Bakыnыn Qurtuluшu
113
hamısı sahilə çıxırlar. Ənvər Paşa və qardaşı Nuru Paşa tək qalırlar.
Mən də sahilə çıxanlar arasında idim. Birdən məni çağırdılar, geri
döndüm. Oradakılar mənə: “Sizi nazir həzrətləri istəyir” – dedilər, get-
dim. İki qardaş baş-başa dayanmışlar. Yaxınlaşıram. Ənvər Paşa bir
əlini Nuru Paşanın, digər əlini isə mənim çiynimə qoydu və “Siz ikiniz
də mənim qardaşımsınız. Sizə son sözüm bu” – dedikdən sonra Qaf-
qazda görəcəyimiz işlər haqqında təlimat verdi”...
Bir sabah yenə Hərbi nazirlikdən çağırıldım. Məni Ənvər Paşa
görmək istəmişdi. Mən içəri girərkən o, yenə gülərüzlə “Nağı bəy, ha-
zırsınızmı?” dedi. Mən də “Paşam, hər dəqiqə hazıram” cavabını ver-
dim. Paşa mənə “Axşam saat 5-də “Rəşid Paşa” gəmisi ilə Kəstəncə-
yə, oradan da Braylova, sonra Rumıniyadakı korpus ilə bərabər Trab-
zona gedib oradan Batuma gedəcəksiniz. Bir xahişiniz, istəyiniz var-
mı? – deyə soruşdu. Mən cavabında: “Tez getmək istəyirəm. Qafqaz-
da çox iş görmək lazım gələcək. İnşallah, Nuru Paşa müvəffəqiyyət
qazanacaqdır. Mən onun üçün hər cür fədakarlıqları edəcəyəm. Əmin
ola bilərsiniz” – dedim. O, bir an üzümə baxdıqdan sonra: “Nağı bəy,
“Umuru Şərqiyyə” rəisi Əli Bacxana iki dəfə Sizə pul təklif etmiş, an-
caq qəbul etməmisiniz. Sizə pul lazım olacaqdır. Mən istəyirəm ki, Siz
Qafqazda xüsusi işlərinizdə deyil, Nuru ilə bərabər çalışasınız” – dedi.
Mən də “Paşam, pulum var. İki aydır Türkiyə torpaqlarındayam. Ayaq
basdığım andan etibarən Sizin hesabınıza yaşayıram. Əgər pula ehti-
yacımız olsaydı, əmin olun ki, istəyərdim. Batuma qədər yenə də Sizin
hesabınıza gedəcəyəm. Qafqazda isə pula ehtiyacımız olmaz. Paşam,
Sizə söz verirəm, fəxri olaraq axıra qədər üzərimə götürdüyüm vəzifə-
ni davam etdirəcəyəm” – dedim. Ənvər Paşa ilə vidalaşıb ayrıldıq.
Nяsiman Yaqublu
114
QAFQAZA DÖNÜŞ
xşam saat 5-də limandan “Rəşid Paşa” gəmisi-
nə minərək Köstəncəyə gedirik. Gəmidə “Təşki-
latı Məxsusə” tərəfindən Qafqaza göndərilən şəxslərlə görüşürəm.
Bunlar sabiq sədrəzəm Kamil Paşanın oğlu Fuad bəy, Bəkir Sami bə-
yin oğlu Şövkət bəy, təyyarəçi Camal və başqaları idi. Nəhayət, Kös-
təncəyə çatdıq. Ancaq burada bizə məlum oldu ki, Tuna çayında sərsə-
ri bir mina görünmüşdür. Bu səbəbdən də çayla üzmək təhlükəlidir.
Gəmimiz Tuna çayına girə bilmədiyindən Köstəncədə gözləyəcək və
sonra korpusda qatarla Kəstəncəyə qədər gələrək gəmiyə minəcəkdir.
Biz bu vəziyyət haqqında alman komandanlığından özümə bir tərcü-
məçi götürdüm. Mən Rumıniya mərkəzinin görkəmli yerlərini gəzir və
hərbi yeməkxanada da nahar edirdim. Bir türk zabiti mənə: “Sizinlə
bir alman zabiti görüşmək istəyir, əgər razı olarsınızsa, bərabər gedə-
rik” – dedi. Mən alman zabiti ilə görüşdüm. Alman zabiti Qafqaz
haqqında məlumat almaq istəyirdi. Mən də Rusiyanın siyasi və hər-
bi idarələrinin vəziyyətinin sıfıra endiyini, hərbi qüvvələrinin tamami-
lə Qafqazdan qovulduğunu təfsilatı ilə anlatdım. Qafqazdakı türklərin
müsəlman olduğunu və bir Türkiyəli kimi düşüncələrini də anlatdıq-
dan sonra: “Biz Qafqaz türkləri siz almanları da sevirik. Müharibə əs-
nasında beş alman kəndinin sakinlərinin mallarını müsadirə etmək və
özlərini də Sibirə göndərmək istədilər. İmkan vermədik və onları hi-
mayə etdik. Ruslar daim bizlə hesablaşmaq məcburiyyətində qalmış
və bizdən çəkinmişdilər” – dedim.
Hilmi Paşanın komandanlığındakı Rumıniya cəbhəsi korpusu “Rə-
şid Paşa” gəmisinə mindirildi və Kəstəncədən yola düşdük. Qara də-
nizdə Trabzon istiqamətində gedirdik. Vaxtaşırı radioqramma ilə cəb-
hələrdəki vəziyyət haqqında məlumatlar alırdıq. Gəmi ilə getdiyimizin
ikinci günü radioqramla Türk ordusunun Batumu işğal etdiyi bildiril-
di. Bundan sonra biz də Batuma gəldik. Gəmi limana yaxınlaşır. Gə-
mini qarşılamağa gələnlərin yarıdan çoxu yaxından tanıdıqlarım idi.
Gəncədən, Bakıdan, Qarabağdan, Şəkidən və Azərbaycanın başqa
A
Bakыnыn Qurtuluшu
115
vilayətlərindən, qəzalarından gələn yüzlərlə Azəri türkü var idi. Mən
onları görüb tanıyıram. Onlar məni görə bilmirlər. Onların hamısı
mənim Türkiyədə olduğumu bilirdilər. Ancaq mənim Rumıniyadan
gələn ordunun içində olduğumu ağıllarına gətirmirdilər. Gəmi körpüyə
tamamilə yan alır və artıq körpüdəkilər də gəminin göyərtəsində
olanları tanımağa başlayırlar. Məni göyərtədə görənlər təəccüblənirlər.
Hamı sevinc içində idi. Körpüdə çox gözəl bir mənzərə yaranmışdı.
Gəmi də Türk gəmisi idi, üzərində dalğalanan sevimli bayraq da.
Gəminin göyərtəsindən Batumu və xalqı məhmətciklər sevinclə seyr
edirdilər. Gəmini göyərtəsindən körpüyə enirəm. Tanışlarım məni
əhatə edir və öpüşüb görüşürəm. Məndən soruşurlar: “Gəmi Ru-
mıniyadan gəlir, sən haradan mindin?” Mən onlara: “Əziz qardaşla-
rım, gəmini İstanbuldan boş götürüb, Rumıniya cəbhəsində vəzifəsini
şərəflə yerinə yetirmiş Türk ordusunu Qafqaza gətirirəm” – deyirəm.
Sevincdən hamımızın gözləri yaşlıdır. Məni mehmanxanaya apardılar.
Burada bütün həmsədrlərimizlə görüşürəm. Mən onlardan: “Nə üçün
belə çox adamla gəlmisiniz?” – deyə soruşdum. Onlar mənə: “Yox ca-
nım, gəlmək o qədər də çətin deyil. Sən Türk əsgərlərini buraya qədər
gətirdin. Biz də buradan ölkəmizə qədər müşaiyət edəcəyik. Sənin gəl-
məyin çox yaxşı oldu, yəni bizə rəhbərlik edərsən. Seymin üzvləri is-
tiqlal istəyirlər. Biz isə Azərbaycanın Türkiyəyə ilhaqını istəyirik” –
deyirlər. Mən bu sözlərə Çox təəccübləndim. Onlara əsil həqiqətin nə
olduğunu anlatmağın imkansız olduğunu hiss edib bir şey söyləmə-
dim. Onlar coşmuşdular. Uca səslə: “Bizi hirsləndirməsinlər. Biz on-
ları Batum küçələrində məhv edə bilərik” – deyirdilər. Mən çox kədər-
ləndiyimdən səsimi çıxarmadım. Hətta bu sözləri söyləyənlər arasında
uzun illər bərabər fəaliyyət göstərdiyim yoldaşlar da var idi. Bu şəxs-
lər həmişə sevər və hörmət edərdilər. Onlar milli işlərimizdə göstər-
diyim istiqaməti münaqişəsiz qəbul edirdilər. Fəaliyyətimizin hədəfi-
nin istiqlal olduğunu bilməmiş deyildilər. Əgər mən də “istiqlalçı-
yam” desəm, əleyhimə gedəcəklərinə əmin idim.
İlhaqçılarla mübahisə etmək mənə çox çətin idi. Ruslarla mü-
barizəmizdə bu qədər güc sərf etməmişdim. Bu məsələni həll edə
bildikdən sonra dərin nəfəs aldım.
Tarixçi Əhməd Rafik bəyin “Qafqaz yolları” adlı əsərini oxudum.
Xatirə dəftərimdə adı çəkilən bir hadisə haqqında ətraflı yazılmış ol-
duğunu gördüm və bunu xatirəmə daxil etməyi məsləhət gördüm.
Dostları ilə paylaş: |