MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

şəraitdə  cəmiyyət boş torpaqların məhdudluğu üzündən yüksək binalar tikməyə
yarımkeçiricilər, əvəzləyicilər, yanacağa qənaət edən müxtəlif maşın modelləri və 
s. hazırlamağa məcburdur. 
Beləliklə, sahibkarlıq zəruri istehsal xərclərinin azaldılması  tələbinə 
əsaslanan, istehsal amillərindən müxtəlif kombinasiyada istifadə edilməsini 
nəzərdə tutur. Bu, bazar qiymətlərini və son məhsulun hazırlanmasına çəkilən 
məsrəfləri müqayisə etməklə hesablanır. 
Təsnifatından asılı olmayaraq bütün amillər son nəticə e’tibarilə  məhsul 
hazırlanması üçün istifadə olunur. Fərz edək ki, ən sadə istehsalda bir məhsulun 
hazırlanması üçün bir amildən istifadə edilir. 
Bu halda: M = S (A) olacaqdır. 
Burada M - məhsul, S - istehsal funksiyası, A isə amildir. 
Belə halda məhsul bir istehsal amililə zahir olur. Real həqiqətdə isə istehsal 
prosesi daha mürəkkəb keçir, onun yekunu, yə’ni məhsul, bir çox amillərdən 
istifadənin nəticəsidir.  İstehsal amillərindən istifadə edilməsində müxtəlif 
vəziyyətlərə  də rast gəlinir ki, onları dörd yerə ayırmaq olar. Belə ki, 1-ci 
vəziyyətdə amillərdən istifadə olunmur; 2-ci vəziyyətdə onların imkanlarının 
yarısından istifadə olunur; 3-cü vəziyyətdə amillərdən optimal miqdarda məhsul 
istehsalı üçün istifadə olunur; 4-cü vəziyyətdə onlardan daha çox miqdarda məhsul 
hazırlanması üçün istifadə edilir. Əgər istehsal amillərindən istifadə olunmursa, 
onda heç bir istehlak dəyərinin yaradılmasından söhbət gedə bilməz. Bu halda 
həmin amillərdən istifadəsizlik üzündən həm onların istehsalına çəkilən xərclər 
çıxmır, həm də cəmiyyət bundan zərər çəkir. Məsələn, ölkədə torpaq sahələri əkilib-
becərilmirsə, bir tərəfdən məhsul  əldə edilmir, digər tərəfdən həmin amil 
şorlaşmaya uğrayır, dövriyyədən çıxır. Dediklərimizi başqa istehsal amillərinə də 
aid etmək olar.  
İstehsal amillərindən natamam istifadə edildikdə onların dəyəri istifadə 
olunma səviyyəsində reallaşır. Belə  şəraitdə  nəinki amillərin səmərəli  əvəz 
olunmasına nail olmaq, həmçinin məhsul vahidinə  çəkilən xərcləri azaltmaq 
imkanı aradan qalxır. 
Maddi ne’mətlər istehsalında istehsal amillərindən optimal miqdarda istifadə 
olunduqda onların səmərəli  əvəzlənməsi imkanları yaranır. Bu zaman bazarın 
konyukturasına uyğun əmtəələr istehsalında ona nail olunur ki, həm məhsul vahidi 
ucuz başa gəlir, həm də onun keyfiyyət parametrləri yüksək olur. Belə vəziyyətdə 
əvəzlənmənin səmərəliliyi özünü göstərir. Bu hal müvəqqəti deyil, daimi proses-
dir. Belə ki, elmi-texniki tərəqqi nailiyyətlərinin istehsala tətbiqinin 
sürətləndirilməsi istehsal amillərinin daha səmərəli  əvəzlənməsi prosesini 
gücəndirir. 
Elə ki, istehsal amillərindən həddindən çox miqdarda istifadə etmək lüzumu 
meydana çıxır, onda həm onların daha optimal miqdarda sərfinə nail olmaq, həm 
də amillərin səmərəli əvəzlənməsini gücləndirmək zərurəti yaranır. Həmin zərurət 
reallaşanda  əvəzlənən amillərə    çəkilən xərclər yüksək səmərə verir, istehsalın 
miqyası getdikcə genişlənməyə başlayır. Bu, bazarda əmtəələrə tələbin artmasın-
dan irəli gəlir. Lakin tələb və təklif arasında nisbət təklifin xeyrinə dəyişəndə də 
amillərin  əvəzlənməsi işi öz əhəmiyyətini saxlayır, çünki amillərin  əvəzlənməsi 
 
118


istehsal xərclərini aşağı salmağın və bazarda rəqabətə tab gətirməyin yollarından 
biridir. Tələb və  təklifi nəzərə almadan daha çox miqdarda məhsul istehsalına 
cəhd göstərilsə, satış çətinlikləri üzündən istehsalın müvazinəti pozulur və istehsal 
amili ehtiyatının: xammal, avadanlıq, alət və s. gah qıt olması, gah da ona əlavə 
tələbat yaranması ilə xarakterizə olunur. 
 
§3. İstehsal amilləri ilə məhsulun  
həcmi arasında asılılıq 
 
Real həyatda istifadə edilən texnologiya həddində sahibkar istehsal 
amillərinin elə  ən yaxşı  əlaqələndirilməsinə çalışır ki, daha çox məhsul çıxımına 
nail olunsun. İstehsal amillərinin istənilən dəsti və  həmin amillər dəstilə istehsal 
edilən maksimum məhsulun həcmi arasındakı nisbət istehsal funksiyasını xarakterizə 
edir. İstehsal funksiyası resurs məsrəfləri və məhsul buraxılışı arasındakı texnoloji 
asılılığı göstərir. O, həmişə müəyyən texnoloji struktur üçün qurulur. Amillərin 
istənilən kombinasiyasında maksimum məhsul buraxılışı həcminə nail olunmasını 
təmin edən texnologiyanın yaxşılaşdırılması həmişə yeni istehsal funksiyasında öz 
ifadəsini tapır.  İstehsal funksiyasından, istənilən məhsulun müəyyən həcmdə 
istehsalına lazım olan məsrəflərin maksimum kəmiyyətini müəyyən etmək üçün 
istifadə oluna bilər.  
Əgər bütün istehsal amilləri və resursları  dəstini  əmək, material və kapital 
məsrəfləri kimi göstərsək, istehsal funksiyasını aşağıdakı şəkildə təsəvvür etmək 
olar: 
 
M = f (L, K, V). 
 
Burada M - müəyyən texnologiyada əməyin, (L) - kapitalın və materialların, 
(K) - müəyyən nisbətində istehsal edilən məhsulun maksimum həcmi, (V) - 
kapitalın cari dəyəri, f isə istehsal funksiyasıdır. 
İstehsal funksiyası istehsalın fiziki həcminin yalnız ayrıca firmada istehsal 
amilləri nisbətinə görə istifadə olunmasını deyil, həm də  cəmiyyətin miqyasında 
həmin kəmiyyətlər arasındakı proporsiyanı xarakterizə edir. 
İstehsal funksiyasının yeniləşməsi izokvantdır.  İzokvant - istehsal 
amillərinin bütün variantlarına uyğun gələn, onların istifadəsilə  məhsul 
buraxılışının eyni həcmdə tə’min olunmasını göstərən əyri, həndəsi nöqtə yeridir. 
Həmin nöqtə yerində istehsal amilləri ilə onun nəticələri arasındakı asılılıq ifadə 
olunur; göstərilir ki, müəssisə fəaliyyətinin təhlil spesifikası istehsal funksiyasının 
reallaşdığı vaxt dövründən asılıdır. Həmin vaxt dövrü isə  qısa və uzunmüddətli 
olur. Qısamüddətli dövrdə istehsal amilləri cəlb edilmiş halda olur və 
uzunmüddətli dövr bütün istehsal amillərində dəyişiklik edilməsi vaxtıdır. 
Amerika iqtisadçıları Duqlas və Solou əsrimizin 20-ci illərində yüz il ərzində 
taxıl istehsalının statistika tədqiqi  əsasında  əmək və kapital kimi istehsal 
amillərinin məhsul buraxılışının ümumi artımında payını müəyyən etmişlər. 
Onlar aşkar etmişlər ki, əmək məsrəflərinin 1 faiz artırılması buraxılan məhsul 
artımının 3/4 hissəsini təmin edir; kapital məsrəfinin 1 faiz artırılması isə məhsul 
 
119


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə