövqelərinin əsla dəyişməyəcəyini Allah bildirmişdir. Bu
insanlar üçün artıq heç bir şəkildə qurtuluş yoxdur. Kafirlər onları
yaradan və yaşadan Allah’a üsyan etməklə ola biləcək ən böyük gü-
nahı törədiblər. Buna görə, hesab günü özlərini müdafiə etmələrinə
belə izn verilməyəcək. Allah bu həqiqəti ayələrdə belə bildirir:
“Qiyaməti yalan sayanların o gün vay halına! Bu, günah-
karların danışa bilməyəcəkləri bir gündür. Onlara üzr-
xahlıq üçün izin belə verilməyəcəkdir. Qiyaməti yalan
sayanların o gün vay halına!” (“Mürsəlat” surəsi, 34-37)
Belə ki, Quranda Allah’ın inkarçıların etdiklərinə qarşılıq olaraq
din günündə bu insanlarla danışmayacağı, onları qorumayacağı və
günahlardan  təmizləməyəcəyi  bildirilmişdir.  Mövzu  ilə  bağlı
ayələrdən bəziləri bunlardır:
“Şübhəsiz ki, Allah’ın nazil etdiyi kitabdan olanları gizli
saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz
qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət
günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz.
Onlar üçün üzücü bir əzab vardır”. (“Bəqərə” surəsi, 174)
“Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz
qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur.
Allah  onları  danışdırmayacaq,  Qiyamət  günü  onların
üzünə  baxmayacaq  və  onları  təmizə  çıxarmayacaqdır.
Onlar üçün üzücü bir əzab vardır”. (“Ali-İmran” surəsi,
77)
“Allah buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və
Mənə heç nə deməyin!” (“Muminun” surəsi, 108)
İnsanların qəzəbi Allah’ın inkarçılara qəzəblənməsi ilə müqayisə
edilə bilməz. İnsan nə qədər hiddətlənsə də, bunun nəticəsində verə
biləcəyi cəza məhduddur. Halbuki, Allah’ın qəzəbi təsəvvür edilə
QİYAMƏT GÜNÜ
126


bilməz qədər böyükdür. Ağıla və təsəvvürə gəlməyəcək dərəcədə
dəhşətli bir qarşılıq vardır bu qəzəbin nəticəsində. Qəzəbin ölçüləri
insan ağlının və xəyal gücünün sərhədlərindən çox kənardadır. Qu-
randa bu həqiqət belə ifadə olunur:
“Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olu-
narkən küfrünüzdə israr etdiyiniz zaman Allah’ın sizə
olan nifrəti indi sizin özünüzə olan nifrətinizdən daha
böyük idi”” (“Ğafir” surəsi, 10)
Qorxu içində olmaları
İnkarçıların sonsuza qədər davam edəcək qorxu və peşmançılıq-
ları ölüm mələklərinin onların canını almağa gəlməsi ilə başlayır. Bu
zaman heç bir inkarçı qaçmağa cəhd edə bilməz. Çünki bu, sondur
və ölümlə birlikdə sonsuz həyata daxil olunur. Elə o anda təsvir
edilməz  bir  qorxu  bütün  mənliklərini  əhatəyə  alır  və  dünyada
özlərinə bildirilən əzab həqiqətinin ilk anlarının başladığını anlayır-
lar. Allah “Ənam” surəsində belə buyurur:
“Allah’a qarşı yalan uydurandan və ya özünə vəhy olun-
madığı halda: “Mənə də vəhy olunmuşdur”, -söyləyəndən
və:  “Mən  də  Allah’ın  nazil  etdiyinin  bənzərini  en-
dirəcəyəm”, – deyəndən daha zalım kim ola bilər? Zalım-
ları  ölüm  girdabında  olduqda,  mələklərin  də  əllərini
uzadıb: “Canlarınızı çıxarın! Allah’a qarşı nahaq sözlər
söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə
görə,  bu  gün  siz  cəzalandırılacaqsınız!“  (-dediklərini)
bircə görəydin”. (“Ənam” surəsi, 93)
Dünyada əldə etdikləri bütün zənginlikləri arxalarında buraxıblar.
O gün sahib olduqları heç bir şeyin mənası yoxdur. Qazandıqları,
güvəndikləri heç kimə bir fayda verə bilməyəcək. Ayədə bildirildiyi
Harun Yəhya (Adnan Oktar) 
127


kimi, Allah’ın hüzurunda tənhadırlar:
“Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha,
həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldi-
niz. Öz aranızda (Allah’a) şərik saydığınız şəfaətçilərinizi
də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış,
iddia  etdiyiniz  (tanrılar)  isə  sizdən  uzaqlaşmışdır”.
(“Ənam” surəsi, 94)
İnkarçıların əl və ayaqları, adətən, bağlanmış kimidir. Dünyada
çox sevdikləri, öz istəkləri yönündə istifadə etdikləri bədənlərinə söz
keçirə bilməzlər, sahib çıxa bilməzlər. Etmək istədiklərini heç cür
edə bilməzlər. Belə ki, Quranda bu insanların o gün səcdəyə dəvət
ediləcəkləri, lakin səcdə etməyə belə güclərinin çatmayacağı bildi-
rilmişdir: 
“Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin
(buna) qadir ola bilməyəcəkləri gün – onların baxışları
yazıq görkəm alacaq, özlərini də zəlalət bürüyəcəkdir.
Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda səcdə
qılmağa dəvət olunurdular”. (“Qələm” surəsi, 42-43)
Hər şeyin sahibi Allah’dır və hər şey Onun diləməsi ilə yaranır.
İnkarçıların  səcdəyə  çağırılmalarının  səbəbi  dünya  həyatı  boyu
etməyib ertələdiklərindən dolayı bir sıxıntı və peşmançılıq duyma-
larını təmin etməkdir. Daha əvvəl təkəbbür göstərərək Allah’a səcdə
etməyi  rədd  edən  bu  insanlar  o  gün  istədikləri  halda,  bunu  edə
bilməyəcəklər. Sorğu-sual edilib cəhənnəmə yollanacaqlar.
“Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğra-
mışlar. O saat onları qəflətən haqladıqda onlar öz günah
yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada bu-
raxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıq-
ları şey necə də pisdir!” (“Ənam” surəsi, 31)
QİYAMƏT GÜNÜ
128


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə