Nяsiman Yaqublu
142
verilmişdi. Anadolu Türklüyünün hərbdəki durumu da çox parlaq de-
yildi. Bir çox cəbhədə çarpışır və belə hərb durumu ilə böyük güclük-
lərlə qarşı-qarşıya qalmış olurdu. İranın durumu isə Azərbaycanla
məşğul olacaq vəziyyətdən çox özünün də istiqlalının mühafizəsini
təmin etməyəcək durumda idi.
Şimali Qafqaz və türküstan Türk və Müsəlmanlarının durumları,
Azərbaycanı düşünənlər də fayda qazanmaqdan uzaqdı. Onlar da qır-
mızı və ağ rus qüvvələri ilə mücadilə halında idilər. Bu əhval və şə-
raitdə Azərbaycan Türklərinin nə qədər çətin zorakılıqlara qarşı olma-
ları öz-özlüyündə anlaşılmaqdadır. Bütün bu şərtlərə rəğmən Azərbay-
can Türklərinin, bütün şəhər, qəsəbə və kəndlərdə Türklüklərinə uy-
ğun bir şəkildə, milli qüvvələrini bir araya toplayaraq ordu qurmağa
başladıqları şayanı diqqət (diqqətə layiq) görülmüşdür. Bilindiyi kimi,
Azərbaycanın işğalı zamanı çarlıq Türk və Müsəlmanlardan əsgər top-
lamırdı. Bu etibarla rus istilası altındakı Türk və Müsəlmanlar, əsgər-
lik təliminə yiyələnmədikləri kimi, hərbi alətlərlə də tanışlıqları yox
idi. Üstəlik də silah daşıma qadağasına görə də heç bir silaha sahib de-
yildilər. Nəzərə çatdırdığım fikirlər Azərbaycanlıların böyük bir təhlü-
kə ilə qarşı-qarşıya qaldıqlarını göstərməkdədir. Əslində bu ağır şərt-
lər altında hummalı (enerjili) fəaliyyət göstərən Azərbaycanlıların im-
dadına Türk ordusunun çatdığı duyulur. İstila içində olan Azərbaycan
şəhər, qəsəbə və kəndləri yeganə yardımçı qüvvə Türk ordusunu bö-
yük həyəcanla qarşılayır. Gəncədə qərargahını quran Ənvər Paşanın
qardaşı rəhmətlik Nuru Paşa istila altındakı Azərbaycan qüvvələri ilə
təmas yaratdı. Gəncədə həmin vaxt ordu təlim hazırlıqları başladı.
Azərbaycan gəncləri böyük inamla bu təlim verən hərbi məktəblərə
keçdilər. Bu hazırlıqla birlikdə istilada olan Azərbaycan şəhərlərinin
daxilindəki milli qüvvələrlə gizli əlaqələr yaradıldı. Artıq qol-qanad
açan Türklük yeganə bir varlıq olaraq düşmənə qarşı dura bildi. Türk
ordusu rəhbərləri məhvolma təhlükəsi keçirən qardaşlarına yardıma
başlamışdılar. Azərbaycanlıların Türk ordusuna qarşı istisnasız sevgi
təzahürləri özünü göstərirdi. Mərhum Nuru Paşanın Gəncəyə gəlişi
ərəfəsində Seyfəli kəndindən adını xatırlamadığım çox zəngin bir
nəfər xalılarla döşənmiş stansiya meydanında kəsilən minlərlə
qurbana iləvətən (əlavə olaraq) tək bir oğlunu qurban vermək
istəməsi, bu orduya qarşı Azərbaycanlıların sevgisinin ən böyük
təzahürü sayılır. Mərhum Nuru Paşanın bu kəndli ilə danışmasının,
Bakыnыn Qurtuluшu
143
eynən deyildiyi kimi olduğunu bu gün sağ qalanlar da xatırlayırlar.
Paşa: “Neçin oğlunuzu qurban vermək istədiniz?” – deyə soruşanda
bu cavabı almışdı: “Mənim minlərcə qoyun, inək, öküzüm vardır.
Bunların hamısı pulla alınır. Fəqət oğlum sevgimin ta özü, ciyərimin
bir parçasıdır. Uzun düşündükdən sonra, sizlərə layiq bir qurban tapa
bilmədim. Ancaq oğlumu layiq gördüm”. Bu baş verənlərdən şəhərə
yayılan rəvayətlərin təsirindən mərhum paşanın və məiyyətinin (ətra-
fında olanların) özlərini saxlaya bilməyib ağlamaları məlumdur. Türk
ordusu kiçik qardaşlarının düşmən istilası altında inləməsinə çox döz-
mədi. Mərhum Mürsəl Bakının komandasında olan ordu Azərbay-
canlılarla birləşmişdi. 15 Sentyabr 1918-ci ildə Bakının düşmən qüv-
vələrindən təmizlənərək öz sahiblərinə təslimi Azərbaycan milli tarixi-
nin ən qiymətli səhifəsini təşkil etmişdir.
Azəri Türkləri 15 Sentyabrı daim şükranlıqla (minnətdarlıqla) ana-
caq. Azərbaycanın müstəqil dövlət halında quruluşu heç şübhəsiz 15
Sentyabr ilə çox yaxından əlaqəlidir. Azərbaycanda qurulan Cumhu-
riyyət hökuməti, Azərbaycanlıların şükran və minnət hisslərini ifadə
edən Məhmətcik Abidəsini ilkin olaraq Bakının Çənbərə kəndində
qurmuşdur. Bu və Gəncədə Şah Abbas məscidinin önündəki parkda
qurulan Məhmətcik Abidəsi, Məhmətciyin sevə-sevə qardaşları üçün
axıtdığı qanın əbədi xatirəsi olaraq azərbaycanlıların qəlblərinə naxış
edilən bir xatirədir. Bunu da qeyd etmək yerinə düşər ki, Türk ordusu
Azərbaycana heç bir zaman istila məqsədi ilə girməmiş, tamam bir
qardaş yardımı olaraq, Azərbaycan türklərini bolşevik-daşnaksütyun
ittifaqının zülm və işgəncələrindən qurtarmış və Milli Hökumətin qur-
tularaq azad günlərə qovuşmasından sonra geri çəkilmişdir. 15
Sentyabr xüsusiyyətləri ilə Azərbaycanlıların unutmaları mümkün ol-
mayan bir gündür. Bu gün Türkiyə demokratiya cəbhəsində aldığı
mövqe və kommunizmə qarşı qoyduğu qanuni məmnuniyyətlə
Azərbaycan Türkləri ilə eyni fikir birliyinə sahib olduğunu göstər-
məkdədir. Türkiyə Cumhuriyyətinin qüvvətlənməsi, onun cahan-
şümul həmlələrə varması Azərbaycan türklərini ən az Anadolu
Türkü qədər məmnun etməkdədir. Tanrı Türkiyə Cumhuriyyəti-
ni yer üzündə payidar və müvəffəqiyyətini daim qılsın. Azərbay-
canlılara da 15 Sentyabr Abidəsini yenidən Bakıda inşa etmək
fürsətini bəxş etsin və istiqlala qovuşmasını nəsib etsin (29, s. 1-2).
“Mücahid”, sentyabr 1957, yıl 3, sayı 10.
Dostları ilə paylaş: |