NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
139 
məcmuəsində  Türklər  arasında  kültür  birliyi  fikrini  də  yaymağa 
başlamışdır. Bundan sonra Azərbaycanda çeşidli adlar altında bir nəşr 
həyatının başladığı və bunun nəticəsində Azərbaycanda mütəfəkkir və 
mübariz bir nəslin yetişməsinə yol açılmışdır. 
Dünyanı  iki  düşmən  cəbhə  halında  qarşı-qarşıya  qoyan  Birinci 
Dünya  müharibəsinin  sonunda  Rusiyada  çarlıq  rejimi  yıxılan  zaman 
uzun  illərdən  bəri  istibdad  altında  inləyən  Türklər  və  rus  olmayan 
digər  millətlər  devrilən  Rus  imperatorluğunun  çökən  divarları 
üzərində öz varlıqları üçün qurtuluş  yolu aramağa başladılar. Burada 
Qafqazdakı  türk,  Gürcü  və  ermənilər  arasından  Rus  Müəssisan 
Məclisinə  üzv  seçilmiş  deputatlar  bir  araya  gələrək  Tiflis  şəhəri 
mərkəz  olmaqla  “Cənubi  Qafqaz  Cumhuriyyəti”    adı  ilə  bir  hökumət 
qurdular.  Bu  hərəkət  Rus  imperializmi  boyunduruğu  altından 
qurtarmağı  hədəf  tutan  Rus  istilasına  qarşı  Qafqazda  yaşayan 
millətlərin  qarşılıqlı  müdafiəsini  təmin  etmək  zərurətinə  dayanan  bir 
hərəkat  idi.  Əfsus  bu  üçlü  Cumhuriyyət  uzun  müddət  yaşaya 
bilmədi.  Bir  tərəfdən  ehtiraslı  əməl  sahibi  ermənilərin,  Türkiyə 
hüdudundan  geri  çəkilən  Rus  ordusu  birliklərinin  insan  və  silah 
qaynaqlarından  faydalanaraq,  silahsız  və  əsgəri  təlim-tərbiyədən 
məhrum  Türkləri  məğlub  etmək  və  bütün  Qafqazı  əllərinə  keçirmək 
yolundakı  fəaliyyətləri;  digər  tərəfdən  Gürcülərin  müstəqil  bir 
Gürcüstan  qurmaq  üçün  girişdikləri  hərəkət,  Cənubi  Qafqaz 
Cumhuriyyətini iş görməz bir hala gətirdi və nəhayət 26 May 1918-ci 
ildə  gürcülər  Müstəqil  Gürcüstan  Cumhuriyyəti  qurduqlarını  elan 
edərkən,  azərbaycanlılarla  ermənilər  də  ayrı-ayrı  dövlətlər  halında 
tanınmaları  zərurətinə  gəldilər  və  üçlü  Cumhuriyyət  də  bu  şəkildə 
ortadan  çıxdı.  Onu  da  dərhal  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan 
Cumhuriyyətinin  elanı  sırf  “Cənubi  Qafqaz  Hökuməti”nin  yıxılmış 
olması  faktının  doğurduğu  bir  nəticə  deyildir.  Cənubi  Qafqaz 
Cumhuriyyəti  Məclisində  Azərbaycan  Türklərini  təmsil  edən 
deputatlar  arasında  əksəriyyəti  təşkil  edən  və  “Federalist-Türkçü” 
qrupa mənsub olanlar əsasən Milli əməllərinin və Milli mənfəətlərinin 
yerinə  yetirilməməsi  qarşısında  Seymdən  ayrılaraq  Müstəqil 
Azərbaycan  Cumhuriyyətini  elan  edəcəklərini  gürcü  və  ermənilərə 
açıqca  söyləməkdə  idilər.  Gürcülərin  müstəqil  bir  dövlət  qurmaları 
üçün  Seymdəki:  Azərbaycan  Türklərinə  mənsub  bütün  partiyalar 
(Müsavat Firqəsi, Bitərəflər Qrupu, Əhrar Firqəsi, İttihad Firqəsi, İxti-


 
Nяsiman Yaqublu 
 
 
140 
lal Sosialist və Sosial Demokrat Firqələri) arasındakı fikir ayrılığını bir 
tərəfə buraxaraq, Milli müqəddərata birlikdə əl qoyma olduğunu göstər-
dilər və bu müxtəlif partiyalara mənsub 27 Azərbaycanlı deputat Həsən 
bəy Ağaoğlunun   başqanlığında və  Milli Şura  adı  altında  toplanaraq 28 
May 1918-ci ildə Tiflisdə “Canişin” sarayında Azərbaycan Cumhu-
riyyətinin elan olunmasına qərar verdilər (65, s. 3-5). 
 
“Mücahid”, 1961, sayı 7. 
 
                                       


 
Bakыnыn Qurtuluшu 
 
 
141 
Cingiz Göygöl 
 
15 SENTYABR 1918 
 
ərqin qapısı Azərbaycanın 
göz  bəbəyi,  Xəzər  dənizi-
nin  ən  böyük  limanı  Akar 
altun, 
neftin 
xəzinəsi, 
Azəri Türklüyünün qəlbi olan Bakı, bol-
şevik  kommunist  ruslarla,  daşnaksütun 
ermənilərlə  bunları  dəstəkləyən  ingilis 
qüvvələrinin istilasına məruz qalmışdı. 
Azərbaycan  və  dünya  millətləri  tari-
xinə  Mart  hadisəsi  olaraq  keçən  o  mə-
şum,  milyonlarla  Türkün  haqsız  olaraq 
qətliamının  baş  verdiyi  17-31  Mart 
günlərindən sonra, Azərbaycanın digər şəhərlərinə kommunist-daşnak 
ittifaqının  üstün  qüvvələri  hücuma  başlamışdılar.  Lənkəran,  Quba  və 
sonra Şamaxı kimi Azərbaycanın ən qədim mədəni şəhərlərinin sakin-
ləri olan Azəri Türk və Müsəlmanlar da günahsız olaraq qətl edilərək 
evləri  bu  qüvvələr  tərəfindən  yağmalanmışdı.  Bu  ittifaq  ingilislərdən 
gördüyü  yardımla  hücumlarını  genişləndirərək,  Azərbaycanın  ikinci 
mərkəzi  Gəncəni  hədəf  tutaraq  irəliləməyə  başlamışdı.  Əslində  bu 
faciəli günlərdə Daşnaksütunun təşviqatı ilə Azərbaycanın digər vila-
yətlərində, Qarabağ-Şuşa, Şəki, Gəncə kimi şəhərlərdə yaşayan ermə-
nilərin  olduqları  şəhərlərdə  Azəri  Türk  və  Müsəlmanları  hər  cür  hü-
quqsuzluqlara  məruz  qalırdılar.  Demək  olar  ki,  Azərbaycanın  qəlbi 
Bakıda başlayan qırğın hər gün bir az da genişləndirilərək, Azərbayca-
nı  ortadan  qaldırmaq  məqsədilə  yerinə  boşevik  Daşnaksütun  ittifaqı-
nın istila qüvvələri kaim (dayanmaq, mövcud olmaq) olacaqdı. Bu hə-
dəf və qayə ilə zamanın kommunist  Rus dövlətinin Baş vəkili Lenin, 
erməni Şaumyana, Böyük Hayastanı vəd edən bir səlahiyyətnaməni də 
imza  edərək,  ittifaqın  dürlü  mükafatını  da  verirdi.  “Böyük  Hayastan” 
xəritəsi  içərisinə  isə  yalnız  Azərbaycan  torpaqları  deyil,  Türkiyənin 
bir  çox  vilayətləri  və  İranın  bəzi  torpaqları  da  daxil  edilmişdi.  Azər-
baycanın  istilası  ilə  Türkiyə  hüdudlarından  dönən  Bakı  qüvvələrinin 
yerini  alma  vəzifəsi  də  “Hayastan”  (Böyük  Ermənistan)  ordusuna 
Ş 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə