Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-24. YÜNGÜLLƏŞDIRILMIŞ ŞLAK



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə33/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   29   30   31   32   33   34   35   36   ...   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-24.
YÜNGÜLLƏŞDIRILMIŞ ŞLAK
SEMENTLƏRI. AĞIRLAŞDIRILMIŞ SEMENT
QARIŞIQLARI.XÜSUSI SEMENTLƏR
Şlaklı yüngülləşdirilmiş sement məhlullarından
yüksək
temperatura və təzyiq şəraitində istifadə etmək məsləhətdir. Bu
məhlullar əsasında həm xırdalanmış SiO
2
–dən, həm də gil
materialından istifadə etməklə yüngülləşdirilmiş tamponaj
məhlullarını hazırlayırlar. 
Şlaklı yüngülləşdirilmiş məhlullar içərisində bentonit gili ilə
hazırlanmış yüngülləşdirilmiş tamponaj məhlulları daha geniş
yayılmışdır. Daha kiçik (1,25-1,27 q/sm
3
) xüsusi çəkiyə malik
sement məhlulu hazırlamaq üçün əhəngli SiO
2
-li sement
məhlulundan istifadə edirlər. Onun üstünlüyü ondadır ki, yüksək
su-sement amili olan halda yaxşı sedimentasiya dəyanətliyinə
malik olmasıdır ki, bu da onun yüksək dispersliyi ilə
əlaqədardır.
Ağılaşdırılmış sement məhlullarından
 
yüksək xüsusi çəkiyə
malik qazıma məhlulu ilə qazılan quyuların sementlənməsində
istifadə edilir. Sement məhlullarını iki üsulla ağırlaşdırırlar.
Birinci üsulda ağırlaşdırıcılar əlavə etməklə filiz sementi əldə
edirlər. Bu üsulda yüksək xüsusi çəkiyə malik sement məhlulu
hazırlamaq mümkün olmur.
İkinci üsulla – sementi, toz halında olan ağırlaşdırıcılarla
qarışdırmaqla əldə edirlər. Burada xüsusi çəkini geniş diapazon-
da dəyişmək mümkündür. Sement məhlulunun xüsusi çəkisini
artırmaq məqsədilə ondakı suyun miqdarını azaldırlar. Buna isə
sementə sulfit spirt cecəsi (SSB) əlavə etməklə nail olurlar.
Dənələrin ölçüsünü böyük götürməklə daha böyük xüsusi çəkiyə
malik ağırlaşdırıcı əldə etmək mümkündür. Sementə hematit
əlavə etməklə xüsusi çəkisi 2,20 q/sm
3
olan sement məhlulu əldə
edirlər. Maqnetitdən istifadə etməklə daha yüksək xüsusi çəkiyə
malik sement məhlulu hazırlamaq olar. 


Portlandsementlə maqnetitli qumu 1:1 nisbətində götürməklə
xüsusi çəkisi 2,45 q/sm
3
olan sement məhlulu əldə edirlər. 
Baritdən istifadə etməklə sement məhlulunun xüsusi çəkisini
2,10-2,25 q/sm
3
çatdırmaq olar. Qalenit və dəmir arsenitindən
istifadə etməklə daha yüksək xüsusi çəkiyə malik sement
məhlulu hazırlamaq olar. Lakin onlar baha qiymətə başa gəldiyi
üçün təcrübədə onlardan istifadə etmirlər. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə