MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə59/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   55   56   57   58   59   60   61   62   ...   266



Mirağa Cəfərquliyev 

VI

 FƏSIL

 

CİNAYƏT PROSESİNİN SUBYEKTLƏRİ. 

MƏHKƏMƏ VƏ CİNAYƏT PROSESİNDƏ 

İŞTİRAK EDƏN ŞƏXSLƏR 

§ 1. Cinayət prosesinin iştirakçılarının anlayışı 

Cinayət prosesinin iştirakçıları dedikdə qanunla onlara verilən 

hüquq və vəzifələrdən istifadə etməklə müəyyən cinayət-prosessual 

funksiyanı  həyata  keçirən  dövlət  orqanları,  vəzifəli  şəxslər  və 

vətəndaşlar başa düşülür. 

Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  cinayət  prosesinin 

iştirakçıları  müəyyən  cinayət-prosessual  funksiyanı  həyata  keçirən 

cinayət-prosessual  fəaliyyətin  subyektləridir.  Bu  baxımdan  cinayət 

prosesini  həyata  keçirən  orqanlar  -  məhkəmə,  prokuror,  müstəntiq  və 

təhqiqat  orqanı;  cinayət  mühakimə  icraatında  müəyyən  prosessual 

fəaliyyəti  həyata  keçirən  ayn-ayrı  vətəndaşlar  -  təqsirləndirilən  şəxs, 

şübhə  edilən  şəxs,  müdafiəçi,  zərər  çəkmiş  şəxs,  mülki  iddiaçı  və 

onlann nümayəndələri, mülki cavabdeh və onun nümayəndəsi cinayət 

prosesinin iştirakçılarıdır. 

Cinayət prosesində yuxanda adları çəkilən dövlət orqanlan, vəzifəli 

şəxslər və vətəndaşlarla yanaşı digər şəxslər də - şahidlər, ekspertlər, hal 

şahidləri, tərcüməçi, məhkəmə iclasının katibi iştirak edirlər. 

Bəzən  hüquq  ədəbiyyatında  şahidlər,  ekspertlər,  hal  şahidləri, 

mütəxəssislər,  tərcüməçi  və  məhkəmə  iclasının  katibi  cinayət 

prosesinin iştirakçılan sırasına daxil edilmirlər 



(113. s.69-73; 116. s.48-49; 

55. s.63). 

Bu onunla izah edilir ki, guya həmin şəxslər ibtidai istintaq və 

məhkəmə baxışı zamanı ayrı-ayn istintaq hərəkətləri aparılarkən iştirak 

etsələr də və bir sıra cinayət-prosessual münasibətlərin subyektləri kimi 

çıxış 



VI FƏSİL. Cİ,\A rƏT PROSESİMİJV SVB YEKTLƏRİ. MƏHKƏMƏ l'Ə CİSA rƏT HKOSESİSDƏ İŞTİRAK £DƏ,\ ŞƏXSLƏK 

etsələr  də,  onlar  hər  hansı  cinayət-prosessual  funksiyanı  həyata 

keçirmirlər.  Bu  səbəbdən  də  göstərilən  şəxslər  cinayət-prosessual 

hüququn  subyektləri  sayıldıqları  halda,  eyni  zamanda,  cinayət 

prosesinin  iştirak-  çılan  kimi  qəbul  edilmirlər.  Lakin  yuxanda  qeyd 

olunan konsepsiya prosessualistlər tərəfindən birmənalı qəbul olunmur. 

Prosessualistlərin  əksəriyyəti  eksperti,  mütəxəssisi,  tərcüməçini  və 

məhkəmə iclasının katibini cinayət prosesinin iştirakçısı sayırlar və biz 

də bu ideyanın tə- rəfdanyiq 

(114. s.99; 115. s.57-59; 31. s.l 17-124).

 

Biz  belə  hesab  edirik  ki,  qanunvericilikdə  müəyyən  prosessual 



vəzifələri yerinə yetirən, müəyyən hüquqlardan istifadə edən və bunlara 

müvafiq  olaraq  prosessual  hərəkətləri  yerinə  yetirən  (yaxud  həmin 

hərəkətlərdə iştirak edən) şəxslər proses iştirakçısı kimi nəzərdə tutulur. 

Burada söhbət ani xarakter daşıyan yox, uzunmüddətli funksiyalardan 

gedir. Deməli, tərcüməçi göstərilən səciyyəvi hallara tam uyğun gəlir və 

onlardan  yaranan  tələbləri  təmin  edir.  Buna  görə  də  tərcüməçinin 

cinayət  işində  sabit  vəziyyət  tutmayaraq  yalnız  ayrı-ayn  istintaq  və 

məhkəmə  hərəkətlərinin  keçirilməsində  iştirak  etməsi  barədə  fikirlə 

razılaşmaq  olmaz.  Çünki  cinayət  prosesində  tərcüməçinin  iştirakının 

müddəti  tərcümə  zərurətindən  və  ona  ehtiyacdan  asılıdır.  Məsələn, 

təqsirləndirilən  şəxsin  hüquq  və  mənafeyini  təmin  etmək  üçün  dəvət 

olunmuş tərcüməçi cinayət prosesinin bütün mərhələlərində iştirak edir. 

Özü  də  onun  prosesin  bütün,  yaxud  bəzi  mərhələlərində  iştirak 

etməsindən  asılı  olmayaraq,  vəziyyəti  “sabit”  olaraq  qalır,  belə  ki, 

birbaşa  qanunla  möhkəmləndirilmiş  prosessual  hüquq  və  vəzifələrin 

müəyyən kompleksinə malikdir. 

Məlum  olduğu  kimi,  cinayət  prosesi  cinayət  işi  başlanması 

mərhələsindən  yaranaraq  çox  hallarda  məhkəmə  baxışı  mərhələsinə 

çatır. Təbiidir ki, “cinayət işinin çoxlu iştirakçılan”da cinayət prosesinin 

bütün  mərhələlərini  keçməli  olurlar,  hələ  üstəlik,  məhkəmə 

mərhələsində yeni şəxslər də ortaya çıxır. Buna görə də hesab edirik ki

məhkəmə icraatında müəyyən funksiyalara malik bütün şəxsləri proses 

iştirakçılan  adlandıra  bilərik  (121. 

s.  12). 

Buna  baxmayaraq,  bəzi 

müəlliflər  proses  iş-  tirakçılan  ilə  cinayət-prosessual  fəaliyyətin 

subyektlərini  ayınrlar.  Məsələn,  M.S.  Stroqoviç  birinci  qrupa 

aşağıdakılan aid edir: məhkəmə, prokuror, xüsusi ittihamçı, müstəntiq 

və təhqiqat orqanı, təqsirləndirilən şəxs, şübhəli şəxs, müdafiəçi, zərər 

çəkmiş şəxs, mülki iddiaçı və onla- 



Mirağa Cəfərquliyev 

nn  nümayəndələri,  mülki  cavabdeh  və  onun  nümayəndəsi.  Beləliklə, 

göründüyü kimi, bu siyahıya şahidlər, ekspert, mütəxəssis, hal şahidləri 

və tərcüməçi daxil edilməmişdir. Müəllif bu halı belə izah edir: 

1)

 

onlar  cinayət-prosessual  funksiyaları  yerinə  yetirmir  və  cinayət 



işinin icraatı üzrə sabit mövqe tutmurlar

2)

 



cinayət  prosesində  onların  iştirakı  əslində  epizodik  xarakter 

daşıyır 


(106. s.203-204).

 

Bizim zənnimizcə, həm M.A. Çeltsovun, həm də M.S. Stroqoviçin 



mövqeyinin zəifliyi funksiyaları müxtəlif olan ayrı-ayrı subyektlərin, 

0

 



cümlədən  sübutedici  infomıasiya  daşıyıcılarının  eyniləşdirilməsi  ilə 

bağlıdır. 

M.S.  Stroqoviçdən  fərqli  olaraq  R.D.  Raxunov  cinayət  prosesinin 

iştirakçısını  xarakterizə  edən  üç  əlamətə  əsaslanır:  cinayət-prosessual 

fəaliyyət;  cinayət-prosessual  hüquq  münasibətləri;  müəyyən  hüquqi 

vəzifələrin mövcudluğu 



(103.  s.l9). 

Özü də R.D. Raxunov göstərmişdir 

ki, qeyd olunan bu üç  əlamət cinayət prosesi iştirakçılannm hamısına 

şamil  oluna  bilər.  Bu  cür  mövqe  tutulması  daha  düzgündür.  Hazırda 

prosessualçıların  əksəriyyəti,  çox  düzgün  olaraq,  məhz  bu 

nöqteyi-nəzəri müdafiə edirlər. 

Bununla  əlaqədar  bir  daha  qeyd  etmək  lazımdır  ki,  məhkəmə 

icraatında  iştirak  edən  şəxsləri  cinayət-prosessual  fəaliyyətin 

iştirakçılarına  və  hüquq  münasibətlərinin  iştirakçılarına  bölmək 

mümkün deyildir və buna heç bir ehtiyac duyulmur, çünki onlar eyni 

vaxtda həm cinayət-prosessual fəaliyyətin və həm də cinayət-prosessual 

münasibətlərin iştirakçılandır. 

Əlbəttə, proses iştirakçısını xarakterizə edən yuxarıda qeyd olunmuş 

üç əlamət eyni dərəcədə də ekspertə, mütəxəssisə və tərcüməçiyə aiddir. 

Bu əlamətləri tərcüməçinin timsalında nəzərdən keçirək: 

1.

 



Cinayət-prosessual  fəaliyyət,  demək  olar  ki,  cinayət  işi  üzrə 

icraatı həyata keçirən  dövlət orqanlarının, eləcə də bu icraatda iştirak 

edən şəxslərin bütün prosessual  hərəkətlərinin məcmusundan  yaranan 

bir fəaliyyətdir. 

Artıq  bizə  məlumdur  ki,  prosessual  hərəkətlər  qanunla  müəyyən 

edilmiş  qaydada  icra  olunur  və  qanunla  nəzərdə  tutulan  qaydada 

müvafiq  forma  qəbul  edir.  Buradan  da  məntiqi  nəticə  çıxır:  istintaq 

(məhkəmə) hərəkətləri cinayət-prosessual fəaliyyətin əsasını təşkil edir. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə