N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

II BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü tapşırıqlar mətnlə bağlıdır.
MORZE ƏLİFBASINI KİM İXTİRA EDİB
Qəribə sualdır, əlifba kimin adını daşıyırsa, həmin şəxs də onun müəl lifidir.
Amma iki şəxs var ki, onların buna haqqı heç də Samuel Morzedən az deyil.  
Məlumdur ki, Morze əlifbası informasiyanı teleqraf vasitəsi ilə uzaq məsafəyə
ötürmək üçün istifadə olunan xüsusi kodlar toplusudur. Bu əlifbada hərfləri nöqtə
və tirelərin müxtəlif kombinasiyaları əvəz edir.
Özüyazan teleqraf aparatının ilk variantını amerikalı rəssam S.Morze ixtira edib
və 1837-ci ildə Nyu-York Universitetində sınaqdan çıxarıb. Lakin bu ci ha zın təkmil -
ləş dirilməsinə hələ böyük ehtiyac vardı. Varlı sənayeçi S.Veyl oğlu Alfredin də
Morze ilə çalışması şərtilə ona 2000 dollar və işləmək üçün emalatxana verdi.
Alfredlə Samuelin əməkdaşlığı məhsuldar oldu. 1844-cü ilin may ayının 24-də tele-
qraf aparatı dünyada ilk dəfə bir yerdən başqa yerə yazılı mə lumat ötürdü. Elektrik
naqillərinə qoşulmuş ötürücü qurğu vasitəsilə siqnallar göndərilir, qəbueldici aparat
isə həmin siqnalları şifrlər şəklində qeydə alır, sonra mətn deşifrə olunurdu.
A.Veyl Morzenin çox mürəkkəb və uzun olan işarələr sistemini sadələşdirdi, bir -
başa hərflərə çevrilə bilən kodlar, yəni faktiki olaraq, əlifba hazırladı. 1848-ci ildə al -
man mühəndisi Fridrix Gerke ikinci “əlifba islahatı” həyata keçirdi, kodlar daxilində
pauzaları ləğv etdi və məlumatın ötürülməsi prosesini xeyli sürətləndirdi. Yeni kodlar
1865-ci ildə Beynəlxalq Teleqraf İttifaqı tərəfindən qəbul olundu. Həmin vaxtdan
əlif baya çox az əlavələr edilib. Sonuncu dəfə 2004-cü ildə Beynəlxalq Elektrik Ra -
bitəsi İttifaqı buraya nöqtə-tire-tire-nöqtə-tire-nöqtə “hərfi” daxil edib. Həmin “hərf -
dən” elektron poçt ünvanları ötürü lər kən istifadə olu nur.
Beləliklə, bütün dünyada “Morze əlifbası” kimi tanınan bu işarələr sisteminin
“Morze-Veyl-Gerke əlifbası” adlandırılması daha ədalətli olardı. 
1. Mətndən çıxış edərək izahı səhv verilmiş sözü müəyyənləşdirin.
A) Kod – teleqrafla və s. ilə məlumat ötürmək üçün işlədilən şərti işarələr sistemi 
B) Kombinasiya – müxtəlif elementlərin müəyyən qayda üzrə düzülüşü
C) Şifr – müxtəlif ölçü və biçimdə olan mətbəə hürüfatı
D) Deşifrə olunma – gizli şərti işarələrlə yazılmış mətnin oxunması
2. Doğru, yoxsa yanlış: 
D     Y
• Morzenin 1837-ci ildə ixtira etdiyi teleqraf aparatı 
öz mükəmməliyi ilə seçilirdi. 
c  c
• Sənayeçi S.Veyl 2000 dollar müqabilində Morzeyə 
emalatxana icarəyə vermişdi.
c  c
• İlk yazılı məlumatı göndərmiş teleqraf aparatını 
Morze A.Veyl ilə birgə hazırlamışdır.
c  c
• Teleqraf aparatının ilk sınağından 7 il sonra onun 
vasitəsilə məlumat ötürüldü.
c  c
• Morzenin işarələr sistemində ilk “əlifba islahatını”
F.Gerke həyata keçirmişdi. 
c  c
70
II 
BÖLMƏ


3. Cümlələri nömrələməklə Morze əlifbasının təkmilləşdirilmə ardıcıllığını müəy -
yən  ləş dirin.
c
Kodların birbaşa hərflərə çevrilməsi
c
Əlifbaya nöqtə-tire-tire-nöqtə-tire-nöqtə “hərfi”nin daxil edilməsi
c
Kodlar arasındakı pauzaların ləğv edilməsi
c
Hərflərin nöqtə və vergüllərin müxtəlif kombinasiyaları ilə ifadəsi
4. Müasir Morze əlifbasında 
• – – • – • 
şifri hansı işarəni bildirir?
A) &
B) #
C) @
D) www
5. Uyğunluğu müəyyən edib, qarşısından qeyd edin.
6. Verilmiş sözlərə feili bağlama, məsdər, feili sifətlər artırıb feili birləşmələr
düzəldin. Feili birləşmələrdən üçünü cümlədə işlədin.  
1. soyuqlar ... 2. körpüdən ... 3. təbiətə ziyan ... 4. torpaq məhsul ...5. məsələni ..
6. könüllərdə ... 7. səmimiyyətdən ... 8. milləti ...  9. dünyaya ...
7. Abreviaturlara qoşulmuş şəkilçilərin yazılışında səhvə yol verilmişdir..
A. NATO-un verdiyi qərarlar qeyd-şərtsiz yerinə yetirilməlidir.
B. AMEA-da yeni layihələrin icrasına başlanıldı.
C. Dekabrın 20-də UNESCO-nun növbəti sessiyası başladı.
D. Azərbaycanda UNİSEF-in xətti ilə yeni körpələr evləri açıldı.
8. Sadə söz birləşmələrini mürəkkəb söz birləşmələrinə çevirib yazın.
ilin fəsilləri, elin adəti, ayın işığı, quşların səsi, 
Bülbülün ifası, Üzeyir Hacıbəylinin bəstələri
 
9. Verilmiş söz birləşmələrini müxtəlif cümlə üzvləri vəzifəsində işlədib yazın.
Səməd işığa yaxınlaşdıqda, xalq əmlakına əyri baxan, 
günəşin qızılı telləri, 
Abreviatura əlavə edilən şəkilçinin
yazılışında səhvə yol verilmişdir.
BMT-ə
BMT-yə
Verilmiş ismi birləşmələrin tərəfləri
arasına söz artırmaq olmur.
el adəti
Nizaminin
əsərləri
İsmi birləşmənin əsas tərəfi feillə
ifadə olunmuşdur.
eyvandan baxan
mənim
oxumağım
Feili birləşmənin əsas tərəfi feili
sifətlə  ifadə olunub.
üfüqdə qızaran
sahildən
baxanda
Mürəkkəb adın yazılışında səhvə yol
verilib.
Azərbaycan
Respublikasının
əməkdar artisti
Azərbaycan
Respublikasının
Əməkdar Artisti
71
İNFORMASİYA VƏ KOMMUNİKASİYA 


III BÖLMƏ
FƏRD VƏ CƏMİYYƏT
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
13.
Piza qülləsi
Cümlənin ikincidərəcəli
üzvləri
1.1.2, 2.2.2, 2.2.3,
2.1.1, 1.2.4, 1.2.3,
3.1.1, 4.1.2
3
62-65
73-75
14.
Məmurun ölümü
Tamamlıq 
Mübtəda, yoxsa tamamlıq?
2.2.2, 2.2.3, 1.2.4,
2.1.1, 4.1.2
3
66-70
76-78
15.
Mirzə Səfər
Zərflik
2.2.2, 2.1.1, 2.1.2,
1.2.4, 1.2.3, 3.1.4,
4.1.2
3
71-76
79-82
16.
Sonuncu düym
Təyin 
2.2.1, 2.2.3, 2.1.1,
3.1.1, 4.1.2
3
77-81
83-85
17.
Yaxşı və Pis
Sintaktik təhlil
1.1.2, 2.2.3, 2.1.1,
3.1.2, 4.1.2
2
82-85
86-88
18.
Ümumiləşdirici təkrar
2
86
88
Kiçik summativ
qiymətləndirmə
1
89-90
Böyük summativ
qiymətləndirmə
2
Yekun
19
saat
III 
BÖLMƏ
72


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə