MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə51/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   47   48   49   50   51   52   53   54   ...   266

Mirağa Cəfərquliyev 

əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız 

ittihamın  müdafiəsi  ilə  məhdudlaşmır.  O,  həmçinin  təqsirləndirilən 

şəxsin 


kifayət 

qədər 


sübut 

olmadan 


təqsirləndirilərək 

cəzalandırılmasının  qarşısının  alınması  ilə  bağlı  səlahiyyətə  də 

malikdir. 

CPM-in 84.4-cü maddəsinin tələblərinə görə cinayət işi üzrə ibtidai 

araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirmiş  prokuror  məhkəmə 

baxışında dövlət ittihamçısı qismində iştirak edə bilməz. Belə qayda bir 

təminat  kimi  məhkəməyə  qədər  cinayət  təqibi  və  ittihamın  müdafiəsi 

funksiyalarının  bir  şəxsin  prosessual  səlahiyyətində  cəm-  lənməsinin 

qarşısının  alınmasına  yönəlməklə,  eyni zamanda  dövlət ittihamçısının 

həm  müstəqilliyinə,  həm  də  obyektivliyinə  təsir  edə  biləcək  mənfi 

halların aradan qaldırılmasına xidmət edir. Prosessual baxımdan cinayət 

mühakimə  icraatının  məhkəməyə  qədər  mərhələlərindən  kənarda 

dayanması  dövlət  ittihamçısının  qərəzsizliyinə  və  əda-  lətliliyinə təsir 

edən  müsbət  amil  kimi  çıxış  edir.  Bu  mənada  onun  ittihamla  bağlı 

mövqeyi ittiham aktına uyğun olmaqla deyil, yalnız çəkişmə prinsipinə 

riayət edilməklə məhkəmə iclaslannda tədqiq edilmiş sübutlara və daxili 

inamına əsasən formalaşır. Bu isə onun ittihamın müdafiəsindən nəinki 

tam,  o  cümlədən  müəyyən  həcmdə  imtina  etmək  imkanına  malik 

olmasını da ehtiva edir. 

Qanunverici çəkişmə prinsipi əsasında apanlan məhkəmə baxışında 

cinayət 

işi 


üçün 

əhəmiyyət 

kəsb 

edən 


hallann 

sübut 


olunub-olunmamasına  dövlət  ittihamçısının  etdiyi  təsiri  nəzərə  alaraq, 

CPM-in  314.1-ci  maddəsində  orjun  ictimai  və  ictimai-xüsusi  ittiham 

üzrə 

məhkəmə 


baxışında 

iştirakının 

məcburi 

olduğunu 

müəyyənləşdirmişdir. CPM-in 

314.2-


 

ci  maddəsinə  əsasən  isə,  məhkəmə  baxışı  zamanı  dövlət 

ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş 

sübutlara  əsaslanan  öz  daxili  inamını  rəhbər  tutur.  Məhkəməyədək 

icraat  zamanı  təqsirləndirilən  şəxsə  elan  edilmiş  ittiham  məhkəmə 

baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə 

haqlıdır. 

Qeyd olunmalıdır ki, CPM-in yuxanda göstərilən 41.3, 43.1.1 və 

314.2-

 

ci  maddələrinin  müddəalarında  dövlət  ittihamçısının  ittihamın 



müdafiəsindən  (cinayət  təqibindən)  imtina  etmək  səlahiyyətinin 

həcminin (tam və ya qismən) diferensiasiyası nəzərdə tutulmadığından 

ilk baxışdan belə təəssürat yaranır ki, imtina ittihamı bütövlükdə əhatə 

etməlidir. Belə yanaşma məhkəmə baxışında tərəflərin çəkişməsi 




y FƏSİL CİNA YƏT TƏQİBİ VƏ CİNA YƏT TƏQİBİ ÜZRƏ İCRAA TIN APARILMASI

 ^^


 

VƏ  bərabərliyi  prinsiplərinin  inkar  edilməsinə  gətirib  çıxannaqla, 

dövlət  ittihamçısının  ittihamın  aqibəti  ilə  bağlı  prosessual 

müstəqilliyinin məhdudlaşdırılması ilə nəticələnmiş olardı. 

Yuxanda  göstərildiyi  kimi  məhkəmə  istintaqında  tədqiq  edilmiş 

sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin 

formalaşmasının  əsasını  təşkil  edir.  Buna  görə  də  dövlət  ittihamçısı 

daxili  inamına  əsasən  təqsirləndirilən  şəxsə  qarşı  irəli  sürülmüş 

ittihamın tədqiq edilmiş sübutlarla qismən təsdiq olunmadığı qənaətinə 

gələrsə, ondan qismən imtina etməyə də haqlıdır. Əks təqdirdə bu, bir 

tərəfdən  onun  obyektivliyinin  şübhə  altına  alınmasına  gətirib  çıxarar, 

digər  tərəfdən  isə  təqsirləndirilən  şəxsin  əsassız  təqsirləndirilərək 

cəzalanmasına imkan yaratmış olardı. 

Ümumiyyətlə, ittihamdan imtina etmək anlayışının təkcə tam deyil, 

habelə özünün tərkib hissəsinin elementi kimi qismən imtinanı da əhatə 

etməsini  nəzərdə  tutan  yanaşma  "Prokurorluq  haqqında"  Azərbaycan 

Respublikasının  Qanununda  da  əksini  tapmışdır.  Belə  ki,  həmin 

qanunun  19-cu  maddəsinin  4-cü  bəndində  prokurorun  ittihamın 

müdafiəsindən  tam  və  ya  qismən  imtina  etmək  səlahiyyəti  müəyyən 

edilmişdir. 

Beləliklə, CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan 

dövlət  ittihamçısının  və  xüsusi  ittihamçının  ittihamın  müdafiəsindən 

(cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən 

(o  cümlədən  təqsirləndirilən  şəxsə  Azərbaycan  Respublikası  Cinayət 

Məcəlləsinin  müxtəlif  maddələri  ilə  nəzərdə  tutulmuş  cinayətlərin 

törədilməsində  ittiham elan  edildikdə,  məhkəmə  baxışında ittihamdan 

bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. 

Həmçinin  qeyd  edilməlidir  ki,  məhkəmə  baxışında  hakimiyyət 

səlahiyyətinə  malik  olan  dövlət  nümayəndəsi  kimi  prokuror  dövlətin 

adından ittihamı müdafiə etmək və həmin ittihamdan imtina etmək (tam 

və  ya  qismən)  səlahiyyətləri  ilə  yanaşı,  həm  də  onun  aqibətini  digər 

qaydada müəyyənləşdirmək imkanına malikdir. 

Dövlət ittihamçısının prosessual səlahiyyətlərinin tərkib hissəsi olan 

belə hüquqlardan biri də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya 

məhkəməyə  verilmiş  ittihamda  nəzərdə  tutulan  əməli  cinayət 

qanununun  daha  yüngül  cəza  nəzərdə  tutan  norması  ilə  tövsif  etmək 

təklifilə çıxış etməsidir. 





Mirağa Cəfərquliyev 

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələ ilə 

bağlı  xüsusi  vurğulamağı  zəruri  hesab  etmişdir  ki,  ittihamın 

müdafiəsindən  (cinayət  təqibindən)  imtina  edilməsi  və  əməlin  daha 

yüngül cəza nəzərdə tutan cinayət qanunu norması ilə tövsif edilməsi 

təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir. 

CPM-in  32.2-ci  maddəsi  cinayət  prosesində  tərəflərin  çəkişməsini 

təmin  etmək  məqsədi  ilə  ittiham  (32.2.3-cü  maddə)  və  müdafiə 

(32.2.4-cü  maddə)  tərəfinin  təqsirləndirilən  şəxsin  əməlinin  hüquqi 

tövsifmə  və  məhkəmənin  yekun  qərarına  dair  öz  təkliflərini  vermək 

hüququnu nəzərdə tutmuşdur. Eyni zamanda prosesin tərəflərindən biri 

kimi  ittiham  tərəfi  də  məhkəmə  baxışının  nəticələri  əsasında  yekun 

məhkəmə qərarının layihəsinin variantını məhkəməyə təqdim edə bilər 

(CPM-in 343-cü maddəsi). 

Konstitusiya  Məhkəməsi,  həmçinin  qeyd  etmişdir  ki,  ittihamın 

müdafiəsindən (cinayət təqibindən) imtina (tam və ya qismən) zamanı 

olduğu  kimi  bu  imkan  da  dövlət  ittihamçısının  işin  bütün  hallannm 

hərtərəfli,  tam  və  obyektiv  tədqiq  edilməsi  şəraitində  məhkəmə 

istintaqında  tədqiq  edilmiş  sübutlar  əsasında  formalaşan  daxili 

inamından irəli gəlir. 

Bu 

mənada 


dövlət 

ittihamçısının 

cinayət-prosessual 

qanunvericiliyində  nəzərdə  tutulan  ittihamın  müdafiəsindən  (cinayət 

təqibindən) imtina (tam və ya qismən) etmək, habelə əməlin tövsifıni 

yüngülləşdirmək  təklifi  ilə  çıxış  etmək  hüquqlarından  istifadə  etməsi 

bir  qayda  olaraq,  iş  üzrə  toplanmış  bütün  sübutlann  tam  tədqiqi  və 

onlara hüquqi qiymət verilməsi zərurətini də ehtiva edir. Belə zərurət 

həmçinin  cinayət  hadisəsi  olmadıqda,  əməldə  cinayət  tərkibi 

olmadıqda,  cinayətin  törədilməsinə  aidiyyəti  olmadıqda  məhkəmənin 

təqsirləndirilən  şəxsin  təqsirsizliyini  təsdiq  edən  bəraət  hökmü 

çıxarmaq (CPM-in 42.1-ci maddəsi) vəzifəsilə də uzlaşır. 

Konstitusiyanın  və  cinayət-prosessual  qanunvericiliyin  yuxandakı 

məsələləri  tənzimləyən  müddəalarının  mənasına  görə,  cinayət  işinin 

həlli  üzrə  məhkəmənin  və  ittiham  tərəfinin  funksiyalan  bir-birindən 

ciddi fərqlənir  və  onlardan  hər  biri  müvafiq  subyektin  üzərinə  düşür. 

Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə 

müdafiəsi  qanunda  müəyyən  edilən  orqanlar  və  vəzifəli  şəxslər, 

qanunda  nəzərdə  tutulmuş  hallarda  isə,  həmçinin  zərərçəkmiş 

tərəfindən  həyata  keçirilir.  Cinayət  ədalət  mühakiməsi  vasitəsilə, 

çəkişmə 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə