MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə32/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   28   29   30   31   32   33   34   35   ...   266

 

Mirağa Cəfərquliyev 

IV

 

FƏSİL 

CİNAYƏT MÜHAKİMƏ 

İCRAATININ ƏSAS PRİNSİPLƏRİ 

VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

§ 1. Cinayət prosesinin prinsiplərinin anlayışı və sistemi 

Cinayət  prosesinin  prinsipləri  dedikdə  cinayət  prosesinin 

demokratik təbiətini və xarakterini, habelə onun vəzifələrini müəyyən 

edən hüquq normalarında möhkəmələndirilmiş əsas rəhbər müddəalar 

başa düşülür. 

Həmin  rəhbər  müddəalar  cinayət-prosessual  hüququn  bütün 

sistemini, onun institutlarını, habelə  istintaq,  təhqiqat, prokurorluq  və 

məhkəmə orqanlarının fəaliyyətinin siyasi və prosessual istiqamətlərini 

müəyyən edir. 

Cinayət prosesinin prinsipləri təkcə hüquqi deyil, həm də siyasi və 

fəlsəfi  baxışları  ifadə  edir.  Bunu  da  qeyd  etmək  lazımdır  ki,  həmin 

rəhbər  müddəaların  (yəni  prinsiplərin)  tətbiqi  sahəsi  hüquqla 

məhdudlaşmır,  onlar  kateqoriya  kimi  elmdə,  hüquq  düşüncəsinin 

elementi kimi geniş əhali kütləsinin şüurunda yaşayır və inkişaf edir. 

Cinayət-prosessual hüquqda rəhbər müddəaların - prinsiplərin icrası 

məcburi olduğu halda elmdə hüquqi kateqoriya kimi onlar metodoloji 

və nəzəri funksiyanı yerinə yetirirlər. 

Cinayət  prosesinin  prinsipləri  cinayət  mühakimə  icraatının  sosial 

mahiyyətini  və  onun  siyasi  istiqamətini  ifadə  edir.  Onların  məzmunu 

cinayət  mühakimə  icraatının  vəzifələri  ilə  müəyyən  edilir.  Belə  ki, 

cinayət prosesi prinsiplərinə əməl etmədən cinayət mühakimə icraatının 

vəzifələrini yerinə yetirmək qeyri-mümkün olardı. 

Hüquq ədəbiyyatında cinayət prosesinin prinsipi anlayışı haqqında 

iki baxış yer almışdır 

(28. s.38-39; 119. s.509; 106. s.124-181; 55. s.46-63;31).

 



IV FƏSİL CİN A YƏT MÜHAKİMƏ İCRAA TININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

Onlardan birincisinin tərəfdarları prosesin prinsipi və cinayət prosesinin 

mühüm  xassələrinin  əlaqəsini  ön  plana  çəkir.  Ona  görə  də  onlar 

prosesin  prinsiplərini  cinayətkarlıqla  mübarizə  aparan  orqanlann 

fəaliyyətinin  əsas  başlanğıclarını,  bütün  cinayət  mühakimə  icraatında 

iştirakçıların hüquqlarını və vəzifələrini, onun daha mühüm xassələrini 

və  cəhətlərini  müəyyən  edən  qanunda  təsbit  edilmiş  başlanğıc 

müddəalar kimi müəyyən edirlər. 

İkinci baxışın tərəfdarları prosesin prinsipi anlayışını təyin edərkən, 

onun  digər  prosessual  normalarla  nisbətinə  diqqəti  yönəldirlər.  Onlar 

qeyd  edirlər  ki,  prosesin  prinsipləri  daha  xüsusi  (konkret)  prosessual 

normalarda konkretləşmə və detallaşma alan ümumi və müəy- yənedici 

xarakterli normalardır. 

Cinayət  prosesinin  prinsipi  anlayışının  təyin  edilməsi  zamanı 

prinsiplərin  təsbit  olunması  forması  haqqında  məsələ  diskussiya 

predmeti  kimi  hələ  də  qalmaqdadır.  Bəzi  prosessualistlər  prosesin 

prinsiplərinə  təkcə  qanunvericilikdə  təsbit  olunmuş  prinsipləri  deyil, 

həm  də  digər  müddəaları,  eləcə  də  sanki  cinayət  prosesinin  üzərində 

qurulduğu  ideyaları  aid  etməyi  mümkün  hesab  edirlər.  Digər 

prosessualistlər  hesab  edirlər  ki,  prosesin  prinsipinin  məcburi  əlaməti 

onun cinayət-prosessual hüquq normalarında qanunvericilik təsbitidir. 

Bu mövqe ilə razılaşmaq olar, o daha inandırıcı və əsaslı görünür. Belə 

ki,  qanunda  təsbit  olunmamış  müddəalar  cinayət  mühakimə  icraatı 

sahəsində ictimai münasibətləri tənzimləyə bilməz və aydın məsələdir 

ki, cinayət prosesinin mühüm xassələrini ifadə edə bilməzlər. Bundan 

başqa,  cinayət-prosessual  prinsipin  prosesin  qurulduğu  yalnız  əsas 

müddəa  kimi  təyin  edilməsi  cinayət  prosesinin  prinsipləri  sistemi 

haqqında məsələnin mübahisəsiz və özbaşına həllinə, beləliklə, bu və ya 

digər proses- sualistin fikrincə, rəhbər əhəmiyyətə malik olan istənilən 

müddəanın daxil edilməsinə əsas verir. 

Prosessual  ədəbiyyatda  demokratik  prinsiplərin  mahiyyəti  ümum- 

ləşdirilərək  çox  düzgün  olaraq  qeyd  edilir  ki,  cinayət  prosesinin 

prinsipləri elə müddəalardır ki, onlar, birincisi, bütün cinayət mühakimə 

icraatı üçün təməl başlanğıc əhəmiyyətinə malik olmalı; ikincisi, hüquq 

normalannda  ifadə  olunmalı;  üçüncüsü,  ümumprosessual  xarakter 

daşımalı  və  cinayət  prosesinin  bütün  mərhələlərinə  bütövlükdə  aid 

olmalı və ya heç olmasa, özünün tam təzahürünü məhkəmə araşdırma- 





Mirağa Cəfərquliyev 

sında  -  mərkəzi  mərhələdə  və  ya  ən  azı  daha  ilkin  mərhələlərdə 

təzahürünü  tapmalı;  dördüncüsü,  digər  prinsiplərin  məzmununu 

təkrarlamayan müstəqil məzmuna malik olmalıdır. 

Yuxarıda  söylənilənlər  ona  dəlalət  edir  ki,  cinayət  prosesinin 

prinsipləri bir sıra vacib əlamətlərə malik olmalıdır. Şübhəsiz ki, həmin 

əlamətlərin  hər  hansı  birinin  olmaması  müddəanı  cinayət  prosesinin 

prinsipi kimi qəbul etməyə imkan vermir. Bu əlamətləri qısa olaraq belə 

şəkildə şərh etmək olar: 

1)

 



prinsip qanunda ali qanunverici orqan tərəfindən qəbul edilən və 

ali hüquqi qüvvəyə malik normativ aktda təsbit olunan normadır; 

2)

 

prinsip dövlətin məcburi qüvvəsi ilə həyata keçirilən prosessual 



davranış qaydasıdır; 

3)

 



prinsip  ümumi  qaydada  qəbul  edilən  təkcə  istənilən 

cinayət-prosessual norma deyil, bütün cinayət mühakimə icraatı üçün 

təməli  əhəmiyyətə  malik  olan  və  onun  vacib  cəhətlərini  xarakterizə 

edən normadır; 

4)

 

prinsip  öz  xarakterinə  görə  ümumprosessual  olmalı  və  əgər  bu 



onun  mahiyyətinə  və  məzmununa  zidd  deyilsə,  cinayət  mühakimə 

icraatının bütün mərhələlərinə aid olmalıdır; 

5)

 

prinsip  cinayət-prosessual  fəaliyyətin  səmərəli  funksiyasını  və 



cinayət  mühakimə  icraatının  vəzifələrinin  müvəffəqiyyətlə  həyata 

keçirilməsini təmin edən əsas amillərin məcmusudur. 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkəmizdə 

məhkəmə  islahatına,  bütövlükdə  hüquqi  islahata  böyük  diqqət 

göstərilməkdədir. Ölkəmizdə son illərdə «hüquq islahatlan» mövzusuna 

həsr olunmuş bir sıra elmi konfrans və simpoziumlar keçirilmişdir. 

Son  illərdə  hüquqi  islahatlarla  bağlı  qəbul  olunmuş  çox  saylı 

qanunlarda  və  yuxarıda  adı  çəkilmiş  elmi  konfranslarda  cinayət 

mühakimə icraatının prinsiplərinə sözsüz əməl edilməsi xüsusilə qeyd 

edilmişdir.  Konfransların  yekun  sənədlərində  deyilir  ki,  sivil  hüquqi, 

demokratik  dövlətdə  məhkəmənin  rolunu  yüksəltmək  müasir  dövrün 

mühüm vəzifələrindən biridir. 

Cinayət  mühakimə  icraatının  əsaslarının  -  çəkişmə,  aşkarlıq,  təq- 

sirsizlik  prezumpsiyasına  sözsüz  əməl  edilməsi,  istər  ittihamedicilik 

meylinin,  istərsə  də  qanuna  qəsd  etmiş  adamlara  üz  verilməsinin 

yolverilməzliyi kimi əsasların həyata keçirilməsinin təminatlannı xeyli 

möhkəmlətmək lazımdır. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə