MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə4/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   44

dəyərlərdir. Fəqət, ölümün ilk anından etibarən bu dünyəvi qazanclar
bütün dəyərini və əhəmiyyətini bir anda itirir. Bu, hər kəsin bildiyi,
amma  düşünməkdən  çəkindiyi  bir  həqiqətdir.  Buna  görə  də  əsl
məqsəd bu olmamalıdır. O zaman həqiqi məqsədin və qazancın nə
olduğunu çox yaxşı düşünmək, qavramaq lazımdır. Budur, Allah ya-
radılışın əsl məqsədini ayədə belə bildirir:
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün
yaratdım!” (“Zariyat” surəsi, 51/56)
Ancaq Allah’a qulluq borcunun tam şəkildə yerinə yetirilməsi ilə
ölümdən sonra başlayan axirət həyatı üçün gözəl bir ümid mövzu
ola bilər. İnsanların böyük hissəsinin sahib olduğu yanlış bir ümid
var. Xeyli insan bu ehtimala inanaraq özünü rahatlamağa çalışır. Hal-
buki, bu, böyük bir yanlışlıqdır. Əgər bir insanın axirətə, ölümdən
sonrakı həyatda yaşamağa ümidi yoxdursa, o zaman da geriyə tək
bir ehtimal qalır: ölümlə birlikdə sonsuzadək yox olmaq! Bu ehtimal
isə digərləri ilə müqayisədə daha çox qorxu yaradır. Allah’a qulluq
etməyi rədd edən insanlar bu ehtimaldan qorxduqları və onu unut-
maq istədikləri üçün özlərinə çeşidli üsullar icad edirlər. Ümumilikdə
bu  üsulların  hamısı  eynidir:  ölüm  söhbət  mövzusu  olmaz,  onun
barəsində danışılmaz, o, müzakirə edilməz, xatırladılmaz. Halbuki,
ölüm yaşanılacağı mütləq olan bir həqiqətdir, amma onunla sanki
yoxmuş kimi davranılır. Cəmiyyətin böyük bir qisminin bu məntiqə
sahib olması insanda bir rahatlığa səbəb ola bilər. Halbuki, onun özü
kimi digər insanlar da aldanmaqdadır. İnsanlar ölümü, qiyamət gü-
nünü və axirəti bilir, amma bu haqda düşünmürlər. Onlar dünya
həyatı ilə qənaətlənir, daha doğrusu, bununla qane olmağı istəyirlər.
Halbuki, Allah Quranda insanların qaçdığı ölüm gerçəyi ilə mütləq
qarşılaşacağını bildirir. Ayədə belə buyurulur:
“De: “Qorxub qaçdığınız ölüm sizi mütləq yaxalayacaq-
dır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qay-
QİYAMƏT GÜNÜ
14


tarılacaqsınız.  O  da  sizə  nələr  etdiyinizi  xəbər
verəcəkdir!” (“Cumuə” surəsi, 62/8)
Ölüm yalnız insanlara məxsus deyildir. Müvəqqəti olan dünya
həyatında insan kimi hər şey ölümlüdür. Allah bizə bütün kainatın
içindəki canlılarla birlikdə yox olacağı bir günün varlığını, yəni qi-
yamət gününü bildirmişdir. Qiyamət günü imtahanın başa çatdığı son
gündür. Yer üzündəki hər insan o günün gəlməsini bir xeyli əlamət
əsasında anlayacaq və kainatın ölümü ilə nəticələnəcək hadisələr,
həqiqətən də tükürpərdici olacaq. Və ən nəhayət, dünyadakı bütün
insanlar qiyamətin həqiqətə çevrildiyi gün onları gözləyən yenidən
dirilişi  qavrayacaq.  Belə  bir  günlə  qarşılaşmağı  gözləməyənlər
üzləşdikləri bu açıq-aydın həqiqəti rədd edə bilməyəcək və Allah’ın
əmrinə istəyib-istəməsələr də, boyun əyəcəklər. Allah bütün kainat
üçün böyük bir aqibət hazırlamışdır. İnsanların çoxu hər nə qədər
inkar etməyə çalışsa da, qiyamət saatı onları müəyyən edilmiş bir
vaxtda gözləyir.
Qiyamət günü mütləq həqiqətdir
Daha əvvəl bəhs etdiyimiz kimi, dünyanın müvəqqəti dəyərlərinə
sahib olmağı özü üçün yetərli görən insanlar həqiqətdən çeşidli üsul-
larla qaçırlar. Ölüm bütün gerçəkliyi ilə yan-başlarında ikən bunu
qulaqardı edir, yenidən diriləcəkləri günü də unutmağa çalışırlar. On-
ların nəzərincə, bunları düşünməmək bir nicat yoludur. Beləliklə, in-
sanlar Allah qarşısındakı vəzifələrini ağıllarına gətirməyərək yalnız
öz gücləri hesabına yaşaya biləcəklərini zənn edirlər. Halbuki, qi-
yamət günü mütləq bir həqiqətdir. Bu həqiqət vəhy yolu ilə Quranda
bildirilmişdir.
Eyni zamanda, Quranda qiyamət günündə həqiqətə çevriləcək
hadisələrin təsvirləri də verilir. Olduqca müfəssəl şəkildə anladılan
qiyamət vaxtında yer üzündə və bütün kainatda olacaqları hadisələr,
Harun Yəhya (Adnan Oktar) 
15


bununla yanaşı, insanların ruhi vəziyyəti, onların bütün varlığına
hakim olacaq böyük çaşqınlıq, qorxu, vəhşət və təlaş açıq bir şəkildə
anladılır. Şübhəsiz, kainat qüsursuz olaraq yoxdan yaradıldığı kimi,
yenə qüsursuz və fövqəladə şəkildə sona çatacaq. Planetlər orbitlərini
tapa bilməyəcək, dağlar yerindən oynayacaq. Daha əvvəl hər şeyin
təsadüf ola biləcəyi bəhanəsi ilə Allah’ı inkar edənlər bütün nizam
və tarazlığı alt-üst edən bu mütləq hadisələr qarşısında təsadüflərin
deyil, yalnız Allah’ın hökmünün əsaslı olduğunu anlayacaqlar:
“De:  “Göylərdə  və  yerlərdə  olanlar  kimindir?”  De:
“Allah’ındır!” O, Özü Özünə rəhmli olmağı yazmışdır.
Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi
O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman
gətirməzlər!” (“Ənam” surəsi, 6/12)
“Sur bircə dəfə üfürüləcəyi; yer və dağlar qaldırılıb bircə
dəfə bir-birinə çırpılacağı zaman - məhz o gün qiyamət
qopacaqdır!” (“Haqqə” surəsi, 69/3-15)
Qiyamət günü müəyyən edilmiş bir vaxtdır
Zaman irəlilədikcə qiyamətin baş verəcəyi ana doğru sürətlə ya-
xınlaşırıq. İnsanların böyük çoxluğu qiyamət vaxtını özlərindən çox
sonrakı nəsillərin qarşılaşacağı bir hadisə sayır. Burada bu həqiqəti
xatırlatmaq faydalı olardı. Heç şübhəsiz ki, bizlərdən əvvəlki nəsillər
də eyni düşüncə ilə hərəkət ediblər və uzaq gələcəkdəki bu hadisəni
əsla düşünməyiblər. Elə isə dünya üzərində ilk insanın yaradılışından
etibarən yaşamış olan bütün adamlar qiyamət günü gerçəkləşəcək
hadisələrin şahidi olacaq, Allah’ın hüzurunda toplaşacaq və heç
kimsə üçün bir qaçış mümkün olmayacaqdır. Üstəlik, siz gündəlik
həyatınıza davam edərkən, gələcək üçün planlar hazırlayarkən bu
QİYAMƏT GÜNÜ
16


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə