XX FƏSİL XÜSUS! İCRAA TLAR
7SB
cəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə
törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və
ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə,
cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu
vəziyyətində olan şəxslərə, cinayət törətmiş, alkoqolizmdən və ya
narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər.
CM-in 93-cü maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli
məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və
ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Yuxanda sadalanan
və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri
materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onlann
psixonevrolo- ji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlanna
verilir.
Qanunvericilikdə konkret olaraq izah edilir ki, tibbi xarakterli
məcburi tədbirlərin tətbiq edilməsi yalnız bir məqsəd daşıyır - o da CM-
in 93-cü maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi
vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən
yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir.
Qeyd olunan tədbirlərin cəza növü olmamasına baxmayaraq, bu
yalnız məhkəmə tərəfindən həyata keçirildiyi üçün, həmin tədbirlərin
tətbiq edilməsinin qaydaları cinayət-prosessual qanunvericilik ilə
nizama salınır. Lakin tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
üzrə mühakimə üsulu cinayət mühakimə icraatının ümumi qaydala- nna
müvafiq olaraq aparılsa da özünəməxsus bir sıra xüsusiyyətlərə
malikdir. Məhz buna görə də bu tədbirlərin tətbiq edilməsi üzrə icraatın
həyata keçirilməsinin xüsusiyyətlərinə CPM-in iki fəsli həsr edilmişdir.
Belə ki, CPM-in 55-ci fəslində anlaqsız vəziyyətdə cinayət törətmiş
şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
üzrə icraatdan və 56-cı fəsildə isə cinayət törətdikdən sonra psixi
xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üzrə icraatdan bəhs edilir.
CM-in 95-ci maddəsinə müvafiq olaraq, məhkəmə aşağıdakı tibbi
xarakterli məcburi tədbirlərdən birini təyin edə bilər: a) məcburi
ambulatoriya müşahidəsi və psixiatr müalicəsi; b) ümumi tipli
psixiatriya stasionarlarında məcburi müalicə; c) ixtisaslaşdırılmış
psixiatriya stasionarlarında məcburi müalicə; ç) ixtisaslaşdırılmış
psixiatriya stasio- narlannda intensiv müşahidə altında məcburi
müalicə.
Mirağa Cəfərqiıliyev
Cinayət-prosessual qanunvericilikdə tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsinin əsaslan da müəyyən edilmişdir. Belə
əsaslara: a) cinayət qanununda nəzərdə tutulan ictimai-təhlükəli əməlin
mövcud olması; b) həmin şəxs tərəfindən ictimai-təhlükəli əməlin
törədilməsi; c) şəxsdə ruhi xəstəliyin mövcud olması və bunun
nəticəsində cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya
idarə etmək imkanında olmaması; ç) etmiş olduğu cinayətin xarakterinə
və xəstəliyinin vəziyyətinə görə şəxsin cəmiyyət üçün təhlükəli olması
aiddir.
Məhkəmə praktikasının öyrənilməsi göstərir ki,
məcburi müalicənin
təyin edilməsi heç də bütün hallarda vacib deyildir. İctimai-təhlükəli
əməlin anlaqsız və ya cinayəti törətdikdən sonra xəstəliyə tutulmuş şəxs
tərəfindən edildiyi hər bir halda bu məsələni həll edərkən əməlin və
bunu etmiş şəxsin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınmalıdır.
Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın
xüsusiyyətləri. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi işləri
üzrə cinayət işi, bir qayda olaraq, edilmiş cinayət faktına görə başlanır.
Hüquq ədəbiyyatında çox düzgün olaraq qeyd edilir ki, hətta cinayət
işini başlama ərəfəsində cinayətin ruhi xəstə tərəfindən edilməsi
haqqında məlumat daxil olduqda belə cinayət işi başlamağı rədd etmək
olmaz. Anlaqsızlıq faktını və ya cinayət etdikdən sonra şəxsin ruhi
xəstəliyə tutulmasını yalnız istintaq prosesində məhkəmə - psixiatriya
ekspertizası təyin etməklə müəyyən etmək mümkündür. Bundan başqa,
ibtidai istintaq prosesində tibbi xarakterli məcburi tədbirin təyin
edilməsi məsələsini həll etmək üçün mühüm əhəmiyyətə malik olan
bütün digər hallar da aydınlaşdırılmalıdır.
Anlaqsız vəziyyətdə və ya sonradan ruhi xəstəliyə tutulmuş şəxslər
tərəfindən törədilmiş cinayətlər üzrə məhkəməyədək icraat ibtidai
istintaq şəklində apanlır. ibtidai istintaq prosesində barəsində tibbi
xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında iş üzrə icraat
başlanmış şəxslərin işləri üzrə aşağıdakılar mütləq müəyyən
edilməlidir: 1) onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş
əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar; 2) əməlin həmin şəxs
tərəfindən törədilməsi; 3) əməl törədilənədək həmin şəxsdə psixi
xəstəliyin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın
apaniması zamanı xəstəliyin dərəcəsi və xarakteri; 4) həmin şəxsin
əməli törədənədək və ondan sonrakı davranışı; 5) vurulmuş zərərin
xarakteri və məbləği.