MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə20/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

Meteoritlər
Bəlli olduğu kimi, kainatda hər an hərəkət halında olan irili-xır-
dalı milyonlarla göy daşı (meteorit) vardır. Bunların bir planet, ya
da ulduzla toqquşması nəticəsində baş verəcək təsir meteoritin bö-
yüklüyünə görə dəyişir. Alimlərin bildirdiyinə görə, hər il 10 milyon
tondan artıq göydaşı dünyamıza düşür, ancaq atmosferə girəndə sür-
tünmənin də təsiri ilə dünya üzərinə düşənə qədər bir çoxu kül olur.
Başqa sözlə, atmosferin qoruyucu təsiri sayəsində dünyamız hər gün
yaşana biləcək fəlakətlərdən qorunur. Ancaq sonrakı bölümlərdə
daha ətraflı şərh ediləcəyi kimi, bu meteoritlərin arasında dünyamıza
düşməsi  vəziyyətində  həyatın  son  olmasına  səbəb  olacaq  qədər
böyük olanları da var. Necə ki, daha əvvəl dünyaya düşən bəzi me-
teoritlərin dünyanın geoloji və ekoloji quruluşunda mühüm dəyişik-
liklərə səbəb olduğu sübut edilmişdir.
Bunlardan biri 20-ci əsrin əvvəllərində Sibirə, Tunqusa düşən və
60 km çapında olduğu güman edilən meteoritdir. Bu meteorit 2000
km
2
-lik meşəni yox etmiş və Xirosimaya atılan atom bombasının
min qatı böyüklüyündə bir partlayışa səbəb olmuşdu. Sözügedən zo-
nada heç kimsənin yaşamaması mütləq bir fəlakəti əngəlləmişdir.
Fərziyyələrə görə, eyni daş Eyfel qülləsinin təpəsinə düşsəydi, tam
10 milyon adamın yox olmasına səbəb olacaqdı.
14
Dünyaya dərin şəkildə təsir edəcək fəlakət ehtimallarının nə
dərəcə böyük olduğunu göstərən Tunqus asteroidinin dünyaya çır-
pılması ilə baş verən hadisələr bu şəkildə olmuşdur:
“1908-ci il iyunun 30-da səhər saatlarında orta Sibir göylərində
süzən nəhəng bir alov yumağı görüldü. Üfüqdə təmas etdiyi yerdə
böyük partlayış oldu. 2000 kvadrat kilometrlik bir meşəlik zonanı
yerlə-yeksan etdi və yerə toxunması ilə minlərlə ağacı yandırması
bir oldu. Yer kürəsi çevrəsini iki dəfə dolaşan atmosfer şoku ya-
ratdı. Ardınca iki gün müddətlə atmosferə elə incə bir toz yayıldı
QİYAMƏT GÜNÜ
68


ki, hadisə yerindən 10.000 km uzaqda olan London küçələrinə
düşən işıq altında qəzet çətin oxuna bilirdi”.
15
O günün dəhşətini yaşayan insanların qarşılaşdığı bu fəlakətlə
bağlı açıqlamaları bizə labüd fəlakətlərlə bağlı ipucu verir:
“Evimin artırmasında otururdum. Səhər yeməyi vaxtı idi. Şimala
doğru baxırdım. Birdən göy üzü ikiyə bölündü... Və meşənin
şimal hissəsində göy alov içində idi. O anda köynəyimin bir tərəfi
yanmağa başlayıbmış kimi üzərimdə bir istilik hiss etdim... O
anda köynəyimi çıxarıb fırlatmaq istədim, amma o anda göydə
bir gurultu qopdu. Özümü itirmədən qaçdığım bir neçə metr o
biri tərəfdə üzü üstə yerə sərilmiş gördüm. Bir anlığa özümdən
getmişdim. Həyat yoldaşım yüyürüb məni evə apardı. Gurultunun
ardından göydən sanki yağan daşların səsləri, ya da qurğuşun
səsləri gəldi. Yer sarsıldı. Yerə yıxıldığım zaman daş çırpılma-
sından qorxduğum üçün əllərimlə başımı örtdüm. O anda göy
yarıldığında qaynar kimi bir külək, sanki partlayan bir topdan
çıxmış kimi səs aləmi bürüdü. Külək əsərkən torpağın üzərində
də iz buraxırdı”.
16
Qaldı ki, sonrakı bir nəhəng meteoritin haraya düşəcəyi məchul-
dur.
Alimlərin fikrincə, Tunqus asteroidi böyüklüyündə bir asteroid
dünyaya hər 200 ildə bir düşür. Bu da belə bir fəlakətin nə dərəcə
yaxın olduğunu göstərir. Üstəlik, bu dəfə meteoritin düşəcəyi yerin
bir həyat mərkəzi olmaması üçün bir səbəb yoxdur. Alimlər bu gün
meydana gələcək belə bir toqquşmanın təsirləri mövzusunda olduqca
həyəcanlıdır:
“Əgər bu gün belə bir toqquşma olacaqsa, bu toqquşma xüsusilə
o anın təşvişi içində atom bombası partlayışı ilə qarışdırıla bilər.
Quyruqlu ulduzun toqquşma təsiri və alov yumağı bir meqaton-
luq nüvə bomba partlamasının bütün təsirlərini təkrar edə bilər.
Harun Yəhya (Adnan Oktar) 
69


Mantar formasında yüksələn bulud da buna daxildir. Ancaq bir
fərqlə ki, qamma şüalarına və radioaktiv çöküntüyə səbəb ol-
mazdı”.
17
Bu ölçüdə bir kütlənin izdihamlı bir şəhərə düşməsi milyonlarla
insanın ölməsi anlamına gəlir. Dənizə düşməsi ehtimalı da eyni
nisbətdə  təhlükə  deməkdir.  Asteroidin  kütləsi  və  sürəti  dəniz
üzərində nəhəng dalğalara səbəb olar və meydana gələn sunamilər
dəniz kənarındakı məskunlaşma sahələrindəki həyatı yox edər. İşin
daha düşündürücü tərəfi verdiyimiz misaldan daha böyük astero-
idlərin və quyruqlu ulduzların dünya ilə toqquşma ehtimalının ol-
duqca yüksək olmasıdır. Daha böyük bir toqquşmanın bir qitənin
hamısını yox etməsinə və atmosferin hamısını zəhərlə doldurmasına
isə qaçılmaz aqibət kimi baxılır. Belə bir ehtimalda bütün dünyaya
təsir edəcək fəlakəti düşünmək belə yetərincə dəhşətlidir. Meteo-
ritlərə qarşı çarə axtarılması ilə yanaşı, bu günə qədər tapılan üsul-
ların yetərsiz olduğunu alimlər hər fürsətdə etiraf edir. Göründüyü
kimi, bir meteoritin və ya quyruqlu ulduzun qiyamətə səbəb olması
üçün Allah’ın diləməsi xaricində heç bir səbəb yoxdur.
Asteroid və quyruqlu ulduz ehtimalları
Alimlər kosmosda təsbit edilən asteroidlərin dünya ilə toqquş-
ması ehtimalının gün keçdikcə daha da gücləndiyini bildirirlər. Bel-
fastdakı Kuins Universitetindən olan astronom Alan Fitzsimmons
dünya ilə toqquşmaya doğru hərəkət edən böyük asteroidlərin varlığı
mövzusunda  qəti  dəlillər  əldə  etdiklərini  bildirmiş  və  öz  dü-
şüncələrini: “Bunların bizə çarpmalarını gözləyirik. Bu, sadəcə bir
zaman məsələsidir”, - deyə ifadə etmişdir.
18
Hər il dünya atmosferinə girən 10.000 tondan artıq asteroid yenə
atmosfer sayəsində bizim xəbərimiz belə olmadan əriyir. Ancaq bu
asteroidlərin atmosferdə əriməyəcək qədər böyük olanları da var.
Quyruqlu  ulduz  və  ya  sözügedən  nəhəng  asteroidlərdən  birinin
QİYAMƏT GÜNÜ
70


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə