Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə12/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

50
İnsanların hüquqlаrı daim qorunur və ya pozulmuş hüquq­
ların müdafiəsi üçün daim mübarizə aparılır. İnsan hüquqları 
insanın əsas tələbatları ilə bağlıdır. İnsanın tələ batları yalnız 
sağ qalıb yaşamaq ehtiyacı ilə məhdudlaşmır, bu anlayış daha 
genişdir.  Bu  tələbatlar  insanın  həm  maddi,  həm  də  mənəvi 
cəhətdən ləyaqətlə yaşamasını təmin etməklə bağlıdır. 
4. İNSAN HÜQUQLARI
Ulu öndər Heydər Əliyev söyləmişdir: “İnsan hüququ hər 
bir insanın hüququdur, eyni zamanda hər bir xalqın hüqu­
qudur”.
“Hüquq” ərəb dilində “haqq” sözünü ifadə edir. İnsan hüquqları ideyasının tarixi 
qədim dövrlərə gedib çıxır. Qədim zamanlardan başlayaraq insanlar elə bir döv­
lət modeli yaratmağa çalışmışlar ki, o, insan ləyaqətinə hörmət prinsipi üzə­
rində qurulmuş olsun.
LAYİHƏ


51
İnsana hörməti və onun azadlığını təmin edən bir döv lətin 
yaradılması ideyası müasir dövrdə əsas insan hüquqları anla­
yışını formalaşdırdı və həyatımızın əsas hissəsinə çev rildi.
İnsan haqlarının qorunması məsələsi, demək olar ki, dün­
yanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu anlayış insan 
haq ların dan  sui­istifadə  hallarına  əsas  verir  və  onlara  qarşı 
hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. İnsan 
haq ları  anlayşına  hələ  Fransada  1789­cu  ildə  qəbul  edilmiş 
“İnsan  və  vətəndaş  hüquqları  haqqında  bəyannamə”də  rast 
gəlinir. 
Əsas hüquqlara və beynəlxalq razılaşmalara əsaslanaraq 
konstitusiyada  insan  haqları  inkarolunmaz  bir  hüquq  kimi 
qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT­nin 
bəyannaməsi ilə qanuniləşdirilmişdir.
İnsan  haqları  çox  hallarda  bütün  insanların  eyni  haqqa 
malik  olması  ideyasına  uyğun  olaraq  aşağıdakı  kimi  ifadə 
olu nur:
Əsas insan hü­
quqlarının qəbul 
edilməsinin insan­
ların həyatındakı 
rolu nədən iba­
rətdir? İnsan hü­
quqları nə üçün 
meydana gəldi 
əsas amilə 
çevrildi?
BMT­nin insan 
hüquqlarına dair 
qəbul etdiyi sə­
nə din əhəmiy­
yəti nədir?
BMT­nin binası
LAYİHƏ


52
Hər bir insan irqindən, cinsindən, dilindən, dindən, siyasi 
və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyə­
tindən, doğum və başqa hallardan asılı ol mayaraq, təmin olun­
muş insan haqlarına və azad olmaq hüququna malikdir.
İnsan hüquqları iki əsas qrupa bölünür: maddi və proses­
sual hüquqlar.
Maddi hüquqlar mülki hüquqları, siyasi hüquqları, iqtisadi və sosial hüquqları, 
eləcə də mədəni hüquqları özündə birləşdirir. Bunlar aşağıdakı qaydada təs­
nif olunur:
Mülki  hüquqlar  –  bütün  insanların  qanun  qarşısında  bərabərliyi,  vətəndaşlıq 
hüququ, hörmət edilmək və şəxsi ləyaqət hüququ, söz, vicdan və dini etiqad 
azadlıqları hüququ.
Siyasi hüquqlar – hakimiyyət orqanlarının qəbul etdiyi qərarların həllində işti rak 
etmək hüququ, seçki hüququ, partiya, həmkarlar ittifaqı təşkilatı yaratmaq 
və onların fəaliyyətində iştirak etmək hüququ, mitinq və yürüş keçirmək hü­
ququ. 
İqtisadi və sosial hüquqlar – əmək, ədalətli və rahat iş şəraiti hüququ, elmi nailiy­
yətlərdən istifadə etmək hüququ, peşəkar təşkilatlar yaratmaq hüququ, tətil 
hüququ, təhsil və səhiyyə hüququ. 
İNSaN HüQUQLaRI
Maddi 
hüquqlar
Mülki hüquqlar
Siyasi hüquqlar
Mədəni hüquqlar
İqtisadi və sosial 
hüquqlar
Referendum 
keçirmək hüququ
Məhkəməyə 
müraciət hüququ
Prosessual
hüquqlar
LAYİHƏ


53
İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haq­
qında Avropa Konvensiyası 3 sentyabr 1953­cü ildə qüvvəyə 
minmişdir. Avropa Şurasının üzvü olan və bu Konvensiyanı 
imzalayan hökumətlər 10 dekabr 1948­ci ildə BMT Baş Məc­
lisi tərəfindən bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi 
Bəyannaməni nəzərə almaqla razılığa gəlmişlər. Razılığa gələn 
tərəflər Bəyannamənin məqsədinin, bəyan etdiyi hüquqların 
tanınmasının və həyata keçirilməsinin əsas tutaraq, insan hü­
quqları və əsas azadlıqlarının dəstəklənməsini nəzərdə tutur­
lar.
Bəyannamənin  maddələri  insan  hüquqlarının  qorunma­
sına, ona hörmət və ehtiramla yanaşılmasına xidmət edir. Orada 
qeyd edilir:
Mədəni  hüquqlar  –  cəmiyyətin  maddi  həyatında  iştirak  etmək,  elmi  nailiy­
yətlərdən istifadə etmək hüququ.
Prosessual hüquqlar insanı özbaşınalıqdan müdafiə edən metod ların və mü­
va fiq təsisatların məcmusudur. Bu hüquqlara məhkəməyə müraciət etmək 
hüququ, referendum keçirmək hüququ və s. daxildir.
Maddə 2. Yaşamaq hüququ
1.  Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cə­
zası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxa­
rılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.
Azərbaycan  Respublikasının  Konstitusiyasında  isə  bu  hüquq  Maddə  27­də  
göstərilir.
  I. Hər kəsin yaşamaq hüququ vardır.
II.  Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkə­
mənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, ölüm cəzasının tətbiqi 
və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin 
yaşamaq hüququ toxunulmazdır.
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə