MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə19/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

Yenə Quranda ulduzların yerlərindən sürüşüb töküləcəyi ulduz-
ların səpələnəcəyi bildirilmişdir (“Təkvir” surəsi, 2). Bu ayədə, eyni
zamanda, qapalı kainat modelinə diqqət çəkilmiş ola bilər. Çünki bu
ehtimalda da hər bir ulduz özünə aid orbitdən çıxıb bir araya gələcək.
Geriyə doğru daralan kainatda kosmik zaman ölçüsü də geriyə doğru
işləyəcək. Bu vəziyyətdə Yer üzündə görülməsi ehtimal edilən ha-
disələrlə qara dəliyə girilməsi mərhələsində gözlənən hadisələrin
bənzər olma ehtimalı var. Çünki hər şey tərsinə dönəndə cazibə
qüvvəsi də tərsinə dönər, Yer ağırlıqlarını çölə atar. Yer üzü sallanar,
dağlar parça-parça olar, dənizlər daşar. Nə qədər sürəcəyi bəlli ol-
mayan bir proses içində Allah’ın Quranda qiyamətlə bağlı təsvir et-
diyi hadisələr gerçəkləşər.
Qısaca bunu söyləyə bilərik: qapalı kainat modeli gerçəkləşəndə
bütün  kainat  daha  əvvəl  də  bildirdiyimiz  kimi,  tək  bir  nöqtədə
birləşib yox olacaq.
Genişlənən kainat modeli də kainatın qurtuluşu demək deyil. Bu
modelin gerçəkləşməsinin mənası kainatın başqa hadisələrlə yox ola-
cağıdır. Kainatın yaradıldığı andan bəri müntəzəm şəkildə sıxlığı art-
mış və temperaturu mütləq sıfıra çox yaxınlaşmışdır. Kosmosun
hazırkı temperaturu -270 dərəcədir ki, bu dərəcə mütləq sıfırdan
təkcə  3  dərəcə  yüksəkdir.  Kainatın  genişlənməyə  davam  etdiyi
müddətdə temperatur daha da düşəcəkdir. Canlı aləmin yaranması
üçün gərəkli olan istilik -270 dərəcədir. Buradan 1 dərəcə az və ya 1
dərəcə çox olması bütün canlıların ölməsi mənasına gəlir.
10
Kainat
genişlənməyə davam etdiyi müddətdə bu nisbətin sabit qalması eh-
timalı yoxdur. Temperatur düşəndə bəşəriyyət yer üzündən silinəcək.
Son  tədqiqatlardakı  mütləq  kəşflər  qapalı  kainat  modelinin
gerçəkləşə  biləcəyi  ehtimalını  ortaya  qoyur.  Ancaq  alimlərin
müfəssəl  araşdırmaları  nəticəsində  gəldikləri  yekdil  nəticə  mo-
dellərdən  hansı  hakim  olursa  olsun,  kainatın  aqibətinin
Harun Yəhya (Adnan Oktar) 
65


dəyişməyəcəyidir. İki modeldə də kainat öləcək, fəqət bu ölüm fərqli
şəkil və nəticələrlə olacaq. Qarşıdakı bölümlərdə müfəssəl şəkildə
anladıldığı kimi, hər iki model dünyaya qiyaməti gətirəcək. Fəqət
bunun yanında dünyanın sonunu gətirə biləcək başqa səbəblər də var.
Bunlardan biri Günəşin öz ömrünü tamamlamasıdır. Allah’ın yarat-
dığı səbəblər daxilində kainat bu modellərdən biri ilə yox olacaq.
Ancaq əlbəttə ki, hər şeyin ən doğrusunu Allah bilir.
Günəşin öz ömrünü tamamlaması
Bəlli olduğu kimi, kainatı təşkil edən göy cisimləri doğulur və
varlıqlarını bəlli bir müddət davam etdirdikdən sonra ölürlər. Günəşi-
mizin də belə məhdud bir ömrü var. Kainat qapalı, ya da açıq kainat
modellərindən biri ilə sona çatmadan əvvəl Günəşin öz ömrünü ta-
mamlaması ehtimalı aktual mövzudur. Günəşin ömrünü tamamla-
ması isə əlbəttə, dünyanın da ölməsi anlamına gəlir.
Təxminən 5 milyard yaşı olan Günəş 1 saniyədə 564 milyon ton
hidrogeni 560 milyon ton heliuma döndərərək yerdə qalan 4 ton
maddəni enerjiyə çevirir.
11
Günəş hidrogeni yandırıb istehlak həddinə
gələndə dünyanın sonu gələcək. Bu həddə mərkəz təbəqələrində qatı
halda olan hidrogenin yerinə helium artmağa başlayacaq, bu anda
20 milyon dərəcə olan Günəşin mərkəzdəki temperaturu 100 milyon
dərəcəyə çatacaq. Beləliklə, Günəşin mərkəzi olduqca qaynar bir qor
halına gələrkən ətrafı da getdikcə şişən xarici təbəqələrdən təşkil
olunmuş bir forma alacaq, Günəşə sarının yerinə qırmızı bir rəng
hakim olacaq. Günəş qırmızı bir nəhəngə çevriləcək.
Alimlərin  bu  həddən  sonra  proqnozlaşdırdığı  proseslər  isə
belədir: dünyadakı həyatın can damarı olan Günəş həddən çox bö-
yüyüb şişər və ətrafındakı geniş sahəni əhatəsi altına alar. Daha sonra
ətrafında olan planetlərə atəş və alov püskürməyə başlayar. Bunun
təbii nəticəsi olaraq ətrafındakı bütün kiçik planetlər yox olmağa baş-
layar. Ətraf mühit bu anda olandan daha isti olmasa da, həcmcə çox
QİYAMƏT GÜNÜ
66


iriləşdiyindən yaxınında olan planetlər yaydığı istidən daha çox
təsirlənər. İlk öncə Merkuri, ardınca da Venera Günəşin şüaları ilə
əriyər.
Bildirdiyimiz kimi, dünya üzərindəki canlı aləmin davamı ancaq
kainatda var olan olduqca çox həssas tarazlığın qorunmasına bağlıdır.
Məsələn, dünyanın Günəşə indiki uzaqlığından bir az daha yaxın ol-
ması bütün canlı həyatın yanıb qovurulması üçün yetərlidir. Bu
səbəbdən, Günəşin şişməyə başlayanda daha dünyaya çatmadan dün-
yadakı nizam bundan daha çox təsirlənəcəkdir. Günəşin Merkuri və
Veneranı qovurduğu bir həddə dünyanın, əslində, bütün tarazlığı po-
zulmuş olacaq. Bu sırada dünyada həyatdan söz getməsi mümkün
deyil. Bir müddət sonra Günəşin yaydığı şüalarla, əvvəlcə, okean-
lardakı sular həddən artıq istidən buxarlanacaq, dağ-daş bir anda
əriyərək qaz halına gələcəkdir. Bütün dünya bir göz qırpımında ya-
naraq bir ovuc toz halında kosmosa qarışıb gedəcəkdir. Bu, dünya-
mızın sonudur. Alimlər bu nəticəyə Günəş böyüklüyündəki ulduzlar
üzərində apardığı tədqiqatlar nəticəsində gəliblər. Bizdən uzaqda gö-
rünən bir çox ulduz tərif etdiyimiz bu qırmızı nəhəngə çevrilir. Qır-
mızı nəhəngin ətrafına göstərdiyi təsirlər səbəbi ilə də kosmosda hər
an bir növ qiyamət qopur.
12
Başqa bir alim Günəşdəki enerji azalmasını bu şəkildə ifadə edir:
“Günəşə gəlincə o, sonsuzadək nəşəli-nəşəli yanmağını davam
etdirməyəcək. İldən-ilə yanacaq ehtiyatı azalır, belə ki, sonda so-
yuyub  donacaqdır.  Eyni  əlamətlə  Günəşin  atəşi  onu  sadəcə
məhdud bir zamanadək alışdıracaq; o, enerjinin sonsuz qaynaq-
larına sahib deyil”.
13
Bu vəziyyət yox olmaqla nəticələnəcək ehtimallardan sadəcə bi-
ridir. Bu hadisələrin təbii nəticəsində Günəşdən gələcək fəlakət qa-
çılmaz bir aqibətdir. Ancaq aparılan tədqiqatlar dünyanın sonunu
hazırlaya biləcək olduqca daha çox təsirin olduğunu göstərmişdir.
Harun Yəhya (Adnan Oktar) 
67


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə