Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə32/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

108
Müctəba Sadət
BEŞİNCİ HİSSƏ:
ŞƏVVAL AYININ HADİSƏLƏRİ
Bundan  öncə  baş  vermiş  hadisələr  davam  edəcək  və  ha-
disələri bir-birinə təsirli olacaqdır. Həmçinin əlamətləri aydın 
şəkildə bu müstəvidə özünü biruzə verəcəkdir. Bilmək lazım-
dır  ki,  Süfyani  hərəkatı  bir  neçə  aylar  ərzində  sürətli  müvəf-
fəqiyyətlər qazanacaqdır... Bu ayda baş verəcək hadisələr barə-
də rəvayətlərdə belə qeyd edilmişdir:
Məsələn: 
 Şəvval ayında bir dəstənin (Süfyani və ardıcıllarının) or-
taya çıxması;
149
 Şəvval ayında qövmün işi qalxar (artar).
150
 (Yəni inqila-
bçıları inqilab edər,  əziyyətləri çoxalar, qəzəbləri  şiddətlənər, 
xalqın sözü parçalanar)
 Şəvvalda bəla olar
151
 (Yəni döyüş və  itnələr səbəbilə cama-
ata bəla üz verər)
 Bu ayda “məhməhə” olar.
152
 (Yəni ölkələrdə yoxsulluq olar, 
kişilərsiz və gənc oğlanlarsız qalar. Çünki döyüş və  itnələr sıra-
sında onları itirərlər)
 Şəvval ayında gurultu çıxar.
Səhl ibn Həuşəb deyib: “Allah Rəsulu (sallallahu əleyhi və 
alih) buyurmuşdur: “Ramazan ayında səs, Şəvval ayında isə gu-
rultu olacaqdır”.
153
 
149
 Muntəxəbul-əsər, s.451; Yəumul-xilas, s.557; Bəyanul-Əimmə, c.2, s.354.
150
 Biharul-ənvar, c.52, s.272; Bəşarətul-İslam, s.142; Yəumul-xilas, s.705.
151
 Muntəxəbul-əsər, s.451; Yəumul-xilas, s.557; Bəyanul-Əimmə, c.2, s.354.
152
 Həmin.
153
 Bəşarətul-İslam, s.34; Muntəxəbul-əsər, s.451; Yəumul-xilas, s.532.


109
Müqəddəs sübh
İbn Məsud Allah Rəsulunun (sallallahu əleyhi və alih) belə 
buyurduğunu nəql etmişdir: “Ramazanda çığırtı olduqda, Şəv-
valda  gurultu  olar,  Zülqədədə  isə  qəbilələr  azuqə  toplamağa 
çalışacaq və öz aralarında müharibələr apararlar”.
154
 
Əksər rəvayətlər Şəvval ayında “mə`mə`ə” baş verəcəyini 
göstərir. Lüğətdə bu ifadə “borudan yanar səsin çıxması” (dö-
yüş  şeypuru, yaxud təbili çalmaq),  “müharibədə  igidlərin  səsi 
(nəriltisi)”  anlamındadır.  Bu  isə  çirkin  odlu  müharibənin  baş 
verməsinə  eyhamdır.  Həmçinin  təkid  edir  ki,  Zülqədə  ayında 
qəbilələr  ailəsini  dolandırmağa  çalışacaqlar.  (Yəni qəbilələr 
qida almağa və onu zəhərli (yorucu) döyüşlərin çirkinliyindən 
özünə bulaşan şeylərə görə (onlardan amanda qalmaq naminə) 
azuqə saxlamağa çalışacaqdır). Şəvval gurultusu Qirqisiya dö-
yüşünə aydın bir işarədir.
Qirqisiya mərəkəsi
Qirqisiya  Suriyanın  şimalında,  Fərat  ilə  Xabur  (kəndalaş) 
olan çayın dənizə töküldüyü yer arasında, Şam ərazisində yer-
ləşir. Bu şəhər təxminən 100 km. İraq əraziləri ilə və 200 km. 
Türkiyə sərhədləri ilə aralıdır. Dirəzzur şəhərinin yaxınlığında 
yerləşir... Tezliklə orada qızıl, gümüş və sair (neft) xəzinələr aş-
karlanacaqdır. Necə ki, bu barədə rəvayətlərdə qeyd edilmiş-
dir: “Fəratın suyu qızıl və gümüşdən bir dağ ortaya çıxarar ki, 
onun  başında  hər  doqquz  nəfərdən  yeddisi  öldürülər...”
155
  Bu 
döyüşdə müxtəlif qövmlər iştirak edəcək: 
1 – Türklər: Onlar Türkiyədən (iki çay arasında olan ərazi) 
Cəzirəyə enərlər.
2 – Rumlular: Yəhudilər və qərb dövlətləridir ki, Fələstinə 
girərlər.
3 – Süfyani: Bu əsnada Şam diyarına müsəllət olacaqdır.
154
 Bəyanul-Əimmə, c.2, s.431; Muntəxəbul-əsər, s.451; Yəumul-xilas, s.280.
155
 Əs-Süfyani, s.31.


110
Müctəba Sadət
4 – Abdullah: Rəvayətlər onun barəsində xüsusi bir mətlə-
bə işarə etməmişdir. (Zahirən o, Məğrib ərazisinin həmpeyma-
nıdır).
5 – Qeys: Bayrağının mərkəzi Misirdir.  
6 – Abbas övladları: İraqdan gələnlər.
Çəkişmə  arasında  böyük  bir  qanlı  qarşıdurma,  əzəmətli 
gurultu və şiddətli qətliam baş verəcəkdir. Belə ki, qısa müd-
dət  ərzində  yüz  min  nəfər  qətlə  yetirilməyənədək  dayanmaz 
(başqa rəvayətə əsasən, dörd yüz min nəfər)
156
 Bu isə döyüşdə 
kütləvi silahlardan (nüvə, atom, zəhərləyici kimyəvi, yaxud bak-
tereoloji, yaxud elektron qazlar)  istifadə  olunmasına  işarədir. 
Belə ki, nəticədə heyvan və bitki  (qida) aləminə döyüş əsna-
sında istifadə olunan silahlar səbəbilə zərər toxunacaqdır. Bu 
vaqeə dünya müharibələrindən biridir ki, bundan öncə onun 
kimisi görülməyib, görülməyəcəkdir.... Döyüşün sonuncu nəti-
cəsi Süfyaninin müttə iqlərinin qələbəsi ilə bitəcəkdir.
Buna açıq-aydın şəkildə dəlalət edən rəvayətlər vardır:
Əmmar  ibn  Yasirdən  nəql  olunan  xəbərdə  deyilir:  “Qərb 
əhli Misirə sarı çıxar. Oraya daxil olduqda Süfyaninin əmirliyi-
dir (Süfyaninin gəlmə əlamətidir). Bundan öncə Ali-Muhəmməd 
üçün iddia edən kəs xüruc edəcəkdir. Türklər Hirəyə, rumlular 
isə Fələstinə enəcəklər. Abdullah önə keçəcək və çay kənarın-
da, Qirqisiyada onların qoşunları ilə üz-üzə gələcəkdir. Böyük 
bir müharibə baş verəcəkdir. “Sahibul-məğrib” də (qərblilərin 
müttə iqi)  hərəkət  edəcək.  Kişilər  öldürüləcək,  qadınlar  isə 
əsir götürüləcəkdir. Sonra Qeysə sarı dönəcək, nəhayət Süfyani 
Hirəyə  daxil  olacaqdır.  Yəmani  tələsəcək,  bütün  toplamış  ol-
duqlarını ələ keçirəcəkdir və Kufəyə sarı hərəkət edəcəkdir”.
157
Cabir ibn Yezid Cu i İmam Baqirin (əleyhissəlam) uzun bir 
hədisin gedişatında belə buyurduğunu nəql emtişdir: “Türklər 
156
 Yəumul-xilas, s.698.
157
 Ğeybətut-Tusi, s.279; Biharul-ənvar, c.52, s.208; Bəşarətul-İslam, s.177; 
əs-Süfyani, s.128.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə