NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə36/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   32   33   34   35   36   37   38   39   ...   85

65-ci məktub
Bu da imam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır. (Müaviyə məktub yazaraq o Həzrətin Şam hökumətini ona verməsini, onu özünün canişini etməsini yanına çağırmamasını istəmişdi. İmam əleyhis-salam bu məktubu ona cavab olaraq yazıb onda, onun sözlərinin səhv olmasını istədiyi şeylərə layiq olmamasını xatırladıb.)

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Sənin diqqətlə baxıb aşkar işlərdən faydalanmağının (mənim xilafətimin düzlük haqq olmasına yəqin edib inanmağının) vaxtı çatıb. Nahaq iddialar (Şam hökuməti canişinlik iddiası) etmək, qorxub çəkinmədən özünü yalanlara (onun azğınlıq çölünə) atmaq ( qiyamət əzabını nəzərə almamaq), sənin məqam və mərtəbəndən üstün olan şeyi (müsəlmanlara xəlifəlik hakimliyi) iddia və yalan (yolu) ilə özünə yapışdırmaqla keçmişlərinin (qohumlarının azğınlıq) yolları ilə getdin ( düz yoldan uzaqlaşdın). Haqdan (Allahın Peyğəmbərin göstərişlərindən) uzaqlaşdığın və sənə ət və qanından da lazımlı şeyi (mənim xilafətimi) inkar edib tabe olmadığın üçün sənə tapşırılan şeyi (beytülmalı) oğurladın.1 Onu (Həzrət Peyğəmbərin Qədir-Xum bir çox digər yerlərdə mənim barəmdə buyurduqlarını) sənin qulağın qoruyub saxlayıb eşitməmişəm» deyə bilməzsən) və sinən onunla dolub xəbərim yoxdur, bilmirəm» deyə bilməzsən). Haqdan və düzlükdən sonra aşkar azğınlıqdan, həmçinin haqqı aşkar etdikdən sonra yanlışlıq və batilə qarışmaqdan başqa nə var?2 Buna görə də şübhədən və haqq ilə batili bir-birinə qatmaqdan qorx. Çünki (şübhələr yaradan) fitnə, neçə vaxtdır öz pərdələrini asıb (hazırlayıb) və onun zülməti gözləri torlu və görməz edib.

Səndən mənə sözləri qarmaqarışıq (bir-birinə aidiyyatı olmayan) bir məktub gəlib çatıb ki, onun (sözlərinlə dəm vurduğun) sülh və barışıq gücü zəif və yetərsizdir. Onda elə hiylələr var idi ki, onları sənin elm və təmkinin uydurmamış, bir yerə toplamamışdır. (Əksinə, sən onları nadanlıq, həyasızlıq ağılsızlıqla hazırlamısan.) Sən bu puç sözlərinlə hamar qumluqda batan və qaranlıq yerdə ehtiyatsız hərəkət edən (öz ayağının qabağını körməyən) kimsəyə bənzəyirsən. Özünü elə uca yerə qaldırmısan (məndən səni canişin etməyimi istəmisən həmin məqamı umursan) ki, ora çatmaq çətin, nişanələri isə yüksəkdir. Ora (heç kəsin əli çatmayan uca dağların qüllələrində yuva quran iti caynaqlı yüksək uçuşlu) qartal (belə) çata bilməz. Onunla Əyyuq (süd yolunun sağında çox yüksəklikdə olan kiçik, aydın qırmızı bir ulduzdur ki, Ülkər ulduzunun arxasında olur ondan qabağa keçmir) bir ola bilər.1

Allah göstərməsin ki, sən məndən sonra işlərinin həlli üçün müsəlmanlara hakim olasan, yaxud sənə onların biri üzərində əqd (– nigah, alver, icarə bu kimi şeylər), yaxud əhd (bey'ət, aman, himayə buna bənzər işlər) üçün bir vəzifə verim!2 Buna görə də indi özünü hazırlayaraq düşün. Çünki əgər Allahın bəndələri sənə tərəf hərəkət edənə (qoşunumuz səninlə döyüşə gələnə) kimi nöqsan və başısoyuqluğunu davam etdirsən, qapılar üzünə bağlanacaq və bu gün səndən qəbul edilə bilən iş (onda) qəbul edilməyəcək.3 Salama layiq kimsəyə salam olsun!


66-cı məktub
İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa (dünyada sevinməmək kədərlənməmək barəsində öyüd-nəsihət verdiyi) məktublarındandır. Bu məktub bundan öncə (iyirmi ikinci məktubda) başqa ibarələrlə keçdi.

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Bəndə həmişə əldən çıxarması təqdir edilməmiş şeyə çatanda sevinir. Ona çatması təqdir edilməmiş şeyə görə isə kədərlənir.1 Buna görə də dünyadan əldə etdiyin ən yaxşı şey ləzzət və şadlığa çatmaq və (intiqam almaq incitməkdə) qəzəb işlətmək deyil, batil və nahaqqı yatırmaq (məhv etmək) və haqq və düzlüyü diriltmək (bərpa etmək) olmalıdır. Gərək sevincin qabaqcadan göndərdiyin (sabahına tədarük gördüyün) şey üçün, kədərin görmədiyin (dünyada axirət üçün yerinə yetirmədiyin) iş üçün, fikir-düşüncən isə ölümdən sonra üçün olsun.2


67-ci məktub
İmam Əli əleyhis-salamın onun tərəfindən Məkkənin hakimi olan Qusəm ibn Abbasa məktublarındandır. (İmam əleyhis-salam bu məktubda ona həcc mərasimini bərqərar etməyi əmr edir, camaatla ünsiyyətdə olmayıb qapalı olmaqdan çəkindirir Məkkə əhalisinin hacılardan kirayə almalarını qadağan edir.)

Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Həcci camaatla birgə bərqərar et (onun əməllərini bilməyənlərə öyrət həcci yerinə yetirmək üçün onları bir yerə topla) və «Allahın günlərini» (keçmiş ümmətlərin çirkin əməllərinə görə aldıqları cəzaları) onların yadına sal. (Vaxtların ən yaxşısı olan) səhər və axşamüstü onlarla otur, (dini) hökm soruşana fitva ver, nadana elm öyrət və alimlə söhbət et. Gərək sənin, dilindən başqa camaata söz çatdıranın olmasın. (Hər istəyirsənsə özün birbaşa onlara de. Məğrur insanlar kimi xəbər göndərmə.) Həmçinin üzündən başqa qapıçın olmamalıdır. (İstəyən hər bir kəs maneəsiz səni görə bilməlidir.) İstəyi olanın səninlə görüşməsinə mane olma. Çünki əgər həmin istək işin əvvəlində sənin qapılarından düzəlməsə, onu işin sonunda düzəltdiyin üçün təriflənməzsən. (İstək sahibi, işin əvvəlində çəkdiyi zəhmətlər nəticəsində ruhdan düşdüyü üçün səni tərifləməz.)

Allahın malından (müsəlmanların beytülmalından) yanında yığılanlara bax (onunla məşğul ol). Onu yanında olan ailəli və ac kəslərə ver, (həqiqətən) fağır, yoxsul və möhtac olanlara çatdır. Ondan artıq qalanını bizim yanımıza göndər ki, yanımızda olanlar arasında paylayaq.



Məkkə əhalisinə göstəriş ver ki, (həmin diyarın əhalisindən olmayıb evlərdə) məskunlaşanlardan muzd və kirayə almasınlar. Çünki nöqsan sifətlərdən pak olan Allah (Qurani-Kərimin Həcc surəsinin 25-ci ayəsində) buyurur: («إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاء الْعَاكِفُ فِيهِ وَالْبَادِ» Kafir olub Allaha Peyğəmbərə iman gətirməyənlər camaatı Allahın yolundan, itaət bəndəlikdən, hamı üçün etdiyimiz ) onda «akif» (oranın əhli) ilə «badi» (qərib) bərabər olan (Məscidül-Həramdan döndərənlərə şiddətli əzab daddıracağıq).» «عاكِف» «Akif»dən məqsəd Məkkədə yaşayan, «بَادِ» «badi»dən məqsəd isə həmin diyarın sakini olmayıb həccə gedəndir.1 Allah bizi və sizi Özünün sevdiyi (əmr buyurduğu) gözəl əməl və layiqli işlərə müvəffəq etsin. Salama layiq olana salam olsun!
68-ci məktub
İmam Əli əleyhis-salamın (zahiri) xilafətə çatmamışdan qabaq Salman Farsiyə (Allah ona rəhmət etsin) olan məktublarındandır (ki, onda onu dünyaya aldanmaqdan çəkindirib).1

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Dünya əl vuranda yumşaq, zəhəri isə həlakedici olan ilan misalındadır. Buna görə də səni dünyada şad edən şeydən (maldan) uzaq ol. Ona görə ki, onun malından bir azı (ancaq bir kəfən) səninlə birgə qalacaqdır (qəbrə gedəcəkdir). Həmçinin onun qəm-kədərini özündən uzaqlaşdır. Çünki ondan ayrılacağına və onun halının dəyişəcəyinə inanırsan (bilirsən ki, nəhayət ondan ayrı qalacaqsan onun rəftarı hər an əvvəlki vaxtdakı rəftarına ziddir. Buna görə ona ürək bağlama bir neçə günlük yaşayış üçün özünü qəmləndirmə). Dünya ilə ünsiyyət və əlaqən çox olan zaman ondan daha çox qorx. Çünki dünyapərəst ona ürək bağlayıb şad olanda, dünya onu həmin şəraitdən çətinliyə tərəf çəkir, yaxud onunla ünsiyyət və əlaqəyə arxalanıb dinclik tapanda onu həmin haldan (çıxarıb) qorxu və vahiməyə düçar edir. (Buna görə ağıllı adam bu cür düşmənlə dostluq etməyə aldanmamalıdır, əksinə, o, özünü dost kimi göstərəndə ondan daha çox uzaqlaşmalıdır.) Salama layiq kimsəyə salam olsun!
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə