MüƏllifdən II


y FƏSİL CİNA YƏT TƏQİBİ VƏ CİNA YƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə48/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   44   45   46   47   48   49   50   51   ...   266

y FƏSİL CİNA YƏT TƏQİBİ VƏ CİNA YƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

Cinayətin  baş  vemıəsi  təsdiq  olunarsa,  dövlət  ittihamçısı 

təqsirləndirilən şəxsi məhkəmə qarşısında ifşa etməli və ona layiqli cəza 

tələb etməli, zəruri hallarda isə şəxsin barəsində tibbi və  ya tərbiyəvi 

xarakterli məcburi tədbirlərin tətbiq edilməsini tələb etməlidir. Cinayət 

prosesini  həyata  keçirən  orqan  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş 

hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər 

görməlidir. 

Cinayət  təqibi  cinayət  məsuliyyətini  istisna  edən  hallar  aşkar 

edilənədək və ya CPM ilə müəyyən edilmiş hallarda və qaydada dövlət 

ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək 

həyata keçirilməlidir. 

Burada belə bir məqama fikir vermək lazımdır ki, cinayət-prosessual 

qanunvericilik  məhkəməni  cinayət  təqibini  həyata  keçirən  orqanların 

sırasına  daxil  etməmişdir.  Bu  o  deməkdir  ki,  məhkəməni  cinayət 

təqibini həyata keçirən orqan kimi hesab etmək olmaz. 



3.  Cinayət  təqibini  istisna  edən  hallar.  Cinayət-Prosessual 

Məcəlləsinin  39-cu  maddəsi  konkret  olaraq,  cinayət  təqibinin 

başlanılma-  sının  rədd  edilməsi,  habelə  başlanmış  cinayət  təqibinə 

xitam verilməsi hallarını müəyyən etmişdir. Aşağıdakı hallarda cinayət 

təqibi başlana bilməz, başlanılmış işə isə xitam verilməlidir: 

1)

 



cinayət hadisəsi olmadıqda; 

2)

 



əməldə cinayət tərkibi olmadıqda; 

3)

 



cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə

4)

 



cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu 

törətmiş  şəxs  cinayət  məsuliyyətinə  cəlb  etməyə  imkan  verən  yaş 

həddinə çatmadıqda; 

5)

 



şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra 

öldükdə  (ölən  şəxsə  bəraət  verilməsi  zəruri  olduğu  hallar  istisna 

edilməklə); 

6)

 



şəxs  barəsində  eyni  ittiham  üzrə  məhkəmənin  qanuni  qüvvəyə 

minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün 

edən ləğv edilməmiş qərarı olduqda; 

7)

 



şəxs barəsində eyni ittiham üzrə təhqiqatçmın, müstəntiqin və ya 

prokurorun  cinayət  işi  başlamasının  rədd  edilməsi  və  ya  ona  xitam 

verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda; 



Minığa Cəfərquliyev 

8)

 



zərər  çəkmiş  şəxsin  şikayəti  olmadıqda  (prokurorun  təşəbbüsü 

olmadıqda,  cinayət  təqibi  ictimai-xüsusi  ittiham  qaydasında  həyata 

keçirildikdə); 

9)

 



zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (əgər cinayət 

təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirilirsə); 

10)

 

şəxs  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  anlaqsız 



vəziyyətdə  törətdikdə  (tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq 

edilməsi hallan istisna olmaqla); 

11)

 

cinayət  qanunu  müddəalarının  qüvvəsinə  görə  şəxsin  cinayət 



məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda

12)


 

amnistiya  aktına  əsasən  şəxs  cinayət  məsuliyyətindən  azad 

edilməli olduqda. 

Hər  hansı  şəxs  barəsində  başlanılmış  cinayət  təqibinə  həmçinin 

onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta 

yetirilmədikdə  xitam  verilir.  CPM-in  39.1.1,  39.1.2  və  39.2-ci 

maddələrində  nəzərdə  tutulmuş  hallarda  cinayət  təqibi  bəraətverici 

əsaslarla xitam verilmiş hesab olunur. 

Hüquq  ədəbiyyatında  çox  düzgün  olaraq  qeyd  edilir  ki,  CPM-in 

39-cu  maddəsində  sadalanan  hallann  olması  avtomatik  olaraq  cinayət 

təqibinin  başlanmasının  rədd  edilməsinə  və  ya  başlanmış  cinayət 

təbiqinə  xitam  verilməsinə  səbəb  olmur.  Bunun  üçün  CPM-in  41-ci, 

43-cü  və  bir  su'a  başqa  maddələrinin  (məsələn  280-ci,  305-ci  və  s.) 

tələbləri  də  nəzərə  alınmalıdır.  Prosesin  bu  və  ya  digər  mərhələsində 

cinayət  təqibinə  xitam  verilərkən  CPM-in  Xüsusi  hissəsinin  müvafiq 

maddəsi ilə  yanaşı, CPM- in 39-cu  maddəsinə də istinad etmək tələb 

olunur. 

Elmi tədqiqatçılann belə bir fikri ilə razılaşmaq olar ki, CPM-in 39- 

cu  maddəsində  cinayət  təqibini  istisna  edən  hallann  heç  də  hamısı 

nəzərdə  tutulmamışdır.  CPM-in  40-cı  maddəsində  cinayət  təqibinə 

xitam verilməsinin başqa halları da nəzərdə tutulmuşdur. Həmin hallar 

aşkar olunduqda da cinayət təqibinə xitam verilə bilər. 

Onu  da  qeyd  edək  ki,  CPM-in  yuxanda  sadaladığımız  müvafiq 

normalara  əsasən,  yəni  39-cu  maddədə  göstərilmiş  hallar  cinayət 

təqibini  başlama  haqqında  məsələ  həll  edərkən  daxil  olmuş 

materiallann  yoxlanması  zamanı  aşkar  olunduqda  cinayət  təqibini 

başlamanın rədd edilməsinə, cinayət təqibi gedişində aşkar olunduqda 

isə cinayət təqibinə xitam verilməsinə səbəb olacaqdır. 




V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

4.

 



Cinayət  təqibinin  həyata  keçirilməməsinə  imkan  verən  hallar. 

Burdan belə başa düşmək lazımdır ki, cinayət-prosessual qanunvericilik 

cinayət  təqibini  istisna  edən  hallarla  bərabər  cinayət  təqibinin  həyata 

keçirilməməsinə  imkan  verən  hallan  da  nəzərdə  tutmuşdur.  Bu  da 

cinayət-prosessual  qanunların  humanizmliyinə  dəlalət  edir.  Cinayət 

qanunu  ilə  nəzərdə  tutulmuş  cinayət  məsuliyyətindən  və  cəzadan 

azadetmə 

hallarının 

mövcudluğu 

cinayət 


təqibinin 

həyata 


keçirilməməsinə imkan verir. 

Şəxsin  cinayət  məsuliyyətindən  azad  edilməsi  üçün  Azərbaycan 

Respublikası CM-in 72-74-cü maddələrində nəzərdə tutulmuş aşağıdakı 

hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdınimış qəranna 

əsasən cinayət işi başlanılmaya və ya ona xitam verilə bilər: 

1)

 



səmimi peşmanlıq çəkdikdə; 

2)

 



zərər çəkmiş şəxslə barışdıqda; 

3)

 



şərait dəyişdikdə. 

5.

 



Cinayət təqibinə xitam verilməsi qaydası. Təhqiqatçı, müstəntiq 

və  ya  prokuror  cinayət  təqibi  üzrə  icraatın  məhkəməyədək  hər  hansı 

mərhələsində CPM-in 39-cu maddəsində göstərilən hallan aşkar edərsə, 

cinayət  təqibinə  xitam  verilməsi  barədə  (o  cümlədən  cinayət  işi  üzrə 

icraata) qərar çıxanr. 

Təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıq- 

da  təqsirləndirilən  (şübhəli)  şəxsin  razılığı  olmadan  cinayət  təqibinə 

xitam verilməsi barədə qərar  çıxara  bilməz.  Belə halda cinayət təqibi 

üzrə  icraat  CPM  ilə  müəyyən  edilmiş  qaydada  davam  etdirilir  və 

hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. 

Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları 

aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina 

edilməsini bildirməlidir. 

Xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız 

zərər  çəkmiş  şəxsin  iradəsindən  asılıdır.  Bu  halda  xüsusi  ittiham 

qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 

6.

 

Bəraətin  əsaslan.  Cinayət-prosessual  qanunvericiliyinin  əsas 



anlayışlan sırasında “Məhkəmənin hökmü” öz izahını tapmışdır. Burada 

qeyd edilir ki, məhkəmənin hökmü - şəxsin təqsirləndirildiyi 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə