N metod k V sa t


Dərs 14. MƏMURUN ÖLÜMÜ (3 saat)



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

Dərs 14. MƏMURUN ÖLÜMÜ (3 saat)
Motivasiya
Sual: – Ləyaqət” dedikdə nə başa düşürsünüz? “Ləyaqətli insan”, “ləya -
qətsiz hərəkət”, “ləyaqəti qorumaq” ifadələrini izah edin.
Oxu
(St. 2.2.2, 2.2.3) 
Mətn Qeyd götürməklə oxu üsulu ilə oxunur. Əsərdə
əsas fikir ob raz ların xarakterik xüsusiyyətləri ilə sıx bağlı olduğu üçün qeydləri
həmin xü su siy yətləri müəyyənləşdirməklə aparmaq mümkündür. Bu məq -
sədlə aşağıdakı kimi iş vərəqi təqdim etmək olar: 
İş vərəqləri ayrı-ayrı qruplara Çervyakov, Brizjalov və Çervyakovun ar va -
dının xarakterik xüsusiyyətlərini araşdırmaq üçün paylana bilər. Başqa bir
qrup isə Çervyakovun ölümünün səbəblərini araşdıra bilər.
Fəndaxili üfüqi inteqrasiya (
st. 2.2.2, 1.2.4
). Oxu qurtardıqdan sonra
tədqiqat nəticələri təqdim edilir. Hər bir qrupun nəticələri dinlənildikdən sonra
müzakirə aparılır. 
1-ci mətndaxili sual. Çerv ya kovun soyadı ilə onun xarakteri arasında olan
əlaqəyə diqqət yönəldilir. Əsər dən çıxan əxlaqi nəticəni dəyərləndirmək təklif
edilir.
Əsərdən çıxan nəticə: İnsan öz şəxsi ləyaqət hissini unutmamalı, özündən
yüksəkdə duranlar qarşısında alçalmamalıdır. Hər bir şeydə ölçü olmalıdır,
insan hərəkətlərində və davranışında ifrata varmamalıdır.
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin hissələri arasında əla -
qəni şərh edir.
Mətnin müxtəlif hissələrindəki məqam -
lardan çıxış edə rək obrazın xarakterini
səciyyələndirir. 
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqələndirir.
Həyatda gördüklə rindən misallar gətir -
məklə mətnin ideyasını təşkil edən də -
yərlərə münasibət bildirir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
mövqeli fikirləri ümumiləşdirir.
Müzakirədə səslənən fikirləri ümumi -
ləşdirərək nəticəni təkzib və ya təsdiq
etmək üçün əsaslı arqumentlər gətirir.
2.1.1. Tanış olmadığı söz və ifadələrin
mənasını müvafiq qarşılığını tapmaqla
şərh edir. 
Tanış olmadığı öz və ifadələrin kon 
-
tekstə uyğun mənasını lüğət vasitəsilə
şərh edir.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Tamamlıq vəzifəsində işlənmiş söz və
söz birləşmələrini müəyyən edir.
76
III 
BÖLMƏ


Söz ehtiyatı
(St. 2.1.1) 
“Zati-aliləri”, “səyrimək”, “mundir” sozlərinin mənası kontekstə
görə izah edilir (2-ci tapşırıq).
Dil qaydaları
(St. 4.1.2) 
5-ci tapşırığın tələbinə əsasən, mətndə göy rənglə verilmiş
cümlələrdə ismin müxtəlif hallarında işlənən sözlər müəyyən edilir. Onların
sualı və hansı halda işləndiyi qarşılarında qeyd edilir. Bu zaman onların
cümlənin hansı üz vünü izah etdiyi də verilən sual vasitəsilə müəyyənləşdirilir
(sintaktik sual an layışını inkişaf etdirməklə). Bu, tamamlıq mövzusu üçün mo-
tivasiya yaradır. Nəzəri məlumat şərh edilir.
6-cı tapşırıq yerinə yetirilərkən verilmiş söz və birləşmələrdən istifadə
etməklə cümlələr tamamlanır. Bu zaman sualın tələbinə uyğun olaraq söz və
söz bir 
ləşmələri ismin bu və ya digər şəkilçisini qəbul edir. Şagirdlər
tamamlığın ismin hansı halları ilə ifadə olunduğu və sualları haqqında aldıqları
nəzəri məlumatı konkret nitq materialında müşahidə edirlər. 
7-ci tapşırıq bu prosesin davamına xidmət et mək lə yanaşı, cümlədə ta -
mamlıqları müəyyənləşdirməyə şərait yaradır. Tapşırıqdan sonra verilən su-
allar isə tamamlığın ifadə vasitələrini bir qədər də konkret ləş dirir. Bu tapşırığın
ikin ci bəndinin çətinlik dərəcəsi yüksəkdir. Diqqətli müşahidəçi və tədqiqatçı
olan şagirdlər ismin yiyəlik halının yal nız ismi birləşmə daxilində cümlə üzvü
ola biləcəyini söyləyirlər. Adlıq hal isə yalnız mü vafiq qoşmalarla işləndikdə
tamamlıq ola bilir. Bu tapşırıq üzərində işləyərkən müəllim əlavə nümunələr
də gətirə bilər.
8-ci tapşırığın icrası zamanı şagirdlər tamamlıqların ifadə vasitələrini müəy -
yən ləşdirməklə yanaşı, feili birləşmələrin asılı tərəfi kimi çıxış edən, lakin za -
hi rən tamamlığa bən zə yən sözləri tamamlıqla müqayisə edirlər. Bu zaman
9-cu cümləyə xüsusi diqqət yetirmək lazımdır. Tamamlıq yalnız xəbərdən asılı
olur.
Növbəti tapşırıqlar və nəzəri qayda mübtədanı şəkilçisiz işlənən tamam -
lıqdan fərqlən dirmək bacarığını inkişaf etdirir və mətnlə bağlı olan 9-cu tap -
şı rıq bu mərhələyə keçid rolunu oynayır. Tapşırığın tə lə binə əsasən, cümlədə
altından xətt çəkilmiş sözlərin sintaktik vəzifəsi müəy yən edilir. (Amma o, gen-
erala məktub yazmadı.) Bu zaman hər iki sözün sua lının bir-birinə bənzəməsi
(adlıq halın, həm də mübtədanın kim? nə? sualları) diq qəti cəlb edir. Elə bu-
radaca ismin adlıq və qeyri-müəyyən təsirlik halları yada salınır və müqayisə
edilir. Nəzəri məlumatla tanışlıqdan sonra (mübtəda ilə tamamlığın bəzi
nümu nə lə rinin oxşar və fərqli cəhətlərinin Venn diaqramı ilə müqayisəsi) 10-
cu və 11-ci tapşırıqlar icra edilir. 10-cu tapşırıq mübtəda və tamamlıqların mü -
qa yisəsini tələb edir.
77
FƏRD VƏ CƏMİYYƏT 


III 
BÖLMƏ
78
11-ci tapşırıq bir qədər mürəkkəbdir. Burada təsirlik hallı tamamlıq, III şəx -
sin mənsubiyyət şəkilçisini qəbul edərək adlıq halda işlənən mübtəda, mən -
subiyyət və hal şəkilçisi qəbul edərək tamamlıq vəzifəsində işlənən sintaktik
vahidlər müqayisə olunur. Müqayisə zamanı sintaktik vahidlərin cümlədə sub-
yekt, yoxsa obyekt olmalarına diqqət yetirmək, eləcə də hal və mənsubiyyət
şə kilçilərini fərqləndirmək lazımdır. Yadda saxlamaq lazımdır ki, mənsubiyyət
şəkilçili söz hal şəkilçisi qəbul edərək tamamlıq vəzifəsində çıxış edə bilir.
Mənsubiyyət şəkilçili söz adlıq halda işlənərək cümlənin mübtədası olur. Buna
görə də tapşırığın icrası aşağıdakı kimi olacaq:
1. Sözü hələ də dillərdə dastandır, çünki vaxtında və məqamında söy lən -
miş dir. B
2. Ayna özünü görə bilsə idi, başqalarına baxmazdı. C
3. Biz işığı görmürük, işıq qaranlıqda bizə yardımçı olur. A
4. Elm təcrübələrini təbiətin öz üzərində sınaqdan keçirir. C
5. Sərvət insanı aşağı cəkir, yaradıcılıq isə onu ucaldır. A
6. Ürəyi hər zaman xalq üçün döyünüb, ona gorə də daima yaşayır. B
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə