NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
107 
olursa-olsun hər fədakarlığa qatlaşıb, Qafqazda bir İslam dövləti qur-
mamız fikrini müdafiə edirdi. (Mən dərhal sözə qarışdım: Bəli, biz is-
lamıq,  ancaq  Türk  olduğumuzdan  Milli  Türk  hökuməti  qurulmasını 
düşünürük  və  istəyirik”  –  dedim).  Bu  vəziyyətdə  çox  məmnun  olduq 
və “inşallah edəcəyik” – dedik. 
Danışdıqlarımızın rəsmi hissəsi bitmişdi. Mən Birinci Dünya mü-
haribəsinin    ilk  illərində  rus  mətbuatının  “Osmanlı  dövlətinə    ən  ağır 
zərbəni ingilis ordusundakı müsəlmanlar, xüsusilə də ərəblər vurur” – 
deyə  yazdığını  söylədim  və  “Bu  gün  qardaşlarımızın  içində  Türk 
Məhmətciyini nişan olaraq canına qıyan bir kəs varmı?” – deyə soruş-
dum. Bu suala Tələt Paşa belə cavab verdi: “Mən ərəblərin millətçi li-
derləri ilə bu  məsələni  müzakirə etdim və onları ərəb  millətinin ingi-
lislər  tərəfində  olmamasını  razı  saldım”.  Sözə  Ənvər  Paşa  qarışdı. 
“Bunlardan başqa ingilislər ərəblərə müharibənin sonunda xilafəti biz-
dən alıb ərəblərə verəcəklərini vəd etmişlər. Mən: “Paşam, xilafəti də 
onlara verəydiniz” – dedim. Ancaq bu sözlərə Ənvər Paşanın çox hirs-
ləndiyini hiss etdim. Üzü qızardı və əsəbi bir səslə:  “Ola bilməz, son 
nəfərin  Xəlifə həzrətlərinin yanında şahid olması gərək” cavabını ver-
di. Artıq söhbətimiz bitmişdi. Bu zaman Ömər Faiq “Paşam, mən qə-
zetçiyəm. Azərbaycan mətbuatında çox çalışmışam. Azərbaycan xalqı 
Türklüklərini qəti dərk etmiş bir millətdir. İstiqlala layiqdirlər. Güclü 
bir ədəbiyyata malikdirlər. Ancaq mənim xahişim budur ki, bizim qə-
zamız Axıska düz Türkiyənin sərhəddindədir. Oranın Sizə ilhaq olun-
masını istəyirəm – dedi. Tələt Paşa: “Əmin olun, Paşa həzrətləri bu ar-
zunuzu  yerinə  yetirər.  Sabah  təşkilatı  qurmağa  başlayacağıq”  –  dedi. 
Əziz oxucularım, bunu da əlavə edim ki, Osmanlı dövləti rəhbərliyi ilə 
görüşən zaman mən bir dövlətin səlahiyyətli vəkili deyildim. Danışıq-
larımızda  heç  bir  etiket  yox  idi.  Böyük  Türk  Millətinin  bir  qolu  olan 
Azəri Türkləri öz qüvvələrinə dayanaraq əsarət zəncirini qırmışlar, və-
tənlərini düşməndən təmizləmişlər. İndi də bir övladını böyük qardaş-
ları olan Osmanlı İmperatorluğu rəhbərliyinin yanına göndərmişdilər. 
Bu görüş və anlaşma iki qardaşın dərdləşməsi idi. 
Qaldığımız  mehmanxanaya gəldik. Sevincimin  həddi-hüdudu  yox 
idi. Ömər Faiqlə göz yaşları içində öpüşdük. Ömər Faiq lap düz yerin-
də  məni  dəstəkləmişdi.  Ertəsi  gün  Hərbi  nazirliyə  dəvət  edildim.  Na-
zirlikdə  cənab  Yavər  Kazım  bəylə  (Kazım  Orba)  ilə  görüşdük.  Digər 
yavərlər  ilə  də  tanış  oldum.  Cənab  yavər  Kazım  bəy  məni  Umur 


 
Nяsiman Yaqublu 
 
 
108 
Şərqiyə Ali Başhamba ilə tanış etdi. Yarım saatdan sonra məni Ənvər 
Paşanın  kabinetinə  gətirdilər.  Ənvər  Paşa  məni  gülə-gülə  qarşılayıb 
qarşısında oturtdu və “dünən verdiyiniz məlumat məni çox sevindirdi. 
Sevincim  və  nəşəm  hələ  davam  etməkdədir.  Hərbi  təlim-tərbiyə 
görməmiş xalq qüvvələri nə müdhiş varlıq, nə yenilməz qüvvə imiş” – 
dedi.  Mən  də  dərhal:  “Bəli,  Paşam,  o  xariqəni  yaradan  Türk 
millətidir.  Paşam,  mənim  verdiyim  izahat  Azəri  türkləri 
haqqındadır. Rusiyada 35 milyon Türk-müsəlman yaşamaqdadır. 
Bunlar  Türküstan,  İdil-Ural,  Krım,  Şimali  Qafqaz  və  digər 
yerlərdə yaşamaqdadırlar. Bu saydığım Türk xalqları hər tərəfdə 
öz torpaqlarından rusları qovmuşdular. Artıq bu yerlərdə rus hərbi 
qüvvələri deyilən heç bir şey qalmamışdır. Ancaq təəssüf ki, əsil rus 
milləti  80  milyondur.  Günün  birində  bu  millət  özünü  ələ  alacaq  və 
ətrafını  hədələməyə  başlayacaqdır.  Bizim  təşvişimiz  bu  gün  üçün 
deyil, sabah üçündür” – cavabını verdim. Ənvər Paşa: “Bilirsinizmi ki, 
rus  çarı  devrildikdən  sonra  hakimiyyətə  gələn  Kerenski  müharibəni 
qələbəyə  qədər  davam  etdirəcəyini  bütün  dünyaya  elan  edərək  həm 
bizi,  həm  də  almanları  narahat  etmişdir.  Çar  üsul-idarəsinin  çürük 
olduğunu  almanlar  və  biz  bilirdik.  Halbuki,  Kerenski  idarə  etdiyi 
hökumətə deyil, 80 milyon rusa arxalanırdı”  – dedi. Paşa daha sonra 
mənə  Qafqaz  İslam  Ordusunun  yaradılmağa  başlandığını  və  yüksək 
rütbəli  zabitlərlə  təmin  olunacağını,  bunun  üçün  bir  komissiya 
qurulduğunu  anlatdı  və  “Sizin  də  komissiyada  olmağınızı  uyğun 
saydıq. İndi isə sizə gələcək Qafqaz İslam Ordusu komandanı şahzadə 
Fərrux ilə tanış edəcəyəm” – dedi. İçəriyə gənc bir zabit girdi. Ənvər 
Paşa  bizi  tanış  etdi.  Sonra  birlikdə  yavərin  otağına  keçdik.  Orada  da 
bir  az  söhbət  etdikdən  sonra  ayrıldıq.  Şahzadə  ilə  bir  daha  görüşə 
bilmədim.  Daha  sonra  Ömər  Faiqlə  Məclisi-Məbusana  (Deputatlar 
məclisi  –  C.  Q.,  M.  Ə.)  getdik.  Orada  məclis  rəisi  Hacı  Adil  bəylə 
tanış  olduq.  Axşam  “Para    Palass”  mehmanxanasında  hökumətin 
senzur idarəsi ilə mətbuatın anlaşması məqsədi ilə hökumət tərəfindən 
veriləcək  axşam  yeməyinə  dəvət  edilmişdik.  Hacı  Adil    məndən 
məclis  barədə  fikrimi  soruşdu.  Mən  də  “Bəy,  əfəndi  Məclisində  24 
çalmalı  saydım.  Onların  burada  nə  işi  var”  –  deyə  soruşdum.  Hacı 
Adil bəy “İndi çox yaxşı vəziyyətdədir. İlk məclisimizdə 24 çalmasız 
tapa  bilməzsiniz”  –  dedi.  Sonra  mənə  Qafqaz  haqqında  suallar  verdi. 
Cavablarını  bildiyim  qədər  verdim.  Ən  axırda  isə  Bakı  milyoneri, 


 
Bakыnыn Qurtuluшu 
 
 
109 
xeyriyyəçi  Hacı  Zeynalabdin  Tağını  soruşdu:  ona  Hacı  haqqında 
bildiklərimi  anlatdım  (Təfsilatı  Ankarada  nəşr  edilən  “Azərbaycan” 
dərgisində verilmişdir). 
Bu  zamanlar  hər  gün  qurulacaq  ordu  ilə  əlaqədar  komissiyanın 
işində  yaxından  iştirak  edərək  müraciət  edənləri  yoxlamadan  keçirt-
dikdən  sonra  qeydə  alırdıq.  Ancaq  görüşdüyüm  siyasi  xadimlərdən 
“İttihad  və  Tərəqqi”  Partiyasının  mərkəzi  qərargahında  yalnız  Tələt, 
Ənvər  və  Camal  paşaların  Türk  ordusunun  Qafqaza  getmələrini  istə-
diklərini, digərlərinin isə buna razı olmadıqlarını öyrəndim. Mən  de-
mək olar ki, hər gün Ənvər Paşa ilə görüşürdüm. Mən görüşümü-
zün  birində  özümü  topladım  və  Ənvər  Paşanın  mənim  xatirimi 
istədiyindən istifadə edərək dedim: “Paşam, Sizinlə açıq danışmaq 
istəyirəm.  Biz  Qafqaz  Türkləri  iki  qüvvəyə  inanırıq.  Yuxarıda 
Allah,  aşağıda  Ənvər  Paşa.  Eşitdiyimə  görə  Sizin  Nuru  adlı  bir 
qardaşınız var. Sizdən xahiş edirəm. Qafqaza gedəcək hərbi qüv-
vənin başına Nuru Paşanı təyin edin. Paşam, ölkəmiz dünyanın ən 
zəngin  yerlərindən  biridir.  Qocaman  div  olan  Rusiyanı  qudurdan, 
sağa-sola  hücum  etdirən  Bakı  neftidir.  Bu  neftin  70%-i  biz  Azəri 
Türklərinindir. Xalqı zəhmətkeş və çalışqandır. Eyni zamanda olduqca 
qəhrəmandır.  Bir  də  paşam,  Sizin  Qafqaza  gedəcək  hərbi  qüvvələrə 
komandan  təyin  etdiyiniz  şahzadəni  hər  axşam  “Para  Palass”  meh-
manxanasının salonunda içki içib, rəqs etdiyini görürəm. Qafqazda be-
lə hərəkətləri xoşlamırlar”. Ənvər Paşa məndən: “Hacı bəy, sizin ora-
da içki içmirlərmi?” – deyə soruşdu. Mən isə bu suala: “İçirlər Paşam, 
ancaq  pivə  kimi  zəif  alkoqollu  içki  olan  şərab,  “Vodka”  deyilən  sərt 
içkiləri  isə  isə  ruslar  istifadə  edirlər.  Bizdə  içki  içərlər,  ancaq  sərxoş 
olmaq  üçün  deyil”  –  cavabını  verdim.  Məni  dinləyən  Ənvər  Paşa 
“Çox yaxşı” – dedi. Sonra telefon edərək Qafqaza gedəcək zabitlərin 
içib-içmədiklərini də yoxlanmasını əmr etdi və sonra mənə “Nağı bəy, 
Nuru  çox  gəncdir,  necə  olar?”  –  dedi.  Mən  də  dərhal:  “Paşam,  Nuru 
Paşanın Trablis-qərbdəki fəaliyyəti haqqında burada heç kəsdən məlu-
mat ala bilmədim. Rus mətbuatının Nuru Paşadan və onun fəaliyyətin-
dən  uzun-uzadı  bəhs  edən  materialları  Qafqazda  oxumuşdum.  Və  bir 
də, Paşam, Sizin qardaşınız olması yetər” – dedim. Ənvər Paşa “Yax-
şı, sabah söhbət edərik” – dedi və ayrıldıq. 
Ertəsi gün Hərbi Nazirliyə gələndə dərhal məni Ənvər Paşanın ya-
nına  apardılar.  Ənvər  Paşa  həmişə  olduğu  kimi  məni  yenə  də  gülər 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə