Mirağa Cəfərquliyev
Qeyd etmək lazımdır ki, 1864-cü il məhkəmə islahatı Azərbaycanda
22 noyabr 1866-cı il Əsasnaməsinə və 1864-cü il məhkəmə
nizamnamələrinin Zaqafqaziyada tətbiqi haqqında 9 dekabr 1867-ci il
Qanununa əsasən
(156)
1968-ci il yanvar ayının 1-dən tətbiq edilməyə
başlanır. Demək olar ki, 1868-ci il fevral ayının 19-da Azərbaycanda
tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissələri olan yeni
məhkəmə idarələri açılır. Çox maraqlıdır ki, 1864-cü il məhkəmə
nizamnamələrinin Zaqafqaziyada,
0
cümlədən Azərbaycanda tətbiqi
zamanı ən mühüm istisnalardan biri bundan ibarət idi ki, dairə
məhkəmələrinin aidiyyətində olan ərazi istintaq və banşıq sahələrinə
deyil, hər birində Qafqaz canişini tərəfindən təyin edilən bir banşıq
hakimi olan banşıq şöbələrinə bölünürdü və ibtidai istintaqın apaniması
üzrə məhkəmə müstəntiqlərinin vəzifələri də ba- nşıq məhkəmələri
hakimlərinə və onlann köməkçilərinə həvalə edilirdi. Beləliklə, banşıq
məhkəmələri hakimlərinin və onlann köməkçilərinin əlində məhkəmə
fimksiyalan ilə yanaşı, istintaq fimksiyalan da cəmlənirdi ki, bu da
istintaqın müstəqilliyinə zərər vurmaqla yanaşı, onlann vəzifələrinin
öhdəsindən gələ bilməmələrinə səbəb olurdu.
Barışıq hakimləri və onların köməkçilərinin əlində məhkəmə və
istintaq funksiyalarının cəmlənməsi Zaqafqaziyada məhkəmə
nizamnamələrinin tətbiqinin ilk dövrlərindən buradakı barışıq
şöbələrinin həddindən artıq yüklənməsinə və işlərin istintaqının, eləcə
də məhkəmə baxışının vaxtlı-vaxtında apanimamasına gətirib çıxarırdı.
Bununla əlaqədar olaraq, 1870-ci il fevral ayının 24-də imperator
tərəfindən təsdiq olunmuş Dövlət Şurasının rəyinə əsasən, bütün dairə
məhkəmələrində mühüm işlər üzrə müstəntiq vəzifələri təsis edilir
(157).
§ 2. Azərbaycan Demokratik Respublikası dövründə
cinayət-mühakimə icraatının təşkili və inkişafı
Hüquq ədəbiyyatında çox düzgün olaraq qeyd edilir ki, 1918-1920-
ci illər Azərbaycan xalqının tarixinə mühüm mərhələ kimi daxil
olmuşdur
(39. S.41).
Məhz bu illərdə Azərbaycanın dövlət quruluşunun
və dövlətçiliyinin çoxəsrlik ənənələrinin dirçəlişi kimi mühüm hadisə
baş vermiş, müsəlman şərqində ilk respublika - Azərbaycan
Demokratik
m FƏSİL AZƏRBA YCA.\' CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI
Respublikası yaranmış və fəaliyyət göstərmişdir. ADR hökuməti
qarşısında duran mühüm dövlət quruculuğu vəzifələrindən biri sabit
hüquq qaydasını təmin edə biləcək məhkəmə-istintaq aparatının normal
fəaliyyətinin təmini məsələsi idi. Onu da qeyd edək ki, yeni yaranmış
respublikada ictimai və dövlət həyatının hüquqi əsaslarını qısa
müddətdə yaratmaq mümkün olmadığını və ölkədə qanunçuluğun və
hüquq qaydasının bərpası və təmininin müəyyən müddət köhnə
qanunların saxlanmasını tələb etdiyini nəzərə alaraq, Azərbaycan
Hökuməti 1918-ci il iyun ayının 23-də “Rus və Zaqafqaziya
qanunlannm qüvvəsinin müvəqqəti olaraq saxlanması haqqında” qərar
qəbul etmişdir
(159.S.17).
Həmin qərara görə, bütün idarəçilik və
məhkəmə sahələri üzrə qüvvədə olan qanunlar hökumət tərəfindən
qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər
öz qüvvəsini saxlamış hesab olunurdu. Bu, hər şeydən əvvəl, gənc
respublikanın ictimai və dövlət həyatının hüquqi əsaslanm qısa
müddətdə yaratmağın mümkün olmaması və ölkədə qanunçuluğun və
hüquq qaydasının bərpası və təmini zərurəti ilə bağlı idi. Məhz buna
görə Azərbaycanda məhkəmə-prokurorluq orqanlannm 1864-cü il
məhkəmə islahatına uyğun olaraq təşkil edilmiş sistemi saxlanılırdı
(40.
s.22, 50, 51).
Fəaliyyətə başladığı ilk dövrdə ADR-in Ədliyyə Nazirliyi barışıq
şöbələrinin və istintaq bölmələrinin bərpası ilə məşğul olmaq
məcburiyyətinə məruz qaldı. Hökumət özünün 1 oktyabr 1918-ci il
tarixli qəran ilə Sovet hakimiyyəti tərəfindən təsis edilmiş bütün
məhkəmə və istintaq orqanlarını, habelə məhkəmə funksiyalı
komissiyaları ləğv etdi. Həmin qərara müvafiq olaraq, Bakı Dairə
Məhkəməsi ona tabe olan idarələrlə birlikdə bərpa edildi
(125).
Bakı və Gəncə şəhər dairə məhkəmələrinin və bu məhkəmə
dairələrindəki banşıq şöbələrinin fəaliyyəti bərpa edildikdən sonra
Ədliyyə Nazirliyi ümumi məhkəmə aidiyyətli işlərin sonrakı istiqaməti
haqqında məsələ ilə məşğul olmağa başladı. Apellyasiya instansiyasının
olmaması səbəbindən Bakı və Gəncə şəhər dairə məhkəmələrində və bu
məhkəmə dairələrindəki barışıq şöbələrində çoxlu sayda işlər hərəkətsiz
saxlanırdı. Apellyasiya instansiyası məhkəməsinə olan ehtiyacı nəzərə
alaraq, hökumətin tapşırığı ilə Ədliyyə Nazirliyi apellyasiya məhkəməsi
statusuna malik olan Məhkəmə Palatasının təsisini nəzərdə tutan
Əsasnamə layihəsini qısa bir müddətdə işləyib hazırladı.
Mirağa Cəfərquliyev
Beləliklə, “Azərbaycan Məhkəmə Palatası haqqında” Əsasnamə
Nazirlər Şurası tərəfindən 1918-ci il noyabr ayının 14-də təsdiq edildi
(126).
Adı çəkilən Əsasnamə ilə Bakı şəhərində Azərbaycan Məhkəmə
Palatası təsis olundu və Məhkəmə Palatasının daxili quruluşu və
səlahiyyət dairəsi müəyyən edildi. Əsasnamənin 2-ci bəndinə müvafiq
olaraq, Azərbaycan Məhkəmə Palatası iki departamentdən: Mülki və
Cinayət departamentlərindən ibarət idi. Məhkəmə Palatası de-
partamentlərindən birinin sədri Baş sədr təyin edilirdi. Azərbaycan
Məhkəmə Palatasının aşağıdakı tərkibdə fəaliyyət göstərməsi nəzərdə
tutulurdu: Azərbaycan Məhkəmə Palatasının sədri - Böyük sədr (o həm
də öz istəyi ilə departamentlərdən birinin sədri idi), departamen- tin
sədri və Palatanın səkkiz üzvü. Göstərilən Əsasnaməyə müvafiq olaraq,
Azərbaycan Məhkəmə Palatası yanında prokuror nəzarətini Palatanın
prokuroru və onun iki müavini həyata keçirirdi. Yuxarıda sadalanan
vəzifələr hökumətin təyinatı ilə tutulurdu.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Məhkəmə Palatasının və
onun yanındakı Prokuror Nəzarətinin predmet dairəsi Əsasnamənin 6-
cı bəndinə müvafiq olaraq, 1864-cü il məhkəmə nizamnamələri və
Müvəqqəti Hökumətin 1917-ci ildə qəbul etdiyi müvafiq qanunlan ilə
müəyyən olunurdu. Onu da qeyd edək ki, Azərbaycan Məhkəmə
Palatasının və onun yanındakı Prokuror Nəzarətinin təsir dairəsi
Azərbaycan Respublikasının bütün ərazisini əhatə edirdi.
Azərbaycan Məhkəmə Palatası respublika dairə məhkəmələri və bu
məhkəmə dairələrindəki banşıq şöbələri üçün ikinci instansiya (apell-
yasiya) məhkəməsi sayılırdı. Azərbaycan Respublikası ərazisində baş
verən, apellyasiya instansiyası kimi Tiflis Məhkəmə Palatasına daxil
olan, lakin orada baxılmayan işlərə də Azərbaycan Məhkəmə
Palatasında baxılması nəzərdə tutulurdu. Məhkəmə Palatası daha
mühüm cinayət işləri üzrə birinci instansiya məhkəməsi kimi çıxış
edirdi.
Azərbaycan Məhkəmə Palatası yanındakı Prokuror Nəzarəti cinayət
prosesində ittihamı müdafiə və məhkəmə orqanlannda qanunların
düzgün tətbiqinə nəzarət funksiyalarını həyata keçirirdi. Respublika
Prokuror Nəzarətinə Baş prokuror rəhbərlik edirdi. Bundan başqa, o,
habelə ədliyyə naziri kimi ali məhkəmə idarəçiliyi orqanının rəhbəri
hesab olunurdu. Ədliyyə naziri, bundan əlavə, “Ədliyyə Nazirliyi
haqqında Əsasnamə”yə müvafiq olaraq, həbsxanalara himayədarlıq
cəmiyyətinin prezidenti idi
(127).
Dostları ilə paylaş: |