Neft-qaz quyularinin tamamlanmasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə41/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   37   38   39   40   41   42   43   44   ...   50
Quyularin tamamlanmasi leak by 1337

M
sem
) olan nisbətinə su-sement amili (m)
deyilir:


Su-sement amili:
m
=
M
su
M
sem
=
0,5
m
=
W
C
(yəni hər 100 kq
sementə 50 kq su qatılmış) və ya
m
=
W
C
=
0,5
m
=
M
su
M
sem
=
0,5
Bu nisbət həqiqətən sement məhlulunu xarakterizə edən
əsas amildir. Qeyd edək ki, tamponaj sementinin tamam
hidrotasiyası üçün kütlənin 20-25% qədər su kifayətdir, yəni su-
sement amili 
m=0,20-0,25 olmalıdır, amma təcrübədə belə
qarışdırılmış sement məhlulunu nasosla vurmaq mümkün olmur.
Təcrübədə su-sement amili üçün minimal qiyməti m=0,35-0,40
götürülür. Su-sement amilinin
yuxarı sərhəd qiyməti tamponaj
məhlulunun sedimentasiya dəyanətliliyi ilə məhdudlanır. Dərin
quyular üçün su-sement amilinin (m) yuxarı qiyməti m=0,45-
0,50 götürülür. 
Dayaz-soyuq quyularda yüngülləşdirilmiş sement
qarışığı üçün su-sement amili m=0,60-0,63 buraxıla bilər. Su-
sement amilinin
yuxarı qiymətlərində məhlulun qovuşma
(tutuşma) vaxtı uzanır sement daşının möhkəmliyi ilə azalır. 
Sement məhlulunun axarlılığının ölçülməsilə sement
məhlulunun hərəkət etmə (nasosla vurulma) qabiliyyəti
yoxlanılır. Sement məhlulu quyunun verilmiş intervalına
vurulub qaldırılan müddət ərzində axarlığa (hərəkətliliyə) malik
olmalıdır. Axarlılıq şərti olaraq “AzNİİ konusu” adlanan cihazla
yoxlanılır. 
MÖVZU-27.
TAMPONAJ MƏHLULLARI VƏ
SEMENT DAŞI XASSƏLƏRININ TƏNZIM EDILMƏSI


Quyuların dərinliklərinin artması, qazımanın texnolo-
giyasının və texnikasının təkmilləşdirilməsi tamponaj
materiallarına və onlardan hazırlanan məhlullara olan tələbləri
ciddiləşdirir və yüksəldir. Bu tələbləri ödəmək üçün sement
məhlullarının və sonra əmələ gələcək sement daşının xassələrini
dəyişdirmək lazım gəlir. Buna isə sement məhlulunu kimyəvi
reagentlərlə emal etməklə nail olurlar.
Tamponaj məhlullarının - tutuşma başlanğıcına bərkimə
müddətini, sıxlığını, su verməsini, reoloji xassələrini kimyəvi
reagentlərin əlavə edilməsi ilə tənzim etmək mümkündür.
Sement məhlulunun bərkimə müddətini (SBM) tezləşdirmək
üçün ona NaCl, CaCl
2
, kalsiumlu soda və maye şüşə əlavə edir-
lər. NaCl və CaCl
2
sement məhlulunun özlülüyünü də azaldır.
Tamponaj məhlullarının tutuşma başlanğıcını ləngidən
reagentlərdən ən çox sulfit spirt cecəsindən istifadə edirlər. Bu
zaman yaranan köpüklənmənin qarşısını almaq üçün
neytrallaşdırılmış qara kontaktdan istifadə edirlər. 
130
0
S –yə qədər ləngidici kimi KMS-dən istifadə etmək
məsləhətdir. O sement məhlulunun su verməsini də azaldır.
Ləngidici kimi meşə kimyası polifenolu, hidrolizə
edilmiş poliakrilonitril, çaxır daşı turşusu, texniki çaxır daşı,
limon turşusu və s. istifadə edirlər.
Tamponaj məhlulları və sement daşı xassələri həm
tamponaj qarışığı tərkibindən, həm də su-sement amilindən,
suyun kimyəvi tərkibindən və quyunun sementlənmə
intervalındakı temperatur və təzyiqdən asılıdır.
Su-sement amili artdıqda:
1.Tamponaj məhlulunun hərəkətliliyi artır;
2.Məhlulun sıxlığı, plastik özlülük və dinamki sürüşmə gərgin-
liyi azalır;
3.Məhlulun qatılaşması və tutuşması müddəti artır;
4.Məhlulun su verməsi artır və bununla da sedimentasiya
dəyanətliliyi pisləşir;
5.Sement daşının möhkəmliyi sürətlə azalır;


6.Məsaməliyi və keçiriciliyi artır, daha doğrusu layların
hermetik izolyasiya qabiliyyəti pisləşir.
Təcrübədə su-sement amilinin artırılması məhdud
xarakter daşıyır. Tamponaj portland sement məhlulunun su-
sement amili 0,4-0,5 olduqda məhlulun hərəkətliliyi,
sedimentasiya dəyanətliliyi kifayət ölçüdə saxlanılır və əmələ
gələn sement daşı ilə keçiriciliyi layların hermetik bağlanmasını
yəni izolyasiyasını əldə edilir.
Məhlulun sıxlığının azalmasını əldə etmək üçün su-
sement amilini m=0,5-dən yuxarı artırdıqda sedimentasiya
dəyanətliyini və başqa parametrləri buraxıla bilən ölçülərdə
saxlamaq üçün aşağıda göstərilənlər qəbul edilməlidir:
1.Tamponaj qarışığı və ya məhlulun strukturluğu tezliyini,
məhlulda və sement daşındakı məsamələrin kolmatasiyasını
(tutulmasını) əldə etmək üçün məhlula qatılan kimyəvi maddələr
lazımi tərkibdə seçilməlidir;
2.Sıxlığın artırılması su-sement amilinin azaltma yolu ilə
aparılarsa, onda məhlula hərəkətliliyi artıran səthi aktiv
maddələr (SAM,rusca ПАВ) qatılmalıdır, lakin təcrübədə bu
metoddan nadir hallarda istifadə olunur; 
SAM maddəsi temperaturdan asılı olaraq sement kütləsinin 0,1-
1,5% qədər qatılır.
3.Tamponaj məhlullarının hərəkətliliyi, qatılaşması və tutuşması
vaxtları, su verməsi xassələrini tənzimləmək üçün ən effektli
üsul sement məhlulu qarışdırılan suya xüsusi kimyəvi
reagentlərin qatımasıdır. Şərti olaraq bu reagentləri aşağıdakı
qruplara bölmək olar:
3.1.Tutuşma sürətləndiriciləri;
3.2.Tutuşma gecikdiriciləri;
3.3.Su verməni azaldıcıları;
3.4.Məhlulun hərəkətliliyini yaxşılaşdıran plastifikatorlar.
Tutuşma sürətləndiricilərinə daxil olan reagentlər
içərisində kalium-karbonat (Ka
2
CO
3
), kalsium və alüminium


xloridlərini, kalsiumlaşdırılmış soda (Na
2
CO
3
), kaustik soda
(NaOH), natrium silikat (mayü şüşə) və b. göstərmək olar.
Tutuşma gecikdiriciləri: kalsium liqnosulonatları (SSB,
KSSB), okzil, KMS, PFXL, nitroliqnin, karbisulfatlar və s.SSB,
KSSB və PFXL reagentlərini işlətdikdə köpüklənmənin qarşısını
almaq üçün məhlula köpüksöndürücü, soapstoklar, qara kontakt,
sümük piyi, kalsium-milonaft və s. əlavələr qatılır. Köpük
söndürücüləri əvvəlcə ağ neftdə həll edib sonra məhlula
qatırlar.
Plastifikatorlar tamponaj məhlullarının dinamiki sürüşmə
gərginliyini və bəzən də plastiki özlülüyünü azaldan maddələrə
deyilir.
Beləliklə, plastifikatorlar tamponaj məhlullarını durulaş-
dırılıb onun hərəkətliliyini yaxşılaşdıran reagentlərdir. Bunların
içərisində poliakrilamid səthi aktiv maddəsini, liqnosulfanat,
qipan, xrompiklər, nitroliqnin, dublitlər (ГИФ-1, Д-4, Д-12 v s.)
göstərmək olar.
Reagentlər ümumiyyətlə, tamponaj məhlullarında
tələbata uyğun kolloidli strukturun tezliklə əmələ gəlməsini,
bərk faza hissəciklərinin dispersliyə uğramasını, hissəciklərin
ətrafında hidrat qabığındakı məsamələrdə isə kolmatasiya
yaratmalıdır. Bu tələbatları yerinə yertirmək üçün təcrübədə su
verməni tənzimləmək üçün tamponaj smentlərinə 2-6%-ə qədər
yüksək keyfiyyətli bentonit gillərinin və yüksək molekulalı üzvi
polimerlərin (0,1-2%) qatılması geniş tətbiq edilir. 
Sement daşı bərkdikcə plastikliyini itirib tədricən kövrək
cismə dönür. Bunun nəticəsində sement daşının dartıcı
gərginliklərə qarşı müqaviməti azalır. Sement daşının
elastikliyini artırmaq və eyni zamanda onun keçiriciliyini daha
da azaltmaq üçün tamponaj məhlulunun tərkibinə polimer
materiallar qatırlar.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə