MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə57/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   53   54   55   56   57   58   59   60   ...   266

Mirağa Cəfərquliyev 

də  göstərilmiş  şəxslərə  vurulmuş  mənəvi,  fiziki  və  maddi  ziyan 

ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqlan bərpa 

edilməli, bunlar  mümkün olmadıqda isə  həmin  hüquqların  pozulması 

nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 

Qanunvericilikdə  şəxsə  dəyən  ziyanın  hansı  andan  hesablanması 

məsələləri də geniş araşdırılmışdır. CPM-in 57.2-ci maddəsinə müvafiq 

olaraq vurulmuş ziyan aşağıdakı andan hesablanır: 

-

 

CPM-in  56.0.1,  56.0.2,  56.0.5  və  56.0.6-cı  maddələrində 



göstərilən  şəxslərə  -  cinayət  prosesini  həyata  keçirən  orqanın  cinayət 

təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 

yeddi gün keçdikdən sonra

-

 



CPM-in  56.03  və  56.0.4-cü  maddələrində  göstərilmiş  şəxslərə  - 

müvafiq  olaraq  cinayət  qanununun  və  ya  amnistiya  aktının  qüvvəyə 

mindiyi andan. 

Yuxarıda  şərh  olunmuş  müddəalardan  fərqli  olaraq  CPM-in  56-cı 

maddəsində göstərilən şəxslərin könüllü gəlməsi və ya sonradan yalan 

olduğu aşkar edilərək  məhkəmə  qarşısında özlərinin təqsirli olduqları 

barədə bəyanatları ilə özlərinə qarşı cinayət təqibinin başlanmasına və 

prosessual  məcburiyyət  tədbirlərinin  tətbiqinə  şərait  yaratmaları 

müəyyən edildikdə ziyan ödənilmir. 

Cinayət prosesində vurulmuş ziyana görə kompensasiya məsələsinə 

gəlincə, aydın olur ki, qanunvericiliyin tələbinə görə cinayət prosesini 

həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş 

maddi  ziyan  əsaslandırılaraq  hesablandıqdan  sonra  kompensasiya 

verilməklə  tam  həcmdə  ödənilməlidir.  Fiziki  və  mənəvi  ziyan 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  digər  hal  nəzərdə 

tutulmayıbsa,  məhkəmə  tərəfindən  ədalətli  hesab  olunmuş  məbləğdə 

ödənilir. 

Vurulmuş  ziyana  görə  kompensasiyanın  ödənilməsi  məsələsini 

araşdıranda  görürük  ki,  burda  qanunvericilik  qaranlıq  bir  məsələ 

saxlamamışdır, yəni nəyə görə bu kompensasiyanın verilməsi dəqiq və 

dürüst göstərilmişdir. Cinayət-Prosessual Məcəllənin 56-cı maddəsində 

göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 

-

 

məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər



-

 

müsadirə  edilməsi,  dövlət  nəfmə  keçirilməsi,  istintaq  orqanları 



tərəfindən  götürülməsi,  üzərinə  həbs  qoyulması  ilə  vurulmuş  əmlak 

ziyanı; 



V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI

 □Ea


 

-

 



ödənilmiş məhkəmə xərcləri

-

 



müdafiəçiyə ödənilmiş pul məbləği; 

-

 



hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 

Eyni zamanda qanunda belə bir şərhə də rast gəlmək olur ki, həbsdə 

saxlanılmasına,  məhkəmə  məsrəflərinə,  həbsdə  saxlanılarkən  gördüyü 

məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər cinayət 

prosesini həyata keçirən orqanın səhvi və  ya sui-istifadəsi nəticəsində 

şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən 

çıxıla bilməz. 

Vurulmuş ziyanın ödənilməsi ilə bağlı digər  hüquqlann bərpası da 

qanunvericilikdə  nəzərdə  tutulmuşdur.  Belə  ki,  CPM-in  56-cı 

maddəsində göstərilən şəxs vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar: 

əvvəlki  vəzifəsinə  bərpa  olunmaq,  bu  mümkün  olmadıqda  isə  ona 

bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsinin itirilməsi ilə 

bağlı  vurulmuş  ziyana  görə  pul  kompensasiyasını  almaq;  azadlıqdan 

məhrum  edildiyi  və  ya  azadlığının  məhdudlaşdınidığı  vaxtı  iş  stajına 

daxil etdirmək; əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün 

olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və  yerləşdiyi 

yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək; məhrum olduğu xüsusi 

və  ya hərbi rütbəni bərpa etdirmək; məhrum olduğu fəxri adını və ya 

dövlət təltiflərini qaytarmaq hüquqlarına malikdir. 

Yuxarıda sadalanan hüquqlardan başqa məhkəmə tərəfindən bəraət 

verilmiş,  həmçinin  barəsində  cinayət  təqibinə  xitam  verilmiş  şəxsin 

tələbi ilə məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə 

həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış 

yerinə məlumat verməlidir. Cinayət-prosessual qanunvericilik bununla 

kifayətlənməyərək  tələb  edir  ki,  şübhəli  və  ya  təqsirləndirilən  şəxsi 

ləkələyən  cinayət  təqibi  haqqında  məlumatlar  dərc  edən  kütləvi 

inforaıasiya vasitəsi vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir 

ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir. 

İnsan  hüquq  və  azadlıqlarına  çox  böyük  məsuliyyətlə  yanaşan 

cinayət-prosessual qanunvericilik tələb edir ki, cinayət prosesini həyata 

keçirən  orqan  onun  səhvi  və  ya  sui-istifadəsi  nəticəsində  həbsdə 

saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən 

yazılı surətdə üzr istəməlidir. 



Mirağa Cəfərquliyev 

Vurulmuş  ziyanın  ödənilməsini  tələb  etmək  hüququna  malik  olan 

şəxslərin tərkibi də artıq qanunvericilikdə öz konkret şərhini tapmışdır. 

Cinayət  prosesini  həyata  keçirən  orqanın  səhvi  və  ya  sui-istifadəsi 

nəticəsində  vurulmuş  ziyanın  ödənilməsini  tələb  etmək  və 

kompensasiya  almaq  hüququna  CPM-in  56-cı  maddəsində  göstərilən 

şəxslər,  onlann  qanuni  nümayəndələri,  növbə  üzrə  daha  yaxın 

vərəsələri,  habelə  vurulmuş  ziyanın  ödənilməsi  hüququ  olan  şəxs 

öldükdə  qanuna  əsasən  ailə  başçısının  itirilməsinə  görə  pensiya  ilə 

təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 

Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb 

etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət 

təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Bəraət hökmündə və 

ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini 

həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş 

ziyanın  ödənilməsi  məsələsi  əks  olunmayıbsa,  bu  məsələnin  həlli 

cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. 

Bəraət  hökmü  çıxarmış  məhkəmə,  habelə  cinayət  təqibinə  xitam 

verilməsi haqqında qərar çıxarmış təhqiqatçı, müstəntiq və ya prokuror 

cinayət  prosesini  həyata  keçirən  orqanın  səhvi  və  ya  sui-istifadəsi 

nəticəsində  vurulmuş  ziyanın  ödənilməsi,  cinayət  təqibinin  gedişində 

mümkün olmadıqda isə CPM-in 60.2-ci maddəsində nəzərdə tutulmuş 

digər  şəxsə  cinayət  təqibi  üzrə  icraat  qurtardıqdan  sonra  ziyanın 

ödənilməsi  qaydalarını  izah  etməlidir.  Bununla  bağlı  qeyd  etmək 

lazımdır  ki,  cinayət  prosesini  həyata  keçirən  orqanın  səhvi  və  ya 

sui-istifadəsi  nəticəsində  vurulmuş  ziyanın  cinayət  təqibi  üzrə  icraat 

qurtardıqdan  sonra  ödənilməsi  qaydaları  mülki  mühakimə  icraatı 

qaydasında  «Təhqiqat,  ibtidai  istintaq,  prokurorluq  və  məhkəmə 

orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş 

ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 

həyata keçirilir. 

§ 4. Prosessual qərarların məcburiliyi 

Prosessual  qərarın  anlayışı  CPM-in  7.0.43-cü  maddəsində  verilib. 

Prosessual qərar dedikdə cinayət işi və ya cinayət təqibi ilə bağlı 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə