MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə43/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   39   40   41   42   43   44   45   46   ...   266

Mirağa Cəfərquliyev 

oğulluğa  götürmə  sirrini,  vətəndaşların  yazışma  sirrini  qorumaq  üçün 

qapalı keçə bilər. Bütün hallarda prosessual qaydalara riayət olunur və 

qəbul olunmuş qərarlar və ya hökmlər açıq elan edilir. 

Məhkəmə baxışının açıqlığı prinsipi dedikdə cinayət və mülki işlərə 

açıq  məhkəmə  iclasında  kənar  şəxslərin  iştirakı  ilə  baxılması,  radio, 

televiziya, mətbuat və sair kütləvi məlumat vasitəsi ilə məhkəmə baxışı 

haqqında məlumatlann elan olunmasına yol verilməsi başa düşülür. 

Məhkəmə baxışının açıq aparılması məhkəmənin fəaliyyəti üzərində 

kütlələrin  nəzarətini  təmin  edir,  hakimi,  prokuroru  və  prosesin  digər 

iştirakçılannı  işə  daha  ciddi  yanaşmağa,  məhkəmədə  işə  baxılarkən 

etdikləri hər bir hərəkət üçün daha artıq məsuliyyət hiss etməyə vadar 

edir. 

Məhkəmə proseslərinin açıq aparılması məhkəmə tərəfindən baxılan 



hər  bir  cinayət  işində  mühüm  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  hər  bir 

məhkəmə  prosesi  tələb  edilən  səviyyədə  və  düzgün  apanlarsa, 

məhkəmənin  iclas  salonunda  iştirak  edən  şəxslərə  və  təqsirləndirilən 

şəxsin  özünə  müəyyən  tərbiyəvi  təsir  bağışlayacaqdır.  Bu  baxımdan 

məhkəmə  iclaslannm  bilavasitə  nazirliklərdə,  müəssisələrdə, 

təşkilatlarda, yataqxanalarda və s. ictimai yerlərdə keçirilməsi xüsusilə 

vacibdir. 

Məhkəmə iclasının qapalı aparılması haqda bütün hallarda motivli 

qərar  çıxarılır  və  bu,  açıq  elan  edilir.  İşə  qapalı  məhkəmə  iclasında 

baxılması  məsələsi  məhkəmənin  hazırlıq  iclasında  həll  edilə  bilər 

(CPM-in 301.2.12 mad.). 

13.


 

Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və 

ədalətliliyi - obyektiv həqiqət prinsipi 

Bu prinsip işin hallarının elə mükəmməl və  ardıcıl araşdırılmasını 

nəzərdə  tutur  ki,  onun  köməyi  ilə  obyektiv  həqiqəti  müəyyən  etmək 

mümkün olsun. 

Konstitusiyanın  127-ci  maddəsi  birmənalı  olaraq  bildirir  ki, 

«hakimlər  işlərə  qərəzsiz,  ədalətlə,  tərəflərin  hüquq  bərabərliyinə, 

faktlara əsasən və qanuna müvafiq baxırlar». 

Konstitusiyanın  bu  kompromissiz  tələbi  Cinayət-Prosessual 

Məcəllənin  cinayət  mühakimə  icraatının  obyektivliyi,  qərəzsizliyi  və 

ədalətliliyi adlı 28-ci maddəsində daha dolğun izah olunmuşdur. 




n'FƏSİL CİNA YƏTMÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

Bu maddəyə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi 

ilə  bağlı  digər  materiallara  məhkəmə  iclaslarında  yalnız  Cinayət- 

Prosessual  Məcəlləyə  müvafiq  surətdə  müəyyən  edilmiş  hüquqi 

proseduralara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. 

Hakimlər  cinayət  mühakimə  icraatını  həyata  keçirərkən  qanunun 

mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Hakim 

və ya andlı iclasçı şəxsən cinayət prosesinin nəticəsi ilə birbaşa, yaxud 

dolayı yolla maraqlıdırsa, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər 

material  üzrə  ədalət  mühakiməsinin  həyata  keçirilməsində  iştirak  edə 

bilməz. 

Bundan  əlavə,  cinayət-prosessual  qanunvericilikdə  göstərilir  ki, 

cinayət  mühakimə  icraatını  həyata  keçirərkən  məhkəmələr  aşağıdakı 

vəzifələri yerinə yetirməlidirlər: 

1)

 

cinayət  prosesində  tərəflərə  cinayət  təqibi  ilə  əlaqədar  bütün 



hallann hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri  şəraiti 

təmin etmək; 

2)

 

şübhəli  və  ya  təqsirləndirilən  şəxsi  həm  ifşa  edən,  həm  də  ona 



bəraət verən hallan, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran 

halları nəzərə almaq

3)

 

şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  təqsirsizliyi,  yaxud  az  təq- 



sirliliyi  barədə,  habelə  ona  bəraət  verən  və  ya  məsuliyyətini 

yüngülləşdirən  hallar  üzrə  sübutların  olması  barədə  özü,  yaxud 

müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq

4)

 



cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən 

şikayətləri yoxlamaq; 

5)

 

cinayət  prosesi  iştirakçılannın  iştirak  etmək  hüququnu  təmin 



etmək. 

Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı 

mülahizələrə  əsaslana  bilməz  və  işə  aid  biri  digərinə  kifayət  qədər 

uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 

Ədalət  mühakiməsinin  həyata  keçirilməsi  qaydalarının  ayrı-ayrı 

işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir 

zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. 

İşin  hallarının  hərtərəfli  tam  və  obyektiv  araşdırılması  prinsipinin 

tələblərinə  əməl  edilməsi  bir  qayda  olaraq  iş  üzrə  obyektiv  həqiqətin 

müəyyən edilməsi ilə nəticələnir. Bu səbəbdən də göstərilən prinsip bəzi 

hüquq ədəbiyyatlarında obyektiv həqiqət prinsipi adlanır. 





Mirağa Cəfərquliyev 

İşin  hallannm  hərtərəfli,  tam  və  obyektiv  araşdırılması  prinsipi 

cinayət prosesinin üç mühüm müddəasını özündə cəmləşdirir: 

a)

 



tamlıq  -  işin  düzgün  həlli  üçün  əhəmiyyəti  olan  bütün  halların 

müəyyən edilməsi

b)

 

hərtərəilüik - işə aid bütün mümkün olan fərziyyələrin qurulması 



və yoxlanılması, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət 

verən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran bütün hallann 

yoxlanılması,  cinayət-hüquqi  baxımdan  əhəmiyyət  kəsb  edən  tədqiq 

olunan hadisənin həqiqətdə olduğu kimi müəyyən edilməsi və s.; 

c)

 

obyektivlik  -  işin  hallarının  həqiqətdə  olduğu  kimi  qərəzsiz  və 



tam dəqiqliyi ilə tədqiq edilməsi və müəyyən edilmiş obyektiv faktlara 

tam uyğun qərarın qəbul edilməsi. 

Qanunvericilik  işin  hallarının  hərtərəfli,  tam  və  obyektiv 

araşdırılmasını cinayət prosesini həyata keçirən orqanlardan bir vəzifə 

olaraq tələb edir. 

İşin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması prinsipi tələb 

edir  ki,  təqsirləndirilən  şəxsin  təqsiri  şəksiz  müəyyən  edilsin,  ittiham 

hökmü  obyektivliyinə,  etibarlılığına  şübhə  yaradan  sübutlara,  yaxud 

fərziyyələrə əsaslanmasın və məhkəmə baxışında təqsirləndirilən şəxsin 

təqsiri sübut olunduqda çıxarılsın. 

14.

 

Cinayət prosesində tərəflərin çəkişməsi - çəkişmə prinsipi 



Cinayət-prosessual hüquq elmində çəkişmə təkcə cinayət mühakimə 

icraatının  tarixi  formasını  deyil,  eləcə  də  onun  prinsipini  təşkil  edir. 

Müsbət  bir  hal  kimi  qeyd  etmək  lazımdır  ki,  “çəkişmə”  termininin 

bütövlükdə  məhkəmə  icraatının  çəkişmə  prinsipi  əsasında  həyata 

keçirildiyi ilk dəfə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci 

maddəsinin VII bəndində nəzərə alınmışdır. Bundan sonra bu anlayış 

digər 

qanunlarda 



və 

Azərbaycan 

Respublikasının 

yeni 


Cinayət-Prosessual  Məcəlləsində  cinayət  prosesinin  demokratik 

prinsiplərindən biri kimi şərh edilmişdir. 

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci 

bəndində  göstərilir  ki,  məhkəmə  icraatı  çəkişmə  prinsipi  əsasında 

həyata keçirilir. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə