Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə20/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

73
1. İnsan hüquqlarının pozulması haqqında hansı faktları göstərə bilərsiniz?
2.  Beynəlxalq hüquqi sənədlər barədə fikirlərin arasında daha çox sizi düşün­
dürən nədir?
3.  “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” sənədi milli hüquqi sənəd lə­
rimizlə müqayisə edib, təqdimat hazırlayın.
4.  İnsan hüquqlarının qorunmasının əhəmiyyəti haqqında əldə etdiyiniz əlavə 
məlumatlar əsasında cədvəl tərtib edin.
5.  İnsan hüquqlarını müdafiə edən daha hansı sənədlər vardır. Araşdırma apa­
raraq həmin sənədlərin əhə miy yətini göstərin.
6.  Sizcə, insan hüquqlarını müdafiə edən bu qədər sənədlər olduğu halda, niyə 
hələ də hü quqları pozulan insanlar var? Bunun səbəbini əsaslandıraraq təq­
dimat hazırlayın.
7. “Hüquqlarımız beynəlxalq səviyyədə qorunur” mövzusunda esse hazırlayın.
Fərmanda nəzərdə tutulan məsələlərdən biri də Azərbay can 
Respublikasının BMT­nin 1990­cı il 18 dekabr tarixli “Bü­
tün fəhlə miqrantların və onların ailə üzvlərinin hüquq larının 
qorunması haqqında” Beynəlxalq Konvensiyasına, BMT­nin 
1976­cı il 23 mart tarixli “Mülki və siyasi hüquqlar üzrə Bey­
nəlxalq  Paktı”nın  birinci  fakültativ  protokoluna,  BMT­nin 
1989­cu il 15 dekabr tarixli “Mülki və siyasi hüquqlar üzrə 
Beynəlxalq Paktı”nın ikinci fakültativ pro tokoluna və insan 
hüquqları sahəsində mövcud olan digər beynəlxalq sazişlərə 
qoşulmasının mümkünlüyü məsələsinin öyrənilməsi idi. 
Beləliklə, qəbul olunmuş qərarlardan məlum olur ki, hü­
quqlarımız  beynəlxalq  səviyyədə  qorunur  və  hər  an  müda­
fiəsində dayanılır.
Miqrant –
öz ana vətənindən 
digər bir ölkəyə 
köçən şəxsdir.
LAYİHƏ


74
Uğur və Banu neçə vaxt idi ki, pul toplayırdılar. Atala­
rının  verdiyi  pullara  qənaət  edir,  hətta  pul  saxlamaq  üçün 
xüsusi qutular da hazırlamışdılar. Pulların qutuya daxil olma­
sını,  eləcə  də  götürülməsini  hesablamaq  üçün  isə  əmanət 
kitabçası da düzəltmişdilər. Onlar hər dəfə öz qeydlərini kitab­
çada aparırdılar. Bir dəfə əmanət kitablarındakı balans larını 
yoxlayanda gördülər ki, Banu Uğurdan daha çox pula qənaət 
6. İQTİSADİ SƏMƏRƏLİLİk
Respublikamız iqtisadi gücünə görə hazırda bütün dün­
yada tanınır. Ölkəmizin təbii sərvətlərindən səmərəli şə­
kildə istifadə xalqın rifahının yüksəlməsinə, ərazisinin çiçək­
lənməsinə  imkan  verir.  Hazırda  müharibə  şəraitində  ol­
masına  baxmayaraq,  iqtisadi  cəhətdən  ölkəmiz  heç  də 
geridə qalmır.
Sizcə, iqtisadiyyatımızın bu cür inkişafına səbəb nə­
dir?  Ölkə  iqtisadiyyatının  inkişafına  səmərəli  işlərin 
görülməsi nə dərəcədə təsir edir? Bir ölkə üçün iqti­
sadi səmərəliliyin rolu nədən ibarətdir?
LAYİHƏ


75
Siz öz pullarınızı 
xərcləyərkən 
səmərəli istifadə 
yollarından istifadə 
edirsinizmi? 
Bəs iqtisadi səmə­
rəlilik nədir? İqti­
sadi səmərəliliyin 
əsa sını nə təşkil 
edir?
etmişdir. Uğur pulunun Banunun pullarından az olduğunu görüb 
təəccübləndi. Axı ataları həmişə Uğurla ona eyni məb ləğdə 
pul verirdi. Bu fərqliliyi aydınlaşdırmaq üçün Banu təklif etdi 
ki, bir ay müddətində xərclədikləri pulların hesa bını tutsunlar 
və  bu  fərqliliyin  hansı  səbəbdən  yarandığını  aşkar  etsinlər. 
Uğur əməliyyat aparmaq üçün hesab lama maşınından istifadə 
etdi. Öz əmanət kitab çasındakı qeydlərə bir­bir nəzər yetirdi. 
O, qutusuna qoyduğu pulları və götür düyü pulları hesabla dıqca 
işin nə yerdə oldu ğunu anlamağa başlayırdı. Amma Banunun 
pullarının daha çox qalması onu narahat edirdi. Necə oldu ki, 
Banunun pulu çox qaldı? 
Banu Uğurun bu narahatlığını başa düşdü. Öz əmanət kitab­
çasını gətirdi, orada apardığı qeydləri oxudu. Sonra Uğur dan 
xahiş etdi ki, onun da pullarının hesabını aparsın. Banu nun 
pullarını  hesablayan  Uğur  vəziyyəti  dərk  etdi.  O,  həmişə 
Banunun alış­veriş etməzdən əvvəl özünə sual verdiyini gör­
müşdü: “Bu mənə, həqiqətən, lazımdırmı, yoxsa mən, sadəcə, 
bunu  istəyirəm?”  Demək,  Banu  pullarından  çox  qənaətlə 
istifadə etmişdi. Ona lazım olmayan və ya səmərəsi olma yan 
heç bir şeyə pul xərcləməmişdi.
Həyatda xərclərimizin hesabını aparmaq və aldıqlarımı zın 
lazımlığını müəyyən etmək bizim səmərəli yaşamaq im kan­
larına malik olmamıza şərait yaradacaqdır. 
Hər kəsin yaşamaq üçün pula ehtiyacı vardır və insanlar 
pullarını müxtəlif cür idarə edirlər. Bəzi insanlar daha çox, 
bəziləri isə daha az pul əldə edirlər. Bəzi insanlar daha çox 
pul xərcləyir, bəziləri isə daha qənaətcildirlər. Bəzi insanlar 
gəlirlərinin bir qisminə qənaət edir, bə ziləri isə bütün gəlir­
lərini xərcləyir və hətta borc alaraq sonda borclu olurlar. 
LAYİHƏ


76
Alış-veriş edərkən bu sorğu vərəqindən istifadə 
etsəniz, sizin üçün faydalı ola bilər.  
Almazdan əvvəl fikirləş:
 

Nə almaq istərdim?
 

Bu mənə, həqiqətən, lazımdırmı?
 

Mən nə üçün bunu istəyirəm?
 

 Bunu almaq üçün mən neçə həftəlik cibxərcliyinə qə­
naət etməliyəm?
 

 Onu  almağa,  saxlamağa  sərf  olunan  pula  və  vaxta 
dəyərmi?
 

 Onun əvəzində istifadə edə biləcəyim və artıq malik ol­
duğum başqa nəsə varmı?
 

 Mən əşyanı borc ala və ya yenisinin əvəzinə istifadə 
olunmuşunu ala bilərəmmi?
 

 Bu  əşya  maliyyə  məqsədlərimə  çatmaqda  mənə  kö­
mək edəcəkmi, yoxsa gələcəkdə lazım ola biləcək daha 
başqa bir şey almaq üçün bu gün pula qənaət etmə­
yim daha yaxşı olardı? 
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə