MüƏllifdən II


V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə56/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   52   53   54   55   56   57   58   59   ...   266

V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

-

 



CPM-in  53.1.4-53.

L6-C1 


maddələrində nəzərdə tutulmuş hallarda 

cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar 

tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi, şəxsin 

Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  olmasını  təsdiq 

edən  təhqiqat  orqanının  arayışı,  şəxsin  toxunulmazlıq  hüququndan 

məhrum  edilməsi  barədə  Azərbaycan  Respublikası  Baş  prokurorunun 

təqdimatı  və  ya  Azərbaycan  Respublikasının  Konstitusiya 

Məhkəməsinə müraciət edilməsinə dair məhkəmə qərarı olduqda; 

-

 

CPM-in  53.1.7-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  qərarın 



icrasının dayandırılması haqqında kassasiya instansiyası məhkəməsinin 

qərarı olduqda. 

Cinayət təqibi üzrə iki və daha artıq təqsirləndirilən şəxs olarsa və 

icraatın dayandıniması əsaslan onlann hamısına aid deyilsə, müstəntiq, 

prokuror  və  ya  məhkəmə  b-  itün  təqsirləndirilən  şəxslərin  iştirakı 

olmadan  icraata  obyektiv  baxıirr  ası  mümkün  olmadıqda  icraatın  bir 

hissəsini ayrıca icraata ayırmağa, onu dayandırmağa və ya bütün icraatı 

dayandırmağa  haqlıdır.  Cinayət  təqibi  üzrə  icraat  dayandınlanadək 

cinayət  prosesini  həyata  keçirən  orqan  təqsirləndirilən  şəxs  olmadan 

həyata  keçirilməsi  mümkün  olan  bütün  prosessual  hərəkətləri  yerinə 

yetirməli, müstəntiq isə bundan əlavə cinayət törətmiş şəxsin müəyyən 

edilməsi  və  tapılması  üçün  bütün  tədbirləri  görməlidir.  İcraatın 

dayandınimasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi 

üzrə icraat dayan- dmlmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra 

prokurorun, müstəntiqin və ya məhkəmənin qəran ilə cinayət təqibi üzrə 

icraat təzələnir. 

Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan 

və  ya  məhkəmədən  gizlənməsi,  ömürlük  azadlıqdan  məhrum  etmə 

növündə  cəza  nəzərdə  tutulan  cinayətin  törədilməsi,  habelə  sülh  və 

insanlıq  əleyhinə  və  müharibə  cinayətləri  törədilməsi  hallan  istisna 

edilməklə,  cinayət  məsuliyyətinə  cəlbetmə  müddətlərinin  keçməsi  ilə 

əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə 

dayandırılmış icraata xitam verilir. 

9.

 



Cinayət təqibi üzrə icraatın başa çatdırılması. Cinayət- Prosessual 

Məcəlləsinin 54-cü maddəsinə görə üç halda cinayət təqibi üzrə icraatı 

başa çatdırmaq mümkündür. Həmin hallardan hər hansı birinin mövcud 

olması cinayət təqibi (cinayət işi) üzrə icraatın sona yetdiyini bildirir. 




Mirağa Cəfərquliyev 

Cinayət prosesində aşağıda sadalanan hallardan biri mövcuddursa, 

onda cinayət təqibi üzrə icraat başa çatmış hesab olunur: 

-

 



cinayət  təqibi  üzrə  icraata  tam  xitam  verilməsi  barədə  qərar 

qüvvəyə mindikdə; 

-

 

icrası üçün xüsusi tədbirlərin görülməsi tələb edilmədikdə icraatın 



materialları üzrə hökm və ya məhkəmənin digər yekun qəran qüvvəyə 

mindikdə; 

-

 

icrası  üçün  xüsusi  tədbirlərin  görülməsi  tələb  edildikdə  icraatın 



materiallan  üzrə  hökmün  və  ya  məhkəmənin  digər  yekun  qərarının 

icraya yönəldilməsi təsdiq olunduqda. 



§ 3. Bəraət qazanma (reabilitasiya). 

Vurulmuş ziyanın ödənilməsi. 

Cinayət  prosesini  həyata  keçirən  orqanlann  qəran  ilə  hər  hansı  bir 

şəxs  cinayət  təqibi  zamanı  bəraət  qazanıbsa,  bununla  əlaqədar  ortaya 

çıxan bir sıra mühüm prosessual məsələlərin də həll edilməsi zərurəti 

ortaya çıxır. Yəni vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslərin 

müəyyənləşdirilməsi;  vurulmuş  ziyanın  ödənilməsinin  xüsusiyyətləri; 

vurulmuş ziyana görə kompensasiya; vurulmuş ziyanın ödənilməsi ilə 

bağlı  digər  hüquqlann  bərpası;  vurulmuş  ziyanın  ödənilməsini  tələb 

etmək  hüququ  olan  şəxslərin  aydmlaşdmlması;  vurulmuş  ziyanın 

ödənilməsini  tələb  etmək  hüququnun  tanınması;  vurulmuş  ziyanm 

ödənilməsini tələb etmək hüququnun izah edilməsi; cinayət təqibi üzrə 

icraat  qurtardıqdan  sonra  vurulmuş  ziyanın  Ödənilməsi  qaydalan  və 

digər məsələlər. 

Yuxarıda sadalanan müddəalann cinayət prosesində insan hüquq və 

azadlıqlarının bərpasında və qorunmasında daşıdıqlan  məsuliyyət göz 

qabağındadır  və  heç  bir  şərhə  ehtiyac  qalmır.  Beləliklə,  cinayət 

prosesində  məhkəmə  baxışı  zamanı  təqsiri  sübuta  yetirilməmiş  şəxs 

həmin  məhkəmə  baxışında  aşkar  və  təxirə  salınmadan  Azərbaycan 

Respublikasının  adından  təqsirsiz  elan  edilir  və  ona  məhkəmənin 

hökmü  ilə  bəraət  verilir.  Haqqında  məhkəmənin  bəraət  hökmü 

çıxanimış  və  ya  məhkəməyədək  icraat  zamanı  cinayət  təqibinə 

bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Belə 

olan halda qanunda 



V FƏSİL CİN A YƏT TƏQİBİ VƏ CİNA YƏT TƏQİBİ ÜZRƏ İCRAA TIN APARILMASI

  [ ^ ^


 

göstərilmişdir  ki,  haqqında  bəraət  hökmü  çıxarılmış  və  ya  hər  hansı 

əsaslarla  cinayət  təqibinə  xitam  verilmiş  şəxsin  mənzil,  mülkiyyət, 

əmək və digər hüquqlanna hər hansı məhdudiyyət qoyula bilməz. 

Cinayət  prosesində  vurulmuş  ziyanın  ödənilməsi  hüququ  olan 

şəxslər  dəqiq  müəyyən  edilərək,  CPM-in  56-cı  maddəsinə  müvafiq 

olaraq cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi 

nəticəsində  vurulmuş  ziyanın  ödənilməsi  hüququna  malik  olduqlan 

bütün  təfsilatı  ilə  şərh  olunmuşdur.  Belə  kateqoriya  şəxslərə 

aşağıdakılar aid edilmişdir: 

-

 

bəraət almış təqsirləndirilən şəxs; 



-CPM-in  39.1.1,39.1.2,39.1.6-39.1.8,39.2-ci  maddələrində  nəzərdə 

tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs

-

 

Cinayət-Prosessual  Məcəllənin  39.1.3,  39.1.4,  39.1.10  və 



39.1.11-ci  maddələrində  nəzərdə  tutulmuş  əsaslarla  barəsində  cinayət 

təqibinə  xitam  verilməli  olan,  lakin  vaxtında  xitam  verilməyən  və 

haqqında cinayət təqibi davam etdirilən şəxs

-

 



CPM-in  39.1.12-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslarla 

barəsində  cinayət  təqibinə  xitam  verilməli  olan  və  buna  razılıq 

alınmasına baxmayaraq, haqqında cinayət təqibi davam etdirilən şəxs

-

 



qanunsuz  həbs  olunmuş  və  ya  tibbi,  yaxud  tərbiyə  müəssisəsinə 

məcburi  yerləşdirilmiş, habelə qanuni əsas olmadan  müəyyən edilmiş 

müddətdən artıq həbsdə saxlanılmış şəxs; 

-

 



cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq CPM-in 176 və 

177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət 

tədbirlərinə məruz qalmış şəxs. 

29  dekabr  1998-ci  ildə  Milli  Məclis  tərəfindən  “Təhqiqat,  ibtidai 

istintaq,  prokurorluq  və  məhkəmə  orqanlarının  qanunsuz  hərəkətləri 

nəticəsində  fiziki  şəxslərə  vurulmuş  ziyanın  ödənilməsi  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edilmişdir.  Bu  qanun 

yuxarıda sadalanan vəzifəli şəxslər tərəfindən fiziki şəxslərə vurulmuş 

ziyanın  dövlət  tərəfindən  ödənilməsi  hüququnun  təmin  edilməsinə 

yönəldilmişdir. 

Çox  önəmli  bir  faktdır  ki,  vurulmuş  ziyanın  ödənilməsinin 

xüsusiyyətləri  ilə  bağlı  cinayət-prosessual  qanunvericilikdə  birbaşa 

nəzərə alınmışdır ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və 

ya  sui-  istifadəsi  nəticəsində  Cinayət-Prosessual  Məcəllənin  56-cı 

maddəsin- 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə