Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə23/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

86
Dözümlülük  haqqında  tam  dolğun 
fikirlər  yalnız  XX  əsrin  ortalarında, 
İkinci Dünya müharibəsi bitdiyi zaman 
for malaşmağa başladı. Lakin bu zaman 
si yasi  liderlər  dözüm lülüyü  yox,  insan 
hüquqlarını  və  vətəndaş  azadlıqlarını 
önə çəkirdilər.
Bu  gün  tolerantlıq  insan  hüquqla­
rının  həyata  keçirilməsi nin,  sülhə  nail 
olmağın  ayrılmaz  hissəsi  kimi  qəbul 
edilir. Tolerantlıq güclü əlaqələr yaradır, 
daha sıx əməkdaşlığa yol açır, insanla­
rın həmrəyliyini möhkəmləndi rir. Tole­
rantlıq  ədavəti  və  fikir  ayrılığını  aradan  qaldırmağa  kömək 
edir, zorakılığa və hədə­qorxuya qalib gəlir, cəmiyyətdə təh­
lükə sizlik hissinin təminatçısı kimi çıxış edir. 
Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlı olub insan 
azadlıqları  və  hüquqlarını  demokratiya  əsasında  formalaş­
dırır. İnsanların irqçiliyə, terrora və ekstremizmə qarşı olub, 
bunları qəti şəkildə qəbul etməməsi də tolerantlıq hesab edilir.
Sevgi, sülh, birlik
Türkiyənin paytaxtı 
ankarada “Terrora 
yox, qardaşlığa hə” 
mitinqi
LAYİHƏ


87
Tolerantlıq insan hüquqlarının həyata keçi rilməsinin, sülhə 
və əməkdaşlığa nail olmağın əsas amillə rindən biridir. Tole­
rantlıq  ədavəti  və  fikir  ayrılığını  aradan  qaldırır,  zorakılığa 
qalib gəlir, cəmiyyətin sabit inkişafını və təhlükəsizliyini tə­
min etmiş olur. Tolerant olmaqla insanlar sıx və geniş əhatəli 
əlaqələr yarada bilir, öz imkanlarını və fəaliyyətini rahatlıqla 
tənzimləyir,  maraq  və  tələbatlarını  daha  asan  yollarla  real­
laşdıra bilirlər.
Lakin  dözümlülüyün  mövcud  olması  üçün  ona  uyğun 
sosial, siyasi, mədəni mühit olmalıdır. Dözümlü davranış tərzi 
azad  iqtisadi  və  siyasi  münasibətlərin  formalaşmasını  tələb 
edir. Belə bir cəmiyyətdə əməkdaşlıq və dialoq hamının bir­
birinə bərabərhüquqlu və toxunulmaz fərdlər kimi yanaşma­
sına şərait yaradır. Bu mənada, əsl tolerant münasibətlərin möv­
cudluğu demokratik mühitə malik cəmiyyətlərdə mümkündür. 
Demokratik cəmiyyət elə bir cəmiyyətdir ki, burada bir nəfə­
rin azadlığı başqasının azad olmasına maneçilik törət mir. O, 
müxtəlif baxışların çoxluğundan ibarət olub, sosial qrup ların 
öz maraq və mənafelərini ifadə etmək imkanları yaradır.
Tolerant insan öz rəqiblərinə və özünə hörmətlə yana­
şan şəxsiyyətdir. Tolerant insan əks baxışlara dözmək, 
onlara səbirlə yanaşmaq, öz baxışlarını digərlərinə təz­
yiq göstərməklə deyil, başa salaraq inandırmaq, insan 
hüquqlarına riayət etmək, digərlərinin şərəf və ləyaqə­
tinə hörmətlə yanaşmaq kimi xüsusiyyətlərə ma lik olan 
insandır.  Çünki  tolerant  münasibət  qarşılıqlı  münasi­
bətdir,  yəni  sizin  başqalarını  bağışlamağa  gü cünüz 
çatırsa, deməli, lazım gəldikdə onlar da sizi bağışlaya 
biləcəklər.  O  öz  fikir  ayrılığını  əməkdaşlıq  və  dialoq 
prosesində aydınlaşdırır, mübahisəli münasi bətlərə yol 
vermir,  münaqişələri  müzakirə  və  inan dırma  yolu  ilə 
həll etməyə çalışır.
Necə düşünürsünüz, siz tolerantsınızmı? Özünüzə tənqidi yanaşın. Tolerant 
insanla oxşar və fərqli cəhətlərinizi müəyyən edin.
Tolerant cəmiy yətin 
yaranması üçün 
tolerant insanın 
forma laşması vacib 
məsələdir. Tole rant 
insan kim dir? 
LAYİHƏ


88
Hər bir xalqın dözümlülüyə münasibəti də müxtəlifdir. 
Göründüyü kimi, tolerantlığın əsasını insan şəxsiyyə tinin 
təməl dəyərləri təşkil edir. Tolerant olmadan cəmiy yətin 
sabitliyi, dinc yaşaması mümkün deyil. Məsələn, bütün 
beynəlxaq müqavilələrə və şərtlərə imza atmasına bax­
mayaraq, Ermənistanda azərbaycanlıların yaşadığı əra­
zilərdən  qovulması,  Xocalı  faciəsinin  baş  verməsi  bu 
ölkədə tolerant dəyərlərin olmadığından xəbər verir. Buna 
görə  də  ekspertlər  deyirlər  ki,  dözümlülük  formal  və 
qeyri­formal şəkildə ifadə olunur. Bəziləri onu öz qanun­
vericilik və konstitusiyalarında qeyd edirlər, digərləri isə, 
sadəcə, milli xarakterin bir hissəsi kimi qəbul edirlər.
Plüralizm şəraitində hər bir kəs istədiyi baxışlara, dünya­
gö rüşünə  malik  ola  bilir,  lakin  həm  də  başqalarının  həmin 
hüquqlarına  hörmətlə  yanaşır,  istənilən  fikir  müxtəlifliyinə 
dözümlü münasibət bəsləyir. Demək, tolerant cəmiyyət plü­
ralizmin hökm sürdüyü multimədəni cəmiyyətdir.
Tolerantlıqla demokratik prinsiplər arasında nə kimi əlaqə vardır? Bunu yol­
daşlarınızla müzakirə edin.
Multimədəni cəmiyyət anlayışını izah edin. Bu cəmiyyətin formalaşmasının 
əhəmiyyəti nədir?
xocalı soyqırımı
LAYİHƏ


89
1. Tolerantlıq anlayışını izah edin və ona xas olan əlamətləri sadalayın.
2. Tolerant cəmiyyət necə bir cəmiyyətdir? Onu təsvir edin.
3.  Münaqişə və tolerantlıq nə üçün təzadlı anlayışlar hesab olunur? Onların 
fərqli tərəflərini müəyyənləşdirin.
4.  Əlavə informasiya mənbələrindən istifadə etməklə multimədəni mühitin nə 
olduğunu araşdırın.
5. “Azərbaycan tolerant ölkədir” başlığı altında təqdimat hazırlayın.
6. “Mən dünyada tolerantlıq istəyirəm” adlı esse yazın.
Azərbaycan xalqı da tolerantlığı milli təfəkkürün nəticəsi 
hesab edir. Bununla belə, Azərbaycan Respublika sı nın Kons­
titusiyası ideoloji və siyasi müxtəliflik, çoxpartiya lılıq möv­
qeyindən çıxış edir. Bununla da vətəndaşlarımızın tole rantlıq 
və  humanizm  ruhunda  tərbiyə  olunmasına  xidmət  edir.  Elə 
buna  görə  də  Azərbaycan  dövlətinin  ümumtəhsil  məktəb­
lərinin qarşısına qoyduğu tələblərdən biri də sizin, yəni gələ­
cək  vətəndaşların  arasında  bərabər  imkanların  və  qarşılıqlı 
əməkdaşlığın yaradılmasıdır.
Parisdə Heydər 
əliyev Fondunun 
dəstəyi ilə dünya 
şöhrətli fotoqraf 
Reza Deqatinin 
“azərbaycan – 
tolerantlıq ölkəsi” 
adlı fotosərgisi
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə