MüƏllifdən II


XX FƏSİL XÜSUSİ İCRAA TLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə242/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   238   239   240   241   242   243   244   245   ...   266

XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

S2S 

sial,  iqtisadi,  siyasi  qüvvələrlə,  təşkilatlarla  və  ictimai  hərəkatlarla 

iqtisadi, siyasi, ideoloji, hüquqi, diplomatik və digər əlaqə və qarşılıqlı 

münasibətlərin məcmusunu təşkil edir. 

Hüquqi  yardımın  göstərilməsilə  bağlı  beynəlxalq  münasibətlərin 

əsas və aparıcı subyekti olan dövlətlərin qarşılıqlı əlaqələr qurması və 

əməkdaşlıq etməsi üçün istinad etdikləri müxtəlif universal, ikitərəfli, 

çoxtərəfli normalar və mənbələr var. Bu mənbələrdən, birinci növbədə 

və  ən  əsası  BMT-nin  Nizamnaməsidir,  çünki  bu  Nizamnamənin  2-ci 

maddəsində  BMT-yə  üzv  olan  dövlətlərin  təşkilata  üzvlüyü  zamanı 

üzərlərinə  öhdəlik  kimi  götürdükləri  və  onlann  təminatına  şərait 

yaradacaqlan bir neçə prinsip var (61. s.l4). 

Nizamnamənin  1-ci  maddəsinə  əsasən  bəyan  edilmiş  məqsədlərə 

nail  olmaq  üçün  təşkilat  və  onun  üzvləri  həmin  prinsiplərə  uyğun 

hərəkət etməlidirlər. Beləliklə, haqqında söhbət apardığımız prinsiplərə 

aşağıdakılar daxildir: 

1)

 

təşkilat  onun  bütün  üzvlərinin  suveren  bərabərliyi  prinsipinə 



əsaslanır; 

2)

 



bütün  üzvlər.  Təşkilata  üzvlükdən  irəli  gələn  hüquq  və 

üstünlükləri özlərinə  təmin etmək üçün,  BMT Nizamnaməsinə uyğun 

olaraq üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirirlər; 

3)

 



bütün  üzvlər  öz  beynəlxalq  münasibətlərini  dinc  vasitələrlə  o 

qaydada  həll  edirlər  ki,  beynəlxalq  sülh  və  təhlükəsizlik  və  ədalət 

təhlükəyə məruz qalmasın; 

4)

 



bütün  üzvlər  öz  beynəlxalq  münasibətlərində,  hər  hansı  bir 

dövlətin  ərazi  bütövlüyünə  və  siyasi  müstəqilliyinə  qarşı  və  yaxud 

BMT- nin məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə 

hədələməkdən  və  gücün  tətbiqindən  çəkinirlər.  Bu  prinsipin 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası üçün olduqca 

böyük  əhəmiyyəti  var.  Əfsuslar  olsun  ki,  BMT-nin  üzvü  olan 

Ermənistan bütün beynəlxalq qanunlar, müqavilələr və konvensiyalarla 

yanaşı, eyni zamanda BMT-nin adı çəkilən Nizamnaməsinin yuxarıda 

şərh  etdiyimiz  prinsipini  də  nümayişkaranə  şəkildə  və  kobud  surətdə 

pozur.  Buna  da  səbəb  bəzi  dünya  dövlətlərinin  bu  məsələyə  ikili 

standart  mövqeyindən  yanaşmasıdır. Amma azərbaycan xalqı əmindir 

ki,  nəhayət  BMT  Ermənistanın  da  özbaşınalığına  son  qoymağa. 

Nizamnamənin  qeyd  etdiyimiz  prinsipinə  ciddi  riayət  etməsinə  nail 

olacaq; 



Mirağa Cəfərquliyev 

5)

 



bütün  Üzvlər  təşkilata,  BMT  Nizamnaməsinə  uyğun  olaraq 

gördüyü istənilən tədbirdə hər cür yardım göstərirlər və əleyhinə BMT 

tərəfindən preventiv və ya məcburiyyət tədbiri görülən istənilən dövlətə 

yardım göstərməkdən çəkinirlər; 

6)

 

təşkilat  təmin  edir  ki,  onun  üzvi  olmayan  dövlətlər,  bunun 



beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması  üçün  zəruri 

ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər

7)

 

BMT  Nizamnaməsinin  heç  bir  müddəası  BMT-yə  səlahiyyət 



vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında 

olan  məsələlərə  müdaxilə  etsin  və  ya  üzvlərdən  tələb  etmir  ki,  belə 

məsələləri  Nizamnamədə  müəyyən  olunmuş  qaydada  həll  olunmaq 

üçün  təqdim  etsinlər;  lakin  bu  prinsip  Nizamnamənin  VII  fəslinə 

müvafiq olaraq məcburiyyət tədbirlərinin tətbiqinə xələl gətirmir. 

Hüquqi  yardımın  yaradılması  və  inkişafına  böyük  təsir  göstərən 

BMT-nin  daha  bir  sənədini  nəzərdən  keçirməyi  vacib  hesab  edirik. 

Dövlətlər  arasında  dostluq  münasibətlərinin  və  əməkdaşlığın  inkişaf 

etdirilməsi  üçün  BMT-nin  Baş  Assambleyası  2  oktyabr  1970-ci  ildə 

BMT  Nizamnaməsi əsasında  və  onun tələblərinə  ciddi riayət etməklə 

dövlətlər  arasında  dostluq  münasibətlərinə  və  əməkdaşlığa  aid 

beynəlxalq hüquq prinsipləri haqqında Bəyannamə qəbul etmişdir. Adı 

çəkilən  Bəyannamə  dövlətlərin  və  ümumilikdə  beynəlxalq  hüquq 

subyektlərinin istinad etdikləri sənəddir. 

Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  dövlətlərarası 

münasibətlərin və beynəlxalq hüquqi əməkdaşlığın yaradılması, inkişafı 

və  möhkəmləndirilməsi  üçün  müxtəlif  universal,  regional,  çoxtərəfli, 

ikitərəfli  və  s.  formada  müqavilələr  mövcud  olsada,  lakin  bu 

əməkdaşlığın beynəlxalq hüquqi əsaslarını BMT-nin Nizamnaməsi və 

Bəyannaməsində  sadalanan  və  yuxanda  şərh  etdiyimiz  ümumi  qəbul 

olunmuş prinsiplər təşkil edir. 

Beynəlxalq  arenada  ikitərəfli  əməkdaşlıq  forması,  qeyd  etdiyimiz 

kimi, daha qədim köklərə bağlı olsa da bu forma müasir dövrdə də öz 

əhəmiyyətini  itirməmişdir,  əksinə  daha  da  intensiv  və  yeni-yeni 

formalarda inkişaf etməkdədir. Bu cür razılaşmalar iki dövlət arasında 

hər  bir  problemlə  bağlı  onlann  maraqlannı  daha  dəqiq  və  tam  nəzərə 

almağa imkan verir. İkitərəfli sazişlər daha çox mülki, ailə və cinayət 

işləri üzrə hüquqi yardım göstərməklə bağlı məsələlərə, cinayətkarla- 




XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

 

rm  verilməsi,  mühakimə  edilmiş  şəxslərin  cəzasını  çəkmək  üçün 



vətəndaşı olduğu ölkəyə verilməsi və digər ikitərəfli vacib məsələlərin 

problemsiz,  hər  iki  tərəfin  maraqlannın  nəzərə  alınması  əsasında  həll 

olunmasına real imkanlar yaradır. 

L Dövlətlərin ərazisində göstərilən hüquqi yardım və hüquqi 

münasibətlərin anlayışı, mahiyyəti və məqsədi 

Hüquqi yardımın anlayışı və mahiyyəti ilə bağlı hüquqşünas alimlər 

tərəfindən  çox  böyük  mübahisə  doğurmayan,  demək  olar  ki,  ortaq 

məxrəcə  malik  olan  bir  fikir  mövcuddur.  "Hüquqi  yardım"  dövlətlər 

arasında  -  dövlətlərin  ədliyyə orqanlannm  mülki işlər, ailə  və  cinayət 

işləri  üzrə  hüquqi  yardım  göstərmək  sahəsində  əməkdaşlığı  barədə 

bağladıqlan müqavilələrdir 

(45. 

s.511). Hüquqi yardıma verilmiş belə bir 

təriflə  razılaşmaq  qeyri-mümkündür,  çünki  o,  göstərilən  yardımın 

mahiyyətini  ətraflı  şərh  etmir,  yalnız  onun  hüquqi  bazasını  və  əhatə 

etdiyi obyekti ehtiva edir. Narahatçılıq yaradan hal ondan ibarətdir ki, 

hətta ensiklopedik lüğətlərdə də "hüquqi yardımın" anlayışına çox sadə 

və primitiv bir yanaşma müşahidə olunur. Məsələn, 1991-ci ildə çapdan 

buraxılmış "Hüquq ensiklopedik lüğət"də bununla bağlı qeyd edilmişdir 

ki, hüquqi yardım, dövlətlər arasında - dövlətlərin ədliyyə orqanlannm 

(məhkəmələr,  notariat,  prokurorluq  orqanlan)  mülki  işlər,  ailə  və 

cinayət  işləri  üzrə  hüquqi  yardım  göstərmək  sahəsində  əməkdaşlığı 

barədə bağladıqlan müqavilələrdir. Bu anlayış açıqlanaraq şərh edilir ki, 

hüquqi yardım haqqında müqavilələr bir dövlətin vətəndaşlarının başqa 

dövlətin ərazisində şəxsi və əmlak hüquqlannm qarşılıqlı tanınmasını və 

gözlənilməsini  təmin  etmək  məqsədini  güdür.  Müqavilələr  hüquqi 

müdafiə  məsələlərini  nizamlayır,  məhkəmələrin  səlahiyyətini  və 

hüququn  hansı  sahədə  tətbiq  edilməsini  müəyyən  edir,  müqavilə 

bağlayan  ölkələrin  vətəndaşlannın  prosessual  hüquqlarını,  məhkəmə 

tapşınqlannm  icrası  qaydasını,  mülki  işlər,  ailə  işləri  üzrə  məhkəmə 

qətnamələrinin tanınması və icrası qaydasını, sənədlərin göndərilməsi, 

cinayətkarlann qaytaniması qaydasını nizama salır 

(45.S.511).

 

İstinad  etdiyimiz  "Hüquq  ensiklopedik  lüğət"də  və  digər  hüquq 



ədəbiyyatlarda "hüquqi yardım" bu barədə bağlanmış "müqavilələr" və 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə