MüƏllifdən II


ly FƏSİL CİN A YƏT MÜHAKİMƏ İCRAA TİNİN ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə40/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   36   37   38   39   40   41   42   43   ...   266

ly FƏSİL CİN A YƏT MÜHAKİMƏ İCRAA TİNİN ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

Cinayət-Prosessual  Məcəllənin  21-ci  maddəsində  təqsirsizlik  pre- 

zumpsiyası  aşağıdakı  məzmunda  öz  şərhini  tapmışdır:  “Cinayətin 

törədilməsində təqsirləndirilən hər bir şəxs barəsində ittihamın sübuta 

yetirilməsində  aradan  qaldırılması  mümkün  olmayan  şübhələr  onun 

xeyrinə həll olunmalıdır”. 

Müstəntiqin şəxsi təqsirləndirilən şəxs qismində cəlbetmə qəran və 

prokurorun  təsdiqi  ilə  tərtib  etdiyi  ittiham  aktı,  bu  orqanların  yalnız 

təqsirləndirilən şəxsin təqsirliliyi barədə fikirlərini əks etdirir və həmin 

sənədlər  sonradan  məhkəmə  üçün  təqsirləndirilən  şəxsin  təqsirliliyi 

məsələsinin həlli üçün mühüm əhəmiyyət kəsb etmiş olsa da, bunlar heç 

cür  təqsirləndirilən  şəxs  kimi  cəlb  edilən  şəxsin  təqsirli-  liyini  təsdiq 

edən akt kimi qiymətləndirilə bilməz. 

Təqsirləndirilən  şəxsin  təqsirliliyi  məsələsi  qəti  şəkildə  yalnız 

məhkəmə  iclasında,  proses  iştirakçılarının  fəal  iştirakı  şəraitində  işin 

bütün  hallarının  hərtərəfli,  .am  və  obyektiv  araşdırılması, 

istintaq-prokurorluq orqanlarının iş üzrə gəldiyi nəticələrin mükəmməl 

yoxlanılması  təqdirində  həll  edilir.  Təqsirsizlik  prezumpsiyasının 

mahiyyəti məhz elə bununla izah olunur. 

Təqsirsizlik  prezumpsiyası  hər  bir  cinayət  işinin  mərhələləri  üzrə 

inkişafının  hərəkətverici  qüvvəsidir.  Cinayət  prosesini  həyata  keçirən 

orqanların  praktiki  fəaliyyətinə  dair  bir  çox  mühüm  məsələlərin  həlli 

üçün bu prinsipin böyük əhəmiyyəti vardır. 

Təqsirsizlik  prezumpsiyası  cinayət  prosesinin  yüksək  demokratiz- 

mini ifadə etməklə yanaşı, təqsirləndirilən şəxsin müdafiə hüququnun 

təmin edilməsi ilə sıx surətdə bağlıdır. 

Təqsirsizlik prezumpsiyası əsas götürülməklə məhkəmələrdə bəraət 

hökmü  çıxarılır.  Bəraət  hökmü  təqsirləndirilən  şəxsin  cinayət 

məsuliyyətinə  cəlb  edildiyi  və  məhkəməyə  verildiyi  ittiham  üzrə 

cinayətin  törədilməsində  onun  təqsirli  olmaması  haqqında  məhkəmə 

baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 

8.

 



Cinayət mühakimə icraatının yalnız məhkəmə tərəfindən 

həyata keçirilməsi 

Azərbaycan  Respublikası  Konstitusiyasının  125-ci  maddəsinə 

müvafiq  olaraq,  Cinayət-Prosessual  Məcəllənin  23-cü  maddəsi  ədalət 

mühakiməsinin həyata keçirilməsini yalnız məhkəmənin səlahiyyəti 




Mirağa Cəfərquliyev 

nə  aid  edir:  «Cinayət  mühakimə  icraatı  Azərbaycan  Respublikasının 

məhkəmə sisteminə daxil olan səlahiyyətli məhkəmə tərəfindən həyata 

keçirilir.  Məhkəmənin  hökmü  olmadan  heç  kəs  cinayət  törətməkdə 

təqsirli sayıla və məhkum oluna bilməz”. 

Konstitusiyanın 125-ci maddəsinə müvafiq olaraq, məhkəmə dövlət 

hakimiyyətinin  xüsusi  funksiyası  kimi  ədalət  mühakiməsini  həyata 

keçirən  yeganə  dövlət  orqanıdır.  Ədalət  mühakiməsini  həyata 

keçirərkən  məhkəmələrin  əsas  vəzifələri  Azərbaycan  Respublikasının 

Konstitusiyasında  təsbit  edilmiş  insan  və  vətəndaş  hüquqlarını  və 

azadlıqlarını,  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  müəssisə, 

idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi 

şəxslərin  hüquqlarını  və  qanuni  mənafelərini  hər  cür  qəsdlərdən  və 

qanun pozuntularından müdafiə etməkdən ibarətdir. Ədalət mühakiməsi 

yalnız qanunla müəyyən edilmiş qaydada və üsullarla həyata keçirilir. 

Qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və 

cinayət  məsuliyyətinə  cəlb  etmək  cinayət  mühakimə  icraatının  əsas 

məzmununu təşkil edir. 

Konstitusiyanın  125-ci  maddəsinə  uyğun  olaraq,  məhkəmə 

hakimiyyətinin başlıca olaraq Konstitusiya, mülki və cinayət məhkəmə 

icraatı vasitəsi ilə həyata keçirilməsi müəyyən edilmişdir. 

Cinayət və ya 

mülki  məhkəmə  icraatı

  dedikdə  prosessual  qanunvericiliklə  nəzərdə 

tutulmuş  qaydada  məhkəməyədək,  habelə  birinci,  apellyasiya  və  kas- 

sasiya instansiyası məhkəmələrində apanlan icraat başa düşülür. 

Fövqəladə  məhkəmələrin  yaradılması  və  ya  məhkəmənin 

səlahiyyətlərinin  mənimsənilməsi  yolverilməzdir  və  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb 

olur.  Fövqəladə  məhkəmələrin  və  digər  qanunsuz  yaradılmış 

məhkəmələrin hökm və digər qərarlanmn hüquqi qüvvəsi yoxdur və icra 

edilməməlidir. 

Cinayət törətməkdə şəxsin təqsirliliyi və ona cinayət cəzasının tətbiq 

edilməsi  məsələlərini  məhkəmə  ilə  yanaşı  öz  səlahiyyəti  dairəsində 

istintaq-təhqiqat  və  prokurorluq  orqanları  da  həll  edirlər.  Lakin 

göstərilən  məsələlərin  həllinin  vəzifələri  və  hüquqi  nəticələri  hər  bir 

mərhələdə  müxtəlifdir.  İbtidai  istintaq  mərhələsində  təhqiqat  orqanı, 

müstəntiq  və  prokuror,  habelə  məhkəməyəvermə  mərhələsində, 

apellyasiya,  kassasiya  və  habelə  yeni  açılmış  hallar  üzrə  işin 

təzələnməsi mərhələlərində göstərilən məsələləri mahiyyətcə həll etmək 




IV FƏSİL CİNA YƏT MÜHAKİMƏ İCRAA TİNİN ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

üçün kifayət qədər qanuni əsasların olub-olmamasını müəyyən etmək, 

işi məhkəməyə göndərmək, təqsirləndirilən şəxsi məhkəməyə vermək, 

iş  üzrə  çıxarılmış  hökmün  qüvvədə  saxlanılması  və  ya  ləğv  edilməsi 

məqsədini daşıyır. 

Bu kimi hallarda qəbul olunan qərarlar müvafiq aktlarla - ittiham aktı 

və  ya  qərarlarla  rəsmiyyətə  salınır.  Cinayət  prosesinin  yuxarıda 

sadalanan  mərhələlərindən  fərqli  olaraq  yalnız  məhkəmə  baxışı 

prosesində  məsuliyyətə cəlb edilən şəxsin cinayət törətmədə təqsirliyi 

və onun cinayət cəzasının tətbiqi məsələləri mahiyyətcə həll edilir və bu 

məsələlər barəsində çıxanlan qərar hökm adlanır. 

Ədalət  mühakiməsinin  yalnız  məhkəmə  tərəfindən  həyata 

keçirilməsi  prinsipinin  çox  mühüm  prosessual  və  siyasi  əhəmiyyəti 

vardır.  Belə  ki,  cinayət  işləri  üzrə  ədalət  mühakiməsinin  yalnız 

məhkəmə  tərəfindən  həyata  keçirilməsi,  habelə  məhkəmənin  hökmü 

olmadan  heç  kəsin  cinayət  törətməkdə  təqsirli  hesab  olunmasına  və 

cinayət  cəzası  ilə  cəzalandırılmasına  yol  verilməməsi  prinsipi  hər  bir 

cinayət  işi  üzrə  işin  qəti  şəkildə  həllinin  bütün  məsuliyyətini 

məhkəmənin üzərinə qoyur. 

Məhkəmənin vəzifəsi, qanunu və hüquq düşüncəsini rəhbər tutaraq, 

ona  hər  hansı  kənar  təsirin  aradan  qaldırılması  şəraitində  işin  bütün 

hallarına hərtərəfli tam və obyektiv surətdə baxılmasını təmin etməklə 

qanuni, əsaslı və ədalətli hökm çıxarmaqdan ibarətdir. 

9.

 



Cinayət işi başlama və cinayəti açma - dövlətçilik prinsipi 

Cinayət  prosesində  cinayətin  açılması,  istintaqı  və  məhkəmədə 

baxılması  vəzifəsini  dövlət  öz  üzərinə  götürür.  Bu  vəzifələrin  həyata 

keçirilməsi qabaqcadan qanunla müəyyən edilmiş dövlət orqanlarına və 

ya vəzifəli şəxslərə həvalə edilmişdir. 

Azərbaycan  Respublikası  Cinayət-Prosessual  Məcəlləsinin  38-ci 

maddəsində  belə  bir  tələb  irəli  sürülür:  «Təhqiqatçı,  müstəntiq  və  ya 

prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən 

əməllər  barədə  məlumat  aldıqda  və  ya  cinayət  hadisəsini  bilavasitə 

aşkar  etdikdə  bu  məcəllə  ilə  müəyyən  edilmiş  qaydada  cinayətin 

izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz 

səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar». 

Cinayət-Prosessual  Məcəllənin  47.1-ci  maddəsində  dövlət 

orqanlarına qarşı göstəriş daha konkret və dəqiq verilmişdir. Maddədə 

deyi 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə