99
Müqəddəs sübh
Əbu Cəfər (əleyhissəlam) buyurdu: “Mən nə dediyimi daha
yaxşı bilirəm. Ancaq onlar Adəm hübut edəndən bəri olmayan
iki əlamətdir”.
131
Vərd ibn Zeyd Əsədi və Kumeytin qardaşı İmam Baqirin
(əleyhissəlam) belə buyurduğunu nəql etmişdir: “Bu iş (in baş
verməsin)dən öncə ayın bitməsinə beş gün qalmış ay, ayın on
beşində isə günəş tutulacaq. Bu hadisə Ramazan ayında baş
verəcək. Bu zaman münəccimlərin (astronomların) hesabları
alt-üst olacaq”.
Bu rəvayət batmanın ayın axırında deyil, əvvəlində olduğu-
nu vurğulayır.
Əli ibn Əbu Həmzə Əbu Bəsirdən, o da İmam Sadiqdən
(əleyhissəlam) belə rəvayət etmişdir: “Məhdinin çıxma əlamə-
ti günəşin Ramazan ayının on üçü, yaxud on dördü tutulması-
dır”.
132
Ayın tutulması adətən yerin günəşlə ay arasında olması
vasitəsi ilə baş verir. Onun vaxtı isə ayın ortasıdır. Günəşin tu-
tulması adətən ayın yer kürəsi ilə günəş arasında olması zama-
nı baş verir. Bunun da vaxtı ayın axırlarıdır. Amma rəvayətlər
qeyd etdiyi kimi, tutulma hadisəsinin ayın başqa vaxtlarında
baş verməsi aşağıdakı ehtimalları nəzərə alaraq gerçəkləşə
bilər. Həm də qeyd edək ki, bəda bu hadisəyə müdaxilə et-
məyəcəkdir:
Birinci: Bu hadisə möcüzə şəklində və (elmi baxımından)
məqbul səbəbə əsasən baş verəcəkdir. Lakin bəsit ixtila la ya-
naşıdır. Bu fərq isə zaman baxımındandır. Bu möcüzənin baş
vermə yolu, yaxud onun necəliyini təsəvvür edə bilmirik. Bu
qədəri bilmək bizə kifayətdir ki, o baş verəcək və Adəm hübut
131
Əl-İrşadu lil-Mu id, c.2, s.374; Ğeybətun-Numani, s.181; İlamul-vəra,
s.429; Ğeybətut-Tusi, s.270; Bəşarətul-İslam, s.96; Yəumul-xəlas, s.516; Ta-
rixu ma bə`dəz-zuhur, s.118.
132
Ğeybətun-Numani, s.182; Bəşarətul-İslam, s.97; Tarixul-ğeybətil-kubra,
s.479; Yəumul-xilas, s.517.
100
Müctəba Sadət
edəndən bəri baş verməmişdir. Həmin zaman astronomların
hesabı süqut edəcəkdir.
İkinci: Bu məsələ böyük bir cismin vasitəsilə baş verəcəkdir
Elmi terminologiyada deyildiyi kimi, fəzada sərgərdan hal-
da gəzişən cisimlərin günəş sistüminə yaxınlaşması, bu cismin
günəşin şüalarının yer üzərinə çatmasının qarşısını alması,
beləliklə on gündən sonra tutulma baş verməsi mümkündür.
Həmçinin ola bilər ki, günəşin şüasının aya yetişməyin qarşısı-
nı da alsın. Bu da ayın axırlarında olsun. Yəni ay hilal halında
olarkən baş versin. Bununla da cismin ölçü və sürətindən asılı
olaraq ya bir hissəli, ya tamamilə tutulma olsun... Qeyd olunan
zühur əlamətlərinin mövzu ilə əlaqəsi vardır. Bu isə günəşin
çıxmasından gönortanın üçdə ikisinə qədər nurunun getməsi-
dir.
133
Səbəbi isə fəza obyektinin günəş ilə yer arasına girmə-
si və günortanın üçdə ikisi müddətində günəş şüalarının yer
kürrəsinə çatmasına maneə yaratmasıdır. Bu isə bir saatdan üç
saata qədər davam edən tutulma ilə fərq edir.
Üçüncü: Bu, günəşdə baş verən dəyişikliklər səbəbi ilə ola-
caqdır
Buna dair elmi açıqlama budur ki, günəşdə böyük partla-
yışlar, yaxud müəyyən izioloji ( izika qanunları əsasın) dəyi-
şikliklər baş versin. Belə ki, müəyyən zaman ərzində işıq saça
bilməsin. Yaxud bir ayda (Ramazan ayında) iki ardıcıl partlayış
baş verə bilər ki, onlardan biri ayın ortasında günəşin tutulma-
sına, digəri isə ayın axırında, ayın hilal durumunda “xüsuf”a
(yəni ayın tutulmasına) səbəb olsun. Ola bilər ki, bu səbəb ehti-
mal baxımından daha yaxın və möhkəmdir... Elə ehtimal olunan
da budur. Xüsusilə, bunu günəşlə əlaqəli baş verəcək nişanə və
əlamətlərə də – hansı ki, daha öncə Rəcəb ayının hadisələrində
izahını vermişik – bağlaya bilərik. Belə ki, Süfyaninin zamanın-
da günəşin yerində durması (ola bilər ki, bu, günəşdə baş verən
133
Əl-Muməhhidun lil-Mehdi, s.37.
101
Müqəddəs sübh
güclü partlayışın nəticəsi ola bilər. Hansı ki, baş verdikdə hərəkət
etməsinin qarşısını alar, yaxud partlayışa reaksiya əlaməti ola-
raq iki, ya da üç saat ərzində ləng əks hərəkət etməsinə səbəb
olar), günəş diskində aşkar bədənin görsənməsi – günəşdə
baş verən güclü partlayışın nəticəsi ola bilər. Belə ki, partlayış
günəşin səthində insan siması və sinəsi şəklində baş verəcək-
dir. Müasir alimlər günəşdə baş verəcək hadisələr barəsində
düşünmüş və ona aşkar nöqtələr aid etmişlər. Belə ki, şərafət-
li hədisdə Əmirəlmöminindən (əleyhissəlam) uzun bir hədisin
gedişatında belə nəql olunmuşdur. Həzrət Ramazan ayında baş
verəcək çığırtı və nida (bu ayın 23-ü) haqqında qeyd edərək
bildirmişdir ki, sabah zöhr vaxtı günəşin saraldığını və qapqa-
ra hala düşdüyünü izləyəcəksiniz.
134
Bu, günəşin qaralma sə-
bəbilə (Ramazan ayının 25-də) ayın tutulmasına dair aydın bir
dəlildir... Ola bilər ki, bu, möcüzədən uzaqda səmavi əlamətlər
və zühur nişanələri barədə dərin, yorucu düşüncədən sonra,
daha əvvəl kimsənin buna işarə etmədiyi yetişə biləcəyimiz ən
üstün elmi təfsir və daha yaxın ehtimaldır.
2 – Səmavi çığırtı (Qəti əlamətlərdəndir)
Bu əlamət qəti baş verəcək beş əlamətdən biridir.... “Sey-
hət” səs və nidadan ibarətdir. Ramazan ayının iyirmi üçüncü
gecəsi səmadan eşidiləcəkdir. Bu isə Qədr gecəsidir. Bunu yer
əhalisi eşidəcəkdir. Hər bir qövm öz dilində duyacaq, bu səsdən
çaşqın vəziyyətə düşəcək, yatan kəs ayılacaq, ayaq üstə olan
əyləşəcək, əyləşən ayağa duracaq, gənc qız heybətin şiddətind-
dən gəlin otağından çıxacaqdır. Bu nidanın carçısı Cəbraildir
(əleyhissəlam). Sübhə yaxın olacaqdır.
135
Həm də açıq-aydın
bir dildə nida çəkəcək ki: “Bilin, haqq Məhdi (əleyhissəlam) və
onun şiələri ilədir”. Sonra lənətlik İblis bu nidadan sonra gü-
134
Biharul-ənvar, c.52, s.275; Bəşarətul-İslam, s.59 və 70.
135
Biharul-ənvar, c.52, s.274.
Dostları ilə paylaş: |