Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə30/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

102
Müctəba Sadət
nortanın ortasında (məğribə yaxın) yer və səma arasında nida 
edəcək və bunu bütün camaat eşidəcəkdir: “Bilin ki, haqq Os-
man və onun şiələri ilədir (Süfyani Osman ibn Ənbəsədir)”.
Əbu Həmzənin belə dediyi nəql olunmuşdur: “Əbu Cəfərə 
(əleyhissəlam) dedim ki, Süfyaninin çıxması qətidir? 
Buyurdu ki, bəli, nida da qəti əlamətlərdəndir. 
Ona dedim ki, bəs nida necə olacaq? 
Buyurdu:  “Bir  carçı  səmadan,  günün  başlanğıcında  car 
çəkəcək ki, bilin, haqq Ali-Əli və onun şiələri ilədir. Sonra İblis 
günortanın axırında nida çəkəcəkdir ki, bilin, haqq Osman və 
onun şiələri ilədir. Məhz həmin zaman batilə uyanlar şəkk-şü-
bhəyə düşəcəklər”.
136
Bu səmavi nidanın baş verməsi üçün səbəb aşağıdakılardır:
a) Xalqın diqqətini zühurun yaxınlaşmasına çəkmək;
b)  Xalis  möminlərdə  nəfsi  istedad  yaratmaq  (yəni onları 
zühur üçün hazırlığa təşviq etmək).
Xüsusilə, bu əlamətləri ilin ən üstün gecələrində, ən üstün 
aylarında bəlirlənmişdir. Həmçinin bu vaxtda dini meyil müsəl-
manlar yanında öz zirvəsinə yetişmişdir. Həmçinin buna qarşı 
verilən reaksiya və əhəmiyyət məzmunu ilə ahəngdar olacaq-
dır. Belə ki, mövcudluğu Qaimə (başçı və idarəçiyə, yəni Məhdiyə 
(əleyhissəlam) işarə edir. O kəs ki, yer üzünü haqq-ədalətlə dol-
duracaqdır. Məhz həmin vaxt Məhdi insanların dilinə düşəcək, 
sevgisinə  sarı  yönələcək  və  onlar  üçün  ondan  başqa  bir  zikr 
olmayacaqdır.
Əbu Bəsir İmam Baqirin (əleyhissəlam) belə buyurduğunu 
nəql etmişdir: “Güclü səs məhz Ramazan ayında baş verəcək. 
Çünki Ramazan ayı Allahın ayıdır. O ayda (eşidiləcək) səs Cəb-
railin səsidir ki, insanlara səslənəcək”. 
Sonra dedi: “Səmadan bir çarcı Qaimin (əleyhissəlam) adı 
ilə nida edəcək ki, şərqdə və qərbdə olan hər bir kəs onu eşi-
136
 Əl-İrşadu lil-Mu id, c.2, s.371; Ğeybətut-Tusi, s.266; İlamul-vəra, s.429.


103
Müqəddəs sübh
dəcək. O səsin qorxusundan bütün uzananlar (yatanlar) ayıla-
caq, bütün ayaq üstə olanlar oturacaq və bütün oturanlar aya-
ğa qalxacaqlar. Allah rəhmət etsin o kəsə ki, həmin səsə önəm 
verib ona cavab verəcək. Həqiqətən də, birinci səs Ruhul-Əmin 
Cəbrailin (əleyhissəlam) səsidir”.
Sonra dedi: “Bu səs Ramazan ayının cümə gecəsi(nə təsadüf 
edən) iyirmi üçüncü gecəsində eşidiləcək. Elə isə onun barəsin-
də şəkk etməyin. Eşidin və itaət edin. Günün sonunda isə lənət-
lənmiş İblisin səsi eşidiləcək və camaatı şəkkə salıb  itnəyə dü-
çar  etmək  üçün  “Bilin,  ilankəs  məzlumcasına  qətlə  yetirildi” 
– deyə nida edəcək. O gün nə qədər şəkk edən və çaşqınlığda 
olan insan cəhənnəmlik olacaq. Ramazan ayında səs eşitdiyi-
niz zaman onun Cəbrailin səsi olmasına şübhə etməyin. Onun 
əlaməti budur ki, (Cəbrail) Qaimin və atasının adını (əleyhiməs-
səlam) çəkib nida edəcək. Elə bir şəkildə ki, hətta bakirə qızlar 
oturduqları pərdə arxasından o səsi eşidəcək, atalarını və qar-
daşlarını çıxıb (səsə hay verməyə) təhrik edəcəklər”. 
Həmçinin  dedi:  “Qaimin  (əleyhissəlam)  qiyamından  öncə 
bu iki səsin baş verməsi mütləqdir: (Birinci səs) səmadan olan 
bir səsdir. Bu Cəbrailin səsidir ki, bu işin sahibinin və onun ata-
sının adı ilə nida edəcək. İkinci səs isə yerdən olan bir səsdir. 
Bu səs məlun İblisin səsidir. Filankəsin adını çəkib onun məz-
lumca öldürüldüyünü deyəcək. Bununla  itnə yaratmaq istəyə-
cək. Birinci səsə tabe olun. Məbadə ikinci səsə aldanasınız”.
Sonra  uzun  söhbətin  ardınca  dedi:  “Elə  ki,  Bəni- ilan  öz 
aralarında ixtilafa düşdü, fərəci gözləyin. Sizin fərəciniz yalnız 
Bəni- ilanın ixtilafa düşməsindədir. Elə ki ixtilaf etdilər, Rama-
zan  ayında  baş  verəcək  güclü  səsi  və  Qaimin  xüruc  etməsini 
gözləyin. Həqiqətən də, Allah istədiyini edər”.
137
137
  Ğeybətun-Numani,  s.170;  Biharul-ənvar,  c.52,  s.231;  ən-Nəcmus-saqib, 
c.1, s.126; Tarixu ma bə`dəz-zuhur, s.125.


104
Müctəba Sadət
Abdullah ibn Sinan deyib: “Əbu Abdullahın  (əleyhissəlam) 
yanında  idim.  Bir  nəfər  həmədanlı  şəxsin  ona  belə  dediyini 
eşitdim: “Bu ammə camaatı bizə tənə edib deyirlər: “Siz iddia 
edirsiniz ki, bir carçı səmadan nida edib bu işin sahibinin adını 
çəkəcək”. 
Əbu Abdullah (əleyhissəlam) söykənmiş vəziyyətdə idi. (Bu 
sözü eşidincə) qəzəblənib oturdu və dedi: “Bunu məndən nəql 
etməyin,  atamdan  nəql  edin.  Bunu  edə  bilərsiniz,  zərəri  yox-
dur.  Şəhadət  verirəm  ki,  atamın  (əleyhissəlam)  belə  dediyini 
eşitmişəm: 
“Allaha and olsun ki, bu izzət və cəlal sahibi olan Allahın 
kitabında bəyan edilmişdir. Belə ki, deyir: “Əgər istəsək göy-
dən onlara elə bir nişanə nazil edərik ki, onun müqabilin-
də onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər”.
138
 O gün 
yer  üzündə  elə  bir  kəs  olmayacaq  ki,  onun  qarşısında  boyun 
əyib təslim olmasın. Yer əhli səmadan “Bilin, haqq Əli ibn Əbu 
Talib (əleyhissəlam) və onun şiələri ilədir” – səsini eşitdikləri 
zaman iman gətirəcəklər. Səhəri gün İblis yer əhlindən gizlən-
mək üçün (və bununla onları aldatmaq üçün) havaya qalxacaq 
və deyəcək: “Bilin, haqq Osman ibn Əffan və onun tərəfdarları 
ilədir. O məzlumcasına qətlə yetirilib. Elə isə onun qanını tələb 
edin”. 
Sonra  (əleyhissəlam)  buyurdu:  “Allah  sabit  sözə  iman  gə-
tirənləri haqq üzərində sabitqədəm edəcək. Haqq həmin birin-
ci nidadır. O gün qəlblərində xəstəlik olan kəslər isə şübhəyə 
düşəcəklər. Allaha and olsun ki, xəstəlik bizə olan düşmənçi-
likdir. Bu zaman onlar bizdən uzaq olduqlarını bəyan edib bizi 
təhqir edəcəklər (söyəcəklər) və deyəcəklər: “Birinci nidaçı bu 
Əhli-Beytin sehrlərindən bir sehrdir”. 
Sonra  Əbu  Abdullah  (əleyhissəlam)  izzət  və  cəlal  sahi-
bi  olan  Allahın  bu  ayəsini  tilavət  etdi:  “Onlar bir əlamət və 
138
 Şuəra, 4.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə