MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə41/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   37   38   39   40   41   42   43   44   ...   266

Mirağa Cəfarquliyev 

lir: « Cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan 

tərəfindən  aparılır.  Bununla  əlaqədar  məsuliyyət  müvafiq  olaraq 

icraatında  cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraat  üzrə 

material  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  material  olan 

təhqiqat- çı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür». 

Cinayət  prosesində  dövlətçilik  prinsipi  tələb  edir  ki,  cinayət 

prosesini  həyata  keçirən  dövlət  orqanlan  və  vəzifəli  şəxslər  öz 

vəzifələrini  proses  iştirakçılarının  iş  üzrə  tədqiq  olunan  faktlara 

münasibətlərindən asılı olmayaraq, onlara verilən səlahiyyət dairəsində 

dövlət və ictimai marağa müvafiq həyata keçirsinlər. 

Bu isə həmin orqanlardan və vəzifəli şəxslərdən bütün proses boyu 

işin  hallarının  tam,  obyektiv  və  hərtərəfli  tədqiq  edilməsini,  cinayət 

etmiş  şəxslərin  aşkar  edilib  məsuliyyətə  cəlb  edilməsini,  işdə  iştirak 

edən  vətəndaşların  hüquqlannm  və  qanuni  maraqlarının  ciddi 

qorunmasını tələb edir. 

Qanun xüsusi ittihamlı və ictimai-xüsusi ittihamlı adlanan işlər üzrə 

dövlətçilik prinsipinə bəzi istisnalıq edir (Cinayət-Prosessual Məcəllə, 

mad. 37). Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş 

şəxsin  və  ya  onun  qanuni  nümayəndəsinin  şikayəti  ilə  başlana  bilər 

(Cinayət  Məcəlləsinin  147,  148,  165.1  və  166.1-ci  maddələri  üzrə 

törədilmiş  cinayətlər  üzrə).  Zərər  çəkmiş  şəxs  təqsirləndirilən  şəxslə 

hökm çıxanlana qədər barışdıqda iş məhkəmə tərəfindən xitam edilir. 

İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin 

şikayəti  əsasında  və  ya  Cinayət-Prosessual  Məcəllənin  37.5-ci 

maddəsində  nəzərdə  tutulmuş  hallarda  prokurorun  təşəbbüsü  ilə 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128,129.2, 130.2, 

131.1,  132-  134,  142.1,  149.1,  150.1,  151,  156-158,  163,  175-177.1, 

178.1,  179.1,  184.1,186.1,187.1,190.1,197  və  201.1-ci  maddələrində 

göstərilən  cinayətlərə  görə  həyata  keçirilir.  Burda  nəzərə  almaq 

lazımdır  ki,  ictimai-xüsusi  ittiham  qaydasında  cinayət  təqibinə 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  73-cü  maddəsində 

nəzərdə  tutulmuş hallardan  başqa  zərər  çəkmiş şəxslə  təqsirləndirilən 

şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Çünki prosesdə artıq 

prokuror iştirak edir (Cinayət-Prosessual Məcəllənin 37.3.4-cü mad.). 



IV FƏSİL CİNAYƏT MÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

UÜtÜ 



10.

 

Məhkəmələrdə işlərə baxılmasında hakimlərin və andlı 



iclasçılarının iştirakı və kollegiallıq 

«Məhkəmələr  və  hakimlər  haqqında»  Qanunun  4-cü  maddəsində 

kollegiallıq  prinsipi  ilə  əlaqədar  olaraq  göstərilmişdir  ki,  Azərbaycan 

Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada 

Azərbaycan  Respublikası  məhkəmələrində  işlərə  kollegial  və  hakim 

tərəfindən təkbaşına: birinci instansiya məhkəməsində işlərə təkbaşına 

və  ya  üç  hakimdən  ibarət  tərkibdə,  yaxud  andlı  iclasçılardan  ibarət 

tərkibdə; apellyasiya və kassasiya instansiyası məhkəməsində üç və ya 

daha çox hakimdən ibarət tərkibdə baxılır. 

Ədalət  mühakiməsinin  andlı  iclasçılarının  iştirakı  ilə  aparılması 

prinsipinin  böyük  əhəmiyyəti  onunla  izah  edilir  ki,  bu  prinsip  ədalət 

mühakiməsinin  həyata  keçirilməsinə  geniş  zəhmətkeş  kütlələri  cəlb 

etməyə  imkan  yaradır  və  məhkəmə  ilə  xalq  kütlələri  arasında  sıx 

əlaqənin meydana gəlməsinə gətirib çıxarır. 

Məhkəmə baxışının aşkarlığı və prosesin çəkişmə prinsipi andlılar 

məhkəməsində  özünün  ətraflı  ifadəsini  tapmışdır.  CPM-in  359-cu 

maddəsinə görə, andlı iclasçılann iştirakı ilə məhkəmə baxışı aşağıdakı 

hallarda  təyin  olunur:  a)  təqsirləndirilən  şəxsin  məhkəməyə  verildiyi 

cinayətə  görə  cinayət  qanununun  norması  ilə  ömürlük  azadlıqdan 

məhrumetmə  növündə  cəzanın  təyin  edilməsi  imkanı  nəzərdə 

tutulduqda;  b)  xüsusi  təhlükəli  cinayətə  görə  məhkəməyə  verilmiş 

təqsirləndirilən  şəxslərin  heç  olmasa  biri  ona  elan  edilmiş  ittihama 

məhkəmədə andlı ic- lasçılann iştirakı ilə baxılması haqqında arzusunu 

bildirdikdə. 

Andlı  iclasçılar  kollegiyası  12  əsas  və  2  ehtiyat  andlı  iclasçıdan 

ibarət  tərkibdə  yaradılır.  Məhkəmə  baxışı  nəticəsində  andlı  iclasçılar 

kollegiyası  yalnız  təqsirləndirilən  şəxsin  törədilmiş  cinayətdə  təqsir- 

liliyinə və ya təqsirsizliyinə dair verdikt çıxarır. 

Andlı  iclasçılann  siyahısı  “Məhkəmələr  və  hakimlər  haqqında” 

Qanunun 115-121-ci maddələrinə uyğun olaraq tərtib edilir. 

Seçki hüququna malik olmayanlar, andlı iclasçılann siyahılan tərtib 

edilənədək  25  yaşma  çatmayanlar,  ikili  vətəndaşlığı  olanlar,  digər 

dövlətlər qarşısında öhdəliyi olanlar, əvvəllər məhkum olunmuşlar və 

cinayət  törətməkdə  şübhə  və  ittiham  edilənlər,  fəaliyyət 

qabiliyyətsizliyi  və  ya  məhdud  fəaliyyət  qabiliyyəti  məhkəmə 

tərəfindən  təsdiq  edilənlər  andlı  iclasçılann  siyahılarına  daxil 

edilmirlər. 





Mirağa Cəfərquliyev 

Məhkəmə  fəaliyyətinin  aparılmasının  kollegiallıq  prinsipi  hər 

şeydən  əwəl  məhkəmədə  işə  kollegial  baxılmasını,  yəni  işə  bərabər 

hüquqa  malik olan üç  nəfər tərəfindən baxılmasını, işin gedişinə təsir 

göstərə bilən bütün məsələlərin təkcə sədrlik edən tərəfindən deyil, səs 

çoxluğu ilə məhkəmənin bütün tərkibi ilə həll edilməsini nəzərdə tutur. 

Məhkəmədə  işlərə  baxılmasının  kollegiallıq  prinsipinin  prosessual 

təminatlanndan  biri  də  hökmün  müşavirə  otağında  çıxaniması 

qaydasıdır. Belə ki, müşavirə otağında hər hansı məsələni həll edərkən 

hakimlərdən  heç  birinin  səsveraıədə  bitərəf  qalmağa  ixtiyan  yoxdur. 

Sədrlik  edən  axırda  səs  verir.  Bütün  məsələlər  hakimlər  tərəfindən 

səslərin sadəcə əksəriyyəti ilə həll edilir. Sədrlik edən və  ya digər bir 

hakim xüsusi rəydə qaldıqda onun hökmə imza etməyə, rəyi isə yazılı 

şəkildə şərh edib işə əlavə etməyə hüququ vardır (Cinayət-Prosessual 

Məcəllə, mad. 347.6). 

11.


 

Mühakimə icraatının milli dildə aparılması 

Müasir  dövrdə  dünyanın  tərəqqipərvər  qüvvələri,  geniş  xalq 

kütlələri milli dillərin işlənməsi sahəsini genişləndirmək, onların sosial 

mövqeyini  möhkəmlətmək  problemləri  və  bununla  əlaqədar  digər 

mühüm  məsələlər  üzərində  daha  tez-tez  düşünürlər.  Odur  ki,  indi 

məhkəmə  icraatında  milli  dil  problemlərinin  tədqiqi  mühüm  nəzəri 

əhəmiyyət və əməli aktuallıq kəsb edir (31). 

Başlıcası budur ki, bu məsələ təkcə hüquq elminə aid olmaqla deyil, 

həm  də  ən  əvvəl,  hər  millətin  və  xalqın  azad  inkişafı  üçün  şərait 

yaratmaq,  beynəlmiləlçilik  və  hüquqi  dövlət  yaradılması  prinsipləri 

əsasında  onlar  arasında  dostluq  və  əməkdaşlığı  möhkəmlətmək,  qa- 

nunçuluğu və hüquq qaydasını əsaslı surətdə gücləndirmək, vətəndaş- 

lann konstitusiya hüquqlarının və azadlıqlarının qorunması üçün etibarlı 

təminat yaratmaq, cəmiyyət və dövlət qarşısında onların öz vəzifələrini 

yerinə yetirməsini təmin etmək məqsədi güdür. 

Məhkəmə  icraatında  dövlət  dili  mühüm  yer  tutur,  belə  ki,  dil 

haqqında respublika qanunlarında deyilir ki, iş icraatı məcburi qaydada 

rəsmi dövlət dilində aparılmalıdır. 

Hansı  dildə  danışması,  hansı  dildə  hüquq  münasibətlərinə  daxil 

olma danışan şəxsin iradə və arzusundan asılı olaraq nəinki subyektiv, 

həm  də  obyektiv  məsələdir.  Eyni  zamanda,  burada  obyektiv  amillər 

subyek- 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə